Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10912/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X8 ilə 19 noyabr 1985-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Nigahda olduqları zaman birlikdə yaşadıqları mənzilin sahəsi yetmədiyi üçün mənzilin sahəsinin böyüdülməsi ilə bağlı müraciət etmiş və nəticə etibari ilə mənzilin sahəsinin böyüdülməsi qərarı alındı və mənzilin sahəsi 24 kv.mdən 57 kv.m-ə genişləndirildi. Bundan sonra uzun müddət həmin mənzildə yaşamışlar. 2002-ci ildə həmin mənzilin rəsmiləşdirilməsi ilə bağlı aralarında müzakirə oldu. İddiaçıya mənzilin yoldaşının adına rəsmiləşdirilməsi üçün ərizə verməli olduğu bildirildi. İddiaçı isə buna razı olmadı. Daha sonra qızının müalicəsi üçün İran İslam Respublikasına getməli olmuş, bu zamanlarda onun həyat yoldaşı da xəstə idi. Ona üzərində “razılıq” olan bir sənəd uzataraq imzalamanı xahiş etdilər. İddiaçı həmin sənədin üzərində ərizə yazılmadığından heç bir problem olmayacağını düşünərək imza atdı. İddiaçı bunun heç bir hüquqi nəticəsi olacağını düşünmədiyi üçün “razılıq” adı altında bir sənədə qol çəkdi. O özəlləşdirmə üçün ərizə verilməli olduğunu bilirdi. Bu baxımdan razılığın heç bir hüquqi nəticəsi olmayacağını düşündüyü üçün formal olaraq qeyd edilən sənədə imza atdı. İddiaçı İran İslam Respublikasında səfərdə olduğu zaman ögey qızının mənzil ilə bağlı sənədələşdirmə aparmış və sənədləşmə həyata keçirildikdən bir müddət sonra həyat yoldaşı X8 vəfat etmişdir. Onun həmin mənzilin 1/2 hissəsinə pay hüququ vardır. Ancaq bütün bu aparılmış proseduralar iddiaçının hüququmu həyata keçirilməsinə maneədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhər Qırmızı Şərq küçəsi 98 saylı evin 57,95 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 19 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən (Seriya RX 0311472, Seriya RX 0311473, Seriya RX 0311474) ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X2 (1/3 hissə), İddiaçı (1/3 hissə) və X1 (1/3 hissə) adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı aşağıdakı məhkəmə aktları müəyyən edilmişdir: - Yasamal Rayon Məhkəməsinin 2-1597/2004 nömrəli, xx.xx.2004-cü il tarixli Qətnaməsi ilə Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin 19 saylı mənzilinə və həmin evin həyətində yerləşən qaraja dair 05 aprel 2003-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən İddiaçıovnanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2/3 hissəsi etibarsız hesab edilmişdir. Bakı şəhəri, hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin 19 saylı mənzilinə dair 01 may 2003-cü il tarixdə və həmin evin həyətində yerləşən qaraja dair İddiaçıovnanın adına olan qeydiyyat yazısının və qeydiyyat vəsiqəsinin 2/3 hissəsi etibarsız hesab edilmişdir. X4 üçün Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin 19 saylı mənzilinə və həmin evin həyətində yerləşən qaraja dair mirasın qəbulu üçün qanunla müyyənləşdirilmiş müddət uzadılmışdır. Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin 19 saylı mənzilinə və həmin evin həyətində yerləşən qarajın 1/3 hissəsinə X3, 1/3 hissəsinə X1 vərəsəlik hüquqları tanınmışdır. Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin 19 saylı mənzilinə və həmin evin həyətində yerləşən qarajın 1/3 hissəsinə X3, 1/3 hissəsinə X1 adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı Tİ və MHQİ-nə tapşırılmışdır. Həmin mənzilin və qarajın 1/3 hissəsi X2 adında saxlanılmışdır. - Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1 MK-4722/04 nömrəli Qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qismən ləğv edilmişdir. Bakı şəhəri, hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin həyətində yerləşən qarajın 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə S.T.Cabbarovanın vərəsəlik hüquqları tanınmışdır. Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin həyətində yerləşən qarajın 2/3 hissəinə İddiaçı, 1/3 hissəsinə S.T.Cabbarovanın adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2-1(81)- 2107/2013 nömrəli qərarı ilə ünvan 2 ünvanında olan mənzil barəsində xx.xx.2002-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən özəlləşdirmə qərarı ciddi qanun pozuntuları ilə verildiyi üçün ləğv edilməsi və həmin mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytaılması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdi. - Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərardadı ilə X4 iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. - Qərardan narazı qalan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2107/2013 saylı iş üzrə 11 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-700/2018 saylı, 31 avqust 2018-ci il tarixli qərardadı ilə üçüncü şəxs X1 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2107/2013 saylı iş üzrə 11 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı Cabbarova Bətulə İlyas qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və mənzilin Yasamal rayon İcra Hakimiyyətinin balansına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 350/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)- 700/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş, X4 tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə mahiyyəti üzrə baxılması üçün iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 09 aprel 2019-cu il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilmiş, iş üzrə 3- cü şəxs qismində cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2107/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. - Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1618/2019 saylı, 18 iyul 2019-cu il tarixli qərardadı ilə Cabbarova Bətulə İlyas qızının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2107/2013 saylı, 09 aprel 2019-cu il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamışdır. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və geri qaytarılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2166/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cabbarova Bətulə İlyas qızının iddia tələbi mümkün sayılmamışdır. - Həmin qərardaddan iddiaçı Cabbarova Bətulə İlyas qızı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2830/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2166/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2830/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1367/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçı Cabbarova Bətulə İlyas qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2019-cu il tarixli, 2-1(103)-2830/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır
6. Bakı İnzibati Məhkəmənin hazırki mübahisə üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” iddia tələbi mümkün sayılmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-1791/2024 nömrəli Qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13006/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişİddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia ərizəsi qanunsuz və hüquqi əsası olmadığından rədd edilməlidir. İlk öncə qeyd edilir ki, hal hazırda mübahisələndirilən və 2002-ci ildə X2 adına özəlləşdirilən mənzilin özəlləşdirilməsi iddiaçının özü tərəfindən həyata keçirilmişdir. Təqdim olunan məhkəmə aktlarına nəzər saldıqda İddiaçı hər dəfə müxtəlif tələblərlə bu məzmunda özü tərəfindən həyata keçirilmiş mənzilin özəlləşdirilməsinin mübahisələndirməsi məqsədi aydındır. Bu səbəbdən də məhz iddiaçının özü tərəfindən özəlləşdirilmiş mənzillə bağlı 22 il müddətində mənzilə tam sahib olmaq və ya daha çox miras pay əldə etmək məqsədi ilə müxtəlif tələblərlə məhkəmədə çıxış etməsini xronoloji ardıcılıqla göstərilmişdir. ünvan 3 ünvanında yerləşən mənzil 2005-ci ildən 1/3 hissə olmaqla paylı mülkiyyətdədir. Belə ki, üçüncü şəxsin anasının ölümündən sonra atası Telman Cabbarov iş üzrə iddiaçı Bətulə Cabbarova İlyas qızı ilə 1985-ci ildə nigah bağlayıb ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman üçüncü şəxsin atasının 1-ci nigahdan 2 övladıüçüncü şəxs və qardaşı Əli olmuşdur. İddiaçı üçüncü şəxsə və qardaşına qarşı münasibəti heç vaxt yaxşı olmamışdır. Əli Cabbarov 1992-ci ilin may ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüşdür. 1996-cı ildə üçüncü şəxs ailə həyatı quraraq ər evinə köçmüşdür. Sözügedən ünvanda yerləşən mənzildə ağır yataq xəstəsi olan Telman Cabbarov və iddiaçı Bətulə Cabbarova yaşamışdır. Mübahisələndirilən mənzil 4 otaqdan ibarət olmaqla, əvvəl 4 otağın kirayəçisi İdris Cabbarov (üçüncü şəxsin babası) olmuş, sonra kirayə müqaviləsi dəyişdirilərək 2 otağı Telman Cabbarovun adına olmuşdur. Üçüncü şəxsin babası vəfat etdikdən sonra Telman Cabbarov müraciəti əsasında 4 otağın kirayəçisi hesab edilmiş, 2002-ci ildə vəfat etmişdir. Telman Cabbarovun ölümündən sonra Bətulə Cabbarova özünü yeganə vərəsə kimi təqdim edərək digər vərəsələrin dairəsini gizlətməklə, miras qalmış mənzilə və qaraja dair 05 aprel 2003-cü ildə 12 saylı DNK-da vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, miras əmlaka tam sahib olmaqla, satmaq istəmişdir. Bu kimi hallar üçüncü şəxsə məlum olan kimi Bakı şəhəri, Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə aktları əsasında vərəsəlik hüquqi haqqında şəhadətnamə qismən etbarsız hesab edilərək Bətulə Cabbarova ilə Səbinə Cabbarovanın adına miras mənzildən hər birinə 1/3 hissə pay müəyyən olunmaqla, 1/3 hissə pay atası X2 adında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında ünvan 4 ünvanda hər birinin 1/3 hissə payı olmaqla 2004-cü ildə Bakı şəhəri, İH Tİ və MHQİ-si tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra miras mənzildən daha çox hissə pay əldə etmək məqsədi ilə analıq statusu almaq qərarına gələn İddiaçı qanunvericilikdə nəzərdə tutulmayan əsasla Əli Cabbarovun onun övladlığında olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmiş və Yasamal rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 2(004)-424/2010 saylı qətnaməsi ilə İddiaçı ərizəsi təmin olunaraq asanlıqla həmin məhkəmə qətnaməsini əldə etmişdir. Beləliklə, məhkəmə icraatına maraqlı şəxs kimi işə cəlb edilmədən saxta sübutlar əsasında çıxarılmış Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli qətnaməsi tərəfimdən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1323/2011 saylı 18 mart 2011-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Daha sonra 2018-ci ildə paylı mülkiyyətdə olan mənzilə pasport qeydiyyatına alınmaq istərkən məlum olmuşdu ki, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 2013-cü il tarixli Qərarı ilə İddiaçı ərizəsi əsasında üçüncü şəxsin mülkiyyət hüququ ləğv edilmişdir. Həmin məhkəmə qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək paylı mülkiyyət hüququ bərpa edilmişdir. İndi də iddiaçı bir tərəfdən iddia ərizəsində, guya üzərində razılıq olan bir sənəd uzadaraq imzalanmanı xahiş etdiklərini, həmin sənədin üzərində ərizə yazılmadığından heç bir problem olmayacağını düşünərək imza etdiyini, razılıq adı altında ərizəyə imza etdiyini, digər tərəfdən də özəlləşdirmə üçün ərizə verilməli olduğunu bildiyini göstərir. Özəlləşdirməni hamıdan xəbərsiz həyata keçirən iddiaçı ali təhsilli olmaqla yanaşı, politexnik insitutunda (indiki texniki universitetdə) uzun müddət pedaqoq işləmişdir. Hazırkı mübahisə ilə bağlı dolayı tələblərlə bütün məhkəmələrdə iddiaçı qismində iştirak etmişdir. Bir sözlə iddiaçı qismində hazırkı mübahisə ilə bağlı iştirak edən iddiaçının kifayət qədər məhkəmə təcrübəsi vardır. İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməsinə münasibətdə üçüncü şəxs hesab edir ki, 22 il öncə öz təşəbbüsü ilə mənzili özəlləşdirən iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki yuxarıda qeyd etdiyim kimi 2002-ci ildən iddaçı Bətulə Cabbarova mənzillə bağlı bütün məhkəmə prosesslərində iştirak etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının mübahisələndirdiyi mənzilin özəlləşdirilməsi iddiaçının öz təşəbbüsü və razılığı ilə Telman Cabbarovun adına özəlləşdirilmiş, xx.xx.2002-ci il tarixdə Tİ və MHQİ-si tərəfindən seriya ÖM, 119552 nömrəli Qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İddiaçı Bətulə Cabbarova Telman Cabbarovun adına olan mənzilin qeydiyyat vəsiqəsini aldıqdan sonra qanunsuz olaraq yeganə vərəsə kimi vərəsəlik haqqında şəhadətnamə almış və bundan sonra 2002-ci ildən mübahisə predmeti olan mənzillə bağlı iddiaçının iştirakı ilə məhkəmə prosessləri olmuş və məhkəmə aktları qəbul edilmişdir. Beləliklə iddiaçının öz təşəbbüsü və razılığı ilə həyata keçirdiyi mənzilin özəlləşdirilməsi barədə 22 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nə məntiqə, nə də qanuna uyğun deyil. İş materiallarından da görünür ki, hazırkı iş üzrə iddia tələbi ünvan 3 ünvanında yerləşən mənzilin xx.xx.2002-ci l tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilən özəlləşdirmə qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan işlərin hüquqi cəhətdən yoxlanılması iki hissəyə bölünür. 1) mümkünlülük; əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləriaraşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanması çərçivəsində iddiaçının cavabdehə qarşı olan hər hansı bir maddi hüquq tələbinin olub-olmamasını yoxlayr. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt idianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. 1) mübahisənin inzibati məhkəmə səlahiyyətinə aid olması; 2) iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensassiyanın ödənilçəsi ilə bağlı olmalı; 3) iddia qaldırmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4)iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. (İPM-2.2.3, 34.1,35.1) Beləliklə iddiaçının 2024-cü ilə qədər yəni, 22 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi onun bu marağının artıq itdiyinə, bunun nəticəsində iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinin tələbinə əsasən “İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir”. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsaslanaraq İddiaçı Cabbarova Bətulə İlyas qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. 40 saylı Mənzil Kommunal İstisar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 52 nömrəli Arayışa əsasən Yasamal rayonu (H/Ş) Qırmızı Şərq 98 saylı binanın 19 saylı mənzilində İddiaçı mərhum 1939-cu il təvəllüdlü X8 ilə 19.Xİ.1985-Cİ ildə ailə qurmuş və həmin vaxtdan hal-hazıra kimi qeydiyyatda olmaqla yaşayır: 19 saylı mənzil sıxlaşdırılmış mənzil olmuş və 23,85 m2 ibarət iki otaqlı X5 məxsus olmuşdur. 1991-ci ildə Oktyabr rayon X7 (Yasamal) 12/2 nömrəli qərarı əsasında sıxlaşdırılmış mənzilin digər hissəsi yəni 33,8 m“ ibarət 2 otaq da X5 verilmişdir. 40 saylı MKİS-nin ev kitabında 19 saylı mənzil 4 otaqlı 57, 65 m2 ibarətdir. X9 İlyas qızı, özü və 2 nəvəsi qeydiyyatdadırlar və yaşayırlar.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.
12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və nümyəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdilər.
II. İddianın mümkünlüyü
13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
14. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
16. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hərbi Şəhər Qırmızı Şərq küçəsi 98 saylı evin 57,95 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 19 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. X2 ölümündən sonra məhkəmə qətnaməsi ilə həmin (mübahisələndirilən) mənzil üzərində İddiaçı və üçüncü şəxs X1 vərəsəlik hüquqları tanınmış, nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən (Seriya RX 0311472, Seriya RX 0311473, Seriya RX 0311474) ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X2 (1/3 hissə), İddiaçı (1/3 hissə) və X1 (1/3 hissə) adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda isə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini tələb etmişdir.
20. İddiaçı iddia tələbini əsaslandırmaq üçün bildirmişdir ki, “ona üzərində “razılıq” olan bir sənəd uzadılaraq imzalamağını xahiş etmişdirlər, iddiaçı həmin sənədin üzərində ərizə yazılmadığından heç bir problem olmayacağını (heç bir hüquqi nəticəsi olacağını düşünmədiyi üçün) düşünərək imza atmışdır, o mənzilin özəlləşdirilməsi üçün ərizə verilməli olduğunu bilirmiş” (razılıq ərizəsinin surəti iş materiallarına əlavə olunmuşdur).
21. Məhkəmə ilk növbədə müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən adına qeydiyyat vəsiqəsi verilmiş X8 öldükdən sonra məhkəmə qərarı əsasında mübahisələndirilən mənzilə münasibətdə İddiaçı İdris qızının (eləcə də üçüncü şəxs X1) vərəsəlik hüququ tanınmış və mənzilə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı İdris qızı isə mübahisələndirilən (ünvan 1) mənzilə münasibətdə vərəsəlik hüququ tanınarkən hazırki sübut (razılıq ərizəsinin öz iradəsi ilə imzalamadığı) əsasında hər hansı etiraz etməmişdir.
22. Digər tərəfdən məhkəmə iş materiallarına əlavə olunmuş məhkəmə aktlarını nəzərdən keçirərək müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı və üçüncü şəxs X4 arasında 2004-cü ildən etibarən davamlı məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələri zamanı (əksəriyyətində) iddia tələbinin əsasını “Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 119552 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98 ünvanında yerləşən 19 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” təşkil etsə də (hazırki mübahisə də olduğu kimi), iddiaçı hazırki dəlili (razılıq ərizəsini öz iradəsi ilə imzalamadığını) həmin məhkəmə mübahisələrində qeyd etməmişdir.
23. Nəticədə məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98 ünvanında yerləşən 19 saylı mənzil üzərində vərəsəlik hüququ tanınarkən və uzun müddət davam edən məhkəmə mübahisələri zamanı İddiaçı tərəfindən hazırki arqument bildirilməmişdir. İddiaçı müvafiq halı sübut olaraq yalnız hazırki iddia tələbinin əsaslandırılması üçün məhkəməyə təqdim etmişdir (əvvəlki məhkəmə mübahisələrində də bildirməsi üçün hər hansı maneə olmamasına baxmayaraq). Belə olan təqdirdə mübahisələndirilən mənzillə bağlı 20 ildən artıq davam edən məhkəmə mübahisələri zamanı qeyd edilməyən mülahizənin yalnız hazırda bildirilməsi həmin arqumentlərin ciddiliyi ilə şübhə yaradır.
24. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlili hazırkı münasibətlər işığında fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, məhkəmənin qənaətinə əsasən iddiaçının hazırkı tələbi yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət hüququndan sui-istifadə hesab edilməlidir.
25. Belə ki, şəxsin məhkəməyə müraciət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin müraciət və şikayət hüququndan sui-istifadə etməsidir. Məhkəməyə müraciət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, müraciət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan suiistifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
26. Məhkəməyə müraciət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər.
27. Ona görə də, məhkəməyə müraciət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmə qaldırılmış iddianı mümkün saymaya bilər.
28. Hazırkı işdə, iddiaçı açıq-aşkar əsassız, daha əvvəllər məhkəmə baxışının dəfələrlə predmeti olmuş və 2005-ci ildən məhkəmə qaydasında paylar müəyyən edilmiş mənzilə dair özəlləşmənin ləğv edilərək mənzilin əvvəlki vəziyyətinin (ciddi hüquqi əsası olmayan dəlillərlə) bərpa edilməsini tələb etməklə məhkəməyə müraciət hüququndan sui-istifadə etmişdir.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva