Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1085/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı «uşağın adının mənzil növbəsinə əlavə edilməsi və kirayə pulunun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «uşağın adının mənzil növbəsinə əlavə edilməsi və kirayə pulunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində tələb olunla əsaslandırılır ki, İddiaçı 5 sentyabr 1997-ci il tarixdən 22 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdə olmuş və 22 noyabr 2019-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Mülkiyyətində yaşayış sahəsi kimi daşınmaz əmlak olmadığından, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6262/2021 saylı iş üzrə 4 oktyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal RİH 24 dekabr 2021-ci il tarixli 487 saylı sərəncamı ilə onu ailə üzvləri ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürmüş və mənzil uçot siyahısına daxil etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin 11 mart 2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında 79 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı X4 atası hesab edilmişdir. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH-ə müraciət edərək, X5 ailı üzvü kimi mənzil növbəsinə əlavə olunmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan uşağın (Nihat Sadıqovun) məhkəmə qərarına əsasən anasının himayəsində saxlanıldığını əsas (bəhanə) gətirərək mənzil növbəsinə əlavə olunmasından imtina etmişdir. Məlumat üçün bildirilir ki, Nihat Sadıqovun anası X6 hal-hazırda nikaha daxil olmuş və evlidir, indiyədək o, məhkəməyə müraciət etməmiş, onun tərəf (iddiaçı, cavabdeh) kimi çıxış etdiyi məhkəmə qərarı olmamışdır. Cavabdeh Bakı şəhəri Yasamal RİH (hüquq şöbəsi) əsassız olaraq imtina vermişdir. Göstərilənlərə əsaslanaraq, X7 1 aprel 2022-ci il tarixdən İddiaçı mənzil növbəsinə əlavə edilməsinə və kirayə pulu ilə təmin edilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikası Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: (1.1) Bakı şəhərində – 150 manat, (1.1-1) Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, (1.2) başqa şəhər və rayon mərkəzlərində – 75 manat, (1.3) digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndində müəyyən edimişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6262/2021 saylı iş üzrə 4 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı 2020-ci ilin sentyabr ayından yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulmuşdur. İş materiallarında olan Cəlilabad rayonu Uzuntəpə kənd icra nümayəndəliyi tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 723535 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 5 sentyabr 2008-ci il tarixdə doğulmuşdir. Şəhadətnamədə onun atası kimi İddiaçı, anası kimi X6 göstərilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 mart 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 418823 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” nin surətindən görünür ki, İddiaçı 5 sentyabr 2008-ci il tarixdə X1 doğulmuş X8 atası hesab edilmiş və bununla bağlı atalığın müəyyən edilməsi barədə akt qeydləri kitabında 11 mart 2022-ci il tarixdə 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 31 mart 2022-ci il tarixli 1709 saylı arayışında qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxxx 1979-cu il tarixdə Ermənistan, Dilijan şəhərində doğulmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 31 mart 2022-ci il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) Arvad: X9 (xx.xx.1992); 2) Uşaq: X11 (xx.xx.2008), X12 (xx.xx.2008), X13 (xx.xx.2010), X14 (xx.xx.2017), X3 (xx.xx.2018). İş materiallarında olan Bakı şəhəri Yasamal RİH-in İddiaçı ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubunda qeyd olunur ki, RİH-ə ünvanlanmış müraciətə baxılmışdır. ünvan 2r 2021-ci il tarixli qərarına əsasən Yasamal RİH başçısının 24 dekabr 2021-ci il tarixli 487 saylı sərəncamı ilə 2020-ci ilin sentyabr ayından siz (İddiaçı) ailə üzvlərinizlə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək mənziluçot siyahısına daxil edilmişsiniz. Sizin oğlunuz Sadıqov Nihat məhkəmə qərarına əsasən anasının himayəsində saxlanıldığından, oğlunuzun sizin mənzil növbənizə əlavə edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə İddiaçı 5 sentyabr 2008-ci il tarixdə doğulmuş X4 (X7) atası hesab edilməsi barədə akt qeydi aparılsa da, sonuncu iddiaçı və onun arvadı X9 tərəfindən övladlığa götürülməmiş və anası X2 himayəsində saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, X11 ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı mənzil növbəsinə götürülməli ailə üzvləri sırasına aid edilə bilməz. Odur ki, iddia “uşağın adının mənzil növbəsinə əlavə edilməsi” hissəsində əsassızdır. İddianın ikinci – “kirayə haqqının ödənilməsi” hissəsinə gəldikdə isə, bu tələb də birinci tələbdən törəmə və asılı olduğundan, əsaslı qiymətləndirlməməlidir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH-in imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «uşağın adının mənzil növbəsinə əlavə edilməsi və kirayə pulunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «uşağın adının mənzil növbəsinə əlavə edilməsi və kirayə pulunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1085/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1085/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver