Məhkəmə qərarları › İş №2-1(112)-1091/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1091/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1091/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müəssisənin dövlət reyestrindən çıxarışında dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinə məxsus olan, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dövlət reyestrindən çıxarışında cari dəyişikliyin edilməsi, reyestrdən çıxarışda şirkətin istifadəsində olan torpaq sahəsinin 0,3459 hektar hissəsində mülkiyyətində, digər hissəsində isə istifadəsində olmasının qeyd edilməsi və yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəsssisəyə dair xx.xx.2017-ci il tarixdə (seriya RX №1158935) verilmiş çıxarışda 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsinin 0,3459 hektarının özəlləşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti ödənilmiş və 22 mart 2002-ci ildə "xxxx" şirkətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 2017-ci ildə xx.xx.2017-ci ildə "xxxx" şirkətinə ******* saylı, **********41-2301 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi (istifadədə) qeyd edilmişdir. Texniki pasporta əsasən iddiaçının istifadəsində 0,5868 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin 0,3459 hektar hissəsində mülkiyyətdə (özəl), digər hissəsində isə istifadədə qeyd edilməli idi. Bu qeyri-dəqiqliyi aradan qaldırmaq və mülkiyyət hüququnun müdafiəsi üçün əmlak kompleksi kimi müəssisənin dövlət reyestrindən çıxarışında cari dəyişikliyin edilməsinə və yeni çıxarışın verilməsinə dair xx.xx.2021-ci ildə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********59 saylı bildirişlə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina bildirişində qeyd edilmişdir ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edildiyi təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. Cavabdehin imtina bildirişi əsassızdır, formal xarakter daşıyır. Cavabdehə sənədlər təqdim edilən zaman xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktının, şirkətə məxsus texniki pasportun surəti əlavə edilmişdir. İddiaçı 24 ildir ki, qeyd edilən torpaq sahəsindən istifadə edilir və hər il torpaq vergisi dövlət büdcəsinə ödənilir. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinin 0,3459 hektarının özəlləşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti iddiaçı tərəfindən ödənilmiş və ona torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçün icarə müqaviləsini tələb edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacağı ilə bağlı **********59 saylı, 09.04 2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.13806 hektar torpaq sahəsində yerləşən 3243.9 kv.m əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********59 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli ərizənə baxılmışdır. Qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilmədiyindən ərizənin icrasından imtina edilmişdir. - JN-0820 saylı 00100003 kodlu xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0.3459 hektar torpaq sahəsi ayrılmışdır. - DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********41-12301 olan texniki pasportdan görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin torpaq sahəsinin faktiki sahəsi 0.5868 ha, əsas tikili altında 0.13806 ha, digər tikili və qurğular altında 0.0.1432 ha-dır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 200/113 №-li 2000-ci il tarixli ayrıc aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkəti tərəfindən inşa ofis və məişət xidməti binası ymumi 4,989 hektar torpaq sahəsində tikilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2-1(81)- 1731/2016 saylı qərarından görünür ki, İddiaçınə məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3066-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1305/16 saylı 14 iyul 2016-cı il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-1731/2016 saylı 29 mart 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - “Bakımənzilkommunallayihə” institutu tərəfindən tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkəti tərəfindən inşa olunmuş ofis və məişət xidməti binasının memarlıq hissəsindən görünür ki, layihə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 18/03-8/2953 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin xx.xx.2014-cü il tarixli, 04 saylı müraciətinizi, “X4” ("xxxx" Ticarət evi) MMC-nin xx.xx.2014-cü il tarixli, 02 saylı razılıq məktubunu və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/1239 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırılma həlli layihəsini nəzərə alaraq, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə tikintisi nəzərdə tutulan ofis və mağaza binasının memarlıq-planlaşdırılma həlli layihəsinin yeni variantı (“Bakmənzilkommunlayihə” Layihə İnstitutunun işi, memar T.Rəşadlı) aşağıdakı şərtlər daxilində razılaşdırılır: Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş "İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sahədə aşkar olunmamış mühəndisi kommunikasiya xətləri qeydə alınarsa, onların sahədən köçürülməsi aidiyyəti təşkilatlarla razılaşdırılmaqla "xxxx" şirkətinin vəsaiti hesabına həyata keçirilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 351 saylı sərəncamına dair xx.xx.2014-cü il tarixli, 14/229 saylı dəqiqləşdirilmiş Ayrıc aktı,10135 saylı inşaat pasportuna tikilməsi üçün sizə göndərilir və xx.xx.2000-ci il tarixli, 113 saylı və xx.xx.2006-cı il tarixli, 18 saylı Ayrıc aktları qüvvədən düşmüş hesab edilir”. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə iddiaçı "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmışdır. Sərəncamın icrası məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 200/113 №-li 2000-ci il tarixli ayrıc aktı ilə iddiaçıya həmin ünvanda ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmışdır. JN-0820 saylı 00100003 kodlu xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə 0.3459 hektar torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Daha sonra iddiaçının müraciətinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı verilərək binanın tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 0,5868 hektar göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2-1(81)-1731/2016 saylı qərarı ilə İddiaçınə məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3066-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1305/16 saylı 14 iyul 2016-cı il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2-1(81)-1731/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən ünvan 2 ünvanında 0.13806 hektar torpaq sahəsində yerləşən 3243.9 kv.m əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü yanlışlıqla 0.13806 hektar göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********41-12301 olan texniki pasportda əmlak kompleksinin torpaq sahəsinin faktiki sahəsi isə düzgün olaraq 0.5868 ha qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə binanın tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrıldıgı və əmlak kompleksinin texniki pasportunda qeyd olunduguna baxmayaraq çıxarışda qeyd olunan uygunsuzlugun aradan qaldırılması məqsədilə iddiaçı müəssisəyə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etsə də, qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilmədiyi səbəbi ilə ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yuxarıda göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə binanın tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrıldıgı və qeydiyyat orqanının özü tərəfindən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 0,5868 hektar qeyd olundugu halda, yanlış olaraq çıxarışda ölçüsü 0.13806 hektar göstərilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərlə rəsmiləşdirilmiş çıxarış arasında uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 5 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəssisəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə seriya RX №1158935 verilmiş çıxarışda 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəssisəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixdə seriya RX №1158935 verilmiş çıxarışda 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar