Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10766/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçı vərəsəsi X4 nümayəndəsi, vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 16 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, iddiaçı X4 (İddiaçı vərəsəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X16 işə cəlb olunmaqla “mülkiyyət hüququnu təsdiq edən sənəddə düzəliş edilməklə yeni çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 6 yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evin köməkçi sahəsinin 20,3 kv metr göstərilməklə yeni çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 6 yaşayış evinin mülkiyyətçisidir. Çıxarış əsasında yuxarıda qeyd edilən ünvanda yerləşən 1 otaqdan (16,34 kv metr) ibarət olan evin ¼ hissəsi mülkiyyəti üzrə ona məxsusdur. İddiaçı həmin mənzili 25.09.1999-cu ildə notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Alqı-satqı müqaviləsinə əsasən ev 16,34 kv metr sahəsi olan 1 yaşayış otağından və 20,3 kv metr köməkçi sahədən ibarətdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 257/2015 nömrəli, 10.11.2015-ci il tarixli qətnaməsi ilə X13 iddiaçıya qarşı iddia tələbi təmin olunaraq həmin yaşayış evinin artıq istifadə olunan 11,6 kv metr sahəsinin Sultanov Rafiq Abbas oğlunun sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında iddiaçı ilə mənzilin əvvəlki mülkiyyətçisi arasında bağlanmış alqı-satqı müqaviləsinə dəyişiklik edilərək müqavilədə köməkçi sahə 20,3 kv m əvəzinə 9,0 kv m göstərilmişdir. Eyni zamanda müqavilənin sol aşağı tərəfində “k/sah 9,0 kvm düzəlişə inanmaq” qeydi edilmişdir və müqavilədə aparılmış qeydin əsasında cavabdeh iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, 20.02.2016-cı il tarixli çıxarış verilmişdir. İddiaçı Yasamal rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3049/2016 nömrəli, 03 iyun 2016cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş Sultanov Rafiq Abbas oğlunun cavabdeh Ramazanova Tatyana Niklayevnaya qarşı Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14/28 ünvanda yerləşən və mülkiyyətində olan ümumi sahəsi 11,6 kv metr olan fərdi yaşayış evinin cavabdehin qanunsuz, artıq istifadəsindən, onun sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən iddiaçı ilə mənzilin əvvəlki mülkiyyətçisi arasında bağlanmış alqı-satqı müqqaviləsinin düzgün olması və müqavilədə göstərilmiş evin yaşayış sahəsi 16,34 kv metr və köməkçi sahə 20,3 kv metr düzgün olaraq göstərilmişdir. İddiaçı qeyd edilənlərə əsasən cavabdehə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədə (çıxarışa) dəyişikliklər edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı sonradan ona məxsus evin köməkçi sahəsinin 20,3 kv metr göstərilməklə yeni çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.11.2015-ci il tarixli, 2(004)-257/2015 nömrəli qətnaməsi ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Həmin qətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Sultanov küçəsi, 14 saylı fərdi yaşayış evinin cavabdeh İddiaçı Nikolayevna tərəfindən artıq istifadə olunan 11,6 kv metr sahəsinin iddiaçı X13 sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Əlavə araşdırma zamanı torpaq sahəsinin 501,4 kv metr olduğu və onun üzərində digər payçıların əlavə sahə tikib istifadə etmələri aşkar edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2- 1(81)1522/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. 30 iyul 2021-ci il tarixdə X16 ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2-1(81)1522/2018 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıdan başqa, X14, X12, X15, X21, X5, X9 və ərizəçinin mərhum atası X13 paylı mülkiyyətində olsa da, sonuncu 12.10.2017ci il tarixdə vəfat etdiyindən mərhumun mübahisəli əmlakdakı payı vrəsəlik əsasında qızı X10 mülkiyyətinə keçmişdir. X7 ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığından, atasının vəfatından sonra, 21.04.2018-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra atasından miras qalmış əmlaka dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda, müəyyən etmişdir ki, uzun illər mərhum atası ilə İddiaçı (hazırkı mülkiyyətçi X17) arasında mübahisəli olan 20,3 kv.m köməkçi sahə İddiaçı adına qeyd edilmişdir. Məhkəmənin 19 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2-1(81)1522/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X16 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı vəfat etdiyi üçün 01 iyun 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında hazırki iş üzrə iddiaçı qismində mərhum İddiaçı vərəsəsi X8 tanınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə cаvаbdеhin və üçüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. İddiаçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 14 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi – 1 otaq (16,34 kv metr) üzərinə mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda bağlanmış 25 sentyabr 1999-cu il tarixli, 081079 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən sahəsi 16,34 kv metr olan bir otaq və 20,3 kv metr sahəsi olan köməkçi sahə İddiaçı X2 tərəfindən satılmışdır. Müqavilədə köməkçi sahənin sahəsi kimi göstərilmiş “20,3” rəqəminin üzərindən xətt çəkilərək “9,0” kv metrə düzəliş edilmiş, müqavilənin aşağı hissəsində “k/sah.9,0 kv m.düzəlişə inanmaq” qeydi edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli 1MK-2969/2005 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 fevral 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, X13 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi barədə qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 sentyabr 2005-ci il tarixli 6k-1836/2005 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın bu iş üzrə 03 iyun 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-257/2015 nömrəli, 10.11.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X13 cavabdeh Ramazanova Tatyana Nikolayevnaya qarşı iddiası təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, A.Sultanov küçəsi, 14 saylı fərdi yaşayış evinin cavabdeh İddiaçı Nikolayevna tərəfindən artıq istifadə olunan 11,6 kv metr sahəsinin X1 və istifadəsinə qaytarılması qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3049/2016 nömrəli, 03.06.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X13 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Yasamal rayonu, A.Sultanov küçəsi, 14/28 ünvanında yerləşən və mülkiyyətində olan ümumi sahəsi 11,6 kv metr olan fərdi yaşayış evinin cavabdehin qanunsuz istifadəsindən, onun sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(102)-3641/2018 nömrəli, 23 may 2018ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 3049/2016 nömrəli, 03.06.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı satılmış ölçüsü 16,34 kv metr olan otaq mətbəxsiz və ölçüsü 11,6 kv metr olan yardımçı sahəsiz istifadə oluna bilmədiyindən həmin sahə İddiaçı mülkiyyətində olan otağın tərkib hissəsidir, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2010-cu il tarixli qətnamə ilə qüvvədə saxlanılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18.09.2009-cu il tarixli qətnaməsi ilə Rafiq Sultanovun İddiaçı və notariat kontoruna qarşı mənzil alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi və s. tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 15.07.2016-cı il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən Dövlət Notariat Arxivi tərəfindən idarəyə göndərilmiş 05/01- 360/14 saylı 05.07.2016-cı il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 25.09.1999-cu il tarixdə 3M-A-4-702 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin arxiv nüsxəsində köməkçi sahə 9,0 kv metr düzəlişə inanmaq qeydinin təsdiq edildiyi qeyd olunmuşdur, bu səbəbdən də Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəddə dəyişiklik edilməsi barədə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının cavabdehə poçt vasitəsilə 10.10.2017-ci ildə ünvanlanmış ərizəsinə əsasən ünvan 6 yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəddə düzəliş edərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə ona məxsus olan evin köməkçi sahəsinin 20,3 kv metr göstərilməsi və onun əsasında yeni çıxarış verilməsini iddiaçı cavabdehdən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli 2(004)-5426/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı X10 cavabdeh X4 Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısını bağlayaraq, açarı özündə saxlamaqda və həmin hissəyə iddiaçının girişini məhdudlaşdırmaqla mülkiyyət hüququnun həyata keçirilməsində ifarə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh X4 üzərinə Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə giriş qapısının açılması və giriş qapısının açarının birinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətlərində olan hissəsinə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli 2(004)-5756/2021 nömrəli qərardanına əsasən iddiaçı X10 nümayəndəsi və vəkili Vəkil1 12.10.2021-ci il tarixdə məhkəməyə ərizə verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, iddiaçı X10 cavabdeh X3rşı “vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.Sultanov küçəsi, 14 ünvanda yerləşən evin sahəsi 16,34 kv metr olan otağını və sahələri 11,6 kv metr və 9,0 kv metr (cəmi 20,3 kv metr) olan yardımçı sahələri notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmaqla satın almışdır, sonradan həmin alqı-satqı müqaviləsinə dəyişiklik edilərək 20,3 kv metr rəqəmi 9,0 kv metr rəqəminə düzəliş edilmişdir, halbuki qüvvəyə minmiş məhkəmə aktlarına əsasən X20 Ramazanovaya və notariat kontoruna qarşı mənzil alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi tələbi təmin edilməmişdir, buna baxmayaraq cavabdeh alqı-satqı müqaviləsinin ilkin variantında göstərilən sahələrə iddiaçının adına çıxarış verməkdən imtina etmişdir, halbuki Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı satılmış ölçüsü 16,34 kv metr olan otaq mətbəxsiz və ölçüsü 11,6 kv metr olan yardımçı sahəsiz istifadə oluna bilmədiyindən həmin sahə İddiaçı mülkiyyətində olan otağın tərkib hissəsidir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova,14 ünvanda yerləşən evin 16,34 kv metr olan otağı və 11,6 kv metr və 9,0 kv metr (cəmi 20,3 kv metr) yardımçı sahələri üzərində mülkiyyət hüququ həm qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqləndiyi üçün, həm də işin faktiki hallarına əsasən iddiaçı həmin əmlakı notariat qaydasında bağlanmış müqaviləyə əsasən əldə etdiyi və həmin müqaviləyə məhkəmə aktlarına əsasən heç bir dəyişiklik edilmədiyi üçün iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 6 yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı vərəsəsi X6 məxsus olan evin köməkçi sahəsinin 20,3 kv metr göstərilməklə yeni çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 62, 68 və 85 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 6 yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı vərəsəsi X6 məxsus olan evin köməkçi sahəsinin 20,3 kv metr göstərilməklə yeni çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10766/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10766/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver