Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-109/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı15 (ünvan: ünvan 8, ev 158, mənzil 26), İddiaçı10 (ünvan: ünvan 8, ev 158, mənzil 39), İddiaçı9 (ünvan: ünvan 8, ev 158, mənzil 40), İddiaçı19 (ünvan: ünvan 8, ev 158, mənzil 50), X5 (ünvan: ünvan 1 mənzil 81), İddiaçı25 (ünvan: ünvan 8, ev 158, mənzil 19), İddiaçı18 (ünvan: ünvan 8, ev 158, mənzil 47), İddiaçılar İddiaçı15, İddiaçı6 oğlunun, İddiaçı10, İddiaçı18 vəkili Vəkil1 İrafət oğlunun (ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 (ünvanı:ünvan 2 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:Cavabdeh), 3-cü şəxs “xxxxxxxxx” MTK-nın nümayəndəsi, eyni zamanda vəkili Vəkil2 (ünvanı: ünvan 3 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 3 saylı Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçılar - İddiaçı15 və qeyrilərinin cavabdeh - Bakı şəhəri Cavabdehnə 3-cü şəxs -“xxxxxxxxx” MTK qarşı “sərəncam və aktların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, X8, İddiaçı7, İddiaçı16, İddiaçı17, X13, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29, X2, İddiaçı30, İddiaçı31, İddiaçı32 Çovdar qızı və İddiaçı33 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs “xxxxxxxxx” MTK) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı və əlaqəli aktları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişvə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 20910 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/421 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə növbəti şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı31 münasibətdə iddia mümkün sayılmamış, iddiaçılar İddiaçı12, İddiaçı30, İddiaçı19, İddiaçı5, İddiaçı11, İddiaçı9, X8, İddiaçı7, İddiaçı16, İddiaçı20, İddiaçı23, X2, İddiaçı32 Çovdar qızı və İddiaçı33 münasibətdə isə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar uzun illərdir ki, ünvan 6 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Bina kooperativ binasıdır və 5 saylı Mənzil Tikinti Kooperatividir. Yaşadıqları və mülkiyyyətlərində olan mənzillərin yerləşdiyi bina 1973-cü ildə inşa edilmiş və təhvil verilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. 5 saylı MTK-nın sakinləri son dövrdə yaşadıqları mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaiti hesabına yeniləmişdirlər. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı ilə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxxxxxxx” X1 istifadəsinə verilmişdir. Şirkətin nümayəndələri isə bəzi sakinlərə bildiriblər ki, baş ofisə gəlin, mülkiyyət hüququnuzu təsdiq edən sənədlərinizi təqdim edin və mənzilləri boşaldın. Tələblərini isə Pilot Layihənin icrası ilə əsaslandırırlar. İddiaçılar isə icra hakimiyyəti başçısının sərəncamı ilə onların binasına, yəni ünvan 6 ünvanındakı binaya aid hissədə razılaşmırlar və xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamın aşağıdakı əsaslara görə ləğv edilməli olduğunu diqqətə çatdırırlar: 1) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamında AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının rəhbər tutulması göstərilmişdir. Həmin Qərarda konkret olaraq Nəsimi rayonu üzrə nəzərdə tutulmuşdur ki, “Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülsün”. Yaşadıqları bina 1973-cü ildə tikilmiş və istismara qəbul edilmişdir, binanın istismar müddəti (100 illik) belə bitməmişdir, yəni Şamil Əzizbəyov 158 ünvanında yerləşən bina AR Nazirlər Kabinetinin Qərarının təsir dairəsinə düşmür və qəzalı deyil; 2) Bina sakinləri yekdilliklə binanın sökülməsinə etiraz edir və Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli X6 158 ünvanına münasibətdə ləğv edilməsini tələb edir; 3) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamında ərazinin “xxxxxxxxx” X3 verilməsi qeyd edilmişdir. Lakin sakinlərə binanın sökülməsi ilə bağlı qanunsuz tələblər “xxxxxxxxx” MTK tərəfindən edilir. X11 isə “xxxxxxxxx” MMC haqqında heç bir məlumat yoxdur, yəni belə hüquqi şəxs mövcud deyildir. X7 və Mənzil Tikinti Kooperativi hüquqi şəxsin müxtəlif təşkilati formasıdır. Yəni biz sakinlərə ümumiyyətlə Pilot Layihənin olub- olmaması və onun icrasının hansı hüquqi şəxsə həvalə edilməsi belə məlum deyil. Bu isə həmin sərəncamının hüquqi qüvvəsi məsələsini şübhə altına alır. 4) Maraq üçün bina sakinləri şirkətdən və Cavabdehndən tikintiyə razılıq barədə sərəncamı, AR FHN-nin rəyini və Pilot Layihəni icra edəcək hüquqi şəxs barədə rəsmi sənədləri tələb etsə də bu sənədlər onlara göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili öz izahatında bildirmişdir ki, mübahisələndirilən Sərəncam Nazirlər Kabinetin qərarına əsaslanır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, 19 əsrin sonu 20-ci əsrin əvvəllərində tikilmiş və qəzalı vəziyyətdə olan, şəhərin görünüşünə xələl gətirən binalar sökülməlidir. Ş.Əzizbəyov ünvanında yerləşən bina 1973-cü ildə istismara qəbul edilib, yəni Sərəncam qanunsuzdur. Bu işlə bağlı alınan sonuncu ekspertiza rəyi, o rəylə razı deyillər, həmin rəyin sonuncu bəndində yazılır ki, xxxxxxxxx MTK tərəfindən orda aparılan inşaat, tikinti işləri hal-hazırda binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradır. Yəni tikintinin aparılması kooperativ binada yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bu tikinti isə Sərəncamın əsasında aparılır. Ekspert rəyinə görə Sərəncamın icrası dayandırılmalıdır. Sərəncamın özündə qeyd edilir ki, icarə əsasında həmin bina və onun yerləşdiyi torpaq sahəsi “xxxxxxxxx” MTK-ya verilir. Elektron məhkəmə sistemində görünür ki, məhkəmənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərib. Sorğuya cavab olaraq qeyd edilir ki, ümumiyyətlə Əmlak Məsələləri Dövlət Komitəsində “xxxxxxxxx” MTK ilə İcra Hakimiyyəti arasında hər hansı icarə müqaviləsinin bağlanılması halına rast gəlinməyib. Heç bu günə qədər məhkəməyə icarə müqaviləsi təqdim olunmayıb, çünki torpaq sahəsi üzərində yerləşən mənzil mülkiyyətçilərinin mülkiyyətidir Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən. Göstərilənlərə əsasən məhkəmə iclasında iştirak edən iddiaçılar və iddiaçıların vəkili ididanın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi iddiaya dair etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi, eyni zamanda vəkili öz izahatında bildirmişdir ki,binada 55 mənzil var. Həmin mənzillərdə yaşayan yalnız 33 nəfəri iddia verib məhkəməyə, ümumilikdə təxmini 40 mənzillə razılaşma olub müqavilələr bağlanılıb və onlar mənzillərini təhvil verib gediblər. Hazırda həmin şəxslər yeni binanın tikilib təhvil verilməsini gözələyirlər ki, gəlib öz evlərində yaşasınlar. Hazırkı iddiaçılara isə dəfələrlə müraciət edilib və müxtəlif variantlar təklif olunub. Lakin, təkliflər bir dəfə həmin şəxsləri qane edir, sonradan əlavələr tələb edir razılaşmırlar. Bununla onlar mülkiyyət hüquqularından sui istifadə edib əlavələr əldə etmək istəyirlər. Göstərilənlərə əsasən 3-cü şəxsin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında notarial qaydada təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərdən (çıxarış, qeydiyyat vəsiqəsi) görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı10, İddiaçı17, X13, İddiaçı19, İddiaçı21, İddiaçı22, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29, İddiaçı30 hər birinin ünvan 8 ünvanda yerləşən 158 nömrəli binada xüsusi mülkiyyətlərində olan mənzillər var. İddia tələbindən görünür ki, iddiaçılar Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamını Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə mübahisələndirirlər. İş materiallarından görünür ki, müvafiq qaydada təsdiq edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxxxxxxx” X1 istifadəsinə verilməsi göstərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 2309/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1.Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının fiziki və mənəvi köhnəlməyə məruz qalması, yükdaşıyan divarlarının qapı və pəncərə ətrafındakı müxtəlif istiqamətli 2- 3 mm ölçülü çatlar, pilləkən qəfəslərinin marşlarında yığma dəmir-beton pillələrin yerindən qopması, aşınması və sınması, eyvanların yükdaşıyan konstruksiyalarının korroziyaya uğraması binanın qəzalı vəziyyətdə olması üçün əsasdırmı? 2.Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi? 3.Vizual baxış nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması nəticəsinə gəlmək mümkündürmü? 4.Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binası qəzalıdır ya yox?”. (hakim E.Məmmədov) Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20910 nömrəli ekspert rəyi ilə 1-ci, 3-cü və 4-cü suallar üzrə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 158 saylı yaşayış binası üzrə vizual baxış zamanı, həmin binanın ayrı-ayrı konstruktiv elementlərinin normal vəziyyətdə olduğu müəyyən edilmiş, yükdaşıyan divarlarda hər hansı çat izləri, metal konstruksiyaların (armatur millərinin, profillərin və s..) korroziyaya uğraması, eyvan tikililərinin qəzalı vəziyyətə düşməsi aşkar edilmədiyi, 2-ci sual üzrə binanın yükdaşıyan konstruksiyalarının qüvvədə olan seysmik normaların tələblərinə cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmaması, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə biləcəyi bildirilmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2309/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadında qoyulmuş 1-ci, 3-cü və 4-cü suallar üzrə cavab ekspert tərəfindən vizual baxış nəticəsində verilmişdir, vizual baxış nəticəsində isə daşınmaz əmlakın qəzalı vəziyyətdə olmasının müəyyən edilməsinə, texniki normaların tələbləri ilə üst-üstə düşməsinə dair ekspert rəyinin sübut kimi qiymətləndirilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2309/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadında qoyulmuş 2-ci “Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi” sualı cavablandırılmamış və bildirilmişdir ki, binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Qeyd edilən sualın cavablandırılması, həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yuxarıda göstərilən ünvanda yerləşən binanın yaşayış üçün yararlı olmasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisi cəlb edilməklə ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi məqsədəuyğun hesab edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-109/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “-Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının ayrı-ayrı konstruktiv elementlərində, o cümlədən, yükdaşıyan divarlarında hər hansı zədələr, qüsurlar (çatlar, aşınmalar) mövcuddurmu, mövcuddursa bunlar binanın dayanıqlığına mənfi təsir göstərirmi? - Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi? - Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının istismarı sakinlərin həyatı üçün təhlükəlidirmi?”.Ekspertizanın aparılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir: “1-ci sual üzrə: Baxış keçirilən zaman aşkar edilmiş (rəyin tədqiqat hissəsində göstərilən) qüsurların yaşayış binasının faktiki vəziyyətdə dayanıqlığına mənfi təsir göstərməsi vizual olaraq müəyyən edilməsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaradır. 2-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə, ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. 3-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsi nəzərə alınmaqla, rəyin tədqiqat hissəsində göstərilmiş şərait və Normativ aktların tələblərinə əsasən, ünvan 6 saylı ünvanda yerləşən yaşayış binası, tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir.” İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının icrası olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarını Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir: “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 nömrəli Qərarının 3-cü bəndinə əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 482 nömrəli Qərarının 4-cü bəndində qeyd edilmişdir: “Bakı şəhərinin Sabunçu -Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Cavabdeh, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” (4.2-ci bənd). İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək (10.0.11); mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək (10.0.12)aiddir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. İş materallarından görünür ki, iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, mülkiyyyətlərində olan mənzillərin yerləşdiyi bina, yəni Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov ünvanında yerləşən 158 nömrəli bina qəzalı vəziyyətdə olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının təsir dairəsinə düşmür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyində ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasının və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükənin mövcudluğu, binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi, həmçinin həmin binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəli olması göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 6 saylı ünvanda yerləşən bina vətəndaşların daimi yaşaması üçün yararsız olan daşınmaz əmlak olduğundan, yəni müvafiq texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab vermədiyi iş materialları ilə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının təsir dairəsinə düşür. Həmçinin, iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasının sakinləri yekdilliklə binanın sökülməsinə etiraz edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasının 54 mənzilinin 40 sakini (mülkiyyətçiləri), o cümlədən hazırkı iş üzrə 33 iddiaçıdan 15-i 3-cü şəxs “xxxxxxxxx” MTK ilə müqavilə bağlayaraq öz mənzillərini söküntü üçün təhvil vermişdirlər. Göründüyü kimi, qeyd edilən binanın cəmi 14 sakini binanın sökülməsinə etiraz edirlər. Belə ki, iş materiallarında olan notarial qaydada bağlanılmış müqavilələrin surətlərindən görünür ki, ünvan 6 saylı ünvanda yerləşən binanın 40 sakini (mülkiyyətçiləri) “xxxxxxxxx” MTK ilə müqavilə bağlayaraq onlara məxsus olan mənzilləri söküntü üçün “xxxxxxxxx” MTK-ya təhvil verməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan “xxxxxxxxx” MTK ilə müqavilələrin surətlərindən görünür ki, ünvan 6 saylı ünvanda yerləşən binanın 40 sakini (mülkiyyətçiləri) “xxxxxxxxx” MTK ilə notarial qaydada olmasa da, müqavilə bağlayaraq onlara məxsus olan mənzilləri söküntü üçün “xxxxxxxxx” MTK-ya təhvil verilməsinə dair iradə ifadələrini bildirmişdirlər. Həmin müqavilələr notarial qaydada bağlanılmadığından, hazırkı iş üzrə iddiaçı qismində çıxış etmiş şəxslərə münasibətdə iş üzrə icraata xitam verilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, “xxxxxxxxx” MTK tərəfindən hazırkı iş üzrə iddiaçı qismində çıxış edən və “xxxxxxxxx” MTK ilə müqavilə bağlamayan ünvan 6 saylı ünvanda yerləşən binanın 14 sakininə (mülkiyyətçilərinə) aşağıdakı təkliflər edilmişdir: İddiaçı15 – 138.34 kv.m., İddiaçı6 – 99.67 kv.m., İddiaçı14 – 71.08 kv.m., İddiaçı13 – 138.34 kv.m., İddiaçı10 – 88.17 kv.m., İddiaçı17 – 138.34 kv.m., X10 – 71.08 kv.m., İddiaçı21 (İddiaçı25) – 71.08 kv.m., İddiaçı25 – 138.34 kv.m., İddiaçı22 - 133.44 kv.m., İddiaçı24 – 164.39 kv.m., İddiaçı27 – 71.08 kv.m., İddiaçı26 – 71.08 kv.m., İddiaçı29 – 183.43 kv.m, 71.08 kv.m və 71.08 kv.m. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi, eyni zamanda vəkilinin izahatından görünür ki, iddiaçılar yuxarıda təklif olunanlardan əlavə daşınmaz əmlak tələb edirlər. ““Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarından göstərilmişdir: “Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 6 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaratması, həmin yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi, həmçinin həmin yaşayış binasının istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəli olması (texniki norma və qaydalara, habelə qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən) iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasəninzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı10, İddiaçı17, X13, İddiaçı21, İddiaçı22, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs “xxxxxxxxx” MTK) Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli 263 nömərli Sərəncamı Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia rədd edilir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-109/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-109/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver