Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10806/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 iyul 2022-ci il tarixli **********868400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 iyul 2022-ci il tarixli **********868400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən cəmiyyətə 465 464,70 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Qeyd olunan qərarda bildirilir ki, tərəfimizdən təqdim edilmiş mənfəət vergi bəyannaməsinin ümidsiz borclar (225 A4) sətirində 2 263 111,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilmədiyi, eyni zamanda 64 212.15 manat məbləğində xərclərin uçot məlumat bazası ilə təsdiqini tapmağıdı bildirilmişdir. Bildirilmişdir ki, iddiaçı hesablanmış vergi məbləği ilə tamamilə razı deyil. Vergi orqanının qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və İnzibati İcraat haqqında qanunun tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. İddiaçı və “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) ilə arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 16 saylı Subkontrakt sazişi imzalanmışdır. Həmin sazişə əsasən görüləcək iş və xidmətlərin ƏDV daxil ümumi dəyəri 6 983 640.91 (altı milyon doqquz yüz səksən üç min altı yüz qırx manat, doxsan bir qəpik) müəyyən olunmuşdur. Həmin məbləğ tam şəkildə 2017-ci ilin gəlirində əks etdirilərək, 1 065 301, 15 (bir milyon altmış beş min üç yüz bir manat, on beş qəpik) manat ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Lakin, “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 6 983 640,91 manat məbləğindən bizə yalnız bir hissəsini – cəmi 4 297 933 (dörd milyon iki yüz doxsan yeddi min doqquz yüz otuz üç) manat 43 (qırx üç) qəpik – ödəmişdir, qalan hissə isə, yəni 2 685 707, 48 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi manat, qırx səkkiz qəpik) manat onun tərəfindən bu vaxta kimi bizə ödənilməmişdir. Yaranmış borcun ödənilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi gedişində tərəflər arasında xx.xx.2017-ci il tarixində “Barşıq sazişi“ imzalanmış və həmin sazış məhkəmənin xx.xx.2017-ci il tarixli 2-2(82)-595/2017 saylı qərardadı ilə təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərardadına və Barışıq sazışınə əsasən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 3 873 350.64 manat borcu tam şəkildə etiraf etməklə borcun xx.xx.2018-ci il tarixindək aybaay qrafiq əsasında ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh tərəfindən müəyyən olunmuş qrafiqə əməl edilməyərək borcun yalnız bir hissəsi ödənilmişdir. Bununla bağlı olaraq da tərəfimizdən həmin qərarın məcburi icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(82)-595/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin icraya yönəldilməsi, cavabdeh əsasən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı fəaliyyətini dayandırdığından 2 685 706,95 (iki milyon altı yüz səksən beş min yeddi yüz altı manat, doxsan beş qəpik) manat borcun Baş ofisin özündən tutularaq bizə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli 14118-1536 saylı məktubla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(82)-595/2017 saylı qərardadı icra olunması üçün Türkiyə Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Ankara 22 X3 xx.xx.2018-ci il tarixli qərarına əsasən iddia geri qaytarılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2-2(82)-595/2017 saylı qərardadı Azərbaycan Respublikasında icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 02 noyabr 2021-ci il tarixli qərarı ilə icra vərəqəsi icrası mümkün olmayan sənəd kimi Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. İcra məmuru tərəfindən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak aşkar olunmamış, Filialın fəaliyyətinin dayandırdığı müəyyən olunmuşdur. Göründüyü kimi müəyyən olunmuş borc məbləği cavabdeh tərəfindən etiraf olunmasına, bununla bağlı bütün hüquqi imkanlardan istifadə olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunduğu kimi tərəflər arasında müqavilə 25 fevral 2016-cı ildə bağlanılmışdır və borcun ödənilməsi ilə bağlı iddia 2017-ci ildə qaldırılmış və bununla bağlı məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı mövcuddur. Bütün hallarda qanunverciliyin müəyyən etdiyi 3 illik tələb etmə müddəti bitdikdən sonra həmin məbləğ ümidsiz borc kimi mənfəət vergisi bəyənnaməsində əks etdirilmişdir. Vergi Məcəlləsinin tələbinə görə hər hansı məbləğin ümidsiz borc kimi tanınması üçün yalnız iki şərt mövcuddur: həmin məbləğin gəlirdə göstərilməsi; mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silinməsi. Qeyd edək ki, mübahisələndirilən məbləğ hesablama metodu ilə təqdim olunmuş 2017-ci ilin mənfəət vergisi bəyənanməsində gəlirdə əks etdirilmiş və bu hal vergi orqanı tərəfindən mübahisələndirilməmişdir(surəti əlavə olunur).Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin **********632300 nömrəli, xx.xx.2022-ci il tarixli “2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubunda qeyd edilmişdir ki, “Təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin Ümidsiz borclar (225 A4) sətirində 2 263 111,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilməmişdir. Bununla bağlı bildiririk ki, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarı olmadan vergi orqanı tərəfindən Mülki Məcəllənin 373 və 377-ci maddələrinə istinad etməklə borcun vaxtı ötmüş kreditor borc kimi silinməsi düzgün hesab olunmur”. Göründüyü kimi inzibati orqan heç bir səlahiyyəti olmadığı halda qanunverciliyə şərh verərək nəyin düzgün olub-olmamasına qiymət verməyə cəhd etmişdir. Halbuki, iddiaçı tərəfindən **********624300 nömrəli xx.xx.2022-ci il tarixli və **********563700 nömrəli xx.xx.2022-ci il tarixli məktubla mövcud məhkəmə qərardadları və icra məmurunun qərarı vergi orqanına təqdim olunmuşdur. Bundan sonrakı 19 iyul 2022-ci il tarixli **********868400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarında isə qeyd olunmuşdur ki, “təqdim edilmiş mənfəət vergi bəyannaməsinin ümidsiz borclar (225 A4) sətirində 2 263 111,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilməmişdir”. Halbuki, debitor borcunun ümidsiz olmasının təsdiqlənməsi, həmin borcun silinməsi və bu silinmə üçün razılığın və ya icazənin alınması, habelə debitorun (borclunun) müflisləşməsi və ya digər səbəbdən ödəmə qabiliyyətinin olmaması haqqında, habelə iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarının olması və həmin qərarın kreditor tərəfindən dövlət orqanlarına təqdim etməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Ümidsiz borc müvafiq müddət keçdikdən sonra kreditor tərəfindən onun mühasibat sənədlərində ümidsiz borc məbləği kimi qeyd edilməklə silinə bilər – bu, kreditorun müstəsna hüququdur, həmin hüquq yalnız iddia müddəti keçdikdən sonra realizə bilər və bunun üçün digər şərtlər (tələblər) qanunvericiliklə müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasından əlavə olaraq bildiririk ki, bu hesablama qərəzli şəkildə aparılmışdır. Belə ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə cari mənfəət vergisi bəyənnaməsi təqdim edilmişdir. Həmin 225-ci sətrdə (Ümidsiz borclar) 2 263 111.35 manat məbləğ qeyd olunmuşdur. Bundan sonra bəyənnamə ilə bağlı vergi orqanından bəyənnamənin digər hissələri ilə bağlı çoxsaylı Kameral uyğunsuzluq məktubları daxil olmuşdur, lakin həmin məktubların heç birində qeyd olunan ümidsiz borc məbləğinin qanunsuz olması barədə heç bir qeyd mövcud olmamışdır. xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktubda da yük gömrük bəyənnamələri, elektron qaimə fakturalar və alınmış avanslarla bağlı uyğunsuzluqlar qeyd olunmuş və buna uyğun olaraq da xx.xx.2021-ci il tarixli **********339600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən müəssisəyə 102 756.30 manat əlavə vergi məbləği hesablanılmışdır. Bundan sonra çoxsaylı yazışmalar və inzibati şikayətlər təqdim olunduqdan sonra qeyd olunan xx.xx.2021-ci il tarixində 102 756.30 manat məbləğ azaldıldılaraq yenidən 101 056.68 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Bundan sonra yenidən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 101 056.68 manat manat azaldılaraq yenidən 122 303.84 manat əlavə vergi hesablanılmışdır. Qeyd olunan hesablama ilə bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin **********392700 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********127000 nömrəli qərar ləğv olunaraq şəxsi hesab vərəqənizdə müvafiq düzəliş edilmişdir”. Bununla da mənfəət vergisi bəyənnaməsi üzrə hesablanılmış 122 303.84 manat məbləğ azaldılmışdır. Vergi orqanının məsul şəxslərinin çoxsaylı təkidləri ilə həmin dövr üzrə texniki düzəlişlər məqsədi ilə 2020ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur. Bundan sonra xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubları daxil olmuşdur, ilk iki məktubda da ümidsiz borclarla bağlı heç bir qeyd olmamışdır, yalnız xx.xx.2022-ci il tarixli məktubda umidsiz borc məbləği mübahisələndirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edərək kameral hesablama qərarında qeyd olunmuş 64 212.15 manat məbləğində uçot məlumat bazası təsdiqini tapmayan xərclərə aydınlıq gətirmişdir. Bildirilmişdir ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə cari mənfəət vergisi bəyənnaməsi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktubda da yük gömrük bəyənnamələri, elektron qaimə fakturalar və alınmış avanslarla bağlı uyğunsuzluqlar qeyd olunmuş və buna uyğun olaraq da xx.xx.2021-ci il tarixli **********339600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən müəssisəyə 102 756.30 manat əlavə vergi məbləği hesablanılmışdır. Bundan sonra çoxsaylı yazışmalar və inzibati şikayətlər təqdim olunduqdan sonra qeyd olunan xx.xx.2021-ci il tarixində 102 756.30 manat məbləğ azaldıldılaraq yenidən 101 056.68 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Bundan sonra yenidən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 101 056.68 manat manat azaldılaraq yenidən 122 303.84 manat əlavə vergi hesablanılmışdır. Qeyd olunan hesablama ilə bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin **********392700 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********127000 nömrəli qərar ləğv olunaraq şəxsi hesab vərəqənizdə müvafiq düzəliş edilmişdir”. Bununla da mənfəət vergisi bəyənnaməsi üzrə hesablanılmış 122 303.84 manat məbləğ azaldılmışdır. Beləliklə vergi orqanı faktiki olaraq həmin qərarla mənfəət vergisi bəyənnaməsində elektron qaimə faktra və yük gömrük bəyənnamələri üzrə formalaşan xərclərin tərkibini qəbul etmişdir. Vergi orqanının məsul şəxslərinin çoxsaylı təkidləri ilə həmin dövr üzrə texniki düzəlişlər məqsədi ilə 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur. Bundan sonra xx.xx.2022, xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubları daxil olmuşdur, həmin məktublarda cəmi 8 317.53 manat xərcin çox göstərildiyi bildirilmiş və izahat tələb edilmişdir. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixli **********563700 nömrəli məktubla mənfəət vergisi bəyənnaməsinin xərc maddələri üzrə bir-bir açıqlaması verilmişdir. Həmin məktuba və təqdim edilmiş cədvələ əsasən müəssisənin 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin eletron qaimə faktura və yük gömrük bəyənnamələri üzrə formalaşan xərclərinin tərkibi aşağıdakı kimi olmuşdur. Mənfəət bəyənnaməsində Məbləğ s/s xərc sətri Xərc sətrinin adı (ƏDV-siz) 1 221.10 Su və kanalizasiya xərcləri 5,240.45 2 221.11 Rabitə xərcləri 11,484.02 3 221.12 Mühafizə xərcləri 4,800.00 4 221.14 Reklam Xərcləri 998.00 Bilavasitə malların təqdim edilməsi işlərin 5 221.15 görülməsi ilə bağlı sair xərclər 675,545.65 6 221.3 Xammal və materiallar 2,960,372.76 7 221.4 Malın dəyəri 62,540.88 8 221.7 Enerji xərcləri 11,867.93 9 221.8 Qaz Xərcləri 976.00 10 221.9 Yanacaq xərcləri 64,990.82 11 222.3 Qeyr-rezident üzrə faizlər 7,739.53 12 228.2 Maşınlar və avadanlıqlar üzrə təmir xərcləri 31,164.32 13 228.3 Nəqliyyat vasitələri üzrə təmir xərcləri 11,167.78 14 229.1 Rezident üzrə nəqliyyat xərcləri 191,241.78 15 229.2 Qeyri-rezident üzrə nəqliyyat xərcləri 578.00 16 230.2 Ödənilmiş sığorta haqları 9,542.77 17 221.5.1.2 Rezident fiziki şəxslər üzrə icarə haqqı 36,083.18 18 Əsas vəsait 60,276.20 Xərcə salınmayan 19 sosial ödənişlər 5,440.49 CƏMİ 4,152,050.56 Lakin vergi orqanı tərəfindən heç bir açıqlama və izahat verilmədən xx.xx.2022-ci il tarixli qərarda “həmin təsdiqini tapmayan xərclərin” 64 212.15 manat manat olduğu bildirilmişdir, halbuki, uyğunsuzluq məktubunda bu rəqəm 8 317.53 manat təşkil etmişdir. Vergi Məcəlləsinin: 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.30. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin qeyd olunan maddələrinin tələbinə zidd olaraq vergi orqanı 64 212.15 manat xərcin təsdiqini tapmaması barədə müəssisəyə heç bir uyğunsuzluq məktubu göndərməmişdir. Mövcud vəziyyətdə vergi orqanı ən yaxşı halda 8317.53 manat məbləğə görə 1 663.50 manat mənfəət vergisi hesablaya bilərdi. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının 2020-ci il üzrə mənfəət bəyannaməsi təqdim edilərkən bəyannamənin ümidsiz borclar (225 A4) sətrində 226.311,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilməmiş, habelə 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş 9 764 339,20 manat məbləğində gəlirdən çıxılan xərclərin 64 212,15 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyə edilmişdir. İddiaçının iddianın təmin edilməsinin əsası kimi kameral vergi yoxlamaı ilə müəyyən edilən məbləğin ümidsiz borc məbləği ilə əlaqələndirir. O cümlədən “X9 izolasyon X7 Sanayi ve Ticaret Limited Şirkəti’’nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli subkontrakt sazişinin ƏDV daxil ümumi məbləğinin 6 983 640,91 manat gəlirdən 1 065 301,15 manat məbləğində ƏDV hesablanaraq dövlət büdcəsinə, 4 297 933,43 manat məbləği iddiaçıya ödədiyi halda, 2 685 707,43 manat mələğ isə ödənilmədiyi bildirirlir. İddia ərizəsində daha sonra ödənilməmiş məbləğlə əlaqədar olaraq 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin icraya yönəldilməsi, cavabdehdən 2 685 706, 95 manat tutularaq iddiaçıya ödənilməsi qərara alındığı və qərarın Türkiyə Respublikasının ərazisində tanınması və icrasına dair qərar çıxarılması üçün müraciət edilsə də Türkiyə Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən iddiaçının xahişini təmin olunmadığına görə qərar Azərbaycan Respublikasında icraya yönəldilsə də Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 02 noyabr 2021-ci il tarixli qəran ilə icra vərəqəsi icrası mümkün olmayan sənəd kimi Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Ümidsiz borc məbləği dedikdə vergi ödəyicisi tərəfindən həmin məbləğin alınmasına dair tələb irəli sürmək hüququnun xitam verildiyi hallara şamil edilir. İddia ərizəsinin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər haqqında bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş 9.764.339,20 manat məbləğində gəlirdən çıxılan xərclərin 361 974,52 manat məbləğində olan hissəsinin vergi orqanının uçot- baza məlumatları ilə təsdiqini tapmadığı, həmçinin bəyannamənin gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər hissəsinin 225 A4 sətrində 2 263 111,35 manat ümidsiz borc məbləğinin göstərildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən vergi ödəyicisinə “2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2022-ci il tarixli, **********632300 nömrəli məktub göndərilmiş, xərcləri təsdiq edən sənədlərin və məlumatların 5 (beş) iş gün müddətinə vergi orqanına təqdim edilməsi bildirilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli, **********563700 saylı məktubla xərclərin açıqlaması barədə cədvəl təqdim edilmiş, yenidən təhlil zamanı gəlirdən çıxılan xərclərin 64 212,15 manat məbləğində olan hissəsinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, ödəyici tərəfindən bəzi xərclərin, o cümlədən alınmış mühərrik yağları, əsas vəsaitlər üzrə ehtiyat hissələri, avto təmir xidmətlərinin Vergi Məcəlləsinin 109.1 və 115- ci maddəsinin tələblərinə zidd olaraq bilavasitə xərc kimi birbaşa gəlirdən çıxıldığı aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixində dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyəti neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi və digər mülki tikinti işlərinin gösətirilməsindən ibarətdir. İddia tələbindən görünür ki, hazırkı iddia Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli **********868400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlıdır. Adı çəkilən qərara əsasən vergi orqanı tərəfindən cəmiyyətə 465 464,70 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Qeyd olunan qərarda təqdim edilmiş mənfəət vergi bəyannaməsinin ümidsiz borclar (225 A4) sətirində 2 263 111,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilmədiyi, eyni zamanda 64 212.15 manat məbləğində xərclərin uçot məlumat bazası ilə təsdiqini tapmadığı bildirilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya bir növ vergi – mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının ümidsiz borcun xərcə daxil edilməsi anına dair fikir ayrılığı, həmçinin vergi ödəyicisinin hesabat dövrünə ümumi dövriyyənin və gəlirin göstərilməməsi səbəbi ilə kənarlaşmanın yaranması, bundan başqa yoxlanılan dövr üzrə hüquqi şəxsin gəlirin əldə edilməsinə dair xərclər ilə xərc sənədlərində ziddiyyətlərin olması durur. Məhkəmə araşadırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı və “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) ilə arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 16 saylı Subkontrakt sazişi imzalanmışdır. Həmin sazişə əsasən görüləcək iş və xidmətlərin ƏDV daxil ümumi dəyəri 6 983 640.91 (altı milyon doqquz yüz səksən üç min altı yüz qırx manat, doxsan bir qəpik) müəyyən olunmuşdur. Həmin məbləğ tam şəkildə 2017-ci ilin gəlirində əks etdirilərək, 1 065 301, 15 (bir milyon altmış beş min üç yüz bir manat, on beş qəpik) manat ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 6 983 640,91 manat məbləğindən bizə yalnız bir hissəsini – cəmi 4 297 933 (dörd milyon iki yüz doxsan yeddi min doqquz yüz otuz üç) manat 43 (qırx üç) qəpik – ödəmişdir, qalan hissə isə, yəni 2 685 707, 48 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi manat, qırx səkkiz qəpik) manat iddiaçıya ödənilməmişdir. Yaranmış borcun ödənilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi gedişində tərəflər arasında xx.xx.2017-ci il tarixində “Barşıq sazişi“ imzalanmış və həmin sazış məhkəmənin xx.xx.2017-ci il tarixli 2-2(82)- 595/2017 saylı qərardadı ilə təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərardadına və Barışıq sazışınə əsasən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 3 873 350.64 manat borcu tam şəkildə etiraf etməklə borcun xx.xx.2018-ci il tarixindək aybaay qrafiq əsasında ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh tərəfindən müəyyən olunmuş qrafiqə əməl edilməyərək borcun yalnız bir hissəsi ödənilmişdir. Bununla bağlı olaraq da tərəfimizdən həmin qərarın məcburi icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(82)-595/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin icraya yönəldilməsi, cavabdeh əsasən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı fəaliyyətini dayandırdığından 2 685 706,95 (iki milyon altı yüz səksən beş min yeddi yüz altı manat, doxsan beş qəpik) manat borcun Baş ofisin özündən tutularaq bizə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli 14118- 1536 saylı məktubla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(82)-595/2017 saylı qərardadı icra olunması üçün Türkiyə Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Ankara 22 X3 xx.xx.2018-ci il tarixli qərarına əsasən iddia geri qaytarılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2-2(82)-595/2017 saylı qərardadı Azərbaycan Respublikasında icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 02 noyabr 2021-ci il tarixli qərarı ilə icra vərəqəsi icrası mümkün olmayan sənəd kimi Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. İcra məmuru tərəfindən “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak aşkar olunmamış, Filialın fəaliyyətinin dayandırdığı müəyyən olunmuşdur. Müəyyən olunmuşdur ki, borc məbləği cavabdeh tərəfindən etiraf olunmasına, bununla bağlı bütün hüquqi imkanlardan istifadə olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 373.2-ci maddəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir -377.1-ci maddəsinə əsasən “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında müqavilə 25 fevral 2016-cı ildə bağlanılmışdır və borcun ödənilməsi ilə bağlı iddia 2017-ci ildə qaldırılmış və bununla bağlı məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı mövcuddur. Bütün hallarda qanunverciliyin müəyyən etdiyi 3 illik tələb etmə müddəti bitdikdən sonra həmin məbləğ ümidsiz borc kimi mənfəət vergisi bəyənnaməsində əks etdirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə məktubla sorğu edilərək “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının 2017-2022 illər üzrə dövriyyəsini olubolmaması(illər üzrə ayri-ayriliqda göstərilməklə), fəaliyyətinin dayandırma barədə ərizə veribsə hansı tarixdən(ərizənin surəti), vergi borcunun olub-olmaması(varsa məbləği və yaranma tarixi göstərilməklə), balansından daşınar və daşınmaz əmlak olub-olmaması barədə rəsmi məlumat verilməsi bildirilmişdir. Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş məktubda bildirilmişdir ki, “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketinin” Azərbaycan Respublikasındaki Filialının təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələrinə əsasən 2017-ci ildə 39.091.030,74 manat, 2019-cu ildə 10.000,00 manat dövriyyə məbləği göstərilmiş, 2018,2020-ci illər üzrə dövriyyə məbləği göstərilməmiş, 2020-ci ilin dekabr ayında fəaliyyət dayandırılma haqqında ərizə təqdim olunduğundan, 2021 və 2022-ci ilin yanvar-iyul ayları üzrə bəyannamələr təqdim edilməmişdir. Eyni zamanda vergi orqanının qeyd olunan məktubuna əsasən filialın dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə 304 807.55 manat borcun olması müəyyən olunmuşdur. Göründüyü kimi müəssisənin fəaliyyətinin olmaması səbəbindən vergi öhdəliklərinin icra edilməsinin də təmin edilməməsi mümkün olmamışdır ki eyni səbəblərlə bağlı adıçəkilən müəssisənin iddiaçıya olan borcunun ödənilməsinin iddiaçı tərəfindən təmin edilməsinin gözlənilməsi, obyektiv səbəblərdən borcun ödənilməsini təmin edilməsməsinin mümkün olmaması vergi orqanı tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Başqa sözlə desək, Dövlət Vergi Xidmətinin özü bütün növ inzibati məcburetmə səlahiyyətlərinin olmasına baxmayaraq filialın dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin edə bilmədiyi halda, hər hansı hüquqi şəxsdən bunu tələb etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. "xxxx" MMC tərəfindən "X9 X6 Turizm Nakliye Sanayi ve Ticaret Limited" Şirkətinin AR-dakı filialına göndərilmiş elektron vergi hesab fakturaların siyahısının araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2016-2017-ci illər ərzində "xxxx" MMC tərəfindən filiala 6 975 061.81 manat dəyərində iş və xidmətlərin göstərilməsi barədə elektron vergi hesab fakturası təqdim olunmuş, filial tərəfindən isə həmin fakturalar təsdiq olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisi bəyənnaməsi hesablama metodu ilə təqdim edilib. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Göründüyü kimi, vergi ödəyicisinin ümidsiz borca aid edilən məbləği gəlirində göstərməsi işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsində ümidsiz borc məsələsi 111-ci maddə ilə tənzimlənir. Həmin maddədə qeyd olunur ki, 111.1. “Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2. “Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir”. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, müəssisənin təsisçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli 5 saylı qərarına əsasən qərara alınmışdır: - “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən İddiaçı MMC-yə ödənilməmiş ƏDV-siz 2 263 111,35 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləği ümidsiz borc tanınsın; - ƏDV-siz 2 263 111,35 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləği İddiaçı MMC-nin mühasibat kitablarında dəyəri olmayan ümidsiz borc kimi silinsin; - Qərarın icrası İddiaçı MMC-nin Baş direktoru X1 həvalə edilsin. Cəmiyyətin direktorunun xx.xx.2020-ci il tarixli 25/M saylı əmrinə əsasən: “X9 X5 Turizm Nakliye Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən İddiaçı MMC-yə ödənilməmiş ƏDV-siz 2 263 111,35 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləği ümidsiz borc tanınsın və 2020-ci il üzrə təqdim ediləcək mənfəət vergisi bəyənnaməsində əks etdirilsin. - ƏDV-siz 2 263 111,35 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləği İddiaçı MMC-nin mühasibat kitablarında dəyəri olmayan ümidsiz borc kimi silinsin; - Əmrin icrası İddiaçı MMC-nin baş mühasibi X2 həvalə edilmişdir. Eyni zamanda qeyd olunan məbləğin ümidsiz borc olmasına dair mühasibat kitabından debitor borclar üzrə balans cədvəlinin çıxarışı məhkəmə araşdırmasına təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, müəssisə tərəfindən 2 263 111,35 manat məbləğin ümidsiz borc kimi tanımasına dair Vergi Məcəlləsinin 111-ci maddəsində tələb olunan hər iki şərtinməbləğin gəlirdə əks etdirilməsi və mühasibat kitablarında ümidsiz borc kimi qeyd olunması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin **********632300 nömrəli, xx.xx.2022-ci il tarixli “2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubunda qeyd edilmişdir ki, “Təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin Ümidsiz borclar (225 A4) sətirində 2 263 111,35 manat göstərilməsinə baxmayaraq, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarlarının surətləri vergi orqanına təqdim edilməmişdir. Bununla bağlı bildiririk ki, iddia müddətinin ötürülməsinə dair məhkəmə qərarı olmadan vergi orqanı tərəfindən Mülki Məcəllənin 373 və 377-ci maddələrinə istinad etməklə borcun vaxtı ötmüş kreditor borc kimi silinməsi düzgün hesab olunmur”. Məhkəmə hesab edir ki, borcun ümidsiz borc kimi xərcə salınması üçün Vergi Məcəlləsində iddia müddətinin olması və ya bununla bağlı məhkəmə qərarının olması tələb olunmur. Bununla inzibati orqan vergi ödəyicisinin hüquqlarını və Vergi Məcəlləsinin tələblərini pozmuşdur. Ümidsiz borc müvafiq müddət keçdikdən sonra kreditor tərəfindən onun mühasibat sənədlərində ümidsiz borc məbləği kimi qeyd edilməklə silinə bilər – bu, vergi ödəyicisinin müstəsna hüququdur və bunun üçün yuxarıda qeyd olunan iki şərtdən əlavə digər şərtlər (tələblər) qanunvericiliklə müəyyən edilməmişdir. Kameral hesablamanın digər hissəs 64 212.15 manat məbləğində xərclərin uçot məlumat bazası təsdiqini tapmaması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə cari mənfəət vergisi bəyənnaməsi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktubda da yük gömrük bəyənnamələri, elektron qaimə fakturalar və alınmış avanslarla bağlı uyğunsuzluqlar qeyd olunmuş və buna uyğun olaraq da xx.xx.2021-ci il tarixli **********339600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən müəssisəyə 102 756.30 manat əlavə vergi məbləği hesablanılmışdır. Bundan sonra çoxsaylı yazışmalar və inzibati şikayətlər təqdim olunduqdan sonra qeyd olunan xx.xx.2021-ci il tarixində 102 756.30 manat məbləğ azaldıldılaraq yenidən 101 056.68 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Bundan sonra yenidən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 101 056.68 manat manat azaldılaraq yenidən 122 303.84 manat əlavə vergi hesablanılmışdır. Qeyd olunan hesablama ilə bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin **********392700 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********127000 nömrəli qərar ləğv olunaraq şəxsi hesab vərəqənizdə müvafiq düzəliş edilmişdir”. Bununla da mənfəət vergisi bəyənnaməsi üzrə hesablanılmış 122 303.84 manat məbləğ azaldılmışdır. Beləliklə vergi orqanı faktiki olaraq həmin qərarla mənfəət vergisi bəyənnaməsində elektron qaimə faktra və yük gömrük bəyənnamələri üzrə formalaşan xərclərin tərkibini qəbul etmişdir. Bundan sonra xx.xx.2022, xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubları daxil olmuşdur, həmin məktublarda cəmi 8 317.53 manat xərcin çox göstərildiyi bildirilmiş və izahat tələb edilmişdir, **********632300 nömrəli xx.xx.2022-ci il tarixli məktubla isə “2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş 9 764 339,20 manat məbləğində gəlirdən çıxılan xərclərin 361 974,52 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilməsi” bildirilmişdir. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixli **********563700 nömrəli məktubla mənfəət vergisi bəyənnaməsinin xərc maddələri üzrə bir-bir açıqlaması verilmişdir. Həmin məktuba və təqdim edilmiş cədvələ əsasən müəssisənin 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin eletron qaimə faktura və yük gömrük bəyənnamələri üzrə formalaşan xərclərinin tərkibi aşağıdakı kimi olmuşdur. Mənfəət bəyənnaməsində Məbləğ (ƏDVs/s xərc sətri Xərc sətrinin adı siz) 1 221.10 Su və kanalizasiya xərcləri 5,240.45 2 221.11 Rabitə xərcləri 11,484.02 3 221.12 Mühafizə xərcləri 4,800.00 4 221.14 Reklam Xərcləri 998.00 Bilavasitə malların təqdim edilməsi işlərin 5 221.15 görülməsi ilə bağlı sair xərclər 675,545.65 6 221.3 Xammal və materiallar 2,960,372.76 7 221.4 Malın dəyəri 62,540.88 8 221.7 Enerji xərcləri 11,867.93 9 221.8 Qaz Xərcləri 976.00 10 221.9 Yanacaq xərcləri 64,990.82 11 222.3 Qeyr-rezident üzrə faizlər 7,739.53 Maşınlar və avadanlıqlar üzrə təmir 12 228.2 xərcləri 31,164.32 13 228.3 Nəqliyyat vasitələri üzrə təmir xərcləri 11,167.78 14 229.1 Rezident üzrə nəqliyyat xərcləri 191,241.78 15 229.2 Qeyri-rezident üzrə nəqliyyat xərcləri 578.00 16 230.2 Ödənilmiş sığorta haqları 9,542.77 17 221.5.1.2 Rezident fiziki şəxslər üzrə icarə haqqı 36,083.18 18 Əsas vəsait 60,276.20 Xərcə salınmayan 19 sosial ödənişlər 5,440.49 CƏMİ 4,152,050.56 Vergi orqanı tərəfindən həmin xərclərin hansını qəbul etməməsi ilə bağlı adlı siyahı vergi ödəyicisinə və məhkəmə araşdırmasına təqdim edilməmişdir, yalnız ümumi şəkildə bildirilmişdir ki, təmir xərclərini(mühərrik yağları, əsas vəsaitlər üzrə ehtiyat hissələri, avto təmir xidmətləri) qəbul etməyib. Lakin qeyd olunan qərarını tam şəkildə açıqlamamış və qəbul etmədiyi xərclərin tərkibinə aydınlıq gətirməmişdir. İnzibati İcraat haqqında qanunun: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Lakin vergi orqanı tərəfindən heç bir açıqlama və izahat verilmədən xx.xx.2022-ci il tarixli qərarda “həmin təsdiqini tapmayan xərclərin” 64 212.15 manat manat olduğu bildirərək kameral hesablama aparmışdır. Halbuki, uyğunsuzluq 1 həftə ərzində göndərdiyi 2 kameral uyğunsuzluq məktubunda bu rəqəmin 8 317.53 manat, digər məktubunda isə 361 974,52 manat olmasını bildirmişdir. Cavabdeh tərəfindən 64 212.15 manat məbləğində xərclərin təsdiqini tapmamasına dair vergi ödəyicisinə hər hansı məktub göndərilməmişdir. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.30. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi cabadeh tərəfindən vergi məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozularaq 64 212.15 manata dair vergi ödəyicisinə müvafiq bildiriş göndərilməmiş və dəqiqləşdirilmiş bəyənnamə verməsi tələb edilməmişdir. Məhkəmə hesablanmış mənfəət vergisinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə yoxlanılan dövr üzrə iddiaçının gəlir və xərclərinə dair məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 111.1. “Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2. “Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir”. Məhkəmə yuxarıda göstərilənlərin hüquqi tətbiqi olaraq hansı məqamların vergi ödəyicisinin xeyrinə şərh edilməsinə münasibət bildirir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati Prosesual Məcəllənin 1.2-ci maddsinəəsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosesual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Qara-Qaya” Assosiasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli Qəraında göstərlir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 19 iyul 2022-ci il tarixli **********868400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10806/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10806/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver