Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10781/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X28 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X9, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin dövlət qeydiyyatına alınaraq bağa dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi 1950-ci ildən ailələrinin qanuni sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsi ilə əlaqədar sonuncu dəfə Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə X4 adına rəsmiləşdirilmişdir. X13 rəhmətə getdiyindən notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi o, tanınmışdır. Belə ki, X4 vəfatından sonra miras bağ sahəsi onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bundan başqa digər mümkün vərəsələr tərəfindən miras payından notarial şəkildə imtina edilmişdir. Ləhiş bağ massivi ünvanında yerləşən 473 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (arayışın-çıxarışın alınması üçün) cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, tərəflərindən həmin sahə 70 ildən artıq müddətdir ki, istifadə edilməkdədir. Bununla da, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək hüququ yaranmışdır. Buna baxmayaraq cavabdeh imtina məktubunda guya torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinasında qeyd olunan uyğunsuzluq formal xarakter daşıyır. Bu imtinanı aşağıdakı qeyd edilən səbəblərdən əsassız hesab edir: 473 saylı bağ sahəsi 1950-ci ildən onların istifadələrindədir. Vaxtı ilə həmin ərazidə hətta qədimi bağ evi və hasar olmuşdur. Bağlar İdarəsinin sənədi ilə ərazi ailələrinə verilmişdir. Hər hansı sənəd üzrə uyğunsuzluq inzibati orqanın təqsiri ucbatından yaranmış hal ola bilər ki, əslində uyğunsuzluğun olması da inzibati orqan tərəfindən yaradılan suni əngəldir. Digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı ilə bağlı bildirir ki, digər fiziki şəxs qonşusu X5r. Həmin şəxs tərəfiindən dəfələrlə cavabdeh orqana müraciətlər edilərək, sahəsinin koordinat nöqtələrinin səhv qeydə alındığı, öz faktiki istifadəsində olan sahədən kənara çıxmaqla çıxarış verildiyi bildirilsə də, onun ərizələrinə cavabdeh tərəfindən reaksiya göstəriləməmişdir. X2 özünə də, digər fiziki şəxsin (yəni onun) istifadəsində olan sahə ilə üst-üstə düşməsi adı altında imtina verilmişdir ki, faktiki olaraq 2 qonşunun mübahisəsiz problemlini mübahisəyə çevirmək niyyəti hiss olunur. X2 istifadəsində 50 sot sahə var ki, onun 12 sotu özəlləşdirilib. Həmin 12 sotun da koordinat nöqtələri səhv vurularaq, təxminən 5 sotu onların istifadələrində olan sahəyə salınmışdır. Hansı ki, koordinat nöqtələri vurulan zaman artıq iki qonşu arasında mübahisə edilməyən hasar mövcud olmuşdur. Qeyd olunan bağ sahəsi onun qanuni istifadəsində olduğu halda, aparılmış səhv koordinat nöqtələrinin vurulması, onun hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Həmin bağ sahəsi ilə bağlı qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunvericilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı onların hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi onların faktiki istifadələrindədir. Həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda sözügedən bağ sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalı idi. Əgər uyğunsuzluqlar müəyyən ediləsə, bu cavabdeh tərəfindən aradan qaldırılmalı idi. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin 423 kv.m hissəsi X2 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********95 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi keçmiş X8 və İstismarı birliyi ilə X27 arasında bağlanılmış xx.xx.1968-ci il tarixli, 16199 nömrəli müqavilə əsasında daşınmaz əmlak dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X10 məhkəməyə yazılı izahatını təqdim edərək öz izahatında bildirmişdir ki, İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı onun bağ qonşusudur. Onların hər birinin özlərinə məxsus 100 ildən artıq müddət istifadələrində olan bağ sahələri vardır. Onun faktiki bağ sahəsi 49 sotdur, İddiaçı faktiki bağ sahəsi isə 29 sotdur. Onun xüsusi mülkiyyətinə verilən sahə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 472 saylı bağ sahəsi olmaqla 12 sot (1200 kv.m) torpaq sahəsi təşkil edir. Həmin sahənin 435 kv.m hissəsinin koordinatları düzgün qeyd edilmədiyindən, İddiaçı məxsus faktiki sahə ilə “sənəd üzrə” üst-üstə düşmə halı baş vermişdir. Əslində isə sahələri ayrıdır və aralarında torpaq sahələri ilə bağlı heç bir narazıçılıq, münaqişə, iddia yoxdur və ola bilməz. Dəfələrlə yuxarıda qeyd etdiyi məsələnin həlli ilə əlaqədar, yəni “ona məxsus torpaq sahəsinə dair texniki pasportda döngə nöqtələrinin, onun faktiki istifadəsində olan sahə üzərinə köçürülməsi barədə” şifahi və notarial təsdiqlənmiş ərizələr ilə müraciətlər etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə ona imtina cavabları verilmişdir. O, döngə nöqtələrinin onun faktiki sahəsi üzərinə köçürülməsini istəyir. Belə ki, bu problem gələcəkdə onların uşaqları ilə aralarda haqlı narazıçılıqlara və söz söhbətlərə səbəb ola bilər. Həm də ki, o, istəyir ki, onun texniki pasport göstəriciləri özünə məxsus sahəsi üzərində olsun. Təkrar olaraq bildirir ki, onun xüsusi mülkiyyətinə verilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 472 saylı bağ sahəsi üzrə 12 sot (1200 kv.m) torpaq sahəsinin mülkiyyətində saxlanılmaqla (**********73 reyestr nömrəli), həmin 1200 kv.m torpaq sahəsinin 435 kv.m hissəsinin koordinat nöqtələrinin (cavabdehin mütəxəssis rəyinə əsasən), faktiki istifadəsində 4900 kv.m sahə daxilində “döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olduğuna görə” köçürülməsinə, o cümlədən “torpaq sahəsinin plan və ölçüsü” sənədində müvafiq dəyişikliklər aparılmasına, hasar daxilində faktiki istifadəsində olan vəziyyətə uyğun 12 sot sahəsi ilə bağlı yeni “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin tərtib edilməsinə razılıq verir və buna etiraz etmir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, “Torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi ilə bağlı” əvvəlki 2 notarial təsdiq edilmiş ərizələrində qeyd etdiklərini təsdiqləyir və ərizələrdə qeyd etdiklərini məhkəmədən xahiş edir. Həmçinin alternativ həll kimi, İddiaçı icarə müqaviləsinə uyğun torpaq sahəsinə çıxarış verildiyi halda, həmin çıxarış üzrə veriləcək “torpaq sahəsinin planı və ölçüsü” sənədinin 435 kv.m sahəsinin koordinat nöqtələrinin, onun faktiki sahəsində olan sahəyə yerləşdirilməsinə (köçürülməsinə) razılıq verməklə etiraz etmir. Belə ki, belə olan halda aralarında bölgü sxem tərtib edilməklə, hər kəs öz faktiki ərazisi üzrə düzgün koordinat nöqtələrinə sahib olacaqdır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X8 və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 473 nömrəli bağın istifadəyə verilməsi haqqında” 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsinə dair X12 ilə müqavilə bağlanmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 882596 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 2012-ci il iyun ayının 06 günündə, 657 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 666326 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında Bakı şəhəri 1 noyabr 1978-ci il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 1978-ci il noyabr ayının 01 günündə, 4964 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 776348 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 1978-ci il noyabr ayının 01 günündə, 4964 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 19 noyabr 2021-ci il tarixli, 4310 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2012-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün səndlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, X17, X14 və İddiaçı mirası qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********372 nömrəli ərizənin surətindən görünür ki, X14 ərizəsində bildirmişdir ki, qaynanası X4 xx.xx.2012-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisində ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********367 nömrəli ərizənin surətindən görünür ki, X17 anası X4 xx.xx.2012-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. İşdə olan 3-cü şəxs X10 tərəfindən cavabdehə ünvanlanmış notarial qaydada təsdiq edilmiş **********068 nömrəli ərizənin surətindən görünür ki, T.Mahmudova ərizəsində bildirmişdir ki, atası X11 xüsusi mülkiyyətinə verilən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 472 saylı bağ sahəsinə dair 063743 saylı, 26 may 2016-cı il tarixli, reyestr nömrəsi **********73 olan “torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən bağ sahəsinin 0.12 ha (12 sot) saxlanılmaqla 063743 saylı, 28 may 2016-cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək döngə koordinatlarında uyğunsuzluq olduğuna görə hazırki vəziyyətə uyğun yeni plan və ölçü sənədinin tərtib edilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 472 saylı, torpaq sahəsinin ölçüsü 0.12 ha olan bağ sahəsinə dair 1/5 hissədə mülkiyyət hüquqları X2 adına xx.xx.2022-ci il tarixdə, ********** qediyyat nömrəsi, **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmış, 4/5 hissə hüquq sahibi X16 olmaqla açıq qalmışdır. İşdə olan cavabdeh tərəfindən 3-cü şəxs T.Mahmudovaya ünvanlanmış xx.xx.2022ci il tarixli, **********43 nömrəli imtina məktubunun surətindən görünür ki, onun torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçünün tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, faktiki torpaq sahəsinin yerləşməsi ilə sahəyə dair plan ölçü arasında fərq mövcuddur. Belə ki, plan ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi faktiki olaraq digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsinə düşür. Bu səbəbdən plan ölçünün tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. İşdə olan 3-cü şəxs T.Mahmudova tərəfindən cavabdehə ünvanlanmış notarial qaydada təsdiq edilmiş **********401 nömrəli ərizənin surətindən görünür ki, T.Mahmudova ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonui, Ləhiş bağ sahəsi, 472 saylı bağ sahəsinə dair, ********** saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydə alınmış çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən bağ sahəsinin 0.12 ha saxlanılmaq şərti ilə, həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək (döngə nöqtələrinin koortinatlarında uyğunsuzluq olduğuna görə) faktiki vəziyyətə uyğun yeni plan və ölçü sənədinin tərtib edilməsini xahiş etmişdir. Nəzərə çatdırmışdır ki, bundan əvvəlki xx.xx.2022-ci il tarixli, ********** saylı müraciətinə imtina səbəbi kimi “Digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi” qeyd edilmişdir. Həmin fiziki şəxs onun bağ qonşusudur və onların “Koordinat nöqtələrinin faktiki vəziyyətə uyğn dəyişməsi barədə” fikirləri eynidir. Qeyd üçün bildirir ki, hazırda qonşusunun “Torpaq sahəsinin qeydiyyata alınması barədə” onlara müraciəti daxil olmuşdur. ********** qeydiyyat nömrəli müraciəti xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına təqdim edilmişdir. Bütün bu halları nəzərə alaraq ona məxsus 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında dəyişiklik edilərək, faktiki vəziyyətinə uyğunlaşdırılmasını xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən 3-cü şəxs T.Mahmudovanın müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, **********66 nömrəli imtina mətkubunun surətindən görünür ki, T.Mahmudovaya müraciəti ilə əlaqədar bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********43 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı və 473 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədlərintəsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə “473” nömrəsi altında bağ sahəsinin X20 adına daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən qeyd edilmiş suallarla əlaqədar olaraq bildirilmişdir ki: 1. Faktiki olaraq torpaq sahəsi 2900 kv.m təşkil edir (üzərində tikili yoxdur). Vahid elektron baza məlumatlarına əsasən göstərilən ərazisinin bir hissəsi (**********73 reyestr nömrəli) X6 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. 2. Bağ sahələri ayrılarkən koordinatlarla ayrılmadığından sənəd üzrə dəqiq koordinatları müəyyən etmək mümkün olmamış, faktiki göstərilən 2900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunmuşdur.; sənəd üzrə 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur, faktiki olaraq 472 saylı bağ sahəsi kimi istifadə olunan faktiki 4900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur; faktiki olaraq gösətrilən 2900.0 kv.m torpaq sahəsinin 435 kv.m hissəsi (**********73 reyestr nömrəli) X6 məxsus torpaq sahəsi ilə üst-üstə düşür; X2 mülkiyyətində olan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun qeydiyyata alınıb. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 23 iyun 2022-ci il tarixli, **********95 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X8 və İstismarı Birliyi ilə iddiaçının vərəsəsi olduğu mərhum X12 arasında bağlanmış 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilə Ləhiş ərazisiində yerləşən 0.12 ha sahəsi olan 473 saylı bağ torpaq sahəsinin S.Qədimovanın qanuni istifadəsində olmasını təsdiqləyən aktdır. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, müqavilə mötəbər sübut kimi qiymətləndirilir. Bu səbəbdən də, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Məhkəmə işin digər faktiki hallarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı işin digər halları ilə müəyyən edilmişdir ki, iddiaçının vərəsəsi olduğu X1 üzrə 0.25 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.29 ha təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin 435.0 kv.m hissəsi, **********73 reyestr nömrəsi ilə X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda 3-cü şəxs ona məxsus torpaq sahəsinin planölçü sənədinin düzgün verilmədiyinə istinad etməklə, iddiaçı ilə bağ sahələrinin ayrı olduğuna və aralarında torpaq sahələri ilə bağlı heç bir narazıçılıq və iddia olmadığını bildirməklə, bağ sahəsinin ölçüsü saxlanılmaqla hasar daxilində faktiki istifadəsində olan vəziyyətə uyğun 12 sot torpaq sahəsi ilə bağlı yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsinə razılıq verdiyini və etiraz etmədiyini bildirərək, iddiaçının idiasının təmin edilməsinə etiraz etmədiyini bildirsə də, məhkəmə hesab edir ki, 3-cü şəxsə məxsus torpaq sahəsinə dair plan və ölçü sənədinin düzgün verilib-verilməməsi, iddiaçı ilə üst-üstə düşən 435 kv.m hissənin sənəd üzrə və faktiki istifadə vəziyyətinə uyğun dəqiqləşdirilək qiymət verilməsi məsələsi hazırki məhkəmə icraatının predmetini təşkil edə bilməz. İş üzrə təqdim edilmiş mütəxəssis rəyindən də, görünür ki, həmin mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli 435 kv.m hissə X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və X2 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan ölçü sənədi bağların sxematik xəritəsinə uyğun qeydiyyata alınmışdır. Eləcə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə və məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Ləhiş bağ massivində 473 nömrəsi ilə bağ sahəsi X20 adına **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi ilə X20 adına qeydiyyata alınmış 473 nömrəli bağ sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağ sahələrinin nömrələrinin eynilik təşkil etməsi formal əsas olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. İddiaçının özünün də, ərizəsində tələb etdiyi kimi, cavabdeh tərəfindən bağ sahəsinə yeni nömrə verilməklə qeydiyyatı aparıla bilər. Beləliklə məhkəmə iş üzrə sübutlara tam həcmdə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməklə Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi (2900 kv.m (faktiki istifadədə olan) – 435 kv.m (üst-üstə düşən sahə) = 2465 kv.m) olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqındaarayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsəsi İddiaçı torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10781/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10781/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver