Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1084/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin (hazırki Bakı 1 saylı xidmət nümayəndəliyinin) nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi : İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin xx xxxxxx 2020-ci il tarixli **********8 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə ona xx xxxxxx 2014-cü il tarixindən İİ qrup əlil kimi təyin edilmiş əmək pensiyasının və qanunsuz olaraq xx.xx.2016-cı il tarixindən dayandırılaraq sosial müavinətə çevirilmiş İİ qrup əlil kimi əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixində Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, 18.11 2014-cü il tarixində 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 074632 nömrəli arayışına əsasən ümumi xəstəlikdən 2-ci qrup əlil hesab edilmiş, Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərinin Yasamal rayonunda məskunlaşdığına görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etmişdir. Oradan ona bildiriblər ki, əmək stajı barədə sənəd təqdim etməlidir. xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi Ağdam rayon 8 nömrəli Təsərüfatlararası təmir SMD-də xadimə işlədiyini lakin həmin müəssisənin sənədləri saxlanılmadığına görə təqdim edə bilmədiyini bildirmiş, onlar ona hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini məsləhət gördümüşlər. O, bu barədə ərizə ilə Ağdam rayon Məhkəməsinə müraciət etmiş. Ağdam rayon Məhkəməsinin 2(13)-2439/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onun xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi Ağdam rayon 8 nömrəli Təsərüfatlararası təmir SMD-də xadimə işləməyi barədə sosial sığorta staj faktı müəyyən edilmişdir. Məhkəmənin bu qətnaməsinə əsasən Bakı şəhər Yasamal rayon DSMF-da ona əlillik müəyyən edilən gündən yəni, xx.xx.2014-cü il tarixindən 2-ci qrup əlil kimi əmək pensiyası təyin edilərək 702645 nömrəli Pensiya işi açılmış və bu barədə ona 4127 2211 2716 2602 nömrəli pensiya kartı verilmişdir. xx.xx.2016-cı il tarixinə kimi həmin kartla əmək pensiyası almışdır. Lakin xx.xx.2016-cı il tarixində isə DSMF-nin Yasamal şöbəsi tərəfindən təyin edilmiş əmək pensiyası ona məlum olmayan səbəbdən dayandırılmış, həmin gündən ona 2-ci qrup əlil kimi sosial müavinət ödənilir. Bu barədə dəfələrlə şikayət etməyinə baxmayaraq əsassız olaraq 2-ci qrup əlil kimi əmək pensiyasını qanunsuz olaraq bərpa etmək istəmirlər. Ona görə də rəsmi ərizə ilə 1 saylı Dayanıqlı Operativ Sosial Təminat Agentliyinə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının xx.xx.2016-cı il tarixindən bərpa edilərək yaranmış fərq məbləğinin ödənilməsini xahiş etmiş. Həmin məktubla onun ərizəsinə cavab vermək əvəzinə bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası 1’-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Eyni zamanda bildirilir ki, ona İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 18 600 pensiya kapitalı olmadığından İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır. Onların cavab məktublarında istinad etdikləri “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əlavə və dəyişikliklər xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla edilmişdir. Göründüyü kimi ərizə və Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sosial sığorta stajına əsasən xx.xx.2014-cü il tarixindən təyin edilmiş və ona məlum olmayan səbəbdən qanunsuz olaraq dayandırılmış İİ qrup əlil kimi əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsini xahiş etdiyi halda 1 saylı Bakı Ərazi şöbəsinin müdiri F Bədəlovun imzaladığı cavab məktubunda “Əmək pensiyaları haqqında" qanununa xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla xx.xx.2017-ci il tarixindən edilmiş dəyişikliklərə istinad edilir. Halbuki, o, İİ qrup əlil hesab edildiyi gündən Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş sosial sığorta stajına əsasən xx.xx.2016-cı il tarixə kimi əmək pensiyası almışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18.11,2014-cü il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla, 5 il müddətinə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. xx.xx.2014-cü il tarixində əmək pensiyası təyin edilmiş, xx.xx.2016-cı il tarixində cavabdeh isə ona pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. İddiaçı İİ qrup əlil kimi əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 36-cı maddəsinə əsasən, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. xx.xx.2014-cü il tarixində İddiaçı ilk müraciəti zamanı - çanaq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sağ budun çıxığından s/v. Koksartroz arı sindromu ilə Bud sümüyü başının aseptik nekrozu. sağ diz oynağı yan bağlarının zədələnməsi, ətrafların funksiyasının pozulması, asteno-nevrotik vəziyyət diaqnozu qoyulmuş, əlavə müalicəyə ehtiyac olması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. xx.xx.2014-cü il tarixli 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə İddiaçı üçün - çanaq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sağ budun çıxığından s/v. Koksartroz arı sindromu ilə Bud sümüyü başının aseptik nekrozu. sağ diz oynağı yan bağlarının zədələnməsi.ətrafların funkisya pozulması, asteno-nevrotik vəziyyət ilə - “fiziki iş əks göstərişdir” diaqnozu qoyulmuş və İİ dərəcəli əlillik təyin olunmuşdur. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavə edilən - İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsinə əsasən 31-60% diapazonunda - “Əlilliyin müddəti” 1 il müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixində Əlillik müddətinin qurtarması nəticəsində yenidən baxılmaq üçün DTSERA-ya göndərildikdə 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə - sirkə kasasının sınığı,sağ sirkə kasası dibinin qeyri düzgün bitişmiş sınığı. Sağ bud çanaq oynağının İİİ dərəcəli koksartrozu. Sağ aşağı ətrafın dayaq və hərəkət funksiyasının pozulması ilə “yüngül oturaq sahələrdə işləyə bilər” diaqnozu qoyulmuşdur. Əlillik müddətinin qurtarması nəticəsində yenidən baxılmaq üçün göndərildiyi və bu müayinə zamanı əmək zəmanətinin və əlillik meyarının dəyişməsi səbəbindən şöbəyə yenidən müraciət edilməli idi. İddiaçının 2020-ci il tarixində cavabdeh orqana müraciət etdiyi üçün artıq yeni qanunvericiliklə nəzərə alınmış, onun sığorta stajı 10 il 11 ay 9 gün olsa da, (belə ki, qanunla tələb olunan staj 9 il 7 aydır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7038 manat məbləğində olmuşdur. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə minimum 2017-ci il tarixi nəzərə alsaq, tələb olunan sığorta stajı: 44 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 29 il (əmək qabiliyyətli yaş dövrü),29 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 116 ay, 116 ay : 12 ay = 9 il 7 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab verir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 116 ay: 192 ay (əlilliyə görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) = 0.604; 2. 0.604 x 144 ay (yaşa görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) =86.9 ay=87 ay,87 ay x 110 manat (2017-ci il tarix üçün əmək pensiyasının minimum məbləği) = 9570 manat. Tələb olunan pensiya kapitalı 9570 manat təşkil etdiyi halda İddiaçı pensiya kapitalı 7038 manat təşkil etdiyi üçün əlilliyə görə əmək pensiyası üçün tələb olunan şərtlərdən biri ödənmədiyi üçün əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi S.Əhmədli təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən cavabdeh inzibati orqanın yerləşdiyi ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Bakı şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1973-ci il tarixdə doğulmuşdur. xx.xx.2014-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 1 illik ikinci dərəcəli əlil hesab edilmişdir. AR DSMFnun Yasamal rayon şöbəsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, 1 illik 2-ci qrup əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə qiymətləndirmə həyata keçirilmiş, xx.xx.2021-ci il tarixədək ümumi xəstəlikdən 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin pensiya kapitalının kifayət qədər olmamasına dair imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1973-cü il təvəllüdlüdür, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatdadır. - Ağdam rayon Məhkəməsinin 2(13)-2439/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon 8 №-li Təsərrüfatlararası təmir SMD-də xadimə işləməsi barədə sosial sığorta stajı faktının müəyyən olunması qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 074632 saylı (ilk dəfə əlillik müəyyən edilmiş şəxslər üçün) arayışdan görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən İİ dərəcəli əlillik qrupu müəyyən edilmişdir. - İddiaçı beynəlxalq bank tərəfindən verilmiş kartın surətindən görünür ki, kart Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmişdir və 12/19 tarixə qədər müddəti olub. - İddiaçı 1 saylı Dost Agentliyinə ünvanladığı ərizənin surətindən görünür ki, iddiaçı müraciət edərək, ona İİ qrup əlilliyinə görə təyin edilmiş pensiyanın xx.xx.2016-cı il tarixdən məlum olmayan səbəbdən dəyandırıldığını bildirərək, əmək pensiyasının bərpa edilərək, fərq məbləğinin ödənilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli № **********8 saylı İddiaçı ünvanlanmış bildirişdən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 18600 pensiya kapitalı olmadığından İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququnun yaranmadığı qeyd edilmişdir. - Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2016-cı il tarixli 141 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 2-ci qrup əlilliyə görə müavinət təyin edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Мəhkəmə Ağdam rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(13)-2439/2014 nömrəli qüvvəyə minmiş qətnaməsini mötəbər sübut kimi qəbul edir. Həmin qətnamə ilə İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon 8 №-li Təsərrüfatlararası təmir SMD-də xadimə işləməsi barədə sosial sığorta stajı faktı müəyyən edilmişdir. Odur ki, məhkəmə həmin illəri tam əmək stajı kimi nəzərə alır. Eyni zamanda Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 10 il 11 ay 9 gün sığorta stajı vardır. Cavabdehə orqana müraciət zamanı pensiya kapitalının kifayət qədər olmaması əsası ilə 2-ci qrup əlilliyə görə əmək pensiyasının almaq hüququnun yaranmaması qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin imtinasının yeganə əsası pensiya kapitalının kifayət qədər olmaması ilə bağlıdır. Məhkəmə bu imtinanı qanunsuz hesab edir. Belə ki, iddiaçı iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan (41 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 26 x 4 ay = 104 ay/12ay= 8 il 7 ay) sığorta stajını topladığından ona əlilliyə görə əmək pensiyası ilkin olaraq düzgün təyin edilmiş, xx.xx.2015-ci il tarixdən TSERK tərəfindən qiymətləndirmə həyata keçirilmiş və xx.xx.2016-cı il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir, lakin, inzibati orqan öz geniş səlahiyyətlərindən istifadə edərək araşdırma aparmamış, iddiaçıya verilən pensiyanı xx.xx.2016-cı il tarixdən dayandırılmış, buna dair heç bir qərar qəbul etməmiş, iddiaçının təkrar müraciəti zamanı artıq xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəlarını əsas gətirmişdir. Halbuki, iddiaçı cavabdeh inzibati orqana müraciət zamanı əlilliyə görə əsassız olaraq xx.xx.2016-cı ildə dayandırılmış pensiyanın bərpa edilməsini tələb edib və xx.xx.2017-ci il tarixədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı tələb olunmurdur. İddiaçının tələbinin digər hissəsi pensiyanın bərpa edilməsi nəticəsində yaranacaq fərq məbləğinin ödənilməsi ilə bağlıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından aydın görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən hazırki vaxtadək əlilliyə görə sosial müavinət alır (xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək -55 manat, xx.xx.2018-ci ildən hazıradək 61 manat). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əlilliyə görə əmək pensiyası xx.xx.2016-cı il tarixdə dayandırılsa da, o, əlilliyə görə əmək pensiyasının bərpa olunması barədə cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçının 2-ci qrup əlilliyə görə əmək pensiyası bərpa olunmalı, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyası üzrə yaranmış fərq məbləğinin ödənilmiş sosial müavinət üzrə məbləğlər nəzərə alınmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən dayandırılmış əmək pensiyası bərpa edilməli, cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyası üzrə yaranmış fərq məbləğinin ödənilmiş sosial müavinət üzrə məbləğlər nəzərə alınmaqla ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin (hazırki Bakı 1 saylı xidmət nümayəndəliyinin) üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən dayandırılmış 2-ci qrup əlilliyə görə əmək pensiyası bərpa edilsin, cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyası üzrə yaranmış fərq məbləğinin ödənilmiş sosial müavinət üzrə məbləğlər nəzərə alınmaqla ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin (hazırki Bakı 1 saylı xidmət nümayəndəliyinin) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1084/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1084/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver