Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10832/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X8” Publik Hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X4, Bakı şəhəri Təcili və X2 Stansiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X8” Publik Hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X4, Bakı şəhəri Təcili və X2 Stansiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası mərhum X3 ölümü haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı cavabdehin qanundan irəli gələn öhdəliyinin icrasına məcbur edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X5 29.08.2021-ci ildə “Covid- 19 ikitərəfli pnevmoniya” diaqnozu il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X1 qəbul edilmiş, 31.08.2021 -ci ildə xəstə evə buraxılmış və o, həmin gün yaşadığı - Bakı şəhəri, Y/Günəşli qəsəbəsi “D” Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir. Çağırış əsasında mərhumun vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X2 Stansiyasının (BŞT və TTYS) 22 saylı bölməsinin həkimi C.Yusifov tərəfindən 31.08.2021ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Müşayiət vərəqi” doldurulmuş və həmin vərəqələrdə mərhumun ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi “COVİD-ə yoluxma” qeyd edilmişdir. Vərəsəlik işi üçün zəruri olduğundan atasının ölümü haqqında tibbi şəhadətnamənin (arayışın) verilməsi üçün cavabdehin tabeçiliyində olan 24 saylı Birləşmiş Şəhər Poliklinikasına müraciət etmiş, lakin cavabdeh həmin sənədin verilməsindən imtina etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 21 sentyabr 2021-ci il tarxili, 881 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xəstə Muradov Yavər 29.08.2021-ci il tarixdə “Covid 19 + ikitərəfli pnevmoniya” diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X1 qəbul edilmişdir. Daxil olarkən xəstənin vəziyyəti orta-ağır olaraq dəyərləndirilib. Ailəsinin təkidi ilə 31.08.2021-ci il saat 17.00-da evə çıxarılıb. Təcili Yardım çağırılıb, saat 17.57-də xəstə ölüb. Mərhumun dəfnindən sonra onun tərəfindən X6 müraciət olunmuşdur. Göstərilən səbəblərdən X8 tərəfindən ölüm haqqında arayış verilə bilmədiyi, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11 noyabr 2021-ci il tarili 37/34-00535 №-li məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-yə sorğu göndərilmiş və onlar müraciət barəsində bildirmişlər ki, mərhum X3 ölümü haqqında tibbi şəhadətnamə № AZS-106 (sənədin nömrəsi-0594468) 29.10.2021-ci il tarixində mərhumun oğlu İddiaçı təqdim edilmişdir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X8” Publik Hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X4, Bakı şəhəri Təcili və X2 Stansiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqlatibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10832/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10832/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver