Məhkəmə qərarları › İş №2-1(112)-109/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-109/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-109/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "yerquruluşu planının ləğv edilməsi" tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən “Karxana” X7 sahəsinin rəisi X6 xx.xx.2019-cu il tarixli ********** nömrəli müraciətinə əsasən tərtib edilmiş Bakı Şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/389 saylı və xx.xx.1989-cu il tarixli 14/520 saylı qərarları ilə və ona əlavə olunmuş cizgi əsasında yardımçı təsərrüfatının yaradılması və mişar daşının istehsalı məqsədilə keçmiş “Bakı ağac yonqarları plitəsi” zavodunun istifadəsinə verilmiş, hal-hazırda Abşeron rayonu, “Karxana” X7 sahəsinin istifadəsində olan 212,00 ha torpaq sahəsinin yerquruluşu planı”nın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinin tələbinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 2-1(112)-1668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-1668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-1668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Karxana” X7 Sahəsi İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "yerquruluşu planının ləğv edilməsi" tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Abşeron rayonu “Karxana” X7 Sahəsinin istifadəsində olan 20,44 ha sahəsi üst-üstə düşdüyünə görə o hissədə “yerquruluşu planının ləğv edilməsi” şəklində icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə hüquqi maraqları qalmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinə qanunsuz daxil olan “Karxana” X7 Sahəsi artıq sahədən çıxmışdır. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilir. Cavabdehin nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədi. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllədə hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normalarına uyğun olaraq baxılmalıdır. Göstərilənlərə əsasən, habelə iddiaçının müraciətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "yerquruluşu planının ləğv edilməsi" tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar