Məhkəmə qərarları › İş №2-1(112)-10889/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10889/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10889/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatdan çıxarılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı X6 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və X3 ünvan 1 ünvanındakı qeydiyyatına xitam verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 1980-1981, ev 14 A, mənzil 21 onun mülkiyyətindədir. X6 oğlu X4 ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi nikahda olmuş və rəsmi nikah bağlandıqdan sonra onun razılığı əsasında həmin mənzilə qeydiyyata alınmışdır. Lakin onların nikahı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-235/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra X6 valideynləri ilə birlikdə onlara məxsus mənzildə yaşayır və mülkiyyətində olan mənzil ilə heç bir bağlılığı yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; xx.xx.2015-ci il) əsasən Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi məhəllə 2980-2981 ev 14A mənzil 21 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-24392/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən ünvan 2 ünvanına İddiaçı ərizısinə sasən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Üçüncü şəxs X6 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən Bakı şəhəri ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. “my.gov.az” saytından 616eb3a4e6b9454182adc93fa25cb386 saylı xx.xx.2023-cü il tarixli çıxarışa əsasən X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı Bakı şəhəri ünvan 3-dur. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən üçüncü şəxs X3 yaşayış yeri (qeydiyyat ünvanı) Bakı şəhəri ünvan 3-dur. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, üçüncü şəxs iştirak etməmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar