Məhkəmə qərarları › İş №2-1(112)-10900/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10900/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10900/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının və ona əlavənin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının “Əmək Pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində X1 üzrə Mərkəzinə pensiyalara əlavələrin ödənilməsi üçün müraciət etmiş, əmək kitabçalarının və şəxsi vəsiqələrin surətini cavabdeh orqana təqdim etmişdir. İddiaçıya bildirilmişdir ki, 1 ay müddətinə məlumat veriləcək. xx.xx.2025-ci il tarixində iddiaçının oğlu 012 *** ** ** qaynar xəttə zəng edərək pensiya əlavələri haqqında maraqlanmış və ona bildirilmişdir ki, 2006- 2014-ci illər əmək kitabçasında yoxdur, müəssisələrə sorğu göndəriləcək. İddiaçı yenidən müraciət etdikdə sorğunun cavabını gözləyirlər. İddiaçı xx.xx.2025-ci il tarixində məktubun izləmə kodunu tələb etdikdə məktubun heç bir yerə ünvanlanmadığı bildirilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Əmək pensiyanızın yenidən hesablanması məsələsinə 2006-2013-cü illər üzrə əmək fəaliyyəti haqqında arayış (fəaliyyətin başlama və bitmə tarixləri göstərilməklə) və ya həmin dövr üzrə əmək fəaliyyətilə məşğul olmaqla əlaqədar müvafiq məlumatlar əmək kitabçasında qeyd olunmaqla əmək kitabçasının surəti Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır.

4. Cavadeh tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd edilmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yem inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Belə ki, İddiaçı əmək pensiyası xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-10961/2025 nömrəli qərarı Mərkəzi Filial tərəfindən yenidən hesablanaraq 958.56 manat olaraq müəyyənləşdirilmişdir. Nəticə etibarilə cavabdeh hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələlərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş uzrə icraata xitam verilməlidir.

5. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 10961/2025 nömrəli Qərara əsasən İddiaçı 855,28 manat əmək pensiyası yenidən hesablanaraq 958,56 manat müəyyən edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi və bildirdi ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuşdur, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil.

7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Məhkəmə qeyd edir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025ci il tarixli 3-17-1/3-3-10961/2025 nömrəli Qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq iddiaçıya təyin edilmiş pensiya məbləğində artım müəyyən olunmuş (əmək pensiyasının məbləği 855,28 manatdan 958,56 manata təyin edilmişdir) və iddia tələbində göstərilən hallar cavabdeh tərəfindən nəzərə alınmışdır. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar