Məhkəmə qərarları › İş №2-1(112)-10772/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10772/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10772/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (Sərhəd Qoşunlarına) qarşı “iddiaçının hərbi biletindən və əmək kitabçasından xidmətə “uyğunsuzluq” ifadəsini aradan qaldırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (Sərhəd Qoşunlarına) qarşı “iddiaçının hərbi biletindən və əmək kitabçasından xidmətə “uyğunsuzluq” ifadəsini aradan qaldırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2003 saylı Göytəpə Sərhəd dəstəsində müddətdən artıq kiçik cavuş qismində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illəri xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olmuşdur. Lakin iddiaçı heç bir səbəb olmadan işdən azad olunmuşdur. Onun hərbi biletinə və əmək kitabçasına “xidməti uyğunsuzluq” kimi göstərilmişdir. Hal-hazırda Bakıda kirayədə ailəsi ilə yaşayır, maddi vəziyyəti çox pisdir. Hərbi biletində və əmək kitabçasında yazılmış “xidmətə uyğunsuzluq” ifadəsinə görə heç bir yerdə işlə təmin olunmur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu X1 iddiası əsassızdır və təmin olunmamalıdır. Sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini - X2 xx.xx.2021-ci il tarixli 321 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İşə əlavə olunmuş materiallardan görünür, sabiq hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41,0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə xx.xx.2021- ci il tarixdə R- 1258 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını bildirmişdir. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissədə dinlənilmə iclası keçirilmişdir. İclas üzvləri İddiaçı özünü ilk vaxtlar müsbət tərəfdən göstərsə də, son zamanlar xidmətində nöqsanlara yol verdiyini, böyük rəislər tərəfindən əmr və tapşırıqların icrasına səhlənkar yanaşdığını, xidmətini günün tələblərinə uyğun qura bilmədiyini, həmçinin, hərbi qulluqçunun “istehkamçı və minaaxtaran” kursuna cəlb edildiyini, lakin kursun sonunda İddiaçı müxtəlif bəhanələr gətirərək istehkamçı-minaaxtaran kimi xidmət etməkdən imtina edərək, sərhədçiyə yaraşmayan iradəsizlik nümayiş etdirdiyini bildirmişdirlər. N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı’’ndan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, hərbi qulluqçu İddiaçı xx.xx.2021-Gİ il tarixində təyinat vərəqəsini alsa da, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə məlumatlı olsa da, məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət edərək 1 (bir) ildən çox iddia müddətini buraxmışdır. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən göründüyü kimi onun tələbi -hərbi biletindən və əmək kitabçasından xidmətə “uyğunsuzluq” ifadəsini aradan qaldırmasından ibarət olmasına baxmayaraq, hərbi biletində və əmək kitabçasında həmin qeydlər cavabdehin müvafiq əmrinə əsasən aparılmışdır. Məhkəmə tərəfindən iddiaçıya əmrin elan olunduğu tarixdən 30 gün ərzində məhkəməyə müraciət etmədiyinə görə qanunla müəyyən edilmiş prosessual müddət buraxıldığı üçün, üzrlü səbəbləri göstərməklə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu izah etmiş və ərizə verilməsi üçün növbəti məhkəmə iclasınadək müddət müəyyən etmişdir Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan 08 may 2021-ci il tarixli N nömrəli hərbi hissənin komandanlığında dinlənilmə protokoluna əsasən kiçik çavuş İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi ciddi nöqsanlara və şəxsi intizamsızlığına görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması barədə qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 135/120/141 nömrəli Təyinatların qeydiyyat kitabından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X8 xx.xx.2021-ci il tarixli 321 ş/h nömrəli əmrini məhkəməyə təqdim etmiş, sədrlik edən təqdim edilmiş əmrlə tanış olmuş və məxfi sənəd olduğu üçün geri qaytarmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı onun barəsində cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli əmr barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən onun hərbi biletində və əmək kitabçasında “uyğunsuzluq” ifadəsini qeyd edilməsi üçün əsas olmuş cavabdehin inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbi mümkün sayılmasmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (Sərhəd Qoşunlarına) qarşı “iddiaçının hərbi biletindən və əmək kitabçasından xidmətə “uyğunsuzluq” ifadəsini aradan qaldırmaq vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar