Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1082/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh AR Cavabdehnə qarşı məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya ödənilməli olduğu, lakin 12 ay ərzində ödəmədiyi pul vəsaitlərinin üzərinə hər gecikdirilmiş gün üçün 1 faiz dəbbə pulun hesablanması və ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Cavabdehnə qarşı məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya ödənilməli olduğu, lakin 12 ay ərzində ödəmədiyi pul vəsaitlərinin üzərinə hər gecikdirilmiş gün üçün 1 faiz dəbbə pulun hesablanması və ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən 1999-cu ilə kimi cavabdeh Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun mühafizə üzrə polis İdarəsinin polis nəfəri vəzifəsində xidmət etmişdir. 13.05.2000-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən yolu keçən avtomobil onu vuraraq ağır bədən xəsarətləri törətmişdir. TSEK-in rəyinə əsasən 12 aprel 2001-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup əlillik dərəcəsi verilmiş, 2003-cü ilin yanvar ayından isə ona ömürlük olaraq 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən iş başında xəsarət aldığına baxmayaraq, cavabdeh buna görə məsuliyyət daşımaqdan boyun qaçırmışdır. Sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə o cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2004 saylı, 19.04.2004-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək, 19 aprel 2001-ci il tarixdən başlayaraq, əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq orta aylıq qazancının müvafiq faizinin ona ödənilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmuşdur. 2003-cü ildən iddiaçıya 1-ci qrup əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən etibarən orta aylıq qazancının 100 faizi miqdarında cavabdeh tərəfindən ona pul ödənilmişdir. Lakin 2018-ci ilin oktyabr ayından cavabdeh heç bir əsas göstərmədən bütün ödənişləri qanunsuz olaraq dayandırmışdır. Cavabdeh məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən imtina etdiyi üçün o bu barədə Nəsimi Rayon Məhkəməsinə şikayət edib, qətnamənin icbari qaydada icra edilməsi üçün icra vərəqəsinin verilməsinin verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsinin vasitəsilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib qətnaməyə izah verməyi xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsi 02.08.2019-cu il tarixli qərardadı ilə qətnaməyə izah verməkdən imtina etmişdir və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 8(103)-666/2019 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki,İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1989-cu ildən 1999-cu ilə kimi cavabdeh Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin polis nəfəri vəzifəsində xidmət etdiyini, 13 may 2000-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən yolu keçən zaman onu avtomobil vurub ağır bədən xəsarəti yetirdiyini, 12 aprel 2001-ci ildən etibarən TSEK-in rəyinə əsasən ona 2-ci qrup, 2003-cü ilin yanvarından isə ömürlük olaraq 1-ci qrup əlillik dərəcəsi təyin olunduğunu bildirmişdir. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırdığını, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 922/2004 saylı, 19 aprel 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edildiyini, 19 aprel 2001-ci il tarixdən başlayaraq əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq orta aylıq qazancının müvafiq faizinin ona ödənilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulduğunu göstərmişdir. 2003-cü ildən ona 1-ci qrup əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən etibarən orta aylıq qazancının 100 faizi miqdarında cavabdeh tərəfindən ona pul ödənilmişdir. 2018-ci ilin dekabr ayına kimi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsi tərəfindən İddiaçı bank hesabına müavinətlər köçürülmüşdür. “Sosial müavinətlər haqqında” Azərabycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə uyğun olaraq əlilliyə görə sosial müavinətlər əmək qabiliyyəti olmayan şəxsə əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11.1.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüququ əldə etmişdir. Bundan əlavə İddiaçı ona bir il BNEZ-in mühafizəsi üzrə Polis İdarəsindən müavinət ödənilmədiyi dövrdə istehlak tələbini təmin etmək üçün “Kapital Bank”adn kredit götürməyə məcbur qaldığını, hazırda faizlər ödədiyini bildirməklə dəbbə pulu tələbini də həmin idarənin üzərinə vəzifə kimi qoymuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli protokola əsasən məhkəmə iclası zamanı cavabdeh orqanın nümayəndəsi arayış təqdim edərək məbləğin tam ödədiyini bildirmiş və iddiaçı öz vəkilindən yardım almaq üçün müddət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini təmin etmiş məhkmə iclasını təxirə salmışdır. Məhkəmə iclasları 22.04.2021-ci il, 28.07.2021-ci il, 31.08.2021-ci il tarixlərə təyin etmiş, bu haqda iddiaçıya məhkəmə bildirişləri göndərmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Göründüyü kimi iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmir, məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh AR Cavabdehnə qarşı “məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya ödənilməli olduğu, lakin 12 ay ərzində ödəmədiyi pul vəsaitlərinin üzərinə hər gecikdirilmiş gün üçün 1 faiz dəbbə pulun hesablanması və ödənilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Cavabdehnə qarşı “məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya ödənilməli olduğu, lakin 12 ay ərzində ödəmədiyi pul vəsaitlərinin üzərinə hər gecikdirilmiş gün üçün 1 faiz dəbbə pulun hesablanması və ödənilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2-1(112)-1082/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1082/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1082/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver