Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10854/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüquqları ƏMDK-nın yanında DƏDRX-nm Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyətçi X7 cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. xx.xx.2020-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə X7 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi X1. Qeyd edilən əmlaka dair X3 tam mülkiyyət hüquqları ƏMDK-nm yanında DƏDRX-nm Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır. xx.xx.2020-ci il tarixində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı bağışlanmışdır. Qeyd edilən əmlaka dair İddiaçı tam mülkiyyət hüquqları ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır. Bununla yanaşı, qeyd edilən daşınmaz əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinə dair plan və ölçünün verilməsindən imtina olunmuşdur. İmtinada göstərilmişdir ki, guya həmin ərazidə ölçü işlərinin aparılması mümkün deyildir, halbuki həmin ərazidə ölçü işlərinin aparılması üçün hər hansı maneə mövcud deyildir. Bundan başqa bildirmək istəyir ki, həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən həmin sənəd əsassız olaraq verilmir. İnzibati orqan plan və ölçü sənədinin tərtib olunaraq iddiaçının adına qeydiyyata alınmasına dair ərizəni qəbul etməkdən belə imtina edir. Buna görə də, müraciətinin qəbul olunması üçün tərəfimdən onlayn qaydada cavabdeh inzibati orqanın rəhbərliyinin adına xx.xx.2024-cü il tarixində ərizə ünvanlanmışdır. Ərizəyə xx.xx.2024-cü il tarixində cavab verilmişdir (qeyd edilən cavab məktubu xx.xx.2024-cü il tarixində təqdim edilmişdir). Müraciətimə şablon olaraq cavab verilmiş, inzibati orqan tərəfindən yaradılmış bürokratik maneənin aradan qaldırılması üçün hər hansı addım atılmamışdır. Görünən odur ki, inzibati orqan tərəfindən mülkiyyət hüquqlarım kobud şəkildə pozulmaqdadır.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşdiyindən plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.
4. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi X7 mülkiyyət hüququ əsasında məxsusdur.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli A№188464 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair X7 torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
6. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X9 ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsini X2.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi X5 məxsusdur.
8. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X8 ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir.
9. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı məxsusdur.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə A№188464 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı həmin torpaq sahəsinin xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında əldə etmiş və onun həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən artıq qeydə alınmışdır.
19. İddiaçının adına mülkiyyətində olan torpaq sahəsinə dair “torpaq sahəsinin plan və ölçüsənədinin” tərtib edilməsindən cavabdeh qurumun imtinası qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
20. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən:
22. Xidmətin vəzifələri:
23. 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
24. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;
25. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşməsi) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
27. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtinindən imtina iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair İddiaçı adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva