Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10898/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı Səbzəli oğlunun iştirakı ilə İddiaçı Səbzəli oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «istintaq orqanının qərarının icra olunmamasının səbəbləri barədə iddiaçıya rəsmi məlumat verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Səbzəli oğlu cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «istintaq orqanının qərarının icra olunmamasının səbəbləri barədə iddiaçıya rəsmi məlumat verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının müraciəti əsasında Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən aparılmış istintaqın 13 aprel 2020-ci il tarixli qərarından məlum olur ki, istintaqı aparılmış 5 mənzildə özbaşına (icazəsiz) 7 ədəd yükdaşıyıcı divarlar tamam, dəhlizlərdəki bərkidici beton divarlar tamam, yaxud qismən sökülərək götürülmüş, bununla da binanın dayanıqlığına və zəlzələyə davamlılığına ziyan vurulmuşdur. Binanın dayanıqlığının və zəlzələyə davamlılığının tam təmin olunması məqdsədilə layihə əsasında tikinti norma və qaydalarına uyğun bərpa-gücləndirici işlərinin aparılması üçün müstəntiq tərəfindən Bakı şəhəri Binəqədi RİH-ə 13 aprel 2020-ci il tarixli istintaq qərarı ilə təqdimat göndərilmişdir. Binəqədi RİH Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinin tələbini və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 272 nömrəli 24 may 2010cu il tarixli Fərmanına əsasən Dövlət Mənzil Fonduna daxil olan binalara aid inzibati icraatın məhz şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq razılaşmanı həyata keçirən orqan kimi icrası məcburi olan 13 aprel 2020-ci il tarixli istintaq qərarının təqdimatına əsasən özbaşına yenidənqurma işləri aparmış mülkiyyətçilərdən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək, bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edilməsi barədə qərar qəbul etməkdənsə, 13 aprel 2020-ci il tarixli istintaqa dair təqdimatı 31 may 2020-ci il tarixdə aidiyyəti olmayan Binəqədi Rayon MKTB-yə ünvanlamışdır. Binəqədi Rayin MKTB guya səhv olaraq göndərilmiş 13 aprel 2020-ci il tarixli təqdimatı geriyə – Binəqədi RİH-ə göndərməkdənsə, sözügedən 1B saylı binanın onların xidməti ərazisində olmaması barədə məlumatı 17 iyun 2020-ci il tarixli məktubla FHN X2 ünvanlamışdır. Bununla da 13 aprel 2020-ci il tarixli istintaq qərarı icra olunmadan Binəqədi Rayin MKTB-nin arxiv sənədinə çevrilmişdir. 8 aydan sonra, yəni 26 fevral 2021-ci il tarixdə şəxsi müraciətin əsasında FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən 13 aprel 2020-ci il tarixli istintaq qərarına dair təqdimat təkrarən Binəqədi RİH və Bakı Şəhər MKTD-yə ünvanlanmışdır. Təkjrar göndərilən 13 aprel 2020ci il tarixli istintaq qərarında dair təqdimat da bu şəkildə icra olunmadan arxiv sənədinə çevrilmişdir. İcrası məcburi olan 13 aprel 2020-ci il tarixli istintaq qərarının icrasının təmin edilməməsinin səbəbinin araşdırılması ilə əlaqədar Reaspublika Prokurorluğunun 10 fevral 2022-ci il tarixli sörğusuna cavab olaraq FHN Əməliyyat İstintaq İdarəsindən alınan 15 aprel 2022-ci il tarixli məktubdan aydın olur ki, müstəntiq hərəkətsizlik etmiş, heç bir araşdırma aparmamışdır. Hansı ki, Cinayət Prosessual Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin tələbindən görünür ki, ibtidai araşdırma zamanı müstəntiq tərəfindən göndərilmiş təqdimatı baxılması, zəruri tədbirlərin görülməsi və bir ay müddətində müstəntiqə yazılı məlumat verilməsi məcburidir. Bakı ŞİH 18 avqust 2020-ci il tarixli müraciətinə əsasən istintaqı aparılmış mənzillərdə Binəqədi RİH və Bakı Şəhər MKTD tərəfindən müvafiq tədbirlərin görülməməsi həqiqətən onların 13 aprel 2020-ci il tarixli qərarının icra olunmamasında maraqlı olduqlarını aşkar şəkildə təsdiqləyir. İcrası məcburi olan 13 aprel 2020-ci il tarixli istintaq qərarında aydın tələb olaraq müvafiq mənzillərdə tikinti norma və standartlarına uyğun lazımi dəyişikliklərin həyata keçirilməsi zərurətinin ifadə olunmasına baxmayaraq, balanssaxlayıcı müəssisə kimi 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən istintaq faktını nəzərı almadan yuxarıda adıçəkilən mənzil sahiblərinə qarşı 29 oktyabr 2020-cin il tarixli 644 saylı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Sual olunur: aydın tələbin ifadə olunduğu icrası məcburi olan 13 aprel 2020-ci il tarixli istintaq qərarının mövcudluğu vardırsa, məhkəmə mübahisəsinə müraciət etməyə nə ehtiyac var idi? 13 aprel 2020-ci il tarixli istintaq qərarının icra olunmamasında maraqlı olanların da mövcudluğuna dair qeyd olunur ki, iddiaçıya ünvanlanmış 13 aprel 2020-ci il tarixli istintaq qərarı poçt-rabitə qaydalarının ziddinə olaraq ondan gizlədilmiş və yalnız tələbi ilə 70 gündən sonra yəni, 3 iyul 2020-ci il tarixdə ona təqdim edilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı 16 iyun 2022-ci il tarixli ərizə ilə Binəqədi RİH-ə müraciət etmişdir. Lakin müraciətə 35 gün müddət ərzində cavab verilməmişdir. Yuxarıda sadalanan hallar bir daha o gümanı gücləndirir ki, cavabdeh və üçüncü şəxslər qismində göstərilən inzibati orqanlar öhdəliklərinə düşən lazımi hərəkətləri etməkdən (13 aprel 2020-ci il tarixli FHN Əməliyyat İstintaq İdarəsinin qərarının icra olunmasından) boyun qaçırmağa maraqlıdırlar. 13 aprel 2020-ci il tarixli istintaq qərarının indiyədək icra olunmaması real təhlükə vəziyyətinin qalmasına şərait yaradır. Göstərilənlərə, İPM-in 39.1-ci maddəsinə əsaslanaraq və dövlət mənzil fonduna aid istismarda olan binalara dair inzibati icraatın məhz Binəqədi RİH-in səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, 13 aprel 2020-ci il tarixli istintaq qərarının hansı zərurət (hüquqi əsas) və səbəbdən bu günədək icra olunmamasının araşdırılıb, maraqlı şəxs kimi iddiaçıya rəsmi məlumat verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı Səbzəli oğlunun çoxsaylı müraciətlərinə və onunla keçirilmiş qəbullar zamanı ona izah olunmuşdur ki, iddia etdiyi ünvan 4 ünvanda yerləşən binanın balans daşıyıcısı ünvan 5 ünvannda yerləşən binada bir sıra şəxslər tərəfindən aparılmış konstruktiv dəyişikliklərin bərpa edilməsi, sakinlər barəsində inzibati protokolun tərtib edilməsi öhdəliyinin cavabdeh Binəqədi RİHin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, ünvan 6 ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435 s nömrəli Sərəncamın icrası haqqında Bakı ŞİHin 25 yanvar 2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial mədəni və məişət kommunal təyinatlı obyektlər Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı iş üzrə 8 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2660/22 saylı iş üzrə 3 avqust 2022-ci il tarixli qərardadına əsasən 8 iyun 2022-ci il tarixli qərardad qüvvədə saxlanılmışdır. Bundan başqa İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək FHN-nin Əməliyyat İstintaq idarəsinə qarşı (üçüncü şəxslər Binəqədi RİH, Bakı ŞİH MKTD və 3 saylı Xüsusi Təyinatlı MKTB) «istintaqın qərarının icrasının təmin edilməməsin səbəbinin araşdırılması» barədə tələb irəli sürərək iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8523/2011 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı hal-hazırkı iddia tələbi Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 13 aprel 2020-ci il tarixli qərarının araşdırıb cavablandırılması öhdəliyinin Binəqədi RİH-in üzərinə qoyulması barədədir. İddiaçının bu əsassız tələbi ilə əlaqədar bildirilir ki, bundan əvvəl sadalanan məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 1b ünvanında yerləşən binanın balans daşıyıcısı Binəqədi RİH deyil. Bu səbəbdən də, Binəqədi RİH Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 13 aprel 2020-ci il tarixli qərarının araşdırıb cavablandırılması məqsədi ilə cavabdeh olan inzibati orqana Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departanentinə göndərilmişdir. Mənzil-Kommunal Təsərrüfat Departamenti FHN Əməliyyat-İstintaq İdarəsinin 13 aprel 2020-ci il tarixli qərarını, İddiaçı çoxsaylı müraciətlərini nəzərə alaraq Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 1b ünvanında yerləşən binanın 47, 48, 49, 51 və 52 saylı mənzillərin mülkiyyətçilərinə qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, özbaşına sökülmüş arakəsmələrin bərpa olunmasını tələb etmiş və bu barədə FHN Əməliyyat-İstintaq İdarəsinə məlumat vermişdir. İddiaçı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən qaldırılmış iddia tələbi Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən təmin edilmişdir. FHN Əməliyyat-İstintaq İdarəsi bu barədə İddiaçı 37/R-00226 saylı 11 fevral 2022-ci il tarixli məktubla məlumat vermişdir. Qeyd olunan müddəalardan göründüyü kimi, iddiaçının FHN Əməliyyat-İstintaq İdarəsinin 13 aprel 2020-ci il tarixli qərarının araşdırıb cavablandırılması öhdəliyinin Binəqədi RİH-in üzərinə qoyulması tələbi qanunsuzdur. Belə ki, qeyd edildiyi kimi, tələb üzrə cavabdeh qurum RİH deyil Mənzil-Kommunal Təsərrüfat Departamentidir və bu qərar artıq cavabdeh qurum tərəfindən icra olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı Səbzəli oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.7-ci maddəsinə görə vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı məhkəmə icraatında iddiaçı Kərimov X1 Nazim Qabil oğlu cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı aidiyyəti istintaq orqanının 13 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının icrası ilə bağlı ona məlumat verilməsi tələbini irəli sürür. Qərarda cinayət işinin başlanmasının rədd edilməsi ilə yanaşı, Bakı şəhəri, ünvan 4 binanın dayanıqlığının və zəlzələyə davamlığının tam təmin olunması üçün müvafiq mənzillərdə layihə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədilə Bakı şəhəri Binəqədi RİH-ə təqdimat göndərilməsi də nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş xüsusatları diqqətə çəkir qeyd edir ki, müvafiq ünvandakı binada dayanıqlığın və zəlzələyə davamlığın tam təmin olunması üçün müəyyən mənzillərdə layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar istintaq orqanının 13 aprel 2020-ci il tarixli qərarı binanın balans saxlayıcısı Bakı şəhəri Binəqədi RİH olmadığından, sonuncu tərəfindən balans saxlayıcı kimi Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Binanın balans saxlayıcısı Bakı şəhəri Binəqədi RİH olmadığı halda, məsələyə həmin qurum tərəfindən baxılıb qiymət verilməli deyil. Bununla da, cavabdeh Bakı şəhəri Binəqədi RİH istintaq orqanının sənədləri, o cümlədən 13 aprel 2020-ci il tarixli qərarı ona ünvanlanmış qurum kimi öz üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. Bundan başqa, istintaq orqanının həmin qərarının icrası ilə bağlı məsələləri əhatə edən məlumatların iddiaçıya verilməsi ayrıca inzibati icraatın, habelə ondan yaranan “öhdəliyin icrası haqqında” iddia növündə məhkəmə icraatında baxılan inzibati mübahisənin predmetinə aid deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH tərəfindən İddiaçı Səbzəli oğlunun hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10898/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10898/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver