Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1081/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2019-cu il tarixdə onunla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 32,48 kv.m əsas sahədən, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmədən ibarət (ümumi sahəsi 73,9 kv.m) 57 saylı evə görə ona ödənilməmiş qalan 37.021,50 manat məbləğində kompensasiyanın, həmin evin sahəsi 30 kv.m olan müqavilədə öz əksini tapmayan sahəyə görə ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın, həmçinin həmin evin 162,2 kv.m həyətyanı torpaq sahəsinə görə ödənilməli olan 243.300 manat məbləğində kompensasiyanın, Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 018/06 saylı sərəncamı ilə onun istifadəsinə verilmiş ünvan 1 saylı evin qarşısında (Ə.Ələkbərov/Mehdi Məmmədov küçələrinin kəsişməsində) yerləşən avtomobil dayanacağının yerləşdiyi torpaq sahəsinin dəyərinin ona ödənilməsi və Azərbaycan Respublikası Prezidentinin 689 №-li, 26.12.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4.6-cı maddəsinə müvafiq olaraq əlavə 10 faiz miqdarında kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 saylı ev ona məxsus olmuşdur. Göstərilən ev 32,48 kv.m əsas sahədən, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmədən və 30 kv.m əlavə tikilidən ibarət olmuşdur. Həmçinin həmin evin həyətində 162,2 kv.m torpaq sahəsi qanuni əsaslarla onun istifadəsində və sahibliyində olmuşdur. Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 018/06 saylı sərəncamı ilə ünvan 1 saylı evin qarşısında (Ə.Ələkbərov/Mehdi Məmmədov küçələrinin kəsişməsində) fəaliyyət göstərən avtomobil dayanacağının qeydiyyata alınması qərara alınmış və həmin avtomobil dayanacağı da onun istifadəsinə verilmiş və faktiki olaraq onun istifadəsində olmuşdur. “Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində həmin tikililər və torpaq sahəsi ondan faktiki olaraq alınmış, lakin tikililərin və torpaq sahəsinin dəyəri ona tam ödənilməmişdir. Belə ki, 21 may 2019-cu il tarixdə onunla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 32,48 kv.m əsas sahədən, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmədən ibarət 57 saylı evə dair müqavilə bağlanmış və həmin müqavilə ilə ona yalnız 73.828,50 manat ödənilmişdir. Göründüyü kimi, göstərilən müqavilə üzrə satılan sahə 32,48 kv.m əsas sahə, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmə göstərilmiş və ona ödənilən 73.828,50 manat məbləğində pul məbləği həmin sahələrin dəyəri kimi göstərilmişdir. Onun mülkiyyətində olan sahənin cavabdeh tərəfindən alınmasına dair müqavilə tərtib olunsa da, sahələrin dəyəri həm həcminə, həm də qiymətinə görə tam ödənilməmişdir. Belə ki, müqavilədə satılan sahə kimi 32,48 kv.m əsas sahədən, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmə göstərilmiş və həmin sahələrin ümumi qiyməti 73.828,50 manat göstərilmişdir. Bu da sahənin hər kv.m üçün 1000 manat təşkil etmir. Həmçinin 30 kv.m əlavə tikilinin pulu, habelə uzun illərdir ki, onun istifadəsində və sahibiyində olan 162,2 kv.m torpaq sahəsinin, habelə Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 018/06 saylı sərəncamı ilə ünvan 1 saylı evin qarşısında (Ə.Ələkbərov/Mehdi Məmmədov küçələrinin kəsişməsində) istifadəsinə verilmiş avtomobil dayanacağının yerləşdiyi torpaq sahəsinin dəyəri ona ödənilməmişdir. Ona ödənilməli olan kompensasiyanın ödənilməsinə dair rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 05 mart 2020-ci il tarixli məktubu ilə ona ödənilməli olan kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Hazırki iş üzrə mübahisənin əsasını ona məxsus fərdi yaşayış evi və torpaq sahəsi təşkil edir. Lakin onun fərdi yaşayış evi məhkəmə qərarı olmadan sökülmüş, həmçinin qanuni istifadəsində olan torpaq sahəsi məhkəmə qərarı olmadan və dəyəri ona ödənilmədən ondan alınmışdır. Onun evi sökülərkən buna dair məhkəmə qərarı olmamaqla ona kompensasiya tam ödənilməmişdir. Odur ki, işin bu cür halında torpaq sahəsinin onun mülkiyyətində olmasına dair sənədin olmaması və sair bu kimi əsaslar həmin evin cavabdeh tərəfindən məhkəmə qərarı olmadan sökülməsi qanuni müdaxilə deyildir. Şəxsi vəsaiti hesabına inşa etdiyi fərdi yaşayış evindən ailə üzvlərilə birlikdə fasiləsiz istifadə etməsi və bununla bağlı yerli icra strukturlarının hər hansı etirazlarının bildirilməməsi onun həmin evin mülkiyyətçisi olduğunu göstərir. 21 may 2019cu il tarixdə onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 32,48 kv.m əsas sahədən, 10,17 kv.m köməkçi sahə, 4,05 kv.m sanitar qovşaq, 15,3 kv.m talvar, 11,9 kv.m döşəmədən ibarət 57 saylı evin dəyəri düzgün qiymətləndirilməmişdir. Belə ki, göstərilən sahələr birlikdə 73,9 kv.m təşkil etdiyi və hər kv.m üçün 1500 manat hesabı ilə ödənilməli olduğu halda, ona 73.828,50 manat, yəni hər kv.m üçün 1000 manatdan az məbləğ ödənilmişdir. Beləliklə də ona 110.850 manat ödənilməli olduğu halda, ona 73.828,50 manat ödənilmişdir. Bununla da ona 37.021,50 manat az ödənilmişdir. Həmçinin 30 kv.m yaşayış sahəsi və 162,2 kv.m torpaq sahəsi ümumiyyətlə qiymətləndirilməmiş və həmin sahələrin dəyəri ona ödənilməmişdir. Habelə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və əlavə 10 faiz miqdarında kompensasiya ona ödənilməmişdir. Həmin məbləğlər cavabdeh tərəfindən ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçıya məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmişdir. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin - əsas sahə - 32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, sanitar qovşaq - 4.05 kv.m, anbar(taxtadan) - 15.3 kv.m, talvar - 11.19 kv.m, beton döşəmə - 18.0 kv.m, meyvə ağacları - 15 ədəd, üzüm ağacı - 2 ədəd, qızılgül kolu - 5 ədəd sözügedən layihə çərçivəsində tikinti altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesablanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə 73.828,50 manat kompensasiya hesablanmış və iddiaçı ilə aralarında 21 may 2019-cu il tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra iddiaçıya ödənilmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 05.03.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Avtomobil X6 ünvanladığınız əmlakınıza dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsilə bağlı ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Sizə məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dcvlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmişdir. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Sizə məxsus fərdi yaşayış evinin (əsas sahə - 32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, sanitar qovşaq - 4.05 kv.m, anbar(taxtadan) - 15.3 kv.m, talvar - 11,19 kv.m, beton döşəmə - 18.0 kv.m, meyvə ağacları - 15 ədəd, üzüm ağacı - 2 ədəd, qızılgül kolu - 5 ədəd) sözügedən layihə çərçivəsində tikinti altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesablanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə, 73828.50 (yetmiş üç min səkkiz yüz iyirmi səkkiz manat 50 qəpik) manat kompensasiya hesablanmış və 21 may 2019-cu il tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra Sizə ödənilmişdir. Eyni zamanda bildiririk ki, ərizənizdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hüquqları təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyə təqdim etməyiniz xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin 22.11.2018-ci il tarixli 018/16 saylı “Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 57 məhəllənin qarşısında yerləşən müvəqqəti avtomobil dayanacağının yerli vergi ödəyicisi kimi qeydiyyata alınması haqqında” sərəncamına əsasən ünvan 1 nömrəli evin qarşısında (Ə.Ələkbərov/Mehdi Məmmədov kuçələrinin kəsişməsində) fəaliyyət göstərən müvəqqəti avtomobil dayanacağının qeydiyyata alınması və ünvan 1 ünvanda yaşayan X3 məsul şəxs təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Birinci tərəf İddiaçı ilə İkinci tərəf Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanmış 21 may 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidəqunılması" layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə aşağıdakı məzmunda bu müqaviləni bağladılar. Həmin müqavilənin 2-ci bəndinə əsasən İkinci tərəf - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3/16-2529 saylı, 11 aprel 2019-cu il tarixli məktub ilə təqdim edilmiş “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin ycnidəqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə 11 aprel 2019-cu il tarixli smeta və məlumat cədvəlinə və Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 43 saylı 01 mart 2019-cu il tarixli "Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması" layihəs ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal İstismar sahəsinin 15 nömrəli 15.05.2019-cu il tarixli arayışa əsasən İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən özbaşına tikili əsas sahə -32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, S/qovşaq - 4.05 kv.m, anbar (taxtadan) - 15.3 kv.m, talvar - 11.19 kv.m, beton döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) - 15 ədəd, üzüm ağaclan (15-20 illik) - 2 ədəd, qızılgül kolu (5-7 illik) - 5 ədəd, torpaq sahəsi - 162.2 kv.m görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş 09.04.2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidəqurulması" layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə görə təzminat ödəniləcək şəxslərin Siyahısına əsasən (Azərbaycan Respublikası qanunvericiliklə müəyyən olunmuş bütün əlavələrlə birlikdə) ümumilikdə 73.828,50 manat (yetmiş üç min səkkiz yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğdə kompensasiyanı Birinci tərəfə - İddiaçı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən Birinci tərəf - İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 43 saylı 01 mart 2019-cu il tarixli "Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması" layihəs ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal İstismar sahəsinin 15 nömrəli 15.05.2019-cu il tarixli arayışa əsasən İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən özbaşına tikili: əsas sahə - 32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, S/qovşaq - 4.05 kv.m, anbar (taxtadan) - 15.3 kv.m, talvar - 11.19 kv.m, beton döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) - 15 ədəd, üzüm ağaclan (15-20 illik) - 2 ədəd, qızılgül kolu (5-7 illik) - 5 ədəd, torpaq sahəsi - 162.2 kv.m İkinci tərəf Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyrinə imtina edir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 16.07.2020-ci il və 01.04.2021-ci il tarixli məktublardan və Qiymətləndirmə cədvəlindən görünür ki, İddiaçı məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmişdir. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən fərdi yaşayış evinin (əsas sahə - 32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, sanitar qovşaq - 4.05 kv.m, anbar (taxtadan) - 15.3 kv.m, talvar - 11.19 kv.m, beton döşəmə - 18.0 kv.m, meyvə ağacları - 15 ədəd, üzüm ağacı - 2 ədəd, qızılgül kolu - 5 ədəd) sözügedən layihə çərçivəsində tikinti altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesablanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə, 73.828,50 (yetmiş üç min səkkiz yüz iyirmi səkkiz manat 50 qəpik) manat kompensasiya hesablanmış və 21 may 2019-cu il tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra İddiaçı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 25.11.2020-ci il tarixli məktubda qeyd edilir: Xidmətin Azərbaycan Avtomobil X6 etdiyi müraciətə cavab olaraq Agentlik tərəfindən verilmiş məlumata əsasən vətəndaş İddiaçı tikinti sahəsinə düşən yaşayış evinə görə cəlb olunmuş qiymətləndirici şirkət tərəfindən əlavələrlə birlikdə 73.828,5 manat məbləğində kompensasiya hesablanmışdır. Bildiririk ki, sorğuda qeyd etdiyiniz tikinti sahəsinə düşən yaşayış evinə görə kompensasiyanın hesablanması ilə bağlı sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində saxlanılır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 01.03.2019-cu il tarixli 43 saylı “Ş.Mehdiyev küçəsinin yenidənqurulması ilə bağlı yolun tikintisi altına düşən tikililərin sənədləşdirilməsi və köçürülmə komissiyasının yaradılması haqqında” sərəncamına əsasən, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsinin həyata keçirilməsi ilə əlaqədar yolun tikintisi altına duşən tikililərin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3/16-1175 nömrəli 15.02.2019-cu il tarixli məktubunda bildirilmişdir kı, sözügedən layihə çərçivəsində yolun Yasamal rayonunun inzibati ərazisindən keçən hissəsində tikinti altına duşən tikililər haqqında toplanmış məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən araşdırılarkən müəyyən edilmişdir kı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubuna əlavə olunmuş siyahıda göstərilən ünvanlar sakinlərin uzun müddət istifadəsində olmasına və kommunal xidmət haqlarını ödəmələrinə baxmayaraq həmin tikililərə dair heç bır hüquq müəyyənedicı sənəd, eyni zamanda ailə üzvlərinin qeydiyyatı yoxdur və ya mövcud sənədlərdə göstərilən ölçülərlə tikililərin faktiki ölçüləri fərqlənir. Bu hal isə öz növbəsində qeyd olunan tikililərə qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsini mümkünsüz edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubuna əlavə olunmuş siyahıda göstərilən ünvanlarda olan tikililərin həmin sıyahıdakı şəxslərin adına müvafiq qaydada sənədləşdirilməsi və siyahının ümumilikdə təsdiq edilməsi, sərəncama əlavə olunmuş siyahıda qeyd olunan tikililərin sökülməsi, sakinlərin öncədən müvafiq qaydada kompensasiya ilə təmin edilməsi və sərəncamın icrasından irəli gələn digər təşkilati tədbirlərin görülməsi məqsədi ilə komissiyanın yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır; 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması; 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər; 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz; 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüş, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmiş, dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən fərdi yaşayış evinin həmin layihə çərçivəsində tikinti altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesablanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə 73.828,50 manat kompensasiya hesablanmış və 21 may 2019-cu il tarixində iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq edilmiş müqavilə imzalandıqdan sonra iddiaçıya ödənilmişdir. Belə ki, İddiaçı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanmış 21 may 2019-cu il tarixli müqaviləyə əsasən müqavilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidəqurulması" layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə bağlanmışdır və həmin layihə ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən özbaşına tikili əsas sahə - 32.48 kv.m, köməkçi sahə - 10.17 kv.m, S/qovşaq - 4.05 kv.m, anbar (taxtadan) - 15.3 kv.m, talvar - 11.19 kv.m, beton döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) - 15 ədəd, üzüm ağaclan (15-20 illik) - 2 ədəd, qızılgül kolu (5-7 illik) - 5 ədəd, torpaq sahəsi - 162.2 kv.m görə layihə ilə əlaqədar tikinti altına düşən maneələrə görə təzminat ödəniləcək şəxslərin Siyahısına əsasən (Azərbaycan Respublikası qanunvericiliklə müəyyən olunmuş bütün əlavələrlə birlikdə) ümumilikdə 73.828,50 manat məbləğdə kompensasiya iddiaçıya ödənilmiş, iddiaçı da qeyd olunanları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüş, bununla əlaqədar iddiaçı ilə aralarında olan razılaşmaya əsasən müvafiq kompensasiya məbləği iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən layihə çərçivəsində yeni tikilən yolun tikintisi altına düşən iddiaçıya məxsus bütün əmlak müəyyən edilmiş, qiymətləndirilmiş və aralarında imzalanmış notarial qaydada müqaviləyə əsasən müvafiq kompensasiya məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1081/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1081/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver