Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10893/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlu, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclasları təyin edilmiş və iddiaçıya bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş sonuncu bildirişdə məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əlaqə nömrəsi kimi ***-***-**-** nömrəsini göstərmiş, bununla bağlı məhkəmə tərəfindən X2 (AZEMİS) vasitəsi ilə həmin nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş məlumatda SMS xəbərdarlığın həmin nömrəuyə çatdırılması barədə qeyd mövcud olmuşdur. Məhkəmə SMS xəbərdarlığın göndərilməsini iddiaçının məhkəmə iclasından məlumatlı olmasını təsdiq edən dəlil olmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasmamənin 6.1.15-ci yarımbəndinə əsasən məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması informasiya sistemi vasitəsilə təmin edilir. Həmin Əsasnamənin 9.2.15-ci yarımbəndinə əsasən məhkəmə işləri üzrə işdə iştirak edən şəxslər İnformasiya sistemində qeydiyyatdan keçməmişlərsə və şəxs mobil telefon nömrəsi təqdim etməmişdirsə, məhkəmə sənədləri barədə məlumatların bu sistem tərəfindən mövcud dövlət məlumat mənbələrindən əldə edilən bütün aktiv mobil telefon nömrələrinə SMS-lə çatdırılmasını təmin etmək (İnformasiya sistemi iştirakçılarının dövlət məlumat mənbələrindən əldə edilən mobil telefon nömrələri barədə məlumata çıxışının olmaması şərtilə) informasiya sisteminin iştirakçılarının hüququdur. Göründüyü kimi qüvvədə olan qanunvericilik həm “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmçinin həmin informasiya sistemində qeydiyyatdan keçməmiş vətəndaşa münasibətdə SMS xəbərdalığın göndərilməsini nəzərdə tutmuşdur ki, hər iki halda, “Elektron məhkəmə” informasiya sistemində SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat qeyd olunarsa bu zaman həmin SMS xəbərdarlıq çatdırılmış hesab olunur. “Elektron məhkəmə” informasiya sisteminə daxil olmuş məlumatlardan da göründüyü kimi 2-1(112)-10893/2025 saylı iş üzrə iddiaçının telefon nömrəsinə göndərilən SMS xəbərdarlıq qarşısında “Çatdırıldı” qeydi mövcud olmuşdur. Göründüyü kimi iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, bütün əlçatan resurslar vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat iddiaçı çatdırılmış, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə iclasında iştirak etməsə də, bunun əvəzində iddiaçını təmsil edən vəkili məhkəməyə elektron qaydada ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Lakin iş materiallarında olan etibarnamənin məzmunundan aydın görünür ki, iddiaçı tərəfindən Vəkil verilmiş etibarnamənin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Məhkəmə qeyd edir ki, MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin prosessual səlahiyyətləri yalnız qanunla müəyyən edilmiş qaydada verilmiş və müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq edilir. Etibarnamənin qüvvədə olma müddəti bitdikdən sonra nümayəndə həmin sənədə əsasən təmsilçilik funksiyalarını həyata keçirmək, o cümlədən iddia ərizəsinin geri götürülməsi barədə prosessual hərəkətlər etmək hüququna malik olmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddianın geri götürülməsi barədə ərizə səlahiyyətli nümayəndə tərəfindən deyil, etibarnamə müddəti başa çatmış şəxs tərəfindən təqdim edilmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, həmin ərizə səlahiyyətli olmayan şəxs tərəfindən verildiyindən icraata qəbuldan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İş üzrə verilmiş iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya yenidən eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma hüququna malik olduğu izah edilir. İddiaçının vəkili Vəkil tərəfindən “iddia ərizəsinin geri götürülməsi barədə” ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10893/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10893/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver