Məhkəmə qərarları › İş №2-1(112)-10796/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10796/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10796/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 06/30-15 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu öz əksini ********** nömrəli çıxarışla da tapır. Belə ki, cavabdeh Bakı şəhər Cavabdeh sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə görə əsassız olaraq 390 manat 30 qəpik məbləğində vergi borcu hesablamışdır. Lakin qeyd olunmalıdır ki, bələdiyyə tərəfindən hesablanmış vergi borcu tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti hesab olunur. Lakin sözügedən fərdi yaşayış sahəsi yanlız xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Buna görə də M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 2019-cu il tarixdən vergi hesablaması Vergi Məcəlləsinin tələblərinə ziddir. Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 2022-ci il tarixdən rəsmiləşdirildiyi üçün 2023-cü il tarixdə olan bütün vergilər tam şəkildə büdcəyə ödənilmişdir (qəbz iddia ərizəsinə qoşma kimi əlavə edilir). Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı vergi borcunun 2019-cu ildən yığılıb qalması və ödənilməsi barədə heç bir bildiriş əldə etməmişdir. Yanlız xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə məcburi gətirilmə ilə bağlı məhkəməyə təqdimatla müraciət olunması ilə bağlı məlumatı əldə etdikdən sonra, elə həmin gün M.Ə.Rəsulzadə Bələdiyyəsinə getmiş və müvafiq sənədlərlə tanış olmuş və xx.xx.2023-cü il tarixli hesablanılmış vergi borcunun büdcəyə ödənilməsi barədə Qərarı əldə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. İşin hallarından da göründüyü kimi, sözügedən fərdi yaşayış evi yalnız 2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır və bələdiyyə tərəfindən 2019-cu ildən bəri hesablanan vergi tamamilə qanunsuzdur.

3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavə mülahizədə qeyd olunmuşdur ki, aşağıdakı əsaslara əsasən iddiaçı hesab edir ki, iddia tələbi əsaslıdır və bu əsaslara görə birinci instansiya məhkəməsi tərəfindən tələbin təmin edilməsi xahiş olunur: Mübahisələndirilən 19 aprel 2023-cü il tarixli 06/30-15 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş hər hansı bir bildiriş, akt və ya digər sübutu (sənədi) bugünə qədər məhkəməyə təqdim etməmişdir. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi “İnzibati icraat haqqında” AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.4-5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 19 aprel 2023-cü il tarixli 06/30- 15 nömrəli qərar onu qəbul edən inzibati orqan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Bundan əlavə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi 2018, 2019, 2020-ci illər üzrə əmlak vergisi hesablanmasını bildirmişdir. Lakin həmin illər üzrə cavabdeh tərəfindən vergi hesablansa da, məhkəmə icraatında ayrı-ayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdəntədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. Qərarda əsas borc kimi hər il312,24 (üc yüz on iki manat iyirmi dörd qəpik) manat əmlak verşisinin hansı qaydada (düsturla) hesablandığı aydın olmur. Qərarla vergi məbləğinin hansı dövrü əhatə etməsi göstərilməmişdir. Bununla da, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” AR Qanununun 61.1-ci maddəsinin və AR Vergi Məcəlləsinin 198.1.1, 200.4-cü maddələrinin tələbləri pozulmuşdur; Mübahisələndirilən 19 aprel 2023-cü i! tarixli 06/30-15 nömrəli qərar versi ödəyicisi kimi iddiaçıya münasibətdə verei borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin verşi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 19 aprel 2023-cü il tarixli 06/30-15 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan 19 aprel 2023-cü il tarixli 06/30-15 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, P-01 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbindən yayınmaqla yerli bələdiyyə vergilərini ödəməmək məqsədilə uçotdan gizlənən vergi ödəyicilərınə məxsus daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının əldə edilməsi ilə bağlı M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən zaman-zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı və ya elektron sorğular verilməklə ödəyicilərə məxsus əmlaklar barəsində məlumatlar əldə edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli, 417 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi və bununla bağlı ödənişin miqdarının təsdiq edilməsi barədə qayda”nın 2.1.2-ci və 2.2-ci bəndlərinə uyğun olaraq torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi Osman Mustafayev küçəsi 13 a ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlak barədə məlumatların verilməsi məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində RB/249 saylı məktubla müraciət olunmuşdur. M.Ə.Rəsulzadə bələdiyyəsinin həmin müraciətinə cavab olaraq göndərilmiş 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -cı ıl tarixli, **********49 nömrəli məktubunda qeyd edilir ki, Osman Mustafayev küçəsində yerləşən 13 a saylı fərdi yaşayış evi (ü/s 230, 3kv.m, y/s 94.4 kv.m) tam mülkiyyət hüquqi üzrə sizə məxsusdur. İddiaçının nəzərinə çatdırılmışdır ki, mülkiyyət hüququ əsasında fiziki şəxsə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sahibinin adına mülkiyyət hüququ uzrə rəsmiləşdirilnədək torpaq sahəsi həmin evin mülkiyyətçisinə istifadə hüququ əsasında məxsus olur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi M.Ə.Rəsulzadə bələdıyyəs tərəfindən mülkiyyət hüququ üzrə sizə məxsus 13 a saylı fərdi yaşayış evinə, eləcə də həmin evin yerləşdiyi qanuni istifadənizdə olan torpaq sahəsinə görə adınıza hesablanmış torpaq əmlak vergisi tamamilə qanunamüvafiqdir. Bununla belə M Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən tələb edirik ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 468 36(dord yüz altımış səkkiz manat, 36 qəpik) manat borcunuzu 5 gün ərzində banklar poet rabitəsinin milli operatoru, habelə müvcud nağdsız ödəmə vasitəsi ilə M.Ə Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlakınızın uzərınr həbs qoyulması, həmçinin ölkədən getmə hüququnuzun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə Sizə qarşı iddia qaldırılacaqdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanlanan “qeyd olunan fiziki şəxslər və ünvanlar haqqında müvafiq məlumatların verilməsi barədə” məktuba əsasən sadalanan şəxlsərin adına qeyd olunan ünvanlarda, habelə M.Ə.Rəsulzadə qəsəbəsi ərazi hüdudlarında qeydiyyata alınmış daşınmaz əmlaklara dair dövlət reyestrində olan məlumatlar təqdim edilmişdir: ...İddiaçı adına xx.xx.1996-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 6, mənzil 25 (ü/s 49.65, y/s 32 kv.m); xx.xx.1988-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 13a saylı fərdi yaşayış evi (ü/s 230.3 kv.m, y/s 92.4 kv.m)...

6. TV-10xx-xx-2805 nömrəli Tədiyyə Bildirişində qeyd olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2023-cü il üçün 78,06 manat (yetmiş səkkiz manat, 6 qəpik) məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti 2023-cü il 15 avqust tarixədək 39 manat 3 qəpik; 2023-cü il 15 noyabr tarixədək 39 manat 3 qəpik. Ötən dövlər üzrə vergi borcu: 312 manat 24 qəpik; Tələb olunan 390,3 (üç yüz doxsan manat, 30 qəpik) məbləğ.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 03/93 saylı Xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixdə imzaladığı “Bələdiyyələrin əraziləri və torpaq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin sivahısı”-nın yeni redaksiya verilməsi barədə Qanuna əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin əhatə etdiyi ərazi vahidi M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8, 196, 203.2, 208.1 və 208.6-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən rezident və qeyrirezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililərə və ya onlann hisssələrinə (bundan sonra bina adlandırılacaq), həmçinin fiziki şəxslərin mülkiyyətində və istifadəsində olun torpaq sahələrinə görə bələdiyyələr tərəfindən hesablanmış vergilər, yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə müvafiq olaraq torpaq vergisi mülkiyyətçilərin və istifadəçilərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci və 200.1-ci maddələrinin tələblərinə uyğun olaraq binalar(mənzillər) üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinə görə əmlak vergisi Vergi Məcəlləsinin tələbinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən - Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğində faiz hesablanır. Azərbaycan Respublikası Konstilusiyasuıın 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin yuxanda qeyd olunanlara baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsinə və əmlaka görə ötən illər üzrə hesablanmış vergini ödəməkdən yayınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq iddiaçıdan tələb edilmişdir ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 390,3 (üç yüz doxsan manat, 30 qəpik) manat borcunuzu 10 gün müddətində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nagdsız ödəmə vasitəsi ilə M.O.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etsin. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlak üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə iddia qaldırılacağı bildirilmişdir.

8. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il 06-30-15 qərarına əsasən Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaş İddiaçı tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, vətəndaş Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış 312,24 (üç yüz on iki manat, 24 qəpik) manat torpaq və əmlak vergi borcunu ödəməkdən yayınır. Bununla da vətəndaş İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11, 16, 77 və 200.5, 200.6, 208.5, 208.6 maddələrinin, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 maddəsinin və 5-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Vətəndaş İddiaçı (xx.xx.1959, şəxsiyyət vəsiqəsinin seriyası, AZE 14259988, FİN xxxxxxx) oğlu ünvan 5 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 312,24 (üç yüz on iki manat, 24 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinəə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 03/966 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələri vergitutma obyekti sayılır. Bu Məcəllənin 200.1-ci və 200.6-cı maddəsinə görə binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Məcəllənin 198.1.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər əmlak vergisini Bakı şəhərində onların xüsusi mülkiyyətində olan yaşayış evlərinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə müəyyənləşdirilmiş 40 qəpik vergi dərəcəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli, 101 nömrəli qərarı ilə təsdiq edilmiş 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə ödəyirlər. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri sayılır. Məcəllənin 208.1 və 208.6-cı maddələrinin tələbinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq vergisi Bakı şəhərində, habelə onun qəsəbə və kəndlərində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların ölçüsü 10.000 kv.m.-dək olduqda torpağın hər 100 kvadratmetrinə görə 0,6 manat, 10.000 kv.m.-dən yuxarı olan hissəsi üçün isə torpağın hər 100 kvadratmetrinə görə 1,2 manat vergi dərəcəsi tətbiq olunmaqla hesablanır. Göründüyü kimi, bələdiyyə büdcəsinin qanunvericiliklə müəyyənləşdirilmiş mədaxil mənbəyini yerli vergilərdən yerli büdcəyə daxil olan vəsaitlər təşkil edir. Odur ki, bələdiyyə büdcəsinin qanunvericiliklə müəyyənləşdirilmiş mədaxil mənbələrindən olan əmlak və torpaq vergisinin bələdiyyə büdcəsinə ödənilməsi məqsədilə yerli vergi obyektlərinin uçotu, onların qeydiyyata alınması, vergilərin düzgün hesablanması, tədiyyə bildirişlərinin göndərilməsi, vergi borclarının yığılması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi bələdiyyə fəaliyyətinin əsas istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, ünvan 6 ünvanında yerləşən və vətəndaş İddiaçı məxsus fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən məlumat əldə edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə, RB/249 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə tərəfimizdən edilmiş müraciətə xx.xx.2021-ci il tarixli, **********49 nömrəli məktubla cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən təqdim olunmuş məlumata görə M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi 13 a ünvanda vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin ümumi sahəsi 230,30 kv.m, torpağın sahəsi 0,0332 ha təşkil edir. Bələdiyyələr yerli vergilərlə bağlı qanunla üzərlərinə düşən səlahiyyətlərini Azərbaycan Respublikasının 17 iyun 2023-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməsinə əsasən bələdiyyələrin vergi xidməti orqanları vasitəsi ilə həyata keçirirlər. Qeyd olunan Əsasnamənin tələbinə əsasən O.Mustafayev küçəsi 13a ünvanında ona məxsus daşınmaz əmlaka görə vətəndaş İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsinin “Yerli vergi və ödənişlər şöbəsi” ndə yerli vergi ödəyicisi kimi uçota götürülmüş və adına 10051xxxxxxx YVÖK (yerli vergi ödəyici kodu) verilmişdir. X1 Sisteminə daxil edilmiş uçot məlumatlarına (binanın sahəsi 230,3 kv.m; torpağın sahəsi 332 kv.m) uyğun olaraq hesablama aparılmış (əmlak vergisi 230, 3 m2-30 m2 x40 qəpik x 0,95 əmsal=76,11 manat; torpaq vergisi 332 m2 x 0,06 manat/100 m2=1,99 manat) və bunun nəticəsidir ki, bələdiyyə tərəfindən İddiaçı torpaq və əmlak vergisinin ödənilməsi məqsədilə TV-10xx-xx-2805 saylı Tədiyyə bildirişi göndərilmişdir. Cavabdeh eyni zamanda qeyd etmişdir ki, təqdim edilmiş Tədiyyə bildirişi üzrə illik hesablanmış vergi məbləği 78,06 (yetmiş səkkiz manat, 06 qəpik) manat kimi göstəriləsə də, faktiki olaraq illik vergi məbləği cəmi 04 qəpik çox olmaqla 78,10 (yetmiş səkkiz manat, 10 qəpik) manat kimi hesablanmalı idi.

10. Məhkəmənin hazılıq iclasında iştirak edərkən izahatında bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsində torpaq vergisinin hesablanması üçün nəzərdə tutulmuş əmsal 0,95-dir. Evin hər kv.m-a görə hesablanan əmlak vergisi 0,38 qəpikdir. İddiaçıya məxsus evin ölçüsü 230,3 kv.m-dir. 30 kv.m qanunun tələbinə görə güzəşt olunur. 200 kv.m x 0,38 qəp = 76 manat. Torpağın hər 100 kv.m (1 sot) üçün hesablanan torpaq vergisi 0,60 qəpikdir. İddiaçıya məxsus torpaq sahəsinin ölçüsü 332 kv.m-dir (0.0332 ha). 332 kv.m x 0,60 qəp = 1,99 manat. Son 5 il üçün ödəniləcək vergi (76 x 5) + (1.99 x 5)=389,95 manat təşkil edir.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü mübahisələndirməyə dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

14. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

16. Odur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

17. İddia mümkündür.

III. Tətbiq edilən hüquq

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;

21. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;

22. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

24. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.

IV. Məhkəmənin mövqeyi

25. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququna müdaxilədir və həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyır.

27. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

28. Məhkəmə qeyd edir ki, cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən əmlak vergisinin hesablandığı daşınmaz əmlakın iddiaçıya məxsusluğu, eləcə də ölçüləri (sahəsi) X1 Sisteminə daxil edilmiş uçot məlumatları və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında müəyyən olunmuşdur.

29. Məhkəmə nəzərə alır ki, iddiaçıya münasibətdə torpaq və əmlak vergisinin hesablanması qaydası cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla, eləcə də məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən ətraflı və aydın izah olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş yazılı məktub və şifahi izahat əsasənda müəyyən edilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsində torpaq vergisinin hesablanması üçün nəzərdə tutulmuş əmsal 0,95-dir. Evin hər kv.m-a görə hesablanan əmlak vergisi 0,38 qəpikdir. İddiaçıya məxsus evin ölçüsü 230,3 kv.m-dir. 30 kv.m qanunun tələbinə görə güzəşt olunur. 200 kv.m x 0,38 qəp = 76 manat. Torpağın hər 100 kv.m (1 sot) üçün hesablanan torpaq vergisi 0,60 qəpikdir. İddiaçıya məxsus torpaq sahəsinin ölçüsü 332 kv.m-dir (0.0332 ha). 332 kv.m x 0,60 qəp = 1,99 manat. Son 5 il üçün ödəniləcək vergi (76 x 5) + (1.99 x 5)=389,95 manat təşkil edir.

30. Vergi Məcəlləsindən: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3-cü maddəyə əsasən torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²dək olduqda 0,6 manat ödənilir.

31. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 101 nömrəli qərarından: Bakı şəhəri üzrə Zonalar Əmsallar 7 0,95 Zona 7. Sərhədləri: Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində X2 küçəsi ilə kəsişənədək, X2 küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.

32. İnzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra iddiaçının həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçı təqdim edilmiş TV-10xx-xx-2805 nömrəli Tədiyyə Bildirişi, xx.xx.2023-cü il tarixli 03/93 saylı Xəbərdarlıq məktubu da iş materiallarına əlavə olunmuşdur.

33. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar iclasın sədri və katibi tərəfindən deyil, bələdiyyənin sədri və müavini tərəfindən imzalanmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 56.2-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclasının protokolu məhz iclasın sədri və katibi tərəfindən imzalanır. Qeyd edilən hal özlüyündə qərarın ləğvi üçün əsas olmasa da, sözügedən iclas protokolunun bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir.

34. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar