Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1092/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş şəxsiyyət vəsiqəsinin ünvan hissəsində olan məlumata düzəliş edilməsinin və ünvanının Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207, mənzil 76 kimi yazılmaqla, yeni şəxsiyyət vəsiqəsi verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi, ev 207, mənzil 76-dır. xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində ünvan S.Məmmədova küçəsi, ev 207B, mənzil 76 kimi qeyd edilmişdir və nəticədə ev nömrəsində uyğunsuzluq var. Belə ki, şəxsiyyət vəsiqəsinin ünvan hissəsi barədə məlumat şəxsiyyət vəsiqəsi verən orqan tərəfindən düzgün qeyd edilməmişdir. Qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsində ünvan barədə məlumat dəyişdirilərək düzəliş edilməli və ev 207 kimi qeyd edilməlidir. O, şəxsiyyət vəsiqəsindəki səhv məlumatın düzəldilməsi ilə bağlı Binəqədi rayon polis idarəsinə müraciət etmiş, lakin tədbir görülməmiş və məhkəməyə müraciət etməsi barədə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 hazırkı iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi və 3-cü şəxs X3 məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin və 3-cü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; “Asan 3” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyat ünvanı kimi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207B, mənzil 76 kimi göstərilmişdir. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 79 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 34 №li xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Svetlana Məmmədova küçəsi, ev 207, 76 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3007 nömrəli reyestr kitabının 280790 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********03- 05101-093104 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Texniki pasportda X2 mülkiyyətində olan mənzilin ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, b 207, mənzil 76 qeyd olunmuşdur. AZE 02425889 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 xx.xx.1947-cı ildə Bakı şəhərində doğulub, Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, ev 207, mənzil 76 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, S.Məmmədova küçəsi, ev 207, mənzil 76 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Binəqədi rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 059-20504 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən onun Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, S.Məmmədova küçəsi, ev 207B, mənzil 76 ünvanından Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, S.Məmmədova küçəsi, ev 207, mənzil 76 ünvanına düzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyriməhdud müddətə verilir. - Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. - Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1, vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, “Asan 3” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan şəxs-xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207, mənzil 76 olduğu halda, şəxsiyyət vəsiqəsinin “yaşayış ünvanı” bölməsində səhv olaraq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207B, mənzil 76 kimi qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Asan 3” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin “yaşayış ünvanı” bölməsində qeyd olunmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207B, mənzil 76 ünvanı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207, mənzil 76 ünvanına düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Asan 3” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin “yaşayış ünvanı” bölməsində qeyd olunmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207B, mənzil 76 ünvanı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, ev 207, mənzil 76 ünvanına düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1092/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1092/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver