Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10872/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Çernobıl AES əzasının ləğvi ilə əlaqədar müddətsiz İİ qrup əlilliyini nəzərə alaraq 4 nəfər ailə tərkibi ilə birlikdə növbədənkənar 3 otaqlı mənzillə təmin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müddətsiz 2-ci dərəcəli Çernobıl əlilidir və Çernobıl əlili kimi əlilliyi məhkəmə qərarı ilə təsdiqlənmişdir. Belə ki, 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 2-1(82)-890/2011 nömrəli qərarına əsasən İddiaçı xəstəliyinin Çernobıl AES qəzasının ləğvində iştirak etmiş atası Nümayəndə2 keçməsi nəticəsi təsdiq olunmuş və Çernobıl əlili kimi əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 3 saylı zona TSEK-nin (hazırda 9 saylı TSEK) üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. Məhkəmə qərarının icrası olaraq, SER TSEK-Q2№ 243292 nömrəli xx.xx.2012-ci il tarixli müayinə aktına əsasən müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir və əlilliyimin səbəbinin Çernobıl AES qəzasının ləğvi ilə əlaqədar olması təsdiqlənmişdir. İddiaçı, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 50 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Çernobıl qəzasının ləğvi ilə əlaqədar müddətsiz 2-ci-dərəcəli əlil olmuş, Əskərov X6 Rayon icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ailə tərkibi ilə birlikdə uçota alınmışdır. Sonuncu dəfə AR Daxili İşlər Nazirliyinin verdiyi 11,05.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışda da iddiaçının hazırki ailə tərkibinin 8 nəfər olması qeyd olunmuşdur. Hazırda İddiaçı, yoldaşı X10, oğlu X19 və qızı X11 ilə birlikdə, o cümlədən, atası Nümayəndə2, anası X3, bacısı X15, digər bacısı X12 ilə birlikdə ümumilikdə 8 nəfər ailə tərkibi ilə 41.29 kv.m olan 2 otaqlı kiçik mənzildə çox acınacaqlı vəziyyətdə yaşayırlar. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə təqdim olunmuş 5 fevral 2021-ci il tarixli 1/132 nömrəli məktubda iddiaçının 25 mart 2020-ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Buna görə, xx.xx.2021-ci il tarixdə SXA-nin tələbi əsasında bütün lazımi sənədlər, o cümlədən əlavə olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tərəfimizdən cavabdeh Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir. İş üzrə İddiaçı yuxarıda qeyd sənədlərinə, o cümlədən qanunvericiliyin tələblərinə əsaslanaraq yaşayış sahəsi ilə təmin olunmaq üçün Əmək və X9 Nazirliyinə və Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 10 dekabr tarixli **********6 №-li, 4 mart 2022-ci il tarixli **********3 №-li, 19 aprel tarixli **********2 №-li cavab məktublarında və sonuncu olaraq 23 aprel 2025- ci il tarixli məktubunda “..mənzillə təmin edilməyiniz məsələsinə qanunvericiliyə əsasən baxılacaqdır”- kimi əsassız və qanunsuz olaraq şablon formalı və təkrar cavablar yazılmış, üstəlik iddiaçının illərdir cavabdehə müraciət etməyinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, cavabdeh öz öhdəliyini icra etməkdən yayınmışdır. Əgər mövcud qanunvericiliyə nəzər salınsa, o zaman məhkəmənin yuxarıda qeyd etdiyim və qanuni qüvvəyə minmiş qərarı, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021 -ci il tarixli 2449 nömrəli Sərəncanmı və AR Konstitusiyası əsas götürülməlidir. Göründüyü kimi, cavabdeh Sosial Xidmətlər Agentliyi, qanunvericiliyin İddiaçı verdiyi hüquqları pozur, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 50 №-li xx.xx.2020-ci il tarixli Sərəncamını,o cümlədən cənab Prezidentimizin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncanmını icra etməkdən yayınır və hər müraciətimizdə şablon cavablarla öz öhdəliyini icra etməkdən boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında isə 2014cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Onu da nəzərinizə çatdırırıq ki, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.3-cü yarımbəndinə əsasən Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. İddiaçının atası (etibarnamə üzrə nümayəndəsi) Nümayəndə2 dövlət hesabına ünvan 1 ünvanında yerləşən mənzillə təmin edilmişdir. Nümayəndə2 mənzillə təmin edilərkən, iddiaçı, yəni oğlu da ailə üzvü kimi nəzərə alınaraq, mənzil təminatı həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı artıq 1 dəfə bu imtiyazdan istifadə etdiyi üçün onun təkrar mənzillə və ya fərdi evlərlə təmin olunması mövcud qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən "şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır." Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Əlavə olaraq bildiririk ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Yuxarıda qeyd olunanlara münasibətdə İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun "mənzillə təmin olunmasına dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 50 nömrəli “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” Sərəncamdan Çıxarışa əsasən Vətəndaş Əskərov X6 Rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və İİ qrup əlil olmuş İddiaçı hazırda 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, 3 qohumu) Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 14a saylı evin atası Nümayəndə2 məxsus yaşayış sahəsi 41.29 m² olan 2 otaqlı 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinə, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 №-li Qərarına, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə müvafiq olmaqla və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.6.6-cı və 4.6.8-ci bəndlərinə istinad edərək qərara alıram: 6.1. Çernobıl qəzasının ləğvində iştirak etmiş və İİ qrup əlil olmuş Əskərov X6 Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınsın və güzəştli şərtlərlə; yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilsin. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər:
1. X13
2. X14
3. X11
4. X19
5. X15
6. X3
7. Nümayəndə2
8. İddiaçıdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 nömrəli X31 Sosial Ekspert Komissiyasının SERTSE-02№243292 nömrəli Arayışına əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 2-ci qrup əlildir, əlilliyin səbəbi-Çernobıl AES qəzasının ləğvi ilə əlaqədar olmaqla əlillik dərəcəsi müddətsiz olaraq təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı oxşar məzmunlu xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 5 fevral 2021-ci tarixli 1/132 nömrəli məktubda Sizin 25 mart 2020-ci il tarixindən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. -Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli 2-(82)-890/11 nömrəli məktubunda göstərilmişdir ki, X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 3 saylı zona TSEK-nə (hazırda 9 saylı TSEK), 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi- Sosial Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası "Çernobl Əlilləri" İttifaqına qarşı iddiaçının xəstəliyinin Çernobl AES qəzasının ləğvində iştirak etmiş atası X1 nəticəsinin təsdiq olunması və Çernobl əlili kimi əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2011-ci il tarixli 2in(82)-890/2011 saylı qərarla iddia təmin edilmişdir. Həmin qərar xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi xx.xx.2012-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2011-ci il tarixli 2in(82)-890/2011 saylı qərarının icrası ilə bağlı X4 tibbi ekspert sənədlərinin 9 nömrəli Xəzər rayon TSEK-ə göndərildiyi bildirilmişdir. xx.xx.2012-ci il tarixdə Sizin nümayəndəniz X16 məhkəməyə ərizə ilə müraciət edərək, 9 nömrəli Xəzər rayon TSEK tərəfindən xx.xx.2011-ci il tarixli 2in(82)-890/2011 saylı qərarın icra olunduğunu bildirərək, qərarın icraya yönəldilməməsini məhkəmədən xahiş etmişdir. Ona görə də, ərizənizə əsasən qərar icra olunduğundan icraya yönəldilməmişdir. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(82)-890/2011 nömrəli qərarına əsasən iddia təmin edilmiş, iddiaçı X4 xəstəliyinin Çernobıl AES qəzasının ləğvində iştirak etmiş atası X1 nəticəsi təsdiq olunsun və Çernobıl əlili kimi əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 3 saylı zona TSEK-nin (hazırda 9 saylı TSEK) üzərinə qoyulması qərara alınmışdır. -Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 532 saylı “ƏƏSMN-nın xx.xx.2009-cu il tarixli 11/7-129 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2009-cu il tarixli qərarı ilə Əzizbəyov(Xəzər) rayonuna ayrılmış mənzilin vətəndaş Nümayəndə2 adına rəsmiləşdirilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 5 oktyabr 2009-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasının açılışı olmuşdur. Həmin binadan 8 mənzil ƏƏSMN-nın 26 sentyabr 2009-cu il tarixli 1117-129ü №-li əmri ilə yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarından çıxarışına (surəti əlavə olunur) əsasən Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində olan imtiyazlı şəxslərə ayrılmışdır. Lakin 2009-cu ilin oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq hüquqi aktı təsdiq edilmədiyindən ayrılmış mənzillərin rəsmiləşdirilməsini bu günə qədər təmin etmək mümkün olmamış və yaranmış vəziyyət vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Mənzillərə orderin verilməsi ilə əlaqədar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına və RİH-ə etdikləri çoxsaylı müraciətləri nəzərə alınaraq məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 2272 №-li cavab məktubuna əlavə olunaraq RİH-ə göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3175-R59 saylı rəyində 2009-cu ilin oktyabrın 1-dək verilən yaşayış sahələrinin orderlə, bu tarixdən sonra isə yaşayış sahələrinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq olunanadək yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə (gələcəkdə müvafiq müqavilənin bağlanması şərti ilə) rəsmiləşdirilməsinin məqsədə müvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunanlara, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 2272 №-li məktubuna əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3\75-R59 saylı rəyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli 06\17-6-1305 saylı məktubuna istinad edərək qərara alıram: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarından çıxarışı nəzərə alınsın. İİ. Ayrılmış mənzillər aşağıdakı şəxslərin adlarına rəsmiləşdirilsin. Vətəndaş Əskərov X5 (Xəzər) RİH Başçısının xx.xx.1997-ci il tarixli 241 saylı Sərəncamına əsasən 5 nəfər ailə tərkibi ilə (özü, yoldaşı, 3 uşağı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və hazırda Binə qəs, R.Məmmədhüseynov küç, 48 saylı evdə pasport qeydiyyatındadır. ƏƏSMN-də yaradılmış komissiyanın təklifi ilə Hövsan qəsəbəsində inşa edilmiş ev 14a, mərtəbə 1, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı 2 saylı mənzil Çernobıl AES-ı qərarının ləğv edilməsi iştirakçısı və 2-ci qrup əlili Nümayəndə2 ayrılması qərara alınmışdır. 1. Hövsan qəs, E.Qasımov küç, 14a saylı ev, mərtəbə 1, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı, 2 saylı mənzili aşağıdakı ailə tərkibi ilə Nümayəndə2 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanılmaq şərti ilə) rəsmiləşdirilsin: 1. Nümayəndə2- özü, 1962; 2. X3 arvadı, 1961; 3. X15 -qızı 1986; 4. X12 qızı 1987; 5. X17-oğlu 1992
2. Nümayəndə2 ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılsın. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 05/09İS/044169-25 nömrəli Arayışa əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxslərə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1992-ci il təvəllüdlü İddiaçı:
1. Əri(arvadı)-X13-xx.xx.1996
2. X18 oğlu-xx.xx.2020
3. X8 qızı-xx.xx.2021 Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-20/2-1838/2025 nömrəli məktubu ilə təqdim edilən Azərbaycan Respublikası Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 50 nömrəli “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” Sərəncamdan Çıxarışa əsasən Vətəndaş Əskərov X6 Rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və İİ qrup əlil olmuş İddiaçı hazırda 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, 3 qohumu) Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 14a saylı evin atası Nümayəndə2 məxsus yaşayış sahəsi 41.29 m² olan 2 otaqlı 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinə, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 №-li Qərarına, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə müvafiq olmaqla və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.6.6-cı və 4.6.8-ci bəndlərinə istinad edərək qərara alıram: 6.1. Çernobıl qəzasının ləğvində iştirak etmiş və İİ qrup əlil olmuş Əskərov X6 Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınsın və güzəştli şərtlərlə; yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilsin. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-3/2-23144/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara verilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı növbədənkənar mənzillə təmin edilməsi qanunvericiliklə tənzimlənməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-20/2-2384/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş Əskərov X7 AES-də qəzanın ləğvi ilə əlaqədar əlil olmuş şəxs kimi Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır və güzəştli siyahı üzrə 14-cü şəxsdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyən edilmiş şəxslərin və şəhid ailələrinin, 2022-ci ilin dekabr ayınadək və uçota alınma tarixindən aslı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin adlı siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-47674/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 14A, 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-3/2-23145/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmış AR-nın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin, şəhid ailələrinin, Çernobıl qəzasının iştirakçılarının, gözdən əlillərin və valideyn himayəsindən məhrum olmuş məzunların elektron növbəlilik siyahısına əsasən İddiaçı növbəlilik siyahısında 14cü sıradadır, xx.xx.2020-ci il tarixdə mənzil növbəsinə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-3/2-Ə-12556/2/2025 nömrəli məktubunda bildirilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin Nazirliyə təqdim olunmuş mənzil növbəliliyi siyahısında sizin 25 mart 2020-ci ildən uçota alındığınız qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Nazirlik tərəfindən mənzillə təmin edilməsi məsələsinə qanunvericiliyə əsasən baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin (bundan sonra: İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikasının Konstitusiyası: - 24-cü maddənin İİİ hissəsi: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: - Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi: - Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: -3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;(..). İşin hallarından müəyyən olunur ki, İddiaçı Çernobıl AES Qəzasının ləğvində iştirakı ilə əlaqədar olaraq xx.xx.2012-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilldir və bu əsasla da Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 50 nömrəli Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətində 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə götürülmüşdür. İddiaçının adı güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilərək yerli icra hakimiyyəti tərəfindən Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. İddiaçının adı mənzillə təmin olunacaq şəxslərin siyahısında 14-cü sırada olmaqla mənzil növbəlilik tarixi xx.xx.2020-ci il göstərilmişdir. İddiaçı hazırkı tarixədək mənzillə təmin edilməmişdir. İddiaçının mənzillə təmin olunması ilə bağlı müraciətlərinə cavabdeh orqan iddiaçının mənzil növbəsində olduğu və mənzillə təmin edilmə məsələsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılacağıı bildirilmişdir. Hazırki iddiasında iddiaçı Çernobıl AES qəzasının ləğvi ilə əlaqədar müddətsiz İİ qrup əlilliyi nəzərə alınmaqla ona növbədənkənar mənzillə təmin olunması öhdəliyinin cavabdeh orqan üzərinə qoyulmasını mübahisələndirir. Cavabdeh orqan iddiaçıya hazırkı tarixədək verdiyi cavablardan fərdli olaraq iddia tələbinə yazılı etirazında imtina əsası kimi iddiaçının atası Nümayəndə2 dövlət hesabına mənzillə təmin olduğunu və iddiaçının da atasının ailə üzvü kimi 1 dəfə bu imtiyazdan istifadə etdiyi üçün təkrar mənzillə təmin olunmasının mövcud qanunvericiliyə uyğun olmadığını qeyd edərək müraciətin təmin edilmədiyi şəklində müraciətə münasibət bildirmişdir. Məhkəmə cavabdehin iddiaçının yazılı etirazında qeyd etdiyi imtina dəlilini əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı atası Nümayəndə2 ailə üzvü statusuna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” İddiaçı xx.xx.1992-ci il təvəllüdlü, 34 yaşında olmaqla, yetkinlik yaşına çatmış, atasından ayrı, müstəqil təsərrüfat aparan şəxs statusunda çıxış edir. Belə olan halda iddiaçı atasına münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Həmçinin iddiaçı atası xx.xx.2011-ci ildə 5 nəfər ailə üzvü tərkibində mənzillə təmin edilmiş olsa da həmin mənzil Nümayəndə2 verilmiş və sonuncu mənzillə təmin edildiyindən ailə üzvləri ilə birlikdə mənzil növbəliyindən çıxarılmışdır. Yalnız bundan sonra iddiaçı barəsində xx.xx.2012-ci il tarixdə müddətsiz Çernobl əlilliyi təyin edilmiş və onun müstəqil qaydada Çernobl əlili olaraq yaşayış yeri üzrə mənzil uçotuna alınmaq hüququ yaranmışdır. İddiaçı Suraxanı rayon İcra Hkimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə müstəqil ailə olaraq-özü, arvadı və uşağı ilə birlikdə mənzil uçotuna alınmışdır. Göründüyü kimi iddiaçını mənzil növbəliliyi atasının mənzil növbəliliyindən və mənzillə təmin edilməsindən asılı olmamış və yerli icra hakimiyyəti orqanı onu müstəqil olaraq Çernobl əlili kimi ailə üzvləri ilə mənzil uçotuna götürmüşdür. Hazırkı halda iddiaçı 4 nəfər ailə tərkibinə malikdir: özü, həyat yoldaşı X13, qızıxx.xx.2021-ci il təvəllüdlü X11; oğlu-xx.xx.2020-ci il təvəllüdlü X19. Məhkəmə hesab edir ki, iddiaçının atasının mənzillə təmin edilərkən iddiaçının atasının ailə üzvü kimi (iddiaçı hələ 19 yaşında olarkən) mənzillə təmin edilməsi onun sonradan hüquqi vəziyyətinin dəyişməsi nəticəsində yaranmış mənzil təminatı hüququndan məhrum edilməsinə əsas verməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Eyni Qanunun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun: -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, Qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Hazırkı halda cavabdehin mövqeyi iddiaçının məhz bir dəfə ailə üzvü kimi mənzillə təmin edilmə əsası ilə mənzillə hazırkı halda təminindən imtina ilə bağlı olduğundan və məhkəmə hazırkı qərarında qeyd edilən bu dəlilin əsassız olduğu qənaətinə gəldiyindən hesab edir ki, iddiaçının digər əsaslar üzrə mənzillə təmin edilib-edilməməsi, mənzillə təmin edildiyi halda neçə otaqlı mənzillə təmin edilə biləcəyi, növbəlilik qaydasında və ya növbədənkənar qaydada mənzillə təmin edilməli olan şəxs olub-olmaması məsələsi cavabdeh tərəfindən inzibati icraatı zamanı araşdırılmamış və bu barədə müvafiq nəticəyə gəlinməmişdir. Bu halda iddiaçının mənzillə təmin edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən bu hal müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində araşdırmanın həyata keçirilməsi mümkün hesab olunmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, hazırkı halda cavabdeh orqanın iddiaçını mənzillə təmin edilməsindən imtina üçün gətirdiyi əsas dəlil-Nümayəndə2 mənzillə təmin edilərkən, iddiaçının da ailə üzvü kimi nəzərə alınaraq, mənzil təminatı həyata keçirildiyi və bununla da iddiaçının artıq 1 dəfə bu imtiyazdan istifadə etdiyi üçün onun təkrar mənzillə və ya fərdi evlərlə təmin olunması mövcud qanunvericiliyə uyğun olmaması barədə gətirdiyi dəlillin hüquqi əsası olmamaqla bu imtina iddiaçının hüquq və qanuni mənafeyini pozmuşdur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə formal yanaşılmaqla iddiaçının müraciəti üzrə lazımınca icraat aparmamışdır. Odur ki, iddiaçının müraciəti üzrə yenidən inzibati icraat aparılmalı və yenidən inzibati icraat zamanı cavabdeh orqan hazırkı imtina əsasına istinad etməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı Çernobıl AES qəzasının ləğvi ilə əlaqədar əlil kimi mənzillə təmin olunması ilə bağlı müraciəti üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı Çernobıl AES qəzasının ləğvi ilə əlaqədar əlil kimi mənzillə təmin olunması ilə bağlı müraciəti üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz.
Hakim Aygün Əhədova