Məhkəmə qərarları › İş №2-1(112)-10866/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10866/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10866/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işin materiallarına məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimaisiyasi Sənədlər Arxivinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və əri X2 Azərbaycan Respublikasının Prezdentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli, 28 №-li əmrini və Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alımaqla fərdi yaşayış evinin tikintisi üçün onların hər birinə ayrı-ayrı verilmiş 0.10 hektar torpaq sahəsinin cizgisinin verilməsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 01.07.024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, 2-1(112)-10866/2024 saylı inzibati iş üzrə iddiaçı olan anası İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyünü bildirmiş və bununla əlaqədar müvafiq səndələrlə yenidən məhkəməyə müraciət edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 445599 “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 07 ayının 24-cü günündə 376 № ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının (vərəsəsi-oğlu) öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə ərizənin geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı vərəsəsi oğlu - X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar