Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10786/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qardaşı X3 məxsus olmuşdur və həmişə də qardaşı Eldəniz tərəfindən idarə olunmuşdur, yəni bununla bağlı çoxsaylı şahidləri var. Onlar da sübut edə bilərlər ki, həmin əmlak qardaşına məxsus olmuşdur. X8 kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Əliyev Eldəniz müəyyən səbəblərdən, yəni Bakı şəhərinə qeydiyyatı olmadığı üçün Bakı şəhəri, Tbilisi prospekti 56 ünvanında yerləşən 0,06 sot torpaq sahəsini bibisi qızı Güllübəyimin adına formal olaraq rəsmiləşdirmişdir. Əslində onlar və çoxsaylı şahidlər bilirik ki, həmin mübahisəli əmlak X8ə məxsusdur. O, həmin torpaq sahəsində obyektlər tikmişdir. 2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin obyektlərdən qardaşı özü istifadə etmişdir. Cavabdeh2 ora gəlməmiş, obyektlərdən istifadə etməmişdir. İcarə pulunu X8 özü almışdır. Bunu icarəyi götürmüş şəxslər özləri də təsdiq edə bilərlər. Daşınmaz Əmlakın Dövlət Reyetsrinə verilmiş sorğuya alınmış xx.xx.2022-ci il tarixli **********48 saylı cavabda da qeyd edilmişdir ki, "Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir, hal-hazırda mülkiyyətindədir". X8 xx.xx.2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən 5 saylı xəstəxanada vəfat etmişdir. Qardaşı ailə qurmamış, övladı yoxdur. Əliyev Eldənizin bacıları olaraq qanuni vərəsələridirlər. Qardaşı Eldəniz vəfat etdikdən sonra Cavabdeh2 bildirmişlər ki, onların vərəsəsidirlər, formal olaraq adına qeyd edilmiş əmlakı adından çıxartdırmışlar. Artıq qardaşının həyatda olmamağından istifadə edən Güllübəyim miras qalmış daşınmaz əmlak olan torpağı adından çıxartmaqdan imtina etmiş və qeyri-yaşayış sahəsinə, yəni çörəkbişirmə sexinə gələrək onu və bacısını döymüş və xəsarət yetirmişdir. Hal-hazırda bununla bağlı artıq cinayət işi açılmış, istintaq başa çatmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə araşdırma üçün verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56da yerləşən, sahəsi 0,06 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsindəki obyektlər Cavabdeh2 deyil, qardaşı Eldənizə məxsusdur və miras kimi aralarında bölünməlidir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək Cavabdeh2 adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 56 ünvanında yerləşən 1 mərtəbəli binanın 88.5 kv.metr qeyri yaşayış sahəsinə dair vermiş olduğu xx.xx.2002-ci il tarixli şəhadətnamənin ləğv edilməsi ilə bağlı müraciət etmilər, lakin ərizəyə cavab verilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilərək cavabdeh qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilməklə iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 000739 saylı xx.xx.2001-ci il tarixli Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və X1 görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin tikildiyi il 1963-cü il, tikinti altı sahəsi 108,3 kv.m, ümumi sahəsi 88,5 kv.m, əsas sahə 58,9 kv.m, köməkçi sahə 29,6 kv.m-dir. Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. xx.xx.2000-ci il tarixli 213 saylı icarə müqaviləsi 81.6 kv.m sahəyə bağlanmışdır. Faktiki istifadə olunan 88.5 kv.m sahədir. Tikili yükgötürən konstruksiyalara (divar və örtük) malik olub, 1 mərtəbəli ayrı bir tikilinin ştrixlə göstərilmiş tərəfmə yapışdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********07 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh2 adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 001296 saylı xx.xx.2002-ci il tarixli “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Sözügedən ünvana dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrdən arayış” verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********48 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 1, 57 saylı mənzil, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 0.06 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir, lakin 19 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə-379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgənınkiləşdirilmişdir və hazırda sonuncunun mülkiyyətindədir. Cavabdeh2 adına Qusar rayonu, Aşağı İmamqulukənd kəndində 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-1012 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh2 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh2 və X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 56 ünvanında yerləşən icarədə olan 600 kv.m torpaq sahəsində inşa olunan ümumi sahəsi 688,5 kv.m olan qeyri-yaşayış binası, binaya aid olan tikili (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış) ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün X6 verilmişdir. AZ-İİ seriyalı 194453 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 16 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 121 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı3 həqiqətən V.V.Peotnikov küçəsi ev 12 mənzil 30 ünvanında qeydiyyatdadır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iştirak etmişlər. İddiaçı3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh2 təqdim edilmiş 001296 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən o, həqiqətən Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 56 ünvanında yerləşən birmərtəbəli binanın 88,5 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiada qeyd edilən hallarla bağlı heç bir məlumatının olmamasını və iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddiaya etiraz edərək onun mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia formal tələblərə cavab vermir. Belə ki, iddia tələbi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli şəhadətnamənin ləğvi ilə bağlı olsa da cavabdeh qismində Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi də göstərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım edilərək cavabdeh qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilməklə iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilsə də qeyd edilən çatışmazlıqlar iddiaçılar tərəfindən aradan qaldırılmamış, iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar tərəfindən sözügedən torpaq və ya qeyriyaşayış sahəsi ilə bağlı hüquqi maraqlarını (subyektiv hüquqlarını) təsdiq edən hər hansı bir sübut nə iddia ərizəsinə əlavə etməmiş, nə də məhkəmə prosesində bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq hər hansı bir dəlil təqdim edilməmişdir. Odur ki, hesab edir ki, iddiaçıların inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacları yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-10786/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10786/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver