Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-108/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlığında hələ 1980-cu il tarixdən başlayaraq problemlər yaranmağa başlamış, reyno xəstəliyindən, sol ayağının birinci barmağının absisindən, 2010-cu ildə keçirdiyi L.5-S1 fəqərəlararası disk yırtığının xaric olunması əməliyyatından sonrakı vəziyyət, 2012- ci ilidən şəkərli diabet xəstəliyindən, İİ dərəcə hipertaniya xəstəliyi, gərginlik stenokardiyasından fasiləsiz olaraq müaəlicə və müayinələr almışdır. Nəticədə əmək qabiliyyətini itirdiyi üçün ona 2013-cü ildə ümumi xəstəlik səbəbi ilə İİ dərəcəli əlillik təyin edilmişdir. 2014-cü ildən xroniki bronxit xəstəliyinə də düçar oldu. xx.xx.2016-cı il tarixdə gərginlik stenokardiyası İİ f.s, İİ mərhələ hipertaniya xəstəliyi, L.5-S1 fəqərəlararası disk yırtığının xaric olunması əməliyyatından sonrakı vəziyyət OU qeyri proliferativ retinopatiya diaqnozu ilə mənə yenidən İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti xx.xx.2021-ci ildə başa çatmışdır. Əziyyət çəkdiyi xəstəliklər xroniki xarakter daşıdığı, daimi olaraq müaəlicələr aldığı, tibb müəssisələrində stasionar müəalicələr aldığı üçün iddiaçı yenidən müayinələrdən keçərək sənədlərini əlilliyin təyinatını aparan cavabdehə müraciət etmişdir. Lakin bu günə qədər ona heç bir rəsmi cavab gəlməmiş, əlilliyə görə əmək pensiyası üzrə ödənilən vəsaitin ödənişi isə dayandırılmışdır. Bunun səbəbini bilmək üçün cavabdeh orqana bir neçə dəfə şəxsən getsə də, yazılı şəkildə müraciət etsə də, heç bir cavab ala bilməmişdir. Barəsində hər hansı inzibati icraat üzrə qərar qəbul etmiş orqan qanunvericiliyin tələblərinə tam zidd olaraq ona heç bir məlumat vermir, yalnız susur. Buna görə ədalət məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 35 saylı Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİ fs.Hipertoniya xəstəliyi İİ d.L4-S1 fəqərəarası yırtığın xaric edilməsindən sonrakı vəziyyət..; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. 35 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİ fs.Hipertoniya xəstəliyi İİ d.L4-S1 fəqərəarası yırtığın xaric edilməsindən sonrakı vəziyyət.Xroniki bronxit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. 35 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120- 125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX Gərginlik stenokardiyası İİ f.s ÜÇ İİ mərh Hipertoniya xəst İİ mərh L4-L5 fəqərəarası diskin yırtığı cərrahi əməl s/v OU- qeyri proliferativ retinopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX Gərginlik stenokardiyası İİ f.s ÜÇ İİ mərh Hipertoniya xəst İİ mərh L4-L5 fəqərəarası diskin yırtığı cərrahi əməl s/v OU- qeyri proliferativ retinopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. 35 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİİ f/s, infarktdan sonrakı kardioskleroz, Aorta koronar şuntlamadan s/v, AF 38%, ÜÇ İİİ f/s, Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aorta koronar şuntlamadan s/v, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f/s Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Tip İİ Yanaşı xəstəliklər H36.8* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar, OU- qeyri prolifertiv retinopatiya Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel fəqərələrinin disklərinin radikulopatiyası Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİİ dərəcə Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərəarası diskin yırtığı, əməliyyatdan sonrakı vəziyyət; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən mütəxəssislərin rəyləri , status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin;” səbəbi ilə imtina verilmişdir. 10 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokardiyası İİİ f\s.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə məsləhət görülür.;” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edimişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiı edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməsməi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçının adına X7 tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 0096003AADVX (Forma TQS N-088) saylı göndərişində qeyd edilmişdir: “Yanaşı xəstəliklər: H35.0 -Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Qeyri proliferativ retinopatiya; Ağırlaşma: Z95.1 -Aortokoronar şuntlu transplantatın olması, Aortokoronar şuntlama x 3 əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2020); Ağırlaşma: İ50.0 -Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİİ funksional sinif AF 38%; Yanaşı xəstəliklər: 110 -Essensial [birincili] hipertenziya, Hipertaniya xəstəliyi İİ mərhələ.lV əlavə risk; Yanaşı xəstəliklər: M42 -Onurğanın osteoxondrozu, Bel fəqərələrinin ostreoxondrozu L4-L5 fəqərə arası disk yırtığı əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2010); Ağırlaşma: İ25.2 -Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardioskleroz; Əsas diaqnoz: İ20.8 -Stenokardiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokardiyası İİİ f\s; Yanaşı xəstəliklər: 177.1- Arteriyaların daralması, Hər iki aşağı ətraf arterialarının stenozu(60-75 %); Yanaşı xəstəliklər: E11.7 -İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən aslı olmayan şəkərli diabet.Tip İİ cox saylı ağırlaşmalarla.” Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - İddiaçı əlillik vəziyyətinə 35 saylı Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİ fs.Hipertoniya xəstəliyi İİ d.L4-S1 fəqərəarası yırtığın xaric edilməsindən sonrakı vəziyyət..; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. -35 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİ fs.Hipertoniya xəstəliyi İİ d.L4-S1 fəqərəarası yırtığın xaric edilməsindən sonrakı vəziyyət.Xroniki bronxit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. -35 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX Gərginlik stenokardiyası İİ f.s ÜÇ İİ mərh Hipertoniya xəst İİ mərh L4-L5 fəqərəarası diskin yırtığı cərrahi əməl s/v OU- qeyri proliferativ retinopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. -Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX Gərginlik stenokardiyası İİ f.s ÜÇ İİ mərh Hipertoniya xəst İİ mərh L4-L5 fəqərəarası diskin yırtığı cərrahi əməl s/v OU- qeyri proliferativ retinopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. -35 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İİİ f/s, infarktdan sonrakı kardioskleroz, Aorta koronar şuntlamadan s/v, AF 38%, ÜÇ İİİ f/s, Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aorta koronar şuntlamadan s/v, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f/s Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Tip İİ Yanaşı xəstəliklər H36.8* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar, OU- qeyri prolifertiv retinopatiya Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel fəqərələrinin disklərinin radikulopatiyası Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİİ dərəcə Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərəarası diskin yırtığı, əməliyyatdan sonrakı vəziyyət; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən mütəxəssislərin rəyləri , status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin;” səbəbi ilə imtina verilmişdir. -10 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digərformaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokardiyası İİİ f\s.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə məsləhət görülür.;” səbəbi ilə imtina verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsinə dair qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən T 92/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə və xx.xx.2023-cü il tarixdə Elmi X4nda müayinələrinə əsasən o, hazırda “ÜİX. Stabil gərginlik stenokardiyası. İİ F.S. infarktdan sonrakı kardioskleroz. Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Arterial hipertoniya İİİ dər. XÜÇ İİİ F.S.” xəstəliklərindən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-28424/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə xx.xx.2023cü il tarixində 4 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmamışdır. Təqdim edilən tibbi sənədlər və əyani müayinəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”na uyğun olaraq İddiaçı əlillik səviyyəsində deyil. Məhkəmənin xx.xx.2024-cü il tarixli əlavə məhkəmə tibbi ekspertizasının təyin edilməsinə dair qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən T 737/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı “Akademik C.Abdullayev adına X1”nda icra edilmiş xx.xx.2024-cü il tarixli exokardioqrafıya müayinə nəticəsində qeyd edilmişdir: sol mədəciyin sistola-diastolik ölçüləri normaldır. Sistolik funksiyası azalmışdır. LVEF-38%. Sol mədəciyin divar-hərəkət qüsuru izlənilir (apeks akinetik, anteroseptum, anterior hipokinetik). Sol mədəciyin diastolik disfunksiyası, sol qulaqcıq genişlənmiş və sağ mədəcik ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP mmHg) normaldır. Doppler Exo-KQ: min MÇ, min TÇ. Mütəxəssislər tərəfindən ona “ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s, infarktdan sonrakı kardioskleroz, aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, Arterial hipertoniya İİİ dərəcə, XÜÇ İİİ f.s (üç)” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, 0096003AADVX №-li Forma 88-də qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları onun hazırkı sağlamlıq vəziyyəti ilə natamam uyğunluq təşkil etsə də qərardadın 2-ci sualın yarımbənlərində qeyd edilən hallar onda müşahidə olunmadı. X2 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilərlər. İddia mahiyyət üzrə qismən əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2012-ci ildən Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya təsnifatı üzrə əlillik təyin olunmuşdur. Sonuncu dəfə ona xx.xx.2016-xx.xx.2021-ci il tarixlərdə eyni diaqnnozla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra elektron sistemə yerləşdirilmiş tibbi göndərişlər üzrə sonuncu dəfə xx.xx.2022-ci ildə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Hazırkı iddiasında iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin əlillik təyinatından imtina edilməsi əsasları ilə razılaşmır. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Elmi X4nda müayinələrinə əsasən onun hazırda “ÜİX. Stabil gərginlik stenokardiyası. İİ F.S. infarktdan sonrakı kardioskleroz. Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Arterial hipertoniya İİİ dər. XÜÇ İİİ F.S.” xəstəliklərindən əziyyət çəkdiyi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilmiş sonuncu xx.xx.2022-ci il tarixli, 0096003AADVX nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz: İ20.8 - Stenokardiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokardiyası İİİ f\s; Yanaşı xəstəliklər: H35.0 -Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Qeyri proliferativ retinopatiya; Ağırlaşma: Z95.1 -Aortokoronar şuntlu transplantatın olması, Aortokoronar şuntlama x 3 əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2020); Ağırlaşma: İ50.0 -Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİİ funksional sinif AF 38%; Yanaşı xəstəliklər: 110 -Essensial [birincili] hipertenziya, Hipertaniya xəstəliyi İİ mərhələ.lV əlavə risk; Yanaşı xəstəliklər: M42 -Onurğanın osteoxondrozu, Bel fəqərələrinin ostreoxondrozu L4-L5 fəqərə arası disk yırtığı əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2010); Ağırlaşma: İ25.2 -Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər: 177.1-Arteriyaların daralması, Hər iki aşağı ətraf arterialarının stenozu (60-75 %); Yanaşı xəstəliklər: E11.7 - İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən aslı olmayan şəkərli diabet.Tip İİ cox saylı ağırlaşmalarla diaqnozu iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə natamam uyğunluq təşkil edir və həmin xəstəliklər tam reabilitasiya olunmur. Başqa sözlə, sonuncu tibbi göndərişdə qeyd edilmiş əsas xəstəliyin iddiaçıda olması mübahisələndirilməyən halı olsa da həmin əsas diaqnoz və ağırlaşmaların iddiaçıya əlillik təyinatına əsas verməməsinin əsaslarını cavabdeh orqan istər imtina qərarlarında, istərsə də məhkəmə icraatı gedişində xx.xx.2023-cü il tarixli əyani müayinəsinin nəticəsində bilavasitə bildirməmişdir. Belə ki, iddiaçının yaşayış ünvanında cavabdehin ekspertləri tərəfindən yoxlaması keçirilmiş və məhkəməyə təqdim edilmiş əyani müyainə aktında iddiaçıda əyani müayinə zamanı aşkar olunan əlamətlər sadalanmış, lakin həmin əlamətlərin hansı ixtisaslamış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyi, iddiaçının sağlamlıq vəziyyətinin əlilliyin müəyyən edilməsi meyarlarına uyğun olaraq “əlillik səviyyəsində deyil” əsası kimi qiymətləndirilməsinin tibbi və hüquqi əsasları sadalanmamışdır. Sonuncu ekspert rəyində məhkəmənin iddiaçıda aşkar olunan xəstəliyin (əsas diaqnoz və ağırlaşmalar) əlilliyin müəyyən edilməsi meyarları baxımından uyğun olubolmaması ilə bağlı suallar qoyulmuş və ekspert nəticə etibarı ilə iddiaçının hazırkı faktiki vəziyyətinin qiymətləndirmə meyarlarındakı hallara tam şəkildə uyğun olmasını inkar etməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında olmaqla onun əlillik təyinatına əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları”: 2.2. Ürəyin işemik xəstəliyi İ20 - İ25 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda, 35-60 % - 1 il müddətinə -2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda, 65-80% - 2 il müddətinə -2.2.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda, 85-100 % -müddətsiz. 2.3. Ürək çatışmazlığı İ50 kodu altında və Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: - 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ, 35-60 % - 1 il müddətinə; - 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ, 65-80 % - 2 il müddətinə; - 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ, 85-100 % müddətsiz; - 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər, 80 % -müddətsiz; - 2.3.5. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda, 50 % -müddətsiz. Məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarında “Ürəyin işemik xəstəliyi – İ20 - İ25” kodu altında öz əksini tapsa da, həmin xəstəliyin qiymətləndirilməsi meyarlarında ÜDS-nin mülayim disfunksiyası mərhələsi 35-60%, ÜDS-nin ciddi disfunksiyası mərhələsi isə 65-85%, ÜDS-nin ağır və davamlı disfunksiyası mərhələsi isə 85-100% aralığında göstərilmişdir. Belə olan halda iddiaçıda olan əsas diaqnoz və ağırlaşma -retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Qeyri proliferativ retinopatiya; Aortokoronar şuntlu transplantatın olması, Aortokoronar şuntlama x 3 əməliyyatdan sonrakı vəziyyət;: Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİİ funksional sinif AF 38% hansı dərəcə əlilliyə uyğunluğu müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda əyani müayinə və exokardioqrafiya müayinəsinin nəticələrinə əsasən ürəyin işemik xəstəliyinin olduğu təsdiq olunmuşdur. Eyni zamanda iddiaçıda olan H35.0, İ10, M42, İ77.1, E11.7 kimi yanaşı xəstəliklər də iddiaçıda əsas diaqnoz və ağırlaşma ilə yanaşı orqanizmin funksiyalarının pozulması faizinə də təsir edir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının xəstəllik tarixi, 2012-ci ildən eyni diaqnozla əlillik təyinatı, aşkar olunan xəstəliyin reabilitasiya olunmaması da nəzərə alındıqda iddiaçının xəstəliyinin hansı faiz aralığına aid edilməsinin və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsinin cavabdehin diskresion, qiymətləndirmə azadlığına aid səlahiyyəti çərçivəsində həll edilməli olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. İnzibati orqanın səlahiyyətinin diskresion səlahiyyət olub-olmaması çox zaman təfsir məsələsindən asılı olur. Qanunun və Konstitusiyanın məqsədləri inzibati orqana hansı sahələrdə və hansı məqsədlə diskresion səlahiyyət verildiyini müəyyən etməyə imkan verir. Dolayısı ilə, inzibati orqan qanunvericiliklə müəyyən olunmuş məqsədlə bağlı olur və diskresion səlahiyyəti həyata keçirərkən ona uyğun hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, əgər qanun ümumi şəkildə hər hansı bir sahənin tənzimləməsini inzibati orqana həvalə edirsə onda bunu da diskresion səlahiyyətlərin mövcud olma əsası kimi qəbul etmək mümkündür. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni inzibati orqan işin hallarını qiymətləndirmək, eyni vaxtda diskresion səlahiyyətlərdən istifadə etmək imkanından istifadə edir. Bu cür hallarda söhbət qarışıq tərkiblərdən gedir. Lakin hər bir halda məhkəmə inzibati orqanı öz qiymətləndirməsinə əsasən həyata keçirdiyi hərəkətləri diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı rəhbər tutmalı olduğu prinsiplər əsasında yoxlayır. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə məhkəmə bu nəticəyə gəlinir ki, tikintiyə icazə ilə bağlı icraat inzibati orqanın diskresion səlahiyyətinə aid olmaqla bu növ müraciətlər üzrə iddia bilavasitə İPM-nin 73.2 və 73.3-cü maddəsinin təsir dairəsinə aiddir. Məhkəmə qeyd edir ki, cavabdehin üzərinə iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş sonuncu xx.xx.2022-ci il tarixli, 0096003AADVX nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz, ağırlaşma) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi və iddiaçının xeyrinə yeni qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh yeni icraat zamanı iddiaçının müraciətinə qanunvericiliyin tələbləri çərçivəsində baxaraq zəruri yoxlamanın həyata keçirilməsindən sonra iddiaçının müraciətinə dair yenidən qərar qəbul etmək və bu zaman onun üzərinə iddiaçının xeyrinə olan hüquqi mövqeni, yəni orqanizmin funksiyalarının əlillik təyinatına əsas verən hansı faiz aralığında olmasının üməyyən edilməsi və müvafiq əlillik dərəcəsi təyinatının aparılmasını nəzərə almaq öhdəliyi qoyulmalıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı müvafiq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-108/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-108/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver