Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10838/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Binəqədi Rayonu X1rşı (üçüncü şəxs: X8) “qərarın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X14 Əmir oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Binəqədi Rayonu X1rşı (üçüncü şəxs: X8) “qərarın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC cavabdeh Binəqədi Rayonu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 300 kv.m torpaq sahəsi ayrılmasına dair Binəqədi Rayonu Binəqədi X9 tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərarın və bu qərar əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X8 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İnzibati Prossesual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərar ilə X3 torpaq sahəsi ayrılmamışdır, belə inzibati akt yoxdur. Sonda Vəkil iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərar ilə X3 torpaq sahəsi ayrılmamışdır. X3 torpaq sahəsinin ayrılması ilə bağlı qərar qeydiyyatdan keçməmişdir. Bələdiyyə tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş “...Mülki iş üzrə sorğunuza əsasən iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı ayrılmış X4 qorunan torpaq sahəsinin ayrılmasına dair sənədləri və cavabdeh X2 adına olan sənədlərin təsdiq olunmuş surətini Sizə təqdim edirik.” cümləsindəki “cavabdeh X2 adına olan sənədlərin” ifadəsi texniki səhv nəticəsində məktubda qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bildirdi ki, ona torpaq sahəsi Binəqədi Rayonu Binəqədi X9 tərəfindən ayrılmışdır. Bununla bağlı qərar var. Yaşamağı başqa yeri yoxdur. Torpaq sahəsinə görə ödəniş etmişdir. Onda olan göy möhürlü Bələdiyyə qərarına baxıla bilər, lakin onu məhkəməyə təqdim etmir. Sonda G.A.Cəfərova iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərk, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X3 300 kv.m torpaq sahəsi ayrılmasına dair Binəqədi Rayonu Binəqədi X9 tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərarın və bu qərar əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin obyektiv araşdırılması məqsədi ilə Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən Binəqədi Rayonu X5 xx.xx.2007-ci il tarixli 1999 saylı və xx.xx.2005-ci il tarixli 2077 saylı qərarlarının və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına və Binəqədi Rayonu X7 sorğu göndərilmişdir. Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1438/2024 nömrəli məktubla bildirmişdir: “xx.xx.2024-cü il tarixli, 2-1(112)- 10838/2024 saylı sorğuya əsasən bildiririk ki, Binəqədi rayonu X5 arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. X8 barəsində heç bir məlumat yoxdur. Məlumat üçün həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 3 (üç) vərəqdən ibarət Sizə göndərilir. Əlavə olaraq bildiririk ki, Binəqədi rayonu X5 arxiv fondu üzrə 2007-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2007-ci il tarixli 1999 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.” Məktuba Binəqədi Rayonu X5 xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı əlavə edilmişdir. Həmin qərar ilə 600 m2 torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları vətəndaş X10 adına keçirilmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, X2 adına rəsmiləşdirdiyi iddia olunan Binəqədi Rayonu X5 2077 nömrəli xx.xx.2005-ci il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına aid sənədlər X4 mövcud deyildir. Belə ki, 2005-ci il tarixli bütün Bələdiyyə qərarları Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir: “İddiaçı "xxxx" MMC-nin qərarın və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə məhkəmənin icraatında olan və Binəqədi Rayonu X4 qeydiyyatdan keçmiş "xxxx" MMC-yə ayrılmış 400 m2 torpaq sahəsinin 1999 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına dair digər sənədlərin təsdiq olunmuş surətlərini Sizə təqdim edirik.” Məktuba "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə Binəqədi Rayonu X5 xx.xx.2007-ci il tarixli 1999 nömrəli sərəncamı, layihənin baş planı və ayrılmş torpaq sahəsinin eskizi əlavə edilmişdir. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə Binəqədi Rayonu X5 xx.xx.2007-ci il tarixli 1999 nömrəli sərəncamının, torpağın dəyəri barədə seriya AAE 282681 nömrəli kassa mədaxil orderinin qəbzinin və ayrılmş torpaq sahəsinin eskizinin notarial qaydada təsdiqlənmiş surətləri təqdim edilmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir: “Sizin 2-1(112) -10838/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğunuzda iddiaçı "xxxx" MMC-nin “qərarın və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə məhkəmə icraatında adı çəkilən X2 adına rəsmiləşdirildiyi iddia olunan X5 2077 nömrəli xx.xx.2005-ci il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına aid digər sənədlər X4 qeydiyyatdan keçməmişdir. Belə ki, 2008-ci ildə X5 inzibati binasından keçən su borularında baş vermiş qəzada yararsız hala düşmüş bir qrup sənədlərin içərisində qeyd olunan sənədlərində həmin qəbildən olan sənədlərə aid olması nəzərdə tutula bilər. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir: “Sizin 2(001)-96/2022-ci il tarixli mülki iş üzrə sorğunuza əsasən iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı ayrılmış X4 qorunan torpaq sahəsinin ayrılmasına dair sənədləri və cavabdeh X2 adına olan sənədlərin təsdiq olunmuş surətini Sizə təqdim edirik.” Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı X2 izahatı alınmış və o, izahatında bildirmişdir: “2006-cı ildə o həmin boş torpaq sahəsində tikilmiş olan 1 otaqlı kiçik tikiliyə köçərək həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. Sonradan 1 övladı olmuş və o həyat yoldaşından ayrıldıqdan sonra övladı ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan o tikilinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Sonradan həmin tikiliyə əlavə artırma edərək 3 otaqlı ev düzəltmiş və kommunal xətlər çəkdirmişdir. 2019cu ilin aprel ayında Məhəmməd adlı şəxs gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir.” İddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayonu X5 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərarınının kserosurətində (üçüncü şəxs onda olan qərarın göy möhürlü variantını məhkəməyə təqdim etməmişdir.) göstərilir: “Bakı şəhər sakini vətəndaş X8 ərizə ilə X7 müraciət edərək istifadəsində olan torpaq sahəsini alğı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir.” Qərarın nəticə hissəsində göstərilmişdir: “Binəqədi Rayonu X5 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alğı-satqı yolu ilə mülkiyyətinə verilsin.” Məhkəmə qeyd etməyi zəruri hesab edir k, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərn icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının:
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Bələdiyyə qərarının etibarsızlığının tanınmasına münasibətdə iddianın mümkünlük şərtinin ödənilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin növ iddia AR İPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş iddia olmalıdır ki, işə mahiyyəti üzrə baxılması mümkün olsun. Maddənin tələbindən də göründüyü kimi müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Adıçəkilən Məcəllənin 2.2.5-ci maddəsindən də göründüyü kimi inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi müəyyən etmə və ya tanınma növündə iddiadan o zaman söhbət gedə bilər ki, etıbarsız hesab edilməsi və ya etibarsızlığının tanınması tələb edilən akt inzibati akt xüsusiyyətinə malik olmuş olsun. Belə ki, “İnzibati icraat haqqında Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt xüsusiyyətinə malikdir ki, həmin aktın mövcud olduğu halda onun mübahisələndirilməsi və ya etibarsızlığının tanınmasından söhbət gedə bilər. Yuxarıda adıçəkilən Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkretməsələləri və mübahisələri həll edir. İnzibati aktınyaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericiliyin tələblərinə riayət etməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt,qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Yuxarıda qeyd olunan qanunvericilik, eləcə də Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, etibarsız hesab edilməsi üçün 65-ci maddədə əsasları göstərilən aktın inzibati akt səciyyəsi daşıması üçün onun inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmalıdır. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Lakin, hazırkı iş üzrə etıbarsızlığının tanınması tələb edilən 30 dekabr 2005-ci il tarixli torpaq sahəsinin alğı-satqı qaydasında ayrılmasına dair 2077 nömrə altında göstərilmiş qərar isə ümumiyyətlə hər hansı inzibati orqan tərəfindən, eləcə də bələdiyyə tərəfindən qəbul edilməmiş, bu səbəbdən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salınması, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradılması, hakimiyyət tədbiri xüsusiyyətinə malik olmamışdır. Belə ki, işin araşdırması ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərar (inzibati akt) mövcud olmamışdır. Məhkəmə bu qənaətini aşağdakılarla əsaslandırır. Birincisi, mübahisələndirilən qərarın qəbul edilməsi iddia edilən inzibati orqan Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir: “Sizin 2-1(112) -10838/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğunuzda iddiaçı "xxxx" MMC-nin “qərarın və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə məhkəmə icraatında adı çəkilən X2 adına rəsmiləşdirildiyi iddia olunan X5 2077 nömrəli xx.xx.2005-ci il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına aid digər sənədlər X4 qeydiyyatdan keçməmişdir. Əksinə, Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir: “İddiaçı "xxxx" MMC-nin qərarın və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə məhkəmənin icraatında olan və Binəqədi Rayonu X4 qeydiyyatdan keçmiş "xxxx" MMC-yə ayrılmış 400 m2 torpaq sahəsinin 1999 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına dair digər sənədlərin təsdiq olunmuş surətlərini Sizə təqdim edirik.” Məktuba "xxxx" MMCyə torpaq sahəsinin ayrılması barədə Binəqədi Rayonu X5 xx.xx.2007-ci il tarixli 1999 nömrəli sərəncamı, layihəsini baş planı və ayrılmş torpaq sahəsinin eskizi əlavə edilmişdir. Həmin sərəncam (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədən düşmüş hesab edilməmişdir. İkincisi, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1438/2024 nömrəli məktubla bildirmişdir: “xx.xx.2024-cü il tarixli, 2-1(112)-10838/2024 saylı sorğuya əsasən bildiririk ki, Binəqədi rayonu X5 arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. X8 barəsində heç bir məlumat yoxdur. Məlumat üçün həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 3 (üç) vərəqdən ibarət Sizə göndərilir. Məktuba Binəqədi Rayonu X5 xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı əlavə edilmişdir. Həmin qərar ilə 600 m2 torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları vətəndaş X10 adına keçirilmişdir. Aydın məsələdir ki, inzibati orqan tərəfindən eyni tarixli, eyni nömrəli iki qərar qəbul edilə bilməz. İddiaçının mübahisələndirdiyi (iddia ərizəsinə əlavə edilmiş X8 ilə bağlı qərar) qərarın tarixi, nömrəsi ilə X12 barəsində Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 2077 saylı qərar qəbul edilmişdir. Bunu iş materiallarında olan sübutlar təsdiq edir. Üçüncüsü, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı X2 izahatı alınmış və o, izahatında bildirmişdir: “2006-cı ildə o həmin boş torpaq sahəsində tikilmiş olan 1 otaqlı kiçik tikiliyə köçərək həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. Sonradan 1 övladı olmuş və o həyat yoldaşından ayrıldıqdan sonra övladı ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan o tikilinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Sonradan həmin tikiliyə əlavə artırma edərək 3 otaqlı ev düzəltmiş və kommunal xətlər çəkdirmişdir. 2019cu ilin aprel ayında Məhəmməd adlı şəxs gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir.” İddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayonu X5 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərarınının kserosurətində (üçüncü şəxs onda olan qərarın göy möhürlü variantını məhkəməyə təqdim etməmişdir.) göstərilir: “Bakı şəhər sakini vətəndaş X8 ərizə ilə X7 müraciət edərək istifadəsində olan torpaq sahəsini alğı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir.” Qərarın nəticə hissəsində göstərilmişdir: “Binəqədi Rayonu X5 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alğı-satqı yolu ilə mülkiyyətinə verilsin.” Göründüyü kimi aparılmış araşdırma zamanı izahat vermiş X2 izahatı ilə iddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayonu X5 30 dekabr 2005-ci il tarixli 2077 saylı qərarınının kserosurətində (üçüncü şəxs onda olan qərarın göy möhürlü variantını məhkəməyə təqdim etməmişdir.) göstərilənlər arasında ziddiyyət var. Belə ki, izahatında X8 mübahisəli torpaq sahəsinə 2006-cı ildə köçməsini, qərarda isə torpaq sahəsi ayrılarkən onun istifadəsində olması göstərilir, qərarın tarixi isə 2005-ci ildir. Həmçinin, 2020-ci ildə Polisdə araşdırma vaxtı X2 ona torpaq sahəsinin ayrılması ilə bağlı qərarın olmasını bildirməməsi və belə bir qərarın ortaya çıxmaması (ən azında onun tərəfindən təqdim edilməməsi də) da nəzərə alınmalıdır. Göründüyü kimi bələdiyyə orqanı tərəfindən ümumiyyətlə hər hansı inzibati akt qəbul edilmədiyindən, həmin inzibati aktın etibarsızlığından söhbət gedə bilməz. Belə ki, inzibati akt mövcud olmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması müəyyən edilməlidir. Maddənin tələbindən də göründüyü kimi 65.1-ci maddəsində nəzərdə tutulmuş 6 hal inzibati aktın etibarsız hesab edilməsi əsası qismində çıxış edir. Beləliklə də inzibati akt mövcud olmalıdır ki, onun etibarsızlığı üçün əsaslar olub-olmaması araşdırılsın. Lakin, hazırkı iş üzrə etibarsızlığının tanınması tələb edilən qərar adlanan sənəd inzibati akt hesab edilmir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılarkən bələdiyyə adından qəbul edilməsinin təsdiqinin tapmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qərarın etibarsızlığının tanınması barədə iddianın mümkün sayılmasından söhbət gedə bilməz. İnzibati akt mövcud olmalıdır ki, onun etıbarsızlığının tanınması əsasları yoxlana bilsin. Lakin, məhkəmə araşdırması zamanı da müəyyən edildiyi kimi etibarsızlığının tanınması tələb edilən hər hansı inzibati akt mövcud olmamış, torpaq sahəsinin ayrılması barədə inzibati orqanda heç bir inzibati icraat aparılmamış, hər hansı qərar qəbul edilməmişdir. Belə olduğu təqdirdə iddianın mümkünlüyü əsası həmin tələbə münasibətdə ödənilməmişdir. Məhkəmə iddiaçının “qərar əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə münasibətdə isə bildirir ki, nə iddia ərizəsinə, nədə ki, məhkəmə prosesində hər hansı alğı-satqı müqaviləsi təqdim edilməmiş (əlavə edilməmiş), hətta belə bir bir müqavilə olmuş olsa belə, alğı-satqı müqaviləsi inzibati akt hesab edilmədiyindən, onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi də mümkün olmazdı. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı "xxxx" MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X15