Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1084/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 A, mənzil 15 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X9 (Bakı şəhəri, Binəqədi rayon 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, 38/224 qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin Mərkəz filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx xxxxxx 1961-ci il tarixdə Oğuz rayonunun Filfilli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx xxxxxx 1982-ci il tarixdən başlamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna yazılı müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı X5 işlədiyi quraşdırıcıçilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd edir ki, o, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx xxxx 2019-cu il tarixli arayışını idarəyə təqdim etmişdir. Hansı ki həmin arayışda onun xx.xx.1997-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək quraşdırıcı peşəsində işləməyi öz əksini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinası əsassızdır və qanuna ziddir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh İdarəyə qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçı iddia edir ki, “Vətəndaşların pensiya təminatı haqqında'’ AR xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1996-xx.xx.1997, xx.xx.1997-xx.xx.1999-cu illər ərzində işlədiyi peşə olan “quraşdırıcı-çilingər” peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Naziriəı Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Həmçinin iddiaçının işlədiyi SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən təqdim edilmiş Arayış ilə ilə iddiaçının əmək kitabması arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar məhkəmə təcrübəsinə də müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin X8 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas ola bilər. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən xx xxxxxx 2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsi cavabdeh oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin Mərkəz filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X11 iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Oğuz rayonunun Filfilli kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1982-ci ildə Dəmirçi sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən işinə qəbul edilmişdir. xx.xx.1983-cü ildə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə Azərbaycan SSR Quraşdırma və X13 Nazirliyinin “Termoizolyasiya” Bakı Quraşdırma İdarəsi 2 saylı Bakı Sahəsinə 2-ci dərəcəli izolyasiyacı işinə qəbul olunmuşdur. xx.xx.1984-cü ildə öz xahişi ilə Omsk şəhəri təşkil olunmuş işə qəbul qaydasında getməsi ilə əlaqədar azad olunmuşdur. xx.xx.1984-cü ildə X2ma İdarəsinə qazma avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.1985-ci ildə qazma avadanlığının xidməti üzrə çilingər işi üzrə 4-cü dərəsi verilmişdir. xx.xx.1987-ci il də Bakı Dərin Özülləri Zavoduna keçirilməsi ilə əlaqədar işdən azad edilib. xx.xx.1987-ci ildə keçirilmə yolu ilə Qaz Sənayesi Nazirliyinin Dayaq hissələrinin hazırlanması üzrə Bakı Stasionar Dərin Özülləri Zavodunun TQİ-nin 4-cü dərəcəli m/k quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.1988-ci ildə “Şelflayihə-tikinti” İstehsalat layihə-tikinti birliyinin xx.xx.1988-ci il tarixli 1 saylı əmrə müvafiq olaraq BSDÖZ TQİ adı dəyişdirilərək “Şelf layihə-tikinti” İstehsalat layihə-tikinti birliyinin 1 saylı TQİ adlandırılmışdır. xx.xx.1988-ci ildə xx.xx.1986-cı ildə tarixli 1115 saylı Sov.İKP və ÜHİMŞ qətnaməsinə uyğun olaraq əməyin ödənilməsi üzrə yeni şərtlərinə keçirilib. xx.xx.1988-ci ildə “Şelf layihə-tikinti” İstehsalat Layihə-tikinti birliyinin xx.xx.1988-ci il tarixli 1 saylı Əmrə əsasən “Şelf layihə-tikinti” İslahat Birliyinin 2 saylı TQİ keçirilmə yolu ilə azad olunub. xx.xx.1988-ci ildə “Şelf layihə-tikinti” İslahat Birliyinin 1 saylı TQİ keçirilməsi yolu ilə 1 saylı sahəyə 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 5-ci dərəcəsi verilmişdir. xx.xx.1991-ci ildə liftçi ixtisası verilmişdir. xx.xx.1993-c2 ildə metal konstruksiyalarınən quraşdırıcısı işi üzrə 6-cı dərəcəsi verilmişdir. xx.xx.1996-cı ildə müqavilə üzrə iş müddətinə “Makşelf” birgə müəssisəyə keçirilməsi yolu ilə müvəqqəti işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə keçerilmə yolu ilə 4-cü dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1997-ci ildə çilingər-quraşdırıcı işi üzrə 5-ci dərəcəsi verilmişdir. xx.xx.1997-ci ildə əvvəlki iş yerinə keçirilməsi yolu ilə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən1-ci sahəyə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.2002-ci ildə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə keçirilmə yolu ilə 6-cı dərəcəli çilingər quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏM 65-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1997-ci ildə köçürülmə yolu ilə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildəsahəyə 6-cı dərəcəliquraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası ƏM-nin 65-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən quraşdırıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə quraşdırıcı briqadir vəzifəsinə keçirilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidroaqreqatların quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx xxxxxx 1982-ci il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı X5 işlədiyi quraşdırıcı-çilingər peşəsi yuxarıda qeyd olunan sahəyə aid olmadığı, həmin səbəbdən də x xxxxxx 2006-cı il tarixinədək onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olması, “quraşdırıcı-çilingər” işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan “bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidroaqreqatların quraşdırıcıları” sahəsinə aid olmadığı, fərqli sahə olduğu, həmçinin xx xxxxxx 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması dövründə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Şelflayihətikinti” İB-nin 2 saylı X6 1 saylı sahəsində işlədiyi quraşdırıcı-çilingər peşəsinin əmək şəraiti və əmək funksiyası barədə məlumatın Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən sorğu əsasında tələb edilmişdir. “SOCAR” Heydər Əliyev adına Dərin Özüllər Zavodu tərəfindən xx xxxxx 2020-ci il tarixdə sorğuya cavab olaraq məhkəməyə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək “Şelflayihətikinti” İB-nin 2 saylı X6 1 saylı sahəsində quraşdırıcı peşəsində işlədiyi, həmçinin texnoloji prosesə əsasən iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” bəndində göstərilən “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğun olduğu bildirilmişdir. Həmin məktuba qoşma olaraq iddiaçıya verilmiş güzəştli arayış da əlavə edilmişdir. Qeyd olunan güzəştli arayışdan müəyyən olunur ki, İddiaçı “Şelflayihətikinti” LSTBnin 1 saylı X6 4 saylı sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 36/k saylı əmr) xx.xx.1988-ci il tarixinədək (xx.xx.1988-ci il tarixli 67/k saylı əmr.) quraşdırıcı peşəsində, “Şelflayihətikinti"LSTB-nin 2 saylı X6 1 saylı sahəsində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli 2/k saylı əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 35k saylı əmr.) quraşdırıcı peşəsində, “ŞelflayihətikintilB-nin 2 saylı X6 1 saylı sahəsində xx.xx.1997-ci il tarixindən (xx.xx.1997-ci il tarixli 72/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 75k saylı əmr.) quraşdırıcı peşəsində işləmişdir. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 29-cu bölməsinin “a" bəndində göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -13 il 11 ay 17qün təşkil edir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 09 ay 28 gün ümumi və 13 il 11 ay 17 gün güzəştli iş stajı mövcuddur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının işlədiyi “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinin zərərli peşə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək “Şelflayihətikinti” X7 İdarələrində işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 22900000-14612 kod nömrəli güzəştli iş stajı verən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 13 il 11 ay 17 gündən ibarətdir. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “quraşdırıcı” peşəsi həmin Siyahıda qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə bərabər tutulmalıdır. Məhkəmə araşdırması zamanı eyni zamanda iddiaçıya məxsus əmək kitabçasının 15-ci səhifəsinin 18-ci qeyd qrafasında iddiaçının köçürülmə yolu ilə 6-cı dərəcəli “quraşdırıcı çilingər” peşəsinə təyin olması barədə qeyd aparılsa da, lakin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məhkəməyə ünvanlanan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Şelflayihətikinti” İB-nin 2 №li X6 72/k nömrəli, xx.xx.1997-ci il tarixli Əmrində İddiaçı 1 №li sahəyə 6-cı dərəcəli “quraşdırıcı” vəzifəsinə işə qəbul edildiyi halı müəyyən edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının təqdim etdiyi güzəştli arayışdan da müəyyən edilir ki, onun xx.xx.2006-cı il tarixədək olan dövr ərzində 13 il 11 ay 17 gün müddətinə quraşdırıcı peşəsində işləməsi təsdiq olunur. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 05 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin Mərkəz filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1084/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1084/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver