Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10907/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan, “X1 Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01 yanvar 2006-cı il tarixinə kimi 25 il ümumi iş stajı və 15 ildən artıq təyyarə bələdçisi vəzifəsində güzəştli pensiya hüququ verən iş stajı topladığı üçün cavabdeh ƏƏSMN yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh isə 23 may 2024-cü il tarixli, 3-17-1/2-0-121635/2024 saylı məktubu ilə iddiaçıya belə bir pensiya təyinatı aparılmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “sizin 01 yanvar 2006-cı il tarixinə kimi ümumi iş stajınız 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. ... əmək pensiyasının təyinatı qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir.” Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etməyə məcbur oldu. İddiaçı Talib oğlu xx xxxxxx 1967-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 1983-1984-cü illərdə Tərtər rayonu İnqilab kolxozunda əmək fəaliyyəti olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 30 avqust 1984-cü ildə X2 əyani təhsil formasında təhsil almaqla inşaat fakültəsinə daxil olmuş, 28 iyun 1985-cı ildə hərbi xidmətə getməyi ilə əlaqədar olaraq, akademik məzuniyyət verilmişdir. 12 iyul 1985-ci ildə hərbi xidmətə getməyi təxirə salındığı üçün əyani şöbəyə təkrar bərpa edilmişdir. 29 oktyabr 1985-ci il tarixində hərbi xidmətə getməyi ilə əlaqədar olaraq, akademik məzuniyyət verilmişdir. 20 noyabr 1987-ci il tarixindən həmin fakültədə 2-cü kursa əyani şöbəyə bərpa edilmişdir. 30 iyun 1991-ci ildə həmin ali təhsil müəssisəsindən məzun olmuşdur. 05 avqust 1991-ci ildə Azərbaycan Dəmir Yollarının Bakı Yol Distansiyasına defektoskop arabasının operator köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 01 iyun 1993-cü ildə həmin distansiyada 1-ci kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. 31 may 1996-cı ildə işdən çıxmışdır. 01 iyun 1996-cı il tarixində Azalavia Bakı Nəqliyyat aviaşirkətinə təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 01 sentyabr 2017-ci il tarixinə kimi həmin idarənin inzibati struktur dəyişmələri nəzərə alınaraq təyyarə bələdçisi vəzifəsində çalışmış və 01 sentyabr 2017-ci il tarixində X8 şirkətinə təyyarə bələdçisi keçirilmiş və hal-hazıra kimi orada əmək fəaliyyətini davam etdirir. Cavabdehin imtinası ona görə qanunsuzdur ki, iddiaçı cavabdehdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə görə həmin qanun qüvvəyə minənə qədər qüvvədə olmuş „ X1 haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli pensiya təyin edilməsini istəmişdir, lakin cavabdeh həmin Qanunun b) bəndinə əsasən pensiya təyinatının mümkünlüyünə baxmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsində qeyd edilir: 1.3. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Məsələ burasındadır ki, cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 20 ildən az olmasını bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, - Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının” (sonradan- Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alman nəticə isə 12 aya bölünür. Cavabdeh isə iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi topladığı güzəştli iş stajını təqvim illəri,ayları və günləri ilə sayaraq, onun 9 il 7 ay olmasını bildirmişdir. Yuxanda qeyd edilən Qaydalara əsasən, iddiaçının 01 iyun 1996 - 01 yanvar 2006-cı illər arasındakı cəmi uçuş saatı 4471 saat təşkil etmişdir ki, bu da Qaydalara əsasən, 4471:18=248,38:12= 20 il 7 ay güzəştli staja bərabərdir. Azərbaycan Hava Yolları QSC-nin iddiaçıya təqdim etdiyi arayışda eyni qayda ilə hesablama apararaq, bütün əmək fəaliyyəti dövründə 66 il uçuş stajının olması sübuta yetirilmiş olur. Beləliklə, aydın olur ki, cavabdeh özünün inzibati praktikasında tətbiq etməli olduğu hüquq normalarını iddiaçıya münasibətdə tətbiq etməmiş, həmin hüququnu gözardı etmişdir. Azərbaycan Respublikası Hava Məcəlləsinin 24-cü maddəsində deyilir: - Azərbaycan Respublikası mülki hava gəmisinin heyəti kapitandan, uçuşu və xidməti təmin edən işçilərdən ibarətdir. Təyyarə bələdçiləri isə məhz sərnişinlərə xidməti həyata keçirən işçilərdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 18 dekabr 2006-cı il tarixli, № xx/xx-4078 nömrəli «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında Məktub”unun 3cü bəndində göstərildiyi kimi - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür.
3. Cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin ümumi iş stajınız 25 ildən az (16 il 5 ay 10 gün (xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, S.X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az -16 il 5 ay 10 gün (xx.xx.1985-xx.xx.1987-ci il xx.xx.1991- xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) güzəştli ış staji isə 12 il 6 aydan az - 9 il 7 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işiədiyi müəssisənin fəaliyyət istiqaməti və s ) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq K.Fərəcovun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2021-ci tarixli arayışda qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü İddiaçı Talib oğlu, həqiqətən, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət etmiş etmişdir. xx.xx.1996-cı ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, xx.xx.2017-ci ildə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır.
6. Milli Arxiv İdarəsi Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci tarixli arxiv arayışında qeyd edilmişdir ki, Sabiq “İnqilab” adına kolxozun əmək haqqı kitablarına baxarkən işləməyiniz və qazancınız aşağıda göstərilən qaydada müəyyən olundu. s\s İllər Adam günü Əmək haqqı Fond Faktiki Min №
1 1983 161 220 1 163 №-28 2 1984 113 280 410 №-28
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, "xxxx" aviasiya şirkətində «Buta Airways» təyyarə bələdçisi kimi aşağıdaki uçuş saatlarına malikdir: 14257 saat 8 dəqiqə (on dörd min iki yüz əlli yeddi saat səkkiz dəqiqə) «Buta Airways» təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 66 (altmış altı) təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 12 saylı qərarının 21.3-cü maddəsinə əsasən, güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RŞTY - yə verilir.
8. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1991-ci ildən Azərbaycan Dəmir Yollarının Bakı Yol Distansiyasında 1 istiqamət üzrə 4-cü dərəcəli defektoskop arabasının operator köməkçisi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək həmin distansiyada 1-ci dərəcəli mühəndis-texnoloq, xx.xx.1996-cı ildən Azalavia Bakı Nəqliyyat aviaşirkətində bort baxıcısı, xx.xx.1997-ci ildən həmin şirkətin yenidən təşkili illə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətində bort baxıcısı, xx.xx.2005-ci ildən sərnişinlərə xidmət şöbəsində təyyarə bələdçisi, (xx.xx.2008-ci il tarixdə "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Aviasiya Şirkəti adı verilmiş) xx.xx.2008-ci ildən "xxxx" QSC "xxxx" Aviasiya Şirkətində təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2008-ci ildən "xxxx" QSC-nin Uçuşların Planlaşdırılması və Yerinə Yetirilməsi İdarəsinin təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2009-cu ildən Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətində təyyarə bələdçisi, xx.xx.2011-ci ildən Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi, (xx.xx.2014-cü ildə sentyabr "xxxx" QSC-nin strukturunun İİ bölməsinə "xxxx" Sərnişin Aviaşirkəti daxil edilib), xx.xx.2014-cü ildən "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların istehsalı idarəsinin təyyarə bələdçisi, xx.xx.2017-ci ildən həmin idarənin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən “BUTA AİRWAYS” Sərnişin Aviaşirkətində 4-cü dərəcə ilə təyyarə bələdçisi, xx.xx.2020-ci ildən "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların istehsalı idarəsinin təyyarə bələdçiləri xidmətinin “BUTA AİRWAYS” təyyarə bələdçisi, xx.xx.2024-cü ildən "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların istehsalı idarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində çalışmış və hal-hazıra kimi orada əmək fəaliyyətini davam etdirir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
18. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
19. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “X1 haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
20. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
21. “X1 haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
23. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “X1 haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
24. Hazırda iddiaçı 55 yaşdan (xx.xx.2022-ci il tarixdən) güzəştli pensiya təyin edilməsini xahiş edir.
25. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş staji (16 il 5 ay 10 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
26. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “X1” haqqında AR Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək hesab edir ki, iddiaçının 25 il ümumi stajı olmalı, bu stajın 12 il 6 ay isə təyyarə bələdçisi kimi işləməlidir.
27. İş materiallarında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının uçuş saatları 14257 saat 8 dəqiqə və uçuş xidməti 66 ildir.
28. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı vahid təcrübəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər.
29. Göründüyü kimi, iddiaçı təyyarə bələdçisi vəzifəsində işləyib və hal-hazırda əmək fəaliyyətini davam edir.
30. Qeyd edilən vəzifələr isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.1-ci bəndində nəzərdə tutulmuş uçuş heyəti sayılmır.
31. Belə ki, həmin Qaydaların:
2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 32.Göründüyü kimi, Qaydaların 2-ci bəndində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququna malik olan şəxslərin dairəsi göstərilmişdir. 33.Həmin Qaydaların 3.1-ci bəndində isə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı hesablanması qaydası əks olunmuşdur. 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; İddiaçı uçuş heyyəti sayılmadığından onun güzəştli pensiya hüququ, “X1 haqqıda” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən müəyyən edilməlidir. d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa.
34. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının uçuş saatları 14257 saat 8 dəqiqə təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının xx.xx.1996-xx.xx.2006-ci il tarixədək olan güzəştli sığorta stajı 20 il 7 ay təşkil edir (4471 saat :18 (ay) :12 (ay) = 20.703).
35. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı əmək pensiya hüququnun yarandığı 25 fevral 2022-ci il tarixindən, 55 yaşdan “X1 Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva