Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10759/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Xocahəsən bələdiyyəsinə qarşı «maneənin aradan qaldırılması və bölgü işlərinin aparılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Xocahəsən bələdiyyəsinə qarşı «maneənin aradan qaldırılması və bölgü işlərinin aparılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, X2 qohumlarından miras qalan Xocahəsən qəsəbəsi, 16 ünvanında torpaq sahəsinin üzərində yerləşən evdə övladı anadangəlmə nitq qüsurlu İddiaçı (iddiaçı) daimi qeydiyyat üzrə yaşayır. Həmin torpaq üzərində digər evdə yaşayan Cavabdeh1, iddiaçıya məxsus torpaq sahəsini satmaq istədiyi üçün onun həmin torpaqda yaşamasına mane olur və iddiaçını sözügedən torpaq sahəsindən çıxartmaq istəyir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı yaşadığı evdə qohumları tərəfindən miras qalmış torpaqda maneəsiz yaşaması və sözügedən torpaqda bölgü işlərinin aparılması öhdəliyinin Binəqədi rayonu Xocahəsən bələdiyyəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və Cavabdeh1 gəlmişlər, digər cavabdeh (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, onun iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümklülüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 bələdiyyə ilə probleminin olmadığını, digər cavabdehlə mübahisəsinin olduğunu bildirdi və hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmasını istədiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Hazırkı məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iş üzrə İddiaçı iddiası iki cavabdehə Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Xocahəsən bələdiyyəsinə qarşı yönəlmişdir. Məhkəmə qeyd edir ki, həmin cavabdehlərdən biri, yəni Binəqədi rayonu Xocahəsən bələdiyyəsi inzibati orqan kimi çıxış edə bilər, lakin qaldırılan iddia həmin inzibati orqanın publik funksiyalarına aid məsələni əhatə etmir və hər hansı müdaxiləsi və ya digər hərəkətində ifadə olunmur. Odur ki, iddiaçı ilə Binəqədi rayonu Xocahəsən bələdiyyəsi arasında inzibati mübahisə mövcud deyil. İddianın digər cavabdehə, yəni Cavabdeh1 qarşı yönəlməsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı ilə həmin cavabdeh arasındakı münasibətlər və bundan yaranmış mübahisə publik deyil, mülki xarakterlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10759/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10759/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver