Məhkəmə qərarları › İş №2-1(112)-1080/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1080/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1080/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı İİ dərəcəli gözdən əlil olan X2 adına 19 mart 2015-ci ildə təqdim edilmiş 111 saylı sərəncamın əsasında verilmiş 3 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X7 06 aprel 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildən rəhmətə getdiyi ilə qədər, yəni 2014-cü ilə kimi Azərbaycan Gözdən Əlillər Cəmiyyətində çalışmışdır. İİ dərəcəli gözdən əlil kimi mərhum X6 Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli 111 saylı sərancama əsasən 7 (yeddi) nəfər ailə tərkibi olmasını nəzərə alaraq mənzil növbəsinə götürülmüşdü. Qüvvədə olan mənzil qanunvericiliyinə və “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” nın təsdiq edilməsi haqqında nazirlər kabinetinin 24 iyul 2019-cu il 322 saylı qərarı K.Mustafayevanın ailə üzvlərinin mənzil şəraiti ilə təmin edilməsinin qanuni çərçivədə mümkünlüyü təsdiq edilmişdir. İİ dərəcəli Gözdən Əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-M-11025/2023 saylı məktubla imtina edilmişdir. Mənzil məsələsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısın Aparatının xx.xx.2023-cü il tarixli, 5-14/2- 882/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (XDS İK) xx.xx.1987-ci il tarixli, 24 №-li Qərarı ilə X7 ailə tərkibi 6 nəfər (özü, əri, 2 oğlu, 2 azı) olmaqla iş yeri üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyində (AzGƏC B) 2-ci dərəcəli gözdən əlil statusunda mənzil növbəsinə götürülmüşdür. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 111 №-li Sərəncamı ilə Az GƏC BTİM MMC-nin (iş yeri) rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2015-ci il tarixli, 1 №-li protokolu təsdiq edilmiş, K.M.Mustafayevanın ölümü ilə əlaqədar iş yeri üzrə mənzil uçotu növbəliliyi həmin müəssisədə ailə tərkibi 7 nəfər (özü, 2 qızı, oğlu Asif, nəvələri Lalə, Qəmər, Hüseyn) olmaqla əri İddiaçı adına keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, sonrakı mərhələdə İddiaçı və onun ailə üzvlərinin adlarının yaşayış sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi, həmin siyahının ƏƏSMN tabeliyində olan SXA-ya göndərilməsi AzGƏC bu barədə Nərmanov Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-18262/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında X8, habelə X2 adları qeyd edilməmişdir. Qeyd edirik ki, həmin siyahıda 468 nəfər gözdən əlilliyi olan şəxsin adı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum gözdən əlil X2 mənzil növbəsinin həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2015-ci il tarixli 111 nömrəli sərəncamı “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilməsindən əvvəl verilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 25 aprel 2006-cı ilədək Bakı şəhəri, ünvan 2 ünvanında, həmin tarixdən sonra - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 111 nömrəli sərəncamının verildiyi 19 mart 2015-ci il tarixində də ünvan 4 ünvanında olmuşdur. Vətəndaş hazırkı tarixədək həmin ünvanda daimi qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-04765/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 111 nömrəli Vət. K.M.Mustafayevanın ölümü ilə əlaqədar mənzil uçot işinin əri İddiaçı adına keçirilməsi haqqında sərəncamı ilə Az GƏC-nin BTİM MMC-nin rəhbərliyinin və Az GƏC BTİM MMC-nın Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2015-ci il tarixli, 1 nömrəli Protokolun təsdiq edilməsi, 2-ci qrup gözdən əlil vət. X3 ölümü ilə əlaqədar mənzil uçot işi əvvəlki ış yerində uçota götürülmə tarixi saxlanılmaqla, 7 nəfər ailə tərkibi ilə (özü, 2 qızı, oğlu Asif, nəvələri Lalə, Qəmər, Hüseyn) əri İddiaçı adına keçirilməsi qərara alınmışdır. -Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İ.B.-nin xx.xx.2015-ci il tarixli, 03/726 nömrəli, Nərimanov rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı məktubunda bildirilmişdir ki, Az.GƏC-nin və Az GƏC HK -nin rəhbərliyi Az. BTİM MMC -nin işçisi X9 mənzil uçot sənədlərini təsdiq üçün Sizə göndərir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-23193/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adları qeyd edilməmişdir. Qeyd edirik ki, həmin siyahıda 468 nəfər gözdən əlilliyi olan şəxsin adı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum gözdən əlil X2 mənzil növbəsinin həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2015-ci il tarixli 111 nömrəli sərəncamı “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilməsindən əvvəl verilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 25 aprel 2006-cı ilədək Bakı şəhəri, ünvan 2 ünvanında, həmin tarixdən sonra - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 111 nömrəli sərəncamının verildiyi 19 mart 2015-ci il tarixində də ünvan 4 ünvanında olmuşdur. Vətəndaş hazırkı tarixədək həmin ünvanda daimi qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-32035/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adları qeyd edilməmişdir. Qeyd edirik ki, həmin siyahıda 468 nəfər gözdən əlilliyi olan şəxsin adı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum gözdən əlil X4 mənzil növbəsinin həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2015-ci il tarixli 111 nömrəli sərəncamı “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydasının (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilməsindən əvvəl verilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 25 aprel 2006-cı ilədək Bakı şəhəri, ünvan 2 ünvanında, həmin tarixdən sonra - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 111 nömrəli sərəncamının verildiyi 19 mart 2015-ci il tarixində də ünvan 4 ünvanında olmuşdur. Vətəndaş hazırkı tarixədək həmin ünvanda daimi qeydiyyatdadır. Eyni zamanda qeyd edirik ki, İddiaçı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin 21 sentyabr 2023-cü il tarixində Abşeron rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etmiş və bununla bağlı İddiaçı Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-3/2-M-30339/2023 nömrəli məktubu ilə rəsmi cavab verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İ.B.-nin 11 yanvar 2024-cü il tarixli, 01/002 nömrəli məktubunda bildirilmişdir ki, Az.GƏC-in üzvü, İİ dərəcəli gözdən əlil mərhum X5 mənzil növbəliyi aidiyyəti üzrə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 111 saylı sərəncama əsasən 7(yeddi) nəfər ailə tərkibi ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Məktubda göstətilən sorğuya əsasən bildiririk ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi qeyri hökumət təşkilatıdır və mənzil fondu olmadığına görə üzvləri və işçilərini mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. Sözü gedən öndəlik yeni qəbul edilmiş Əmək Məcəlləsi ilə 1982-ci ildə mövcud Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin ləğv edilməsi və iş yeri üzrə mənzil növbəliyinin (mənzil fondunun) olmaması səbəbi ilə ləğv edilmişdir. Bununla da iş yeri üzrə mənzil növbəliyi müvafiq qaydada yaşyayış yeri üzrə İcra Hakimiyyətinə köçürülmüşdür. Hal-hazırda gözdən əlil vətəndaşların istər iş yeri istərsə də mövcud yaşayış yeri üzrə mənzil uçot sənədləri gözdən əlil vətəndaşlar və ailələri tərəfindən aidiyyəti üzrə müstəqil qaydada və ya müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən Sosial Xidmətlər Agentliyinə təqdim edilir. Belə ki, iş yeri üzrə mənzil növbəliyi həm də aidiyyəti İcra Hakimiyyəti orqanı tərədindən müvafiq sərəncam ilə təsdiq edilir. Bu da məlumunzudur ki, qüvvədə olan mənzil qanunvericiyinə və “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydasf’nm təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 iyul 2019-cu il № 322 saylı qərarı K.Mustafayevanm ailə üzvlərinin mənzil şəraiti ilə təmin edilməsinin qanuni çərçivədə mümkünlüyünü ehtiva edir. SXA tərəfindən müəyyən edimiş qaydaya əsasən hər bir gözdən əlil vətəndaş və ya ailəsi mənzil şəraiti ilə təmin edilməsi üçün mənzil uçot işini müstəqil qaydada Sosial Xidmətlər Agentliyinə təqdim edir və AzGƏC buna görə məsuliyyət daşımır. AzGƏC ümumi qaydada Sosial Xidmətlər Agentliyinə gözdən əlil vətəndaşların mənzil şəraiti ilə təmin edilməsi üçün müraciətlər ünvanlayır və ya vaxtilə AzGƏQ tərəfindən mənzil şəraiti ilə təmin edilən şəxslər barədə Agentliyə məlumat verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-9798/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adları qeyd edilməmişdir. Qeyd edirik ki, həmin siyahıda 468 nəfər gözdən əlilliyi olan şəxsin adı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum gözdən əlil X2 mənzil növbəsinin həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında vətəndaşın surətini təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2015- ci il tarixli 111 nömrəli sərəncamı “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın (bundan sonra - Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilməsindən əvvəl verilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023-cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adlarının göstərilməmişdir. Bu səbəbdən K.Mustafayevanın mənzil növbəsinin İddiaçı adına keçirilib-keçirilməməsinə dair məlumat təqdim edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə şifahi müraciət edilmişdir. Qeyd edirik ki, mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair Nərimanov Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat aşkarlanmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 25 aprel 2006-cı ilədək Bakı şəhəri, ünvan 2 ünvanında, həmin tarixdən sonra - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 111 nömrəli sərəncamının verildiyi 19 mart 2015-ci il tarixində də ünvan 4 ünvanında olmuşdur. Vətəndaş hazırkı tarixədək həmin ünvanda daimi qeydiyyatdadır. Eyni zamanda qeyd edirik ki, İddiaçı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin 21 sentyabr 2023-cü il tarixində Abşeron rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etmiş və bununla bağlı İddiaçı Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-3/2-M-30339/2023 nömrəli məktubu ilə rəsmi cavab verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-11681/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olrnuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adları qeyd edilməmişdir. Qeyd edirik ki, həmin siyahıda 468 nəfər gözdən əlilliyi olan şəxsin adı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum gözdən əlil X2 mənzil növbəsinin həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında vətəndaşın surətini təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2015-ci il tarixli 111 nömrəli sərəncamı “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın (bundan sonra-Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilməsindən əvvəl verilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023-cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X2 adlarının göstərilməmişdir. K.Mustafayevanın mənzil növbəsinin İddiaçı adına keçirilib-keçirilməməsinə dair məlumat təqdim edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə şifahi müraciət edilmişdir. Qeyd edirik ki, mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair Nərimanov Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən Agentlik tərəfindən vətəndaşın mənzillə təmin edilməsi nəzərdə tutulmamış və adı mənzillə təmin ediləcək şəxslərin siyahısına əlavə edilməmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı daimi yaşayış yeri üzrə qeydiyyatı 25 aprel 2006-cı ilədək Bakı şəhəri, ünvan 2 ünvanında, həmin tarixdən sonra - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 111 nömrəli sərəncamının verildiyi 19 mart 2015-ci il tarixində də ünvan 1 ünvanında olmuşdur. Vətəndaş hazırkı tarixədək həmin ünvanda daimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-M-11025/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbərliyinin qəbulunda olarkən etdiyiniz müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək (16 avqust 2021-ci il) uçotda olan gözdən əlilliyi olan şəxslərin Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin 19 mart 2015-ci il tarixli 111 nömrəli Sərəncamı ilə mərhum həyat yoldaşınız - X1 mənzil növbəliliyi adınıza keçirilmişdir. Qeyd olunanlara əsasən, sosial-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə mövcud qanunverciliyə uyğun olaraq baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda mənzillə təmin edilmə məsələsinə mövcud qanunverciliyə uyğun olaraq baxılacağını bildirməklə, bilavasitə imtina cavabı təqdim etməmiş olsa da, lakin iddiaçının müraciəti üzrə keçən müddət ərzində mənzillə təmin edilməməsi, eləcə də məhkəmənin sorğularına verilmiş cavablardakı mövqe, xüsusən iddiaya mahiyyəti üzrə etirazın bildirilməsi iddiaçının tələbinin təmin edilməsindən imtina kimi qiymətləndirilir. İddia mahiyyət üzrə əsasızdır. İşin hallarından görünür ki, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (XDS İK) xx.xx.1987-ci il tarixli, 24 №-li qərarı ilə X7 ailə tərkibi 6 nəfər olmaqla iş yeri üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyində 2-ci dərəcəli gözdən əlil statusunda mənzil növbəsinə götürülmüşdür. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 111 №-li Sərəncamı ilə Az GƏC BTİM MMC-nin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2015-ci il tarixli, 1 №-li protokolu təsdiq edilmiş, K.M.Mustafayevanın ölümü ilə əlaqədar iş yeri üzrə mənzil uçotu növbəliliyi həmin müəssisədə ailə tərkibi 7 nəfər (özü, 2 qızı, oğlu Asif, nəvələri Lalə, Qəmər, Hüseyn) olmaqla əri İddiaçı adına keçirilmişdir. Hazırkı iddia üzrə İddiaçı mərhum gözdən əlil K.M.Mustafayevanın mənzil növbəliyi adına keçirilmiş olduğundan ona mənzil verilməsini mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.2 əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -48.1 sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -48.2 qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların aşağıdakı bəndlərinə əsasən: -14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. -15. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin mənzil məsələləri üzrə komissiyası, vətəndaşların yaşayış yerində uçota götürülmək haqqında ərizələrini, bu vətəndaşların mənzil şəraitinin yoxlanması materiallarını, habelə iş yerində uçota götürülən vətəndaşların müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən təqdim edilmiş siyahılarını və onların uçot işlərini nəzərdən keçirir və ərizənin, ya da siyahının daxil olduğu gündən bir ay ərzində yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müzakirəsinə müvafiq təkliflər verir. Yerli xalq deputatları Soveti icraiyyə komitəsinin bu məsələlərə dair qərarı materialın komissiyadan daxil olduğu gündən bir aydan gec olmayaraq qəbul edilməlidir. -16. İş yerində uçota götürülmüş vətəndaşların yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş siyahıları və onların uçot işləri müəssisə, idarə, təşkilat müdiriyyətinə qaytarılır. -22. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda olan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbə qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Uçota götürülmə tarixi eyni olduqda mənzilə ehtiyac dərəcəsi, həmin müəssisədə, idarədə, təşkilatda iş stajı və ictimai faydalı fəaliyyət nəzərə alınır. Növbə: - yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində — müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; - iş yerində uçota götürülmüş vətəndaşlar barəsində — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir. -31.Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara mənzil məsələləri üzrə ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. -32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. -33. İstehsalat birliyinin (kombinatın), müəssisənin sosial-mədəni tədbirlər və mənzil tikintisi fondu, çoxişlənən mallar fondu vəsaiti hesabına və qanunvericiliyə müvafiq olaraq, mənzil tikintisinə yönəldilə bilən digər vəsaiti hesabına tikilmiş bütün mənzil sahəsi birlik, müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə təsdiq edilmiş siyahı üzrə şəxslərə verilir və sonra bu barədə xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -34. İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq ictimai təşkilat orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan görünür ki, iş yerində uçota götürülmə barədə müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən birgə qərar qəbul edilir, həmin qərar ilə uçota götürülmüş vətəndaşların siyahıları və onların uçot işləri müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara rayon, şəhər xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında qeyd olunmuşdur ki:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” sərəncamında qeyd edilmişdir ki: -1.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. -2.Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan çoxmənzilli binaların (tikintisi davam edənlərə münasibətdə isə tikintisi başa çatdıqdan sonra) Komitənin balansından həmin binaların yerləşdiyi rayon (şəhər) icra hakimiyyətlərinin balansına verilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Göründüyü kimi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin tarixdən etibarən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu Sərəncamın qüvvəyə mindiyi 16 avqust 2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzillə təmin edilməsi nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçının mərhum arvadı X7 işlədiyi idarənin müdriyyəti və Həmkarlar Komitəsi tərəfindən mənzil növbəliyinə götürülmüş olsa da işəgötürən Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən mənzillə təmin edilməmişdir. X4 vəfatından sonra iddiaçının işəgötürəndə olan mənzil növbəliyi uçota götürülmə tarixi saxlanılmaqla Gözdən Əillər Cəmiyyəti İctimai Birliyinin müdriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2015-ci il protokol qərarı ilə əri İddiaçı adına keçirilmiş və qeyd edilən protokol təsdiq edilməsi üçün Nərimanov rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə sözügedən protokol təsdiq edilməklə, yalnız uçot işi İddiaçı adına keçirilmiş, sonrakı mərhələdə İddiaçı və onun ailə üzvlərinin adlarının yaşayış sahəsinə ehtiyacı olanların siyahısına daxil edilərək həmin siyahı rayon icra hakimiyyəti tərəfindən cavabdeh Sosial Ximətlər Agentliyinə göndərilməmişdir. Qeyd edilən halı Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə sorğusuna cavabında bildirməklə yanaşı, cavabdeh SXA Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 11 yanvar 2023-cü il tarixli 1/1260 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslər siyahısında İddiaçı, habelə X4 adlarının göstərilmədiyini, K.Mustafayevanın mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair məlumatın Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən Agentliyə daxil olmadığını bildirmişdir. Halbuki, yuxarıda adıçəkilən Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən yalnız xx.xx.2021-ci il tarixədək uçota götürüldüyü və növbəlik siyahısına daxil edilərək siyahısı Sosial Xidmətlər Agentliyinə təqdim olunduğu halda cavabdehin həmin siyahıda olan şəxslərin növbəliliyi nəzərə alınmaqla mənzillə təmin edilmə öhdəliyi yaranır. Qeyd edilənlərə əsasən cavabdehin iddiaçının mənzillə təmin edilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar