Məhkəmə qərarları › İş №2-1(112)-1082/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1082/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1082/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə həbsin qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus və Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8 ünvanında yerləşən 159 nömrəli mənzilin üzərinə həbsin qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən əmlakın üzərinə səhvən X1 əmlakı kimi həbs qoyulmuşdur. Sonradan isə həmin əmlak Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə guya X1 əmlakı kimi müsadirə olunmuşdur. Mülki işə baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 5aylı mənzillərinin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmiş, iddia Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə təmin edilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Bakı səhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Bakı səhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzili müsadirə olunan əmlaklar siyahısından çıxarılmış, lakin mənzilin üzərindən həbs götürülməmişdir. Bu isə ona məxsus əmlaka dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ona məxsus Bakı səhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini tələb etməkdə tam haqlıdır. Qətnamədən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-648/2023 nömrəli 14 fevral 2023-cü il tarixli qəraradadı ilə qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş və iddiaçıya iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(103)- 648/2023 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Ali Məhkəmənin 2(102)-1760/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvi barədə müraciət etməli olması, müvafiq orqan tərəfindən imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı belə müraciətlər etsə də, müraciətlərinin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və **********20 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1760/2023 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərardadı və Milli Təhlükəsizlik Nazirliyinin 20/619 saylı, xx.xx.2005-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur və ünvan 2, ev 8, mənzil 157/158 küçəsi ünvanında qeydiyyatdadır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, X3 və Səbail rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması barədə iddiası qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 5aylı mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi xx.xx.2011-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2011-ci il tarixində icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1760/2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Baş - Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 nömrəli iş üzrə 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmiş, iddia Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-648/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qəraradadı ilə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və iddiaçıya iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1760/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(103)-648/2023 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, iddiaçıya mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvi barədə müraciət etməli olması, müvafiq orqan tərəfindən imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 üzərində Milli Təhlükəsizlik Nazirliyinin 20/619N saylı, xx.xx.2005-ci il tarixli məktubuna əsasən məhdudiyyət qeydə alınmışdır. Sözügedən mənzil üzərində xx.xx.2005-ci il tarixində daxil olmuş Baş Prokurorluğun qərarına əsasən məhdudiyyət qeydə alınmışdır. Məhdudiyyətlərə əsas olan sənədlər idarənin arxiv qovluğunda saxlanılmaması səbəbindən surətlərinin ona göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8 ünvanında yerləşən 159 saylı mənzilin üzərinə tabe rayon (şəhər) prokurorluqları tərəfindən icraatında olan cinayət işi və ya materiallar üzrə məhdudiyyət qoyulmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8 ünvanında yerləşən 159 saylı mənzilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona məxsus və Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8 ünvanında yerləşən 159 nömrəli mənzilin üzərinə həbsin qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.4.). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (140). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (149.2.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3.). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4.). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1760/2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə X2 məxsus əmlak kimi üzərinə həbs qoyulmuş əmlaklar o cümlədən ünvan 1 ünvanında yerləşən və ünvan 5aylı mənzillər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə X1 əmlakı kimi müsadirə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ləğv edilərək əmlak müsadirəsinə dair hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü əmlak müsadirəsi və mülki iddialara aid hissələrdə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyul 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən qərarlarla X2 məxsus əmlak kimi üzərinə həbs qoyulmuş əmlaklar, o cümlədən ünvan 1 ünvanında yerləşən həmçinin, ünvan 5aylı mənzillər müsadirə olunmuşdur. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Baş - Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 nömrəli iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-648/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qəraradadı ilə cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1760/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1204/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus cümlədən ünvan 1 müsadir olunan əmlaklar sırasından çıxarıldığına görə, artıq həmin mənzilin üəzirnə qoyulmuş həbsin götürülməsi barədə tələbə məhkəmələrdə baxılması üçün əsas və zərurət aradan qalxır. İddiaçı mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvini xahiş etməli, müvafiq orqan tərəfindən imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) (1.0.3.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4.). Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir (21.1). Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir (21.2.). İşdən göründüyü kimi ünvan 1 iddiaçının mülkiyyətindədir. Həmin əmlak səhvən X1 əmlakı kimi məhkəmə hökmü ilə müsadir edilmişdir. Lakin, sonradan həmin daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müsadirə edilmiş əmlaklar sırasından çıxarılmışdır. Bu səbəbdən həmin əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı məhdudiyyət tətbiq edilməsinə zərurət qalmamışdır. İddiaçı həmin məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus və Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8 ünvanında yerləşən 159 nömrəli mənzilin üzərinə həbsin qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8-də yerləşən 159 nömrəli mənzilin üzərinə həbsin qoyulması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar