Məhkəmə qərarları › İş №2-1(112)-10794/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10794/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10794/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarların ləğv edilib cərimələrin silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə müraciət edərək inzibati cərimə tətbiq edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş BNA2290768, BNA1285000, BNA1587414, BNA1588913 və BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilib cərimələrin silinməsi öhdəliyinin Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, 2021 və 2022-ci illərdə cavabdeh müxtəlif yerlərdə onun avtomobilinin şəkillərini kamera vasitəsilə qanunsuz olaraq çəkmişdir. O, cərimənin necə, hansı formada ödənilməli olduğunu araşdırarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddələrinə əsasən inzibati xəta törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyi və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video, yəni avtomobilin bir neçə, öndən, arxa və yanlardan şəkilləri çəkilərək əlavə olunmaqla həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmalı, həmin fotonu inzibati tənbeh edən səlahiyyətli şəxs nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter vəsitəsilə çəkməlidir. O, onun idarə etdiyi “Opel Astra” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ayrı-ayrılıqda cavabdeh tərəfindən yazılan cərimələrin qanunsuz olduğunu hesab edərək cərimələrin silinməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh qanunsuz cərimələrin silinməsində köməklik göstərmək əvəzinə şəhər kameraları vasitəsilə şəkilən şəkilləri cavab olaraq göndərib, ona həmin şəkillərin bort kompyüter vasitələ çəkildiyini, şəkillərin və yazılan cərimələrin qanuni olduğunu bidirmişlər. Hesab edir ki, cavabdehin inzibati tənbeh vermə haqqında qərarları qanunsuzdur, bu səbəbdən də, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etdi. Məhkəmənin mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh iş üzrə Mümkünlük iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında qərarları mübahisələndirir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Məhkəmə eyni zamanda qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar