Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-109/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X6 və X15 işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X6 və X15 işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquq sahibi X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi və həmin mülkiyyətə aid kadastr planı və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X4 mərhum X9 vərəsəsi olmuş və Sadıx Babayev sağlığında ünvan 3 ünvanında yerləşən “V” (“B”) tikilisini anası X3 vəsiyyət etmişdi. Hazırda anasının vərəsəsi kimi yaşadıqları evi sənədləşdirmək istəyən zaman ona cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 4 saylı evə dair 1967-ci ildə tərtib edilmiş texniki pasport təqdim edilmiş və həmin texniki pasportda anasının babasının, yəni X9 adı X2 göstərilmişdir. Qeyd olunanlara əsasən, ünvan 4 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahişi ilə xüsusi icraat qaydasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 29 iyul 2021-ci il tarixli, 2(003)-3088/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 24 sentyabr 2020-ci il tarixli, 757 nömrəli məktubundan görünür ki, X9 14 fevral 1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 24 sentyabr 2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin İddiaçı olması barədə həmin orqana məlumat verilir və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. O, özü də, bununla bağlı cavabdehə müraciətlər ünvanlasa da, cavabdeh tərəfindən müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinaları qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportda möhür, imzalar yoxdur və sənəd zədələnmişdir. Həmçinin, Azərbaycan SSR Kommunal Təsərratı Nazirliyi tərəfindən verilmiş texniki pasport İdarənin arxivində aşkar edilməmişdir. Halbuki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş və onlarda saxlanılan texniki pasportda 1967-ci ildən halhazıradək uzun müddət (55 il) keçdiyinə görə müəyyən zədələnmələr olsa da, onların ərizələri əsasında cavabdeh tərəfindən 30 oktyabr 2020-ci il tarixli, **********17 nömrəli müşayiətedici məktubla verilmiş İdarənin arxivində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 90 B saylı evə dair X5 (sənəddə olduğu kimi) adına 1967-ci ildə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti onlara göndərilmişdir. Həmin texniki pasportda hər hansı bir qüsur yoxdur, yəni, möhür və imzalar yerində olmaqla sənədə hər hansı bir zədə yoxdur. Həmçinin imtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əssən təqdim edilmiş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmişdir. Həmin məsələ ilə bağlı qeyd edir ki, texniki pasportun verilməsindən uzun müddət keçdiyinə görə zədələnmələr olsa da, onların ərizələri əsasında cavabdeh tərəfindən 30 oktyabr 2020-ci il tarixli, **********17 nömrəli müşayiətedici məktubla verilmiş İdarənin arxivində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 90 b saylı evə dair X5 (sənəddə olduğu kimi) adına 1967-ci ildə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti onlara göndərilmişdir. Həmin texniki pasportda hər hansı bir qüsur yoxdur, yəni möhür və imzalar yerində olmaqla sənəddə hər hansı bir zədə yoxdur. Yəni, həmin sənəd pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənəd deyildir. Cavabdeh tərəfindən digər imtina məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən torpaq sahəsi 5729.8 kv.m göstərildiyi halda, faktiki olaraq 8150 kv.m təşkil edir. Texniki pasportda göstərilən “B” literli yaşayış evi sökülmüşdür. Sahədə 7 (yeddi) ədəd fərdi yaşayış evi və həyət tikililəri əlavə olaraq inşa edilmişdir. Bundan əlavə sahənin (küçə tərəf) daş hasarından 50 sm aralı 200 mm-lik qaz boru xətti keçir. Texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Faktiki sahənin hüdudları daxilində digər fiziki şəxslərə məxsus (qeydiyyatdan keçmiş) torpaq sahələri yerləşir. Həmçinin, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Həmin məsələ ilə əlaqədar olaraq bildirilmişdir ki, texniki pasportda göstəriln “B” literli yaşayış evi sökülməmişdir. Bundan başqa, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən torpaq sahəsi 5729.8 kv.m göstərildiyi halda, faktiki olaraq 8150 kv.m təşkil etməsinin, həmçinin faktiki sahəsinin hüdudları daxilində digər fiziki şəxslərə məxsus (qeydiyyatdan keçmiş) torpaq sahələri yerlşməsinin hazırki mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Bundan əlavə məktubda göstərilmiş həmin ərazidə yerləşən qaz xətti təxminən iki il bundan əvvəl çəkilmişdir. Əvvəlcə cavabdeh tərəfindən sənədlərinin qaydasında olduğu bildirilərək onlara 80 (50+30) manat xidmət haqqının köçürülməsi bildrilmiş, onlar həmin xidmət haqqın ödədikdən sonra 22 sentyabr 2021-ci il tarixli, **********36 nömrəli bildiriş ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, onların işlərində “Daşınmaz əmlakıkn dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarından hər hansı biri yoxdur.
3. Məhkəmənin e-2-1(112)-2899/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən X15 və X6 üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ünvan 2 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən 5729.8 kv.vm torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan “A” və “V” literli yaşayış evlərinə hüququn daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs - X18 həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün hüququn ölmüş şəxsə (X13) məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əssən torpaq sahəsi 5729.8 kv.m göstərildiyi halda faktiki olaraq 8150 kv.m təşkil edir. Texniki pasportda göstərilən “B” literli yaşayış evi sökülmüşdür. Müvafiq torpaq sahəsinə 7 ədəd fərdi yaşayış evi və həyət tikililəri əlavə olaraq inşa edilmişdir. Bundan əlavə yeni inşa olunan fərdi yaşayış evinə dair sənədlər təqdim edilməmişdir. Həmçinin, sahənin daş hasarndan 50 sm məsafədə 200 mm-lik qaz boru xətti keçir. Eləcə də, texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur və faktiki sahənin hüdudları daxilində digər fiziki şəxslərin (X15 – 0.066 ha və X6 – 86 kv.m hissəsi) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2021-ci il tarixli, **********36 nömrəli və xx.xx.2022-ci il tarixli, **********04 nömrəli məktublarla imtina edilmişdir.
10. İş materiallarına X10 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”, həmin texniki pasportun X14 məxsus olmasını təsdiq edən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3088/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi, xx.xx.2012-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “Ölüm haqqında şəhadətnamə”, iddiaçının X9 vərəsəsi olması barədə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu tərəfindən verilmiş 757 nömrəli, 24 sentyabr 2020-ci il tarixli məktub, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölmə layihəsi əlavə edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 14-2-2-3/2-392/2023 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya məxsus ünvan 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı məxsus ünvan 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı Regional Qaz İstismarı Departamentinə məxsus D219 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin 0.3-0.4 metr məsafə aralığında yerləşir. Əlavə olaraq həmin torpaq sahəsinə paralel olaraq Bakı Regional Qaz İstismarı Departamentinə məxsus D89 mm-lik aşağı təzyiqli yerüstü qaz xətti keçir və həmin qaz xəttinə münasibətdə qaz xəttinin mühafizə zonası pozulmur. Baxış aktı məktuba əlavə edilmişdir.
12. Xəzər rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 441 nömrəli, 20 iyun 2023-cü il tarixli arayışa əsasən İddiaçı ulu babası X10 adına 1967-ci ildə Əzizbəyov küçəsi, 90 b ünvanına dair texniki pasportun tərtib olunduğu fərdi həyətyanı sahə hal-hazırda daşınmaz əmlakın ünvan reyestrinə səasən Heybətqulu Məmmədbəyli küçəsi, 92 ünvanı olaraq qeydiyyatdan keçir.
13. Məhkəmənin müraciətlərinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-42604/2023 **********04 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 4149/2024 **********49 nömrəli məktublara əsasən baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 5729.8 kv.m, faktiki sahəsi isə 8150.0 kv.m təşkil edir. Torpaq sahəsinin konfiqurasiyası texniki pasporta əsasən fərqlidir. Əlavə olaraq qeyd edilmşdir ki, küçə tərəfdən daş hasardan 50 sm aralı 200 m-lik qaz boru xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən X11 məxsus **********05 reyestr nömrəli sahə göstərilən faktiki sahədən kənarda yerləşir.
14. Məhkəmənin 2-1(112)-464/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/10185/2024 nömrəli məktubla təqdim edilmiş10/10185 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3507/2024 saylı mütəxəssis rəyinə əlavə olunan yerləşmə sxemində və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan məlumatları müqayisəli şəkildə tədqiq edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsi faktiki olaraq müəyyən edilmişdir (sxematik plan rəyin tədqiqat hissəsində göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 3507/2024 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən torpaq sahəsi 5729,8 kv.m göstərildiyi halda, faktiki olaraq 8150,0 kv.m təşkil edir. Texniki pasportda göstərilən “A” və “V” literli yaşayış evləri mövcuddur. “B” literli yaşayış evi sökülmüşdür. Qərardadın dördüncü sualı üzrə: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evindən başqa həmin torpaq sahəsində əlavə tikililərin inşa edildiyi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: hazırki iş üzrə 3-cü şəxslər X6 və X8 xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə (5729.8 kv.m) hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının vərəsəsi olduğu mərhum X13 məxsus olmuş, onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən noyabr 1967-ci il tarixli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportun X13 məxsus olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu dəfə iddiaçının müraciətinin təmin edilməsindən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 5729.8 kv.m göstərildiyi halda, faktiki olaraq 8150 kv.m təşkil etməsinə, texniki pasportda göstərilən “B” literli yaşayış evinin sökülməsinə, müvafiq torpaq sahəsində 7 ədəd fərdi yaşayış evi və həyət tikililərinin əlavə olaraq inşa edilməsinə, bundan əlavə yeni inşa olunan fərdi yaşayış evinə dair sənədlərin təqdim edilmədiyinə, həmçinin, sahənin daş hasarından 50 sm məsafədə 200 mm-lik qaz boru xətti keçməsinə istinad edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.
22. Cavabdehin imtinasının əsaslarının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti qurumlara sorğular ünvanlanmış və məhkəmə tərəfindən torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Əldə edilmiş sorğulara cavab məktubları və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən torpaq sahəsi 5729,8 kv.m göstərildiyi halda, faktiki olaraq 8150,0 kv.m təşkil edir. Texniki pasportda göstərilən “A” və “V” literli yaşayış evləri mövcuddur. “B” literli yaşayış evi sökülmüşdür. Fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evindən başqa həmin torpaq sahəsində əlavə tikililər inşa edilmişdir. 3-cü şəxslər X6 və X8 xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə (5729.8 kv.m) hüdudları daxilində yerləşmir.
23. Məhkəmə iş üzrə əldə edilmiş sübutlara əsasən cavabdehin imtinasının əsaslarına münasibətdə aşağıdakıları qeyd edir: - İlk öncə, iddiaçının dəqiqləşmiş iddia tələbinin məzmunundan göründüyü kimi, onun torpaq sahəsinin sənəd üzrə sahəsindən əlavə istifadədə olan sahəyə, o cümlədən, texniki pasportda göstərilən, lakin, hazırda sökülmüş olan “B” literli yaşayış evinə, həmçinin torpaq sahəsində inşa edilmiş digər əlavə tikililərə dair hər hansı bir iddiası yoxdur. Belə olan təqdirdə cavabdehin imtinası həmin hissələrdə əsassız sayılmalıdır. - Eləcə də, cavabdeh imtinasında 3-cü şəxslərin mülkiyyətlərində olan torpaq sahəsinin iddiaçıya məxsus faktiki sahənin hüdudları daxilində yerləşməsinə istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 3-cü şəxslər X6 və X8 xüsusi mülkiyyətlərində olan torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə (5729.8 kv.m) hüdudları daxilində yerləşmir. Belə olan təqdirdə, iddiaçının sənəd üzrə sahədən əlavə istifadədə olan sahəyə dair hər hansı bir iddiası olmadığından cavabdehin imtinası əsassızdır. -Cavabdehin imtinasının sahənin daş hasarından 20 sm məsafədə 200 mm-lik qaz boru xəttinin keçməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı Regional Qaz İstismarı Departamentinə məxsus D219 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin 0.3-0.4 metr məsafə aralığında yerləşməsi, bununla da, qaz xəttinin mühafizəsi zonasına düşməsi öz təsdiqini tapsa da, bu hal, mərhum X1 daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
24. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
25. Normaların məzmunundan göründüyü kimi, mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
26. Belə olan təqdirdə, cavabdehin imtinası həmin hissədə də, əsassız hesab edilməlidir.
27. Məhkəmə iddiaçının tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
28. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu X1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud olmuşdur.
29. Beləliklə göründüyü kimi, mübahisəli topaq sahəsi və fərdi yaşayış evi qanuni əsaslarla mərhum X9, sonradan isə onun vərəsəsi olan iddiaçının qanuni istifadəsində olmuşdur.
30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının vərəsəsi olduğu mərhum X1 torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, mərhum X1 torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
35. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X9 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
37. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
38. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1967-ci ilin noyabr ayında verilmiş fərdi yaşayış evinə dair texniki pasporta əsasən 5729.8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan “A” və “V” literli yaşayış evlərinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X13) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva