Məhkəmə qərarları › İş №2-1(112)-1081/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1081/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1081/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Məbəd oğlunun (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Məbəd oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məbəd oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus olan və Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən adına rəsmiləşdirilən buraxılış ili 2016-cı il olan “Mercedes Benz E200D" markalı, WDD2130131A189571 şassi nömrəli nəqliyyat vasitəsinin idiaçının adına daimi qeydiyyata alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Baş X3 idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı buraxılış ili 2016-cı il olan “Mercedes Benz E200D" markalı, WDD2130131A189571 şassi nömrəli nəqliyyat vasitəsini Almaniya Respublikasında almış və həmin nəqliyyat vasitəsini Azərbaycan Respublikası gətirərkən qanunvericiliyin tələblərinə uyğun gömrük rəsmiləşdirilməsindən keçirtmişdir. Bunun nəticəsində adına qeydiyyat alınaraq, “Azərbaycan Respublikasına Gətirilən X2” vəsiqə verilmişdir. Həmin sənədlərin əslləri Gömrük xidmətində də mövcuddur. Bu da həmin nəqliyyat vastəsinin iddiaçıya məxsus olmasını və sahibliyini sübut edir. Bundan başqa həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən adına ilkin qeydiyyat alınmış və tranzit nömrə verilmişdir. Lakin, cavabdeh tərəfindən verilən həmin nömrə və sənədləri itirmişdir. Buna görə həmin nəqliyyat vasitəsini adına daimi qeydiyyata alınması, şəhadətnamə və qeydiyyat nişanın verilməsi barədə müraciət etdiyi zaman cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, həmin sənədlər olmasa belə cavabdeh tərəfindən avtomobili qeydiyyat alınmalıdır. Çünki, artıq cavabdeh tərəfindən ilkin qeydiyyat aparılmış və həmin avtomobilin ona məxsus olmasını öz təsdiqini tapmışdır. Həmçinin, bu barədə məlumatlar elektron qediyyat sistemində mövcuddur. Həmin maşın gömrük xidməti tərəfindən iddiaçının adına rəsmiləşdərildiyi üçün cavabdeh tərəfindən qeydiyyata alınmalı və Azərbaycan Respublikası ərazisində sərbəst hərəkəti təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2016-cı il buraxılışlı, “Mercedes Benz E200D" markalı, WDD2130131A189571 şassi nömrəli nəqliyyat vasitəsinin onun adına daimi qeydiyyata alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Baş X3 idarəsinin üzərinə qoyulmasını tələb edir. İş materiallarından görünür ki, - İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli 114947-1219 nömrəli məktubunda göstərilmişdir: “Mercedes Benz E200D" markalı, 2016-cı il buraxılışlı, WDD2130131A189571 Şassi nömrəli nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzu təsdiq edən, dövlət qeydiyyatına alınmasıüçün əsas olan sənədlərin (yük gömrük b əyənnaməsi, gömrük vəsiqəsi və nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdaəsində) itirilməsi ilə əlaqəfar həmin nəqliyyat vasitəsinin Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdaəsində qeydiyyata alınması qeyri-mümkündür. - İddiaçı Məbəd oğlunun Sertifikatlaşdırma üzrə Orqanın (X1 İdarəsinin) rəisi M.Əlizadəyə ünvanladığı nəqliyyat vasitəsinin sertifikatlaşdırılması üçün müraciətindən görünür ki, “Mercedes Benz E200D" markalı, 2016-cı il buraxılışlı nəqliyyat vasitəsinin AZS ***-**** dövlət standartının tələblərinə dair uyğunluq sertifikatlaşdırılmasının həyata keçirilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəssi üçün 600951 saylı Vəsiqədən görünür ki, Almaniya istehsalı “Mercedes Benz E200D" markalı, 2016-cı il istehsalı olan yüngül minik avtomobili də İddiaçı Məbəd oğlununun adına rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikasının Milli Sertifikatlaşdırma Sistemi NVS 19392 saylı xx.xx.2018-ci il tarixli Uyğunluq Sertifikatından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin X1sı İdarəsinin Sertifikatlaşdırma Orqanı tərəfindən Almaniya istehsalı M1, Dizel mühərrikli, 1950 sm3 , buraxılış ili 2016-cı il olan WDD2130131A189571, “Mercedes Benz E200D" markalı, AZS ***-**** Ekoloji sinif 6 minik avtomobili normativ sənədlərin tələblərinə uyğundur. - Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin 2100-011/0xx-xx/001127 saylı 04 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi Polis polkovnik-leytenantı İlham Rəcəbova ünvanlanan məktubun mətnində qeyd edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş İddiaçı Almaniya Federativ Respublikasından şəxsi şəxsi istifadə məqsədilə gətirdi 2016cı il buraxılışlı, şassi WDD2130131A189571 olan “Mercedes Benz E200D" markalı minik avtomobili xx.xx.2018-ci il tarixdə tərəfimizdən **********2175 saylı gömrük bəyənnaməsi və 600951 nömrəli “Azərbaycan Respublikasına gətirilən X2” gömrük vəsiqəsi tərytib edilməklə “sərbəst dövriyyə üçün buraxıış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Malları üzrə Baş Gömrük İdarəsinin **********2175 saylı 06 sentyabr 2016-cı il tarixli bəyənnaməsinə əsasən Almaniyadan (Hamburq) alı M1, Dizel mühərrikli, 1950 sm3 , buraxılış ili 2016-cı il olan WDD2130131A189571, “Mercedes Benz E200D" markalı minik avtomobilinin ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Malları üzrə Baş Gömrük İdarəsi tərəfindən 2100-012/0xx-xx/000251 saylı 07 mart 2020 saylı məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Mercedes Benz E200D" markalı, Şassi № WDD2130131A189571 olan 2016-cı ildə istehsal olunmuş nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən **********2175 saylı gömrük bəyənnaməsi və 600951 nömrəli “Azərbaycan Respublikasına gətirilən X2” gömrük Vəsiqəsi tərtib edilməklə ”sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, mübahisə predmeti olan “Mercedes Benz E200D" markalı avtomobilin İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun gömrük rəsmiləşdirilməsindən keçirilməklə, nəticədə iddiaçının adına qeydiyyata alındığını, “Azərbaycan Respublikasına Gətirilən X2” vəsiqə verildiyini və nəqliyyat vasitəsinin iddiaçının sahibliyində olduğu nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin “Mercedes Benz E200D" markalı avtomobilin İddiaçı adına sənədləşdirilməsindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini... Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8. bəndinə müvafiq qaydada aparılır. Göründüyü kimi, mübahisəli avtomobil İddiaçı sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən «Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır». Həmin Məcəllənin 182.2-ci maddəsinin birinci cümləsinə əsasən «Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur». İddiaçının mübahisəli avtomobili vicdanlı əldə etməməsi faktı, həmin avtomobilin mülkiyyətçisi tərəfindən itməsi, ondan oğurlanması və ya iradəsinin ziddinə olaraq başqasının sahibliyindən çıxması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci və 2-ci hissələrinin mənasına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konsrutktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modeli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilərək uçota alınırlar, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 №-li Fərmanı ilə təsdiq edilmiq «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən adıçəkilən nəqliyyat vasitələrinin dövlət reyestrini aparan orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, 2016-cı il buraxılışlı “Mercedes Benz E200D" markalı, WDD2130131A189571 şassi nömrəli nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması, nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsi Azərbaycan Respublikası Baş X3 idarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2016-cı il buraxılışlı “Mercedes Benz E200D" markalı, WDD2130131A189571 şassi nömrəli nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması, nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanın verilməsi vəzifəsiAzərbaycan Respublikası Baş X3 idarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar