Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1079/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili-Vəkil, Cavabdeh nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun dəyişdirilməsi dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun dəyişdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına olan **********0009 nömrəli abonent kodunun N.T.Məmmədovun adından çıxardılaraq onun adına keçirilməsi və onunla qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin avqust ayında X2 Şəmkir şəhərində yerləşən ƏMDK yanında DƏDRX- nin 11 saylı ərazi idarəsinin vermiş olduğu 15.05.2014-cü il tarixli qeydiyyat nömrəli, **********, **********88 reyster nömrəsi olan çıxarış əsasında icarəsində olan 1,50 ha torpaq sahəsinə dair hüquqlarını alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Bunun üçün iddiaçı tərəfindən 5.000 manat pul ödənilmişdir. Hüquqların alqı-satqısına dair 16.08.2014-cü il tarixli müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan da torpaq sahəsinin üzərində olan istixana ona məxsusdur. İddiaçı istixanadan istifadə edir və bütün ödənişlərdə onun tərəfindən həyata keçirilir. 2016-cı ilin avqust ayından Nurlanın həmin istixanaya heç bir aidiyyəti yoxdur. Alqı-satqı müqaviləsi bağlanılan tarixə istixananın Cavabdeh İB-nə heç bir borcu olmamışdır. Abonent saldosuna nəzər yetiriləcəyi təqdirdə həmin tarixə 0-manat borcun olduğu aydın olar. 2016-cı ilin avqust ayından sonra istifadə olunmuş təbii qaza görə yaranmış borc iddiaçıya məxsusdur. İddiaçı həmin borcu qəbul edir. Borcun Nurlana heç bir aidiyyəti yoxdur. Lakin dəfələrlə Cavabdeh İB-nə müraciət edərək borcu qəbul etdiyini müqavilənin onunla bağlanılması və abonent kodunun onun adına keçirilməsini xahiş etsə də heç bir cavab almamışdır. Yalnız Şəmkir qaz idarəsindən bildirmişlər ki, borcu tam şəkildə ödəməsə onunla müqavilə bağlanılmayacaq və kod adına keçirilməyəcək. Cavabdeh İB tərəfindən X4 xəbərdərlıq məktubları göndərilir ki, bu da haqlı olaraq Nurlanın narazılığına səbəb olur. Dəfələrlə ona bu barədə iradını bildirmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən istixana X3 adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı iddia ərizəsində ƏMDK yanında DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən verilmiş 15.05.2014-cü il tarixli qeydiyyat nömrəsi **********7, reyestr nömrəsi **********88 olan çıxarış əsasında icarəsində olan 1,5 ha torpaq sahəsinə hüquqların müqavilə əsasında iddiaçıya satıldığını, satılmış torpaq sahəsinin 2016-cı ilin avqust ayından iddiaçının istifadəsində olduğunu bildirsə də, bununla bağlı həmin tarixdə tərəflərin bu barədə Birliyə heç bir müraciəti daxil olmamışdır. Halbuki, iddiaçı torpaq sahəsinin, eyni zamanda mülkiyyətçinin dəyişməsi barədə 10 (on) iş günü müddətində paylayıcı olaraq Birliyə məlumat verilməli olduğu halda məlumat verilməmişdir. Eyni zamanda göstərilən tarixdən Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan İddiaçı tərəfindən istifadə olunduğunu bildirilsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa istehlakçı kimi abonent qeydiyyatı X3 adına olan istixanada hazırda 129 584,60 (bir yüz iyirmi doqquz min beş yüz səksən dörd manat 60 qəpik) manat məbləğində borc yaranmışdır. Yaranmış borcla yeni mülkiyyətçi ilə müqavilənin bağlanılması qanunvericilik baxımından yolverilməzdir. Bununla yanaşı iddia ərizəsində iddiaçı onu da qeyd edir ki, hazırkı müddətə qədər Nurlan Məmmədova bildirişlər təqdim olunmuşdur. Nurlan Məmmədov isə bu barədə heç bir irad bildirməmiş, obyektin mülkiyyətçisi olmadığı haqqında məlumat verməmişdir. Hazırda istehlakçı hesabında 129 584,60 (bir yüz iyirmi doqquz min beş yüz səksən dörd manat 60 qəpik) manat borc vardır. Ona görə də yeni istehlakçı ilə müqavilənin bağlanılması mümkünsüzdür. “Qazdan istifadə Qaydalarının" 6.4-cü bəndinə əsasən Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcı arasında müqavilə bağlanılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili-Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi-X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1972-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində doğulmuş İddiaçı Şəmkir rayonu Dəllər-Cəyir kəndində qeydiyyatdadır. 16.08.2016-cı il tarixli hüquqların alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı ərazi idarəsinin vermiş olduğu 15.05.2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, **********88 reyestr nömrəsi olan çıxarış əsasında icarəsində olan Şəmkir bələdiyyəsinə məxsus olan Şəmkir şəhərində yerləşən 1,50 ha torpaq sahəsinə dair icarə hüquqlarını İddiaçı 5.000 (beş min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, Şəmkir şəhərində yerləşən, ümumi sahəsi 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 24.08.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abonentin Saldosundan görünür ki, X3 adına olan **********00029 saylı abonent kodu üzrə qazdan istifadəyə görə 129.123,60 manat məbləğində borc mövcuddur. Məhkəmənin müvafiq sorğusuna əsasən Cavabdeh İB tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, X3 adına olan **********00029 saylı abonent kodu üzrə 129.123,60 manat borc məbləği 2016-cı ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan dövr üzrə yaranmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh orqan tərəfindən cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4.-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı ilə mübahisəli **********0009 nömrəli abonent kodu adına olan şəxs X6 arasında həmin abonent kodunun təhkim olunduğu torpaq sahəsinə (həmin torpaq sahəsində yerləşən istixana) dair alqı-satqı müqaviləsi bağlanarkən və ötən müddət ərzində “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd olunan tələblərinə zidd olaraq qaz paylayıcısından borcun olmaması barədə arayış tələb olunmamışdır (alınmamışdır). Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların qeyd olunan tələblərinə əsasən hazırda istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişmiş olsa da belə, həmin obyektdə istifadə olunmuş təbii qaza görə yaranmış borc onun aid olduğu şəxs tərəfindən ödənilməklə, cavabdeh inzibati orqandan borcun olmaması barədə arayış alındıqdan sonra abonent kodunun dəyişdirilməsi barədə müraciət təmin oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1079/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1079/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver