Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1077/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadəninkatibliyi İddiaçı Əliyeva Lətifə Əbülfəz qızınıniştirakı ilə, İddiaçı Əliyeva Lətifə Əbülfəz qızının Cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinə qarşı Hüseynov Miraslan Tofiq oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə”iddiası üzrə işə məhkəmənin bina-sın-da (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva Lətifə Əbülfəz qızı cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinə qarşı “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması“ iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Hüseynov Miraslan Tofiq oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı Əliyeva Lətifə Əbülfəz qızı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5 ünvanında yerləşən 23 saylı mənzildən üçüncü şəxs Hüseynov Miraslan Tofiq oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Səbail rayon polis idarəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış formal məzmunlu cavab məktubu ilə xahişi təmin edilməmişdir. Bakı İnzibati Məhkə-məsinin 25.02.2020-ci il tarixli 2-1(112)-1077/2020 saylı qərardadı ilə Hüseynov Miraslan Tofiq oğlu üçüncü şəxs qismində inzibati məhkə-mə icraatına cəlb edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş materiallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması proses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər top-lan-mış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çıƏliyeva Lətifə Əbülfəz qızıdəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5 ünvanında yerləşən 23 saylı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili notarial qaydada bağlanılmış 15.12.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Sözügedən mənzilin alqı-satqı sənədləri içərisində üçüncü şəxs Hüseynov Miraslan Tofiq oğlunun həmin mənzilin satılmasına etiraz etmədiyini təsdiq edən ərizə də mövcuddur. Üçüncü şəxslə onun arasında hər hansı qohumluq və ailə münasibəti yoxdur. Adına olan çıxarışı, mənzilin alqısatqı müqaviləsini və üçüncü şəxsin notarial qayada tərtib edilmiş razılıq ərizəsini əlavə etməklə Hüseynov Miraslan Tofiq oğlunun yaşayış yeri üzrə ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Səbail rayon polis idarəsinə müraciət etmiş, xahişi təmin olunmamış, ona ünvanlanmış cavab məktubunda ərizəsinin təmin edilməməsinin heç bir hüquqi əsası göstərilməmiş, yalnız məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmə-si-nə baxmayaraq, cavabdeh Səbail RPİ-nin nümayəndəsi və üçüncü şəxs Hüseynov Miraslan Tofiq oğlu məh-kəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlu-mat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh Səbail RPİ-nin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədl-əri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərə-fin-dən 17.03.2020-ci il tarixli sorğuya cavab olaraq məhkəməyə təqdim edilmişsənədlərin (RX seriyalı, 0796463 saylı çıxarış və AN-I seriyalı, 0497337 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”) müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5 ünvanında yerləşən, ümumi sahəsi 33.7 kv.metr olan 23 saylı mənzil Əliyeva Lətifə Əbülfəz qızının adına onunla Məmmədova Emiliya Nasrullayevna arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 2298 nömrəli reyestr kitabının 213939 nömrəli vərəqində 1115088682 qeydiyyat nömrəsi ilə 29.12.2015-ci il tarixdə qeydiyyata alınmışdır; - 15.12.2015-ci il tarixdə notarial qaydada tərtib edilərək təsdiq olunmuş ərizədə Hüseynov Miraslan Tofiq oğlu qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir; - “Elektron məhkəmə” sisteminin “şəxsiyyət vəsiqəsi məlumatları” bölməsindən 26.07.2017-ci il tarixdə “ASAN 3” tərəfindən verilmiş 2KZVLXF fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinə aid çıxarışdan müəyyən edilir ki, Hüseynov Miraslan Tofiq oğlu yaşayış yeri üzrə Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanında qeydiyyatdadır; - ASAN-3 xidməti tərəfindən 07.11.2019-cu ildə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 2984777 nömrəli arayışdan məlum olur ki, 04.05.1988-ci il təvəllüdlü Hüseynov Miraslan Tofiq oğlu 20.04.2016-cı il tarixdən Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; - ASAN-3 tərəfindən 15.07.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 19102114 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, 27.11.1950-ci il təvəllüdlü Əliyeva Lətifə Əbülfəz qızıyaşayış yeri üzrə Bakı şəhəri, Yasamal rayonu, S.Salayev küçəsi, ev 17 ünvanında qeydiyyatdadır; -Səbail RPİ-nin iddiaçıya ünvanladığı 06.11.2019-cu il tarixli 065-30475Ə-3219 saylı məktubda onun Səbail RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olması iddiaçıya tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2)yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra haki-miyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seç-dik-də-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqın-da müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıq-da və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildik-də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasın-da. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respub-lika-sının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Yuxarıda göstərilmiş qanunvericilik normalarının məzmunundan göründüyü kimi vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əsaslardan biri hesab edildiyi halda, bu hal müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən halların sırasına daxil edilməmişdir. Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halı kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi isə yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə olduğu nəzərə alınır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Vətəndaşların evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və müvafiq şəxslərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar müvafiq şəxsləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə kimi qoyulması deyil, qanunun göstərişinin həmin dövlət orqanına izah edilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilinəsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qərarda qeyd edilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1 -ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cii maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Qanunvericilikdə şəxsin qeydiyyatda olması, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutulmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. İşin mübahisələndirilməyən hallarına o hallar daxildir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzilə 2000-ci il sentyabrın 1-dən sonra qeydiyyata alınmış, iddiaçı ilə üçüncü şəxs arasında ailə münasibətləri mövcud olmamış, üçüncü şəxsin sözügedən mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və iddiaçının, habelə, iddiaçıdan əvvəlki mülkiyyətçilərin bu barədə yazılı razılığı olmamışdır. Bu səbəblərdən və yuxarıda göstərilmiş qanunvericilik normalarının tələbləri baxımından üçüncü şəxsin iddiaçıya məxsus mənzilə dair istifadə hüququ da yaranmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxsin iddiaçıya məxsus mənzilə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi mümkün olduğundan məhkəmə bu halda əlavə olaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını zəruri hesab etmir. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında üçüncü şəxsin adından tərtib edilmiş razılıq ərizəsinin olması nəzərə alınsa, bu cür konkret halda onun sözügedən mənzildə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxs Hüseynov Miraslan Tofiq oğlunun uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. İnzibati Prosessual Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Hüseynov Miraslan Tofiq oğlunun xüsusi mülkiyyət hüququ ilə iddiaçı Əliyeva Lətifə Əbülfəz qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilsin. Hüseynov Miraslan Tofiq oğlunun xüsusi mülkiyyət hüququ ilə iddiaçı Əliyeva Lətifə Əbülfəz qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 23 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1077/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1077/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver