Məhkəmə qərarları › İş №2-1(112)-10848/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10848/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10848/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qısamüddətli mühafizə orderinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məişət zorakılığından qorunmaq üçün qısa müddətli mühafizə orderinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırki ərizə ilə müraciətinin səbəbi anası X2 qanunsuz hərəkətləri ilə bağlıdır. Belə ki, hazırda anası ilə birlikdə yaşayır. Tez-tez aralarında mübahisələr olur. Anası ona şiddət göstərir. Mənzildə rahat yaşamağına imkan vermir. Artıq qorxudan evdə su belə içə bilmir. Həyatı təhlükədədir. Bir neçə dəfə heç bir əsas və səbəb olmadan X4 Xidmətinə zəng vuraraq guya onun psixi problemlərinin olduğunu söyləmiş və həkimləri evə çağırmışdır. Həkimlər yaşadığı mənzilə gəlmiş, o getmək istəməsə də, fiziki güc tətbiq edərək onu evdən çıxarmışlar. Həmin anda anası ilə birlikdə həkim də ona xəsarət yetirmişdir. Lakin xəsarəti təsdiq etmək mümkün olmamışdır. Anası onu qanunsuz olaraq xəstəxanada yerləşdirmiş, bu müddət ərzində tərkibini bilmədiyi dərmanlardan istifadə etməyə məcbur edilmişdir. Qanunsuz olaraq onu 2 saylı X1 yerləşdirmişlər. 20 gün həmin xəstəxanada qalmışdır. Qeyd olunan hallar onun hüquqlarının kobud şəkildə pozulmasına əsasdır. Belə ki, şəxsi toxunulmazlıq hüququ pozulmuşdur. Qeyd olunan hallarla bağlı hüquq mühafizə orqanlarına, eləcə də digər dövlət orqanlarına müraciət edilsə də, nəticəsi olmamışdır. Bu səbəbdən də cavabdeh orqana qısa müddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciət edilmiş, cavabdeh tərəfindən ona hüquq mühafizə orqanlarına şikayət etməyi, eləcə də daşınmaz əmlaka mülkiyyət hüququ ilə bağlı münasibətlər mülki-hüquq münasibətləri olduğundan məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd edir ki, cavabdehin imtinası üçün heç bir əsas yoxdur. Belə ki, o, icra hakimiyyətinə mülkiyyət ilə bağlı yox, anası tərəfindən daimi ona şiddət göstərilməsi ilə bağlı müraciət etmişdir, anası tərəfindən ona qarşı bu cür hərəkətlərin edilməsi mülkiyyət ilə bağlıdır. Belə ki, onun məqsədi onu xəstə edərək evdəki paydan imtina etdirməkdir. Bu səbəbdən də tərəfindən “qısa müddətli mühafizə orderinin verilməsi tələbi”nə dair Bakı Şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, lakin məhkəmənin 2(004)-1780/2023 saylı mülki iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, ərizəçinin icra hakimiyyətinə mühafizə orderinin verilməsi ilə bağlı müraciət etməsinin işin mübahisəsiz halı olmasına baxmayaraq, icra hakimiyyəti tərəfindən ünvanlanmış məktubda qısamüddətli mühafizə orderinin verilməsi və ya ondan imtina edilməsinə dair qərar qəbul edilməmişdir. Bu səbəbdən də tərəfindən yenidən cavabdehə müraciət edilmiş, ona ünvanlanmış cavab məktubunda kifayət qədər əsas olmadığına görə Monitorinq qrupu tərəfindən qısamüddətli mühafizə orderinin verilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Cavabdehdən imtinanı aldıqdan sonra yenidən tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2664/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qərardadı ilə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina edilmişdir. Məhkəmə öz qərardadında göstərmişdir ki, yerli icra hakimiyyəti orqanının qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət edilə bilər. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdən görünür ki, iddiaçı qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubu ilə kifayət qədər əsas olmadığına görə Monitorinq qrupu tərəfindən qısamüddətli mühafizə orderinin verilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq qısa müddətli mühafizə orderinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları inzibati hüquq münasibətlərindən yaranmadığından ona inzibati mühakimə icraatı qaydasında baxılması mümkünsüzdür. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun): - 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması; - 1.0.9-cu maddəsinə görə mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt; - 5.2-ci maddəsinə əsasən məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 9.0-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur: - 9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; - 11.1-ci maddəsinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. - 11.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”na əsasən: - 1.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra - zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. - 1.4. Qanunun 7.0.8-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir. - 3.1. Məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir. - 3.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər. - 3.3. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır. - 4.1. Qanunun 9-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur: - 4.1.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; - 5.1. Qanunun 11-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. - 5.2. Müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. - 5.4. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəticəsində məişət zorakılığı yaranır. Məişət zorakığı ilə bağlı münasibətlər fiziki şəxslər arasında yaranan münasibətlərdən irəli gəlir və bu münasibətlərdə tərəf qismində zərər çəkmiş şəxs və zorakılığı törədən şəxs çıxış edir. Zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyət tətbiq etmək üçün qəbul edilən akt isə mühafizə orderi adlanır. Mühafizə orderi adından da göründüyü kimi, inzibati akt deyil, akt - sənəddir. Çünki “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Mühafizə orderinin məzumunu nəzərə alan məhkəmə qeyd edir ki, həmin sənəd ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni deyil, fiziki şəxslər arasında yaranmış münasibətləri tənzimləməyə yönəlmişdir. Qanunvericiliyə əsasən qısa müddətli mühafizə orderini yerli icra hakimiyyəti orqanı, uzun müddətli mühafizə orderini isə ümumi məhkəmələr verir. Mühafizə orderinin müddət baxımından iki növü fərqləndirilsə də, mahiyyəti eynidir. Çünki Qanunun 10.2-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-4.4 əsasən isə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: 355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi; 355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Qanunvericiliyə əsasən uzunmüddətli mühafizə orderində əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları və sair nəzərdə tutulması təsbit edilsə də, bu hal onu mahiyyət etibarilə qısamüddətli mühafizə orderindən fərqləndirilməsi üçün əsas təşkil etmir. Belə olan halda aydındır ki, mühafizə orderi bir halda inzibati akt, digər halda isə sadəcə akt ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-1-ci fəsli məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatı tənzimləyir. Həmin Məcəllənin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən müraciət edən inzibati orqan olsa belə, uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məsələyə mülki mühakimə icraatı qaydasında baxıldığından hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla oxşar münasibətlər olan zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi məsələsinə də mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar