Məhkəmə qərarları › İş №2-1(112)-10839/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10839/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10839/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X11 məxsus ünvan 3-də yerləşən 37 nömrəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi çıxarışı vermək vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardad ilə iddia tələbi “ünvan 3-də yerləşən 37 nömrəli mənzilin mərhum X11 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı yazıb bildirmişdir ki, mərhum həyat yoldaşı X14 xx.xx.2008-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat etmişdir. Qeyd edilmişdir ki, ünvan 3-də yerləşən 37 nömrəli mənzil həyat yoldaşı X11 məxsus idi. Həmin mənzilə dair xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi vardır. Beləki həyat yoldaşına məxsus ünvan 3-də yerləşən 37 nömrəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilən xx.xx.2024-cü il tarixli məktubunda isə ona bildirilmişdir ki, həyat yoldaşının ad soyad və ata adı ona məxsus bütün sənədlərdə “X14” olduğu halda bu mənzilə dair verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsində isə onun ad soyad və ata adı “X10” kimi qeyd edilmişdir. Beləki sadəcə xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsində onun ad soyad və ata adı “X10” kimi yazılması onun adına mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almağa imkan vermir. Rus tabeçiliyindən çıxandan sonra Azərbaycan dilində “Abdullahoviç” sözü “Abdullah oğlu” olaraq xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsində qeyd edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həm adında, həm də ata adında hərf fərqi olduğu üçün mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış vermir. Beləki mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış olmadığı üçün vərəsəliklə bağlı notariat ofisinə müraciət edərək vərəsəlik aça bilmirəm. Beləki əmlaka dair vərəsəlik aça bilməyim üçün ona çıxarış lazımdır. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəməyə müraciət etməkdə məqsədi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ona verdiyi imtina ilə bağlıdır. Əks halda o hal-hazırda yaşadığı evə dair çıxarış ala bilmiyəcəkdir. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi küçəsi, ev 3B-də yerləşən 37 nömrəli mənzilə verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən, həyat yoldaşımın ad soyad və ata adı “X10” kimi yazılmışdır. Halbuki həyat yoldaşına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi küçəsi, ev 3Bdə yerləşən 37 nömrəli mənzilə verilən 1987-ci il tarixli orderdə də onun ad soyad və ata adı “X14” kimi qeyd edilmişdir. Lakin sonrada evə verilən 1995-ci il tarixli qeydiyyat vəsiqəsində onun adı və ata adı düzgün qeyd edilməmişdir. Bu da indi ona çıxarış almaq üçün mane yaradır. Belə ki, onun həm doğum haqqında şəhadətnaməsində, həm ölüm haqqında şəhadətnaməsində, həm də nikah haqqında şəhadətnaməmizdə mərhum həyat yoldaşının ad soyad və ata adı “X14” olaraq yazılmışdır. Bununla yanaşı iddiaçı 2012-ci ildə mərhum həyat yoldaşı X5 keçmiş SSRİ Əmanət Bankında 057784, 158416 nömrəli hesabında olan əmanətini vərəsəlik qaydasında əldə etmişdir. Bu zaman vəsərəlik açılmasında heç bir mane olmamışdır. Bu vərəsəlik şəhadətnaməsi də həyat yoldaşının ad soyad və ata adının “X14” olması faktını təsdiqləyir. Vətəndaş olaraq pozulmuş mənzil hüququmun bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən “37” saylı mənzil üzərində hüquqların mərhum X15 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim olunan sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X16”, qeydiyyat vəsiqəsində isə “X10” kimi qeyd olunmşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “mərhum X6 məxsus ünvan 3-də yerləşən 37 nömrəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024- cü il tarixli, **********62 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X16”, qeydiyyat vəsiqəsində isə “X10” kimi qeyd olunmşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan ünvanda yerləşən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Azərbaycan SSR Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 225164 nömrəli orderinə əsasən X7 Zığ qəsəbəsi, Zığ şosesi küçəsi, ev 3B-də yerləşən 37 nömrəli mənzil verilmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Zığ qəsəbəsi, Zığ şossesi, 3 “b” nömrəli yaşayış evi 37 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

8. AZ-İ 295554 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X16 xx.xx.2008-ci ildə ölmüşdür.

9. 08.06.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, ünvan 2 ünvanda yaşayan arvadı-İddiaçı - ¼ hissə, oğlu-X12 - ¼ hissə, qızı- X21 - ¼ hissə, qızı X17 – ¼ hissə miras əmlakdan irs almalıdırlar. (Şəhdadətnamə verilən miras əmlak: Keçmiş SSRİ əmanət Bankında 057784, 158416 nömrəli hesabda olan əmanətdən ibarətdir.)

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 36 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli X-179 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş əri X1mış miras əmlaka (Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsi. Zığ şossesi, ev 3b, mənzil 37) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X13 hüquqları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında“ Azərbaycan Respublikası Qanunun 5.1.1- ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında“ Təlimatın 7-ci bəndinə və “Notariat haqqında“ Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin tələblərinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş Forma 37 (arayışın) və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etmək xahiş edilmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən göndərilmiş qeyd olunan ünvana dair sənədlərin surətlərinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətlərini təqdim edilmişdir: - “Azəravtonəqliyyat” dövlət konsernin mərkəzi mənzil məişət və mənzillərin özəlləşdirilməsi komissiyasının və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli 18 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, 3 B nömrəli evin, dördotaqlı, ümumi sahəsi 81,81 kv.m, yaşayış sahəsi 47:21 kv.m, balans dəyəri 26 997 rubl olan, 4-cü mərtəbədə yerləşən 37 nömrəli mənzili X2 adına özəlləşdirilməsinə icazə verilmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. X22 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X3 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

23. X25 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

27. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda qeyd etmişdir ki, təqdim olunan sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X16”, qeydiyyat vəsiqəsində isə “X10” kimi qeyd olunmşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir.

28. Məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Azərbaycan SSR Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 225164 nömrəli orderinə əsasən X7 Zığ qəsəbəsi, Zığ şosesi küçəsi, ev 3B-də yerləşən 37 nömrəli mənzil verilmişdir. - “Azəravtonəqliyyat” dövlət konsernin mərkəzi mənzil məişət və mənzillərin özəlləşdirilməsi komissiyasının və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli 18 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, 3 B nömrəli evin, dördotaqlı, ümumi sahəsi 81,81 kv.m, yaşayış sahəsi 47:21 kv.m, balans dəyəri 26 997 rubl olan, 4-cü mərtəbədə yerləşən 37 nömrəli mənzili X2 adına özəlləşdirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Zığ qəsəbəsi, Zığ şossesi, 3 “b” nömrəli yaşayış evi 37 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - AZ-İ 295554 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X16 xx.xx.2008-ci ildə ölmüşdür.

29. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun imtinası mülahizələrə əsaslanır. Belə ki, “Abdullah oğlu” və “Abdulahoviç” ifadələri müxtəlif dillərdə istifadə edilməsinə baxmayaraq, leksik mənaca eyni anlayışı ifadə edir. Mahiyyət etibarilə hər iki ifadə şəxsin atasının adını göstərdiyindən, şəxsiyyətin identifikasiyası zamanı ekvivalent olaraq qəbul edilməlidir.

30. Məhkəmə nəzərə alır ki, mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olan sənədin (Azərbaycan SSR Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 225164 nömrəli orderi) mərhum X11 verilən zaman Azərbaycan Sovet Sosialist Respublikası idi. Belə ki, həmin dövrdə aparılmış siyasət nəticəsində bir çox azərbaycanlının ata adları Slavyan dillərinə uyğun olaraq “-oviç” və “-ovna” şəkilçilərindən istifadə edilərək şəxslərin rəsmiləşdirilməsi halları geniş yayılmışdı. Odur ki, “Abdullah oğlu” və “Abdulahoviç” ifadələri ekvivalentdir və şəxsin identifikasiyasına mane olmamalıdır.

31. Mənzilə dair orderdə mərhumun soyadı “Гаджалиев”, qeydiyyat vəsiqəsində isə “Hacıəliyev” olaraq göstərilmiş, orderdə ailə üzvü kimi həm də iddiaçının adı qeyd edilmiş, mərhumun ölm haqqında şəhadətnaməsində soyadı “Hacəliyev” olaraq qeyd edilmişdir. Odur ki, qeydiyyat vəsiqəsində soyadın “Hacıəliyev” olaraq yazılışının tərcümə xətasından irəli gəldiyi məhkəmədə hər hansı şübhə doğurmur.

32. Məhkəmə qeyd edir ki, Məcəllənin 139-1.1.5. və Qanunun 8.0.5-ci maddələri vaxtilə verilmiş qeydiyyat vəsiqəsinin hüququn qeydiyyatı üçün əsas hesab edir, digər tərəfdən mərhumun qeyd edilən əmlakına dair notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi müəyyən olunmur. Odur ki, iddia qeyd edilən (dəyişdirilmiş) şəkildə təmin edilməlidir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilin mərhum X11 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 37 nömrəli mənzilin mərhum X11 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar