Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10851/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı “Y.K.X5 Təsərrüfatı”nın nümayəndəsi X2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “Y.K.X5 Təsərrüfatı”nın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğacın dəyişdirilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fermer təsərrüfatına Texniki şərtdə “Smart” tipli sayğacın elektron sayğacla əvəz edilməsi haqqında qeydiyyat aparılmaqla yeni elektron sayğacın quraşdırılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və dəymiş olan 2500 (iki min beş yüz) manat zərərin "xxxx" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə cavabdeh “Azərişıq'' ASC-yə qarşı elektron sayğacın quraşdırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan fermer təsərrüfatına yəni elektron sayğacın quraşdırılması və ona dəymiş olan 1500 manat zərərin “Azərişıq"' ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2639/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh “Azərişıq" ASC-yə qarşı elektron sayğacın quraşdırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi və iddiaçıya hazırki tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi formasında müraciət etmək hüququnun olması izah olunmuşdur. Uzun müddətdir ki, fermer təsərrüfatı ilə məşğuldur. Ona görə də fəaliyyətinə uyğun olaraq qeyri-əhali işıq sayğacı (kod:09/356-2) qoyulmuşdur. Həmin sayğac kartla işləyir. Digər abonentlərdə kartla işləyən sayğac yoxdur və ancaq onun təsərrüfatına qoyulmuşdur. Ona məxsus olan kartla işləyən sayğacın işləmə prinsipi çətindir və tez-tez koda düşür. Bu isə onu get-gələ salmaqla, təsərrüfatında çətinliklər yaradır. O, elektrik enerjisinin dəyərini köçürmə yolu ilə ödəyir. Sayğacdan kartla istifadə etmək onun işinə demək olar ki, maneələr törədir. Artıq 6 aydan cox müddətdir ki, sayğac xarab olmuşdur və kartı sayğac qəbul etmir. “Azərişıq" ASC-nin işçiləri 29 oktyabr 2022-ci il tarixdə gələrək sayğaca baxış keçirtmişdir və 043528 №li akt tərtib etmişdir. Aktda kartı sayğacın qəbul etmədiyi və sayğacın yenidən quraşdırılması qeyd edilmişdir. Lakin bu günə kimi yeni sayğacı quraşdırılmamışdır. Bunun da nəticəsində ona maddi ziyan dəymişdir. Məcburiyyət qarşısında qalaraq, əhali sayğacından-fərdi yaşayış evinin sayğacından fermer təsərrüfatına işığı birləşdirmişdir. Əhali sayğacında limit olduğu üçün limiti keçdiyinə görə artıq ödəniş edir. Fermer təsərrüfatı üçün nəzərdə tutulan işıq pulu fərdi abonentlər üçün nəzərdə tutulan məbləğdən aşağıdır. Hesab edir ki, xarab sayğacı elektron sayğacla əvəz etməlidirlər. 6 aydan artıq işləməyən elektrik sayğacına dəyişilməsi üçün akt yazılsa da dəyişilməyib. O, da məcbur olub əhali sayğacından istifadə etmişdir. Əhali sayğacı limiti aşdığı üçün o, artıq ödəniş etmişdir. Ona dəymiş olan 2500 (iki min beş yüz) manat maddi zərərin “Azərişıq" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-10851/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X4 əsl iddiaçı “Y.K.X5 təsərrüfatı” ilə əvəz olunmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən iddia tələbinə dair yazılı münasiət (etiaz) məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia 2500 (iki min beş yüz) manat zərərin "xxxx" ASC-dən alınaraq iddiaçının xeyrinə tutulması hissəsində mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından, müəyyən olunur ki, iddiaçı tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2500 manat məbləğində pulun ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə cavabdehə rəsmi qaydada müraciət etmədən məhkəməyə müraciət etdiyi üçün iddiaçının hazırki tələbinə mövcud vəziyyətdə baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia 2500 (iki min beş yüz) manat zərərin "xxxx" ASC-dən alınaraq iddiaçının xeyrinə tutulması hissəsində mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı “Y.K.X5 Təsərrüfatı”nın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğacın dəyişdirilməsi və dəymiş ziyanın ödənilməsi haqqında iddiası vurulmuş zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulması hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10851/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10851/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver