Məhkəmə qərarları › İş №2-1(112)-1079/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1079/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1079/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı əlilliyinə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının orqanizmində olan xəstəliklərə baxmayaraq, onun 2-ci qrup əlillik dərəcəsi təsdiqlənmir, baxmayaraq ki, onun səhhətimdə heç bir yaxşılaşma yoxdur, əksinə səhhətində əvvəlki illərə görə əlavə xəstəliklər də əmələ gəlmişdir. Onun uzun müddətdir ki, ürəyində olan xəstəliklərlə əlaqədar 2-ci qrup əlil idi. Ürəyinin çıxışında aorta anevrizma, qan dövranının çatışmazlığı 3-cü dərəcə, keçirilmiş miokard infarktı, bundan əlavə keçən dövrdə ürəyində başqa qüsurlar da əmələ gəldi, aort klapanı 3-cü dərəcə requrtiqasiyası edir. Bundan əlavə uzun müddət dərman preparatları istifadə etdiyi üçün qaraciyərində 3sm böyümə əmələ gəlmişdir. Buna görədə əsas xəstəliyindən əlavə şəkər xəstəliyidə mövcuddur. Orqanizmində qan dövranının çatışmazlığı beynində də təxribata yol açmışdır. Sağlamlığında heç bir müsbətə gediş olmadığı halda, əksinə səhhətinin daha da ağırlaşdığı halda ona təkrar müalicə cavabı gəlmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2022-ci il tarixdən əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX-yi.Gərginlik stenokardiyası.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında təkrarən baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX:stabil gərginlik stenokardiyası İİİ f.s.İnfarktdan sonrakı kardioskleroz.Hipertoniya xəstəliyi xəstəliyi İİİ m.Aortanın anevrizması.ÜÇ İ f.s.Şəkərli diabet İİ tip,orta ağır forma; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜlX-yi.Gərginlik stenokardiyası İİİ f/s.Ateroskleroz kardioskleroz,keçirilmiş miokard infarktı.Dissirkulyator ensefalopatiya.Şəkərli diabet İİ tip,orta ağır forma,insulin asılı olmayan; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113- 113.2,120-125,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz 120,8 Stenokardiyanın digər formaları, ÜİX.stabil gərginlik stenokardiyası İİİ FS (üç) Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktadn sonrakı kardioskleroz Ağırlaşma Q25.4 Aortanın digər anadangəlmə anomaliyaları, Aortanın anevrizması Ağırlaşma 150 Ürək çatmamazlığı, QDÇ İİİ FS (üç) AF-32% Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ əlavə risk İV Yanaşı xəstəliklər E11 insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip orta ağır forma; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə əsas diaqnozun agirlq dərəcəsinə gorə müalicə kursu yeterli deyil, ixtisaslaşmiş klinikada j stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var” səbəbi ilə imtina İ verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X3: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Döş və qarın aortasının, cırılması barədə məlumat olmadan , anevrizması, Aortanın anevrizmasıDurğunluq ürək çatmamazlığı, QDÇ İİ dərəcə(iki) AF- 48% Aortal çatmamazlıq İİİ dərəcə.Dissirkulyar ensefalopatiya., ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s.(üç) Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- Hipertonik angiopatiya; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasionar müalicə yetərli deyil.ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir; Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun, olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin ( qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “stasionar müalicə yetərli deyil.ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının ehtiyac yarandığı halda əlavə stasionar müalicədə olması, sağalmadığı halda əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1966-cı il təvəllüdlü İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus 126941 nömrəli Məcburi köçkün vəsiqəsinin surəti. - 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2016-cı il tarixli sonuncu müayinəyə dair məlumatı. - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli imtina cavabı. - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surəti. - X1 Arayışının surəti. - Bakı Baş Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəzinin Epikrizlərinin surəti. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Alt sistemdən çıxarış. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin T 619/2022 nömrəli Ekspert Rəyi. - Cavabdeh tərəfindən məhkəmə qərardadının icrası ilə bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspet komissiyasının xx.xx.2023cü il tarixli Qərarının surəti. - X7 və Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayış və müayinə sənədləri.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və 126941 nömrəli Məcburi köçkün vəsiqəsinə əsasən iddiaçının Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonunda məskunlaşmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX-yi.Gərginlik stenokardiyası.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında təkrarən baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX:stabil gərginlik stenokardiyası İİİ f.s.İnfarktdan sonrakı kardioskleroz.Hipertoniya xəstəliyi xəstəliyi İİİ m.Aortanın anevrizması.ÜÇ İ f.s.Şəkərli diabet İİ tip,orta ağır forma; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜlX-yi.Gərginlik stenokardiyası İİİ f/s.Ateroskleroz kardioskleroz,keçirilmiş miokard infarktı.Dissirkulyator ensefalopatiya.Şəkərli diabet İİ tip,orta ağır forma,insulin asılı olmayan; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113- 113.2,120-125,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz 120,8 Stenokardiyanın digər formaları, ÜİX.stabil gərginlik stenokardiyası İİİ FS (üç) Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktadn sonrakı kardioskleroz Ağırlaşma Q25.4 Aortanın digər anadangəlmə anomaliyaları, Aortanın anevrizması Ağırlaşma 150 Ürək çatmamazlığı, QDÇ İİİ FS (üç) AF-32% Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ əlavə risk İV Yanaşı xəstəliklər E11 insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip orta ağır forma; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə əsas diaqnozun agırlıq dərəcəsinə görə müalicə kursu yeterli deyil, ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndərişi (Forma 88) əsasında təkrarən baxılmış və X3: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Döş və qarın aortasının, cırılması barədə məlumat olmadan, anevrizması, Aortanın anevrizması. Durğunluq ürək çatmamazlığı, QDÇ İİ dərəcə(iki) AF- 48% Aortal çatmamazlıq İİİ dərəcə. Dissirkulyar ensefalopatiya., ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s.(üç) Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- Hipertonik angiopatiya; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasionar müalicə yetərli deyil.ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda qeyd edilmiş diaqnozun ağırlaşmalarına müvafiq stasionar müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərarı əsasında əyani müayinə aparılaraq tibbi-sosial ekspertiza həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdiyi (xx.xx.2021-ci il) tarixdən sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında iki dəfə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda qeyd edilmiş diaqnozun ağırlaşmalarına müvafiq stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatı aparmaq mümkün olmamış və əlilliyin təyinindən imtina qərarları verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və selikli qişaları adi rəngdədir.Dəri altı piy qatı normal inkişaf etmişdir. Əsas şikayəti fiziki aktivlik zamanı artan ürək nahiyyəsində olan göynəmədən, təngnəfəslikdən, tez yorulmadandır. Obyektiv müayinə zamanə hər iki ağciyərlər üzərində sərtləşmiş tənəffüs eşidili, tənəffüsün sayı bir dəqiqədə 18-dir. Ürək tonları karlaşıb, nəbz 1 dəqiqədə 84 vurğudur. Arterial təzyiq 150/110 mm.c.sütunudur. Xəstə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X9 İnstitutunda aldığı stasionar müalicəyə dair 89 saylı xəstəlik tarixindən iki çıxarış təqdim edir. Hər iki səndəddə diaqnoz “ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s., İnfarktdan sonrakı kardioskleroz, xroniki ürək çatmamzlığı İİ f.s.Qalxan aortanın anevrizması, İİİ dərəcə aortal çatmamazlıq” şəklində qeyd edilmişdir. Lakin eyni xəstəlik tarixindən verilən çıxarışlardan birində ExoKQ müayinəsininin nəticəsində AF 48%, digərində isə 50% qeyd edilib. Agentlikdə aparılan transtorakal ExoKQ müayinəsi zamanı nəticə “Aorta sərtləşib,aorta kökü və çıxan aorta genişlənib, sol mədəciyin konsentrik hipertrofiyası qeyd edilir. Sol qulaqcıq genişlənib, sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relasativ tipdə pozulub, seqmentar divar hərəkəti pozğunluğu qeyd edilmir,sistolik funksiya azalmayıb(AF 59%). Aortal və mitral qapaqlar fibrotikdir. Aortal requrgitasiya. Perikard təmizdir” müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının göndərişlərin rəsmiləşdirildiyi zaman qüvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət tibb müəssisəsi tərəfindən həyat fəaliyyətinin əsas kriteriyalarının pozulma dərəcələri göstərilməklə yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə İddiaçı əlillik vəziyyəti hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymətləndiriləcək.” Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına uyğun olaraq aidiyyəti üzrə təqdim edilmiş “Göndəriş”də göstərilmiş diaqnoz nəzərə alınaraq onun xəstəliyinin sonradan qəbul edilmiş və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun yenidən qiymətləndirilməsi üçün qərardad qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan məhkəmə qərardadında qeyd edilən yeni qaydalarda göstərilən meyarlar əsasında qiymətləndirmə aparmadan yenidən əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin yeni meyarlarda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, məhkəmə qeyd edir ki cavabdeh inzibati orqan M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinasını “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: stasionar müalicə yetərli deyil.ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.” qeydi ilə əsaslandırmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində bir-birinə zidd olan qərar qəbul etmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmişdir. Digər tərəfdən, müayinə tarixində qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən iddiaçı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası, həmçinin X7 və Reabilitasiya Mərkəzi tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır. Məhkəmə qeyd edir ki, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndərişində əsas diaqnoz: (İ71.6) Döş və qarın aortasının cırılması barədə məlumat olmadan, anevrizması, Aortanın anevrizması. Yanaşı xəstəliklər: (İ67.4) Hipertenziv ensefalopatiya, Dissirkulyar ensefalopatiya; Ağırlaşmalar: (İ50.0) Durğunluq ürək çatışmazlığı, QDÇ İİ dərəcə(iki) AF- 48%; (İ35) Aortal çatmamazlıq İİİ dərəcə; (İ20.8) Stenokardiyanın digər formaları. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s.(üç); (H35.0) Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- Hipertonik angiopatiya; (İ11) ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ mərhələ (üç). Çox yüksək risk qeyd edilmişdir. Həmin xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.6.2-ci bəndinə əsasən anevrizma və aortanın disseksiyası (İ71) və anevrizmanın başqa formaları (İ72); 2.1-ci bəndinə əsasən Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10 - İ15.0); 2.3-cü bəndinə əsasən Ürək çatışmazlığı (İ50); stenokardiya (döş inağı) qan dövranı sisteminin xəstəliklərinə aid edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X2”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar