Məhkəmə qərarları › İş №2-1(112)-10862/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10862/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10862/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin iddiaçının adına özəlləşdirilməsi, mənzilin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796 saylı iş üzrə 4 iyul 2000ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin özəlləşdirilməsi və həmin mənzilə dair 6 may 1999-cu il tarixdə X2 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, hazırkı İddiaçı həmin mənzilin kirayəçisi hesab edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini alaraq icra olunmuş, X2 adına olan qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 87 saylı 28 noyabr 2000-ci il tarixli sərəncamı ilə mənzilin kirayə müqaviləsi 5 nəfər ailə üzvü ilə (özü, 2 oğlu, keçmiş əri və qayınanası) onunla bağlanaraq mənzilin kirayəçisi hesab edilmişdir və mənzilin şəxsi hesab vərəqəsi onun adına açılmışdır. İddiaçı 2022-ci ilin əvəllərində mənzili öz adına özəlləşdirmək (şəxsi mülkiyyətə verilməsi) və reyestrdən çıxarış almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə zəruri sənədlər, məhkəmə qərarı əsasında mənzilin kiyayə müqaviləsinin onunla bağlanması, kirayəçi hesab edilməsi və mənzilin şəxsi hesab vərəqəsinin onun adına açılması barədə Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 87 saylı 28 noyabr 2000-ci il tarixli sərəncamının surətini əlavə edilmişdir. Qeyd olunan sərəncamın əsli itirildiyindən və MKTD-də saxlanılmadığından, onun əsli təqdim edilməmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi mənzillə bağlı hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi bildirilmişdir. 27 may 2022-ci il tarixdə iddiaçı poçt vasitəsilə yenidən həmin məsələ barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizəyə müvafiq sənədlərlə yanaşı qeyd olunan sərəncamın mövcudluğunu təsdiq edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi Arxivindən əldə edilmiş məhkəmə qətnamələri əlavə edilmişdir. Cavabdeh tərəfindən uzun müddət ərizəyə cavab verilməmiş, lakin sonradan məlum olmuşdur ki, İdərənin əməkdaşları tərəfindən onun ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər itirilmişdir. İddiaçı məcbur olub yenidən İdarədə ərizə və sənədləri təqdim etmişdir. Nəhayət 23 iyul 2022-ci il tarixdə ərizəyə cavab ala bilmişdir. Cavabdeh əvvəlki müraciətə verdiyi cavab məktubunda göstərilən səbəblərdən yenə də mənzilin onun şəxsi mülkiyyətinə verilməsindən və mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmaqla çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzili onun adına özəlləşdirilməsindən (şəxsi mülkiyyətə verilməsindən), mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsindən imtina olunmasını iddiaçı Konstitusiya və qanunlarda təsbit olunmuş hüquqlarının pozulması hesab edir. Belə ki, ərizəyə əlavə edilmiş məhkəmə qətnamələrinin hamısında hüquqmüəyyənedici sənədin – kirayə müqaviləsinin onunla bağlanması barədə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 87 saylı 28 noyabr 2000-ci il tarixli sərəncamına istinad edilmişdir. Həmin sərəncamın mövcudluğu təsdiq olunmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli 2(006)-3937/11 saylı qətnaməsinin qəbul olunduğu mülki işin materiallarında qeyd olunan sərəncamın notarial qaydada təsdiq olunmuş surəti də mövcuddur. İddiaçı hesab edir ki, qanuni sahibliyində və istifadəsində olan mənzil xüsusi mülkiyyət hüquqi üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi məhkəmə qaydasında cavabdehə həvalə olunmalıdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2, 19.1-ci maddələrinə, İPM-in 2, 11.1, 33, 38, 45, 46, 74-cü maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin iddiaçının adına özəlləşdirilməsi (şəxsi mülkiyyətinə verilməsi) və mənzilin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 15 iyul 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ВАФ6256-2021 saylı 22 dekabr 2021-ci il tarixli məktubu ilə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə 2000-ci ilə dair arxiv sənədləri, o cümlədən 28 oktyabr 2000-ci il tarixli 87 saylı sərəncamının (müraciətə surəti əlavə olunmuş 87 saylı sərəncamın tarixi 28 noyabr 2000-ci il) Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfat Departamentinin 4 may 2022-ci il tarixli 403 nömrəli məktubu ilə “Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi haqqında” 28 noyabr 2000-ci il tarixli 87 saylı sərəncamının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv sənədləri arasında aşkar edilməyi bildirilmişdir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya 25 abqust 2022-ci il tarixli **********60 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Repspublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə gpörə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında surəti olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hasırkı iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış 4 may 2022-ci il tarixli məktubunda bildirilir ki, Departamentin 28 noyabr 2000-ci il tarixli 87 saylı sərəncamının təsdiqlənmiş surətinin verilməsi barədə müraciətə baxılmışdır. “Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi haqqında” 28 noyabr 2000-ci il tarixli 87 saylı sərəncam Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin arxiv sənədləri arasında aşkar edilmədiyindən, təsdiq olunmuş surətinin təqdim edilməsi mümkün deyildir. İş materiallarında surəti olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanlanmış 22 dekabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə 2000-ci ilə dair arxiv sənədləri, o cümlədən 28 oktyabr 2000-ci il tarixli 87 saylı sərəncamı Dövlət Arxivinin bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan “ASAN 6” vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 21 may 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilində Tapdıqov Səxavət cavad oğlu, İddiaçı və X14 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilində qeydiyyatda olan X10 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X15 Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilində qeydiyyatda olan Tapdıqov Səxavət cavad oğlunun notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, Tapdıqov Səxavət cavad oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 7 may 1996-cı il tarixdə verilmiş İİ-ЖГ seriyalı 319646 nömrəli “Boşanma haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 ilə X8 arasında nikah ləğv edilmiş və nikah ləğv olunduqdan sonra qadına “Seyidəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 126289 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 21 fevarl 2021-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-795/2000 saylı iş üzrə 4 iyul 2000-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin özəlləşməsi və həmin mənzilə dair 6 may 1999-cu il tarixdə X2 adəna verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X7 Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə pasport qeydiyyatının etibarsız hesab edilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması, X3 həmin mənzilin kiratəçisi hesab edilməsi, X11 X5 qarşı uşaqların özünün himayəsinə verilməsi barədə qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1653/2006 saylı iş üzrə 10 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2553/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilərək, X7 Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3937/2011 saylı iş üzrə 15 dekabr 2011-ci il tarixli qətnaməsi ilkin iddia qismən təmin edilərək X2 Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə köçürülməsi, ilkin iddianın qalan hissıdə təmin edilməməsi, İddiaçı X6 və X9 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-795/2000 saylı iş üzrə 4 iyul 2000-ci il tarixli və 2-1653/2006 saylı iş üzrə 10 noyabr 2006-cı il tarixli qətnamələrinə, habelə Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentinin X8 ilə Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması haqqında 87 saylı 28 noyabr 2000-ci il tarixli sərəncamına istinad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) sərəncamı bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə isə, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin icarəçisi sayılması barədə binanın balanssaxlayıcısı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı aşkar olunmasa da, mübahisə obyekti həmin mənzil olan məhkəmə işləri üzrə məhkəmə aktlarında hazırkı iddiaçı sözügedən mənzilin kirayəçisi hesab olunmuş, eləcə də sonradan onun mənzilin kirayəçisi olması barədə adıçəkilən Departamentin 28 oktyabr 2000-ci il tarixli 87 saylı sərəncamına istinad olunmuşdur. Belə olan halda, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1 və 5-ci maddələrinə, eləcə də Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən İddiaçı orada yaşayan yetkinlik yaşına çatmış sigər şəxsin razılığı ilə Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququ əldə etmiş sayılır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 16, 17, 24-cü maddələrinə zidd sayılmalı, mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar