Məhkəmə qərarları › İş №2-1(112)-1089/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1089/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1089/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı “ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” barədə tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsili, ixtisası və iş təcrübəsinin olması nəzərə alınaraq Bakı şəhərində müvafiq qaydada işlə təmin olunması, 30 mart 2021-ci il tarixindən başlayaraq işlə təmin olunan günə qədər işsiz olması nəzərə alınaraq məhkəmə tərəfindən hər ay üçün ona qanuna müvafiq qaydada kompensasiya (pul məbləği) müəyyən edilərək ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 30.11.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, X2 5 saylı Ərazi Məşğulluq Mərkəzi filialı onun müraciətini araşdıraraq telefonla səmimi olaraq bildirmişlər ki, onu işlə təmin edə bilmirlər. Vətəndaşın işlə təmin olunması onunla əmək müqaviləsi bağlayaraq işlə təmin olunma anlamına gəlir. Lakin hal-hazırda işləmir və işlə də təmin olunmuram. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza və etiraza əlavəyə görə, Belə ki, “İşsizlikdən sığorta haqqında" Qanunun 13.1-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Qeyd edilən kateqoriya şəxslərə əmək müqavilələri dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən və əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilən şəxslər aid edilməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı (FİN: xxxxxxx) son iki əmək müqaviləsi xronoloji olaraq 75-ci maddənin 2ci hissənin a) bəndi və 68-ci maddənin 2-ci hissənin a) bəndlərinə görə xitam edilmişdir. Göründüyü kimi iddiaçının əmək müqavilələrinin xitam əsasları “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinin təsir dairəsi altına düşməməkdədir. Belə olduğu təqdirdə də 2018-ci il 1 yanvar tarixindən qüvvədə olan “İşsizlikdən sığorta haqqında Qanunun iddiaçıya münasibətdə hüquqi qüvvəsini aldığı tarixdən sonrakı dövrə nəzərən tətbiqi onu deməyə əsas verir ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. İddiaçıya münasib işin təklif olunması hissəsi ilə bağlı qeyd edilməlidir ki, işsiz və işaxtaran şəxslərə münasibətdə münasib işlərin təklif edilməsi Agentliyin yerli filialları tərəfindən aparılan aktiv məşğulluq tədbirlərindən biridir. “Məşğulluq haqqında" Qanunun 5.5-ci maddəsinə əsasən, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Göründüyü kimi əgər ki işsiz şəxsə münasibətdə münasib işin təklif edilməsi mümkün olsaydı, bu halda iddiaçıya işsiz statusu verilməyəcəkdi. Konkret iş üzrə İddiaçı təqdim edilən anket məlumatlarından da göründüyü kimi işsiz statusu verilmişdir. Bu isə şəxsə münasibətdə ona münasib işin yerli filial tərəfindən təqdim edilməsinin mümkünsüzlüyünün məntiqi nəticəsi olaraq baş vermişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işsiz şəxslərə münasibətdə münasib iş təkliflərinin edilməsi Nazirliyin MEİS-nin “Məşğulluq" altsistemındən müstəqil surətdə aparılan bir fəaliyyət olmadığı faktıdır. Belə ki, işsiz və işaxtaran şəxslərə təklif edilən münasib işlər MAS üzərində yaradılan vakansiya bankına işəgötürənlər tərəfindən daxil edilən vakansiyalar hesabına həyata keçirilməkdədir. Şəxslərə münasib iş təkliflərinin yerli filiallar tərəfindən edilməməsi onların qeyd edilən vakansiya bankına girişini məhdudlaşdırmamaqdadır. Göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı işsizlikdən sığorta ödənişinin hesablanaraq ödənməsi və münasib işlə təmin olunma öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 üzərinə qoyulmasına dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya keçirilmiş sonuncu məhkəmə iclasında bir daha dəqiqləşdirilmiş müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi təklif edilsə də, iddaçı tərəfindən mövcud tələbinin əsaslı olduğu, işə həmin tələb üzrə baxılmalı olduğu bildirilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Hazırki iddia ərizəsi üzrə iddiaçının tələbləri ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmaqla iki hissədən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin qanuni əsasını “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Belə ki, “Məşğulluq haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Qeyd edilən kateqoriya şəxslərə əmək müqavilələri dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən və əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilən şəxslər aid edilməkdədir. Göründüyü ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı son iki əmək müqaviləsi xronoloji olaraq 75-ci maddənin 2-ci hissənin a) bəndi və 68-ci maddənin 2-ci hissənin a) bəndlərinə görə xitam edilmişdir. Göründüyü kimi iddiaçının əmək müqavilələrinə edilən xitamın əsasları “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinin təsiri altına düşmür. Belə olan halda müəyyən edilir ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. Məhkəmə iddia tələbinin iddiaçının ona münasib işin təklif olunması hissəsi ilə bağlı qeyd edir ki, işsiz və işaxtaran şəxslərə münasibətdə münasib işlərin təklif edilməsi Agentliyin yerli filialları tərəfindən aparılan məşğulluq tədbirlərindən biridir. “Məşğulluq haqqında" Qanunun 5.5-ci maddəsinə əsasən, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Göründüyü kimi işsiz şəxslərə münasibətdə münasib iş təkliflərinin edilməsi Nazirliyin MEİS-nin “Məşğulluq" altsistemındən müstəqil surətdə aparılan bir fəaliyyət olmadığı faktıdır. Belə ki, işsiz və işaxtaran şəxslərə təklif edilən münasib işlər MAS üzərində yaradılan vakansiya bankına işəgötürənlər tərəfindən daxil edilən vakansiyalar hesabına həyata keçirilir. Beləliklə məhkəmə qeyd edir ki, işəgötürənlər tərəfindən yeni yaradılan iş yerləri və vakansiyalar barədə məlumatlar elektron qaydada daxil edilərək və bu elektron informasiya sistemindən istifadə edilən şəxslər üçün həmin vakansiyalara baxış keçirmək, onlara uyğun müraciət etmək imkanının olması ilə şərtləndiyindən və bu imkan iddiaçı tərəfindən itirilmədiyindən, iddiaçının hazırki iddia tələbləri üzrə hansı hüquqlarının pozulduğu müəyyən edilməməkdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı “ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar