Məhkəmə qərarları › İş №2-1(112)-10775/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10775/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10775/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X8 göstərilməklə onun yaşayış yeri üzrə Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 mənzilin mülkiyyətçisidir. Qardaşı İddiaçı keçmiş həyat yoldaşı X8 onun mənzilində qeydiyyatdadır. Lakin, İddiaçı olu ilə X3 nikahı 2014-cü ildə Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. X8 qeydiyyatda olduğu, yəni onun mülkiyyətində olan mənzildə yaşamır. Yəni onun həmin mənzildən istifadə hüququ mövcud deyil. Məhkəməyə müraciət etməkdə məqsəd X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10775/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayədəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə 3-cü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Ev öz başına tikilidir. - cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2022-ci il tarixli. 065-15334R-3222 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə imtina edilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən İddiaçı 04 mart 2013-cü il tarixdən qeydiyyatdadır. Ondan başqa sözügedən ünvanda xx.xx.1983-cü il təvəllüdlü X8 və qeyriləri qeydiyyatdadır. - Məhkəmənin sorğusuna əsasən 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixli 131 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Salyan yolu, dalan 2, özü tikmə 31 a ünvanında məişət tullandılarının daşınmasını ödəmək üçün olan 15047v nömrəli məlumat vərəqi İddiaçı adınadır. Salyan yolu, dalan 2, ö/t 31 a ünvanında İddiaçı, Nümayəndə, X8, X9, X10, X5, X6, X11 qeydiyyatdadırlar. Salyan yolu, dalan 2, ö/t 31 a ünvanında qeydiyyatda olanlardan X8 hal-hazırda göstərilən ünvanda yaşamır, lakin Nümayəndə həyat yoldaşı X4 göstərilən ünvanda hal-hazırda qeydiyyatsız yaşayır. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, İddiaçı, X1 ünvanda mülkiyyət, icarə və ya istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar ediledilməmişdir. Həmçinin, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, 31 A saylı fərdi yaşayış evi X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2120/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X7 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, ev Ö/T 31 A Salı evə münaisbətdə mülkiyyət hüququ müəyyən edilmədiyindən, İddiaçı cavabdeh X3 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, ev Ö/T 31 A saylıl evə istifadə hüququnun itirilmiş hesab olunması tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Göründüyü kimi, mübahisəli ünvan öz başına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar