Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1092/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X12 kаtibliyi, İddiaçı, `cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2 saylı X9 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə əlilliyin təyin edilməsi barədə tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin pedmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xəstəliyinə görə əlillik dərəcəsinin bərpa və təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ni xahiş etmişdir. Məhkəmənin 13 yanvar 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1988-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.2007- ci ildən xx.xx.2008-ci ilə kimi ARDSX SQK-da xidmət etmiş, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək AR DİN DQK-da Baş atıcı vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci ildən 112 saylı h/h müddətdən artıq hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi 877h/h Manqa Komandiri vəzivəsində xidmət etmişdir. Qaradağ rayonu Səfərbərlik Xidməti tərəfindən müharibəyə göndərilmiş, müharibə zamanı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütölüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin yaxınlıqda partlaması nəticəsində “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı partlayış yaralanması sol əli, hər iki baldır, sol diz oynağı nahiyələrinin kor qəlpə yaralanması” xəsarətini almışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4523/5 nömrəli travma haqqında arayışda göstərilib ki, ilk tibbi yardım hərbçi yoldaşları tərəfindən göstərildikdən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Orada yardım göstərildikdən sonra isə Silahlı Qüvvələrin BHK-na təxliyə olunmuşdur. Hərbi hissədə bir neçə ay xidmət etdikdən sonra baş ağrılarından, əsəbilikdən, qulaqda küydən, həyəcan hissindən, yuxusuzluqdan şikayətlərinə görə hərbi hissə komandiri tərəfindən ixtisaslı müayinə və müalicə üçün SQ BKH-na göndərilmişdir. xx.xx.2021- xx.xx.2021-ci il dövründə Silahlı Qüvvələrin BKH-da, xx.xx.2021-xx.xx.2021-ci il dövründə Səhiyyə Nazirliyinin X2, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il dövrlərində Müdafiə Nazirliyinin BKH-da, xx.xx.2021xx.xx.2021-ci il dövrlərində Respublika Psixatriya Xəstəxanasında, xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-ci il dövrlərində Səhiyyə Nazirliyinin 2 nömrəli X3, xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli oldu. Belə ki, partlayış travması, nəticəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensiyalarla, depresiv daxilolmalarla, şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri, barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi, sol əlin İV barmağın distal falanqasının bitişmiş sınığı, sol əlin İV barmağın distal falanqasında yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi, hər iki baldır və sol diz nahiyyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri ilə diaqnoz qoyulmuşdur. Hazırda xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı əsasında cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 5435 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalgik sindrom dağınıq üzvi nişanələr və davamlı vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin İV barmağın distal falanqasının bitişmiş sınığı. Sol əlin İV barmağının distal falanqasının yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 606 nömrəli tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7906/26 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları ilə, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 196 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxu pozulmasından, əsəbləşərkən boğulmadan, qıcıqlara qarşı həssas olmasından, səbrsizlikdən şikayətlənmişdir. Dərman içərək intihara cəhd etməsini bildirmiş, bu fakta dair tibbi sənəd soruşulduqda, evdəkilərin yardım etdiyini və tibb müəssisəsinə müraciət etmədiyini söyləmişdir. Müayinə zamanı zahirən səliqəli olmuş, düşüncəsi aydın, bələdliliyi tam saxlanılmışdır. Ünsiyyətə daxil olmuş, emosional labil, əhvalı qeyri-sabit, tənqidi tam qorunmuşdur. Medikamentoz preparatlardan Ketilept, Depakin-xrono, Stimulaton qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi (qapalı kəlləbeyin travmasının uzadılmış fəsadları) mənşəli əhval-ruhiyyə pozuntusu. Fəlakət (müharibə) sonra yaranmış isterik tip şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikası “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin 266 №li ambulator xəstənin tibbi vərəqinə əsasən partlayış travması, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur; Azərbayccan Respublikası Səhiyyə Nazirliyi X1 0602/21 №li stasionar reabilitasiya kartasından çıxarışa əsasən iddiaı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər həmin mərkəzdə müalicə qəbul etmişdir, diaqnoz barotravma – QKBİ qalıq əlamtləri, baş-beyin silkələnməsi, vegeta-damar çatışmazlığı. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 7788 №li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “partlayış travması (xx.xx.2020); hər iki baldırın kor qəlpə yaralanması, yumşaq tixumaların yad cismi (metal qəlpə), sol əlin İV barmağının distal falaqasının açıq, az yerini dəyişən sınığına görə aparılan yaraların bircinsli-cərrahi işlənməsi, sol əlin İV barmağının immobiizasiyasından (xx.xx.2020) sonrakı vəziyyət.Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin mərkəzi perforasiyası” diaqnozu qoyulmuşdur və səbəb əlaqə kimi “Hərbi travmadır, Azərbaycan Respublukasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10777 №li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “partlayış travması (xx.xx.2020); keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur və səbəb əlaqə kimi “Hərbi travmadır, Azərbaycan Respublukasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2 nömrəli X6 196 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən iddiaçıya “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş beynin travmasından (QKBT) sonra yaranan davamlı şəxisyyət dəyişkənliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla, anamnezdə suisidial cəhdlərlə “ diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 9876 nömrəli, 03 noyabr 2021-ci il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2021- ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, diaqnoz “Posttravmatik stress pozuntusu F43.1 Anamnezində keçirilmiş qapalı kəllə beyin travması” göstərilmişdir; Azərbaycan Respublilası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 3533 nömrəli, 04 aprel 2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, diaqnoz “Posttravmatik stress pozuntusu F43.1 Postkommosion sindrom F07.2” müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 1415 nömrəli, 22 fevral 2023-cü il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2022- ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, diaqnoz “Üzvi affektiv pozuntu F06.3. Anamnezində intihar fikirləri ilə” diaqnozu müəyyən edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hərbi hissənin 4523/5 nömrəli, xx.xx.2021-ci il tarixli “Travma haqqında arayış”ına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış yaralanması, sol əl, hər iki baldır, sol diz oynağı nahiyyələtinin kor qəlbə yaralanması, Sol əlin İV barmağın distal falanqasının açlıq, yerdəyişməyən sınığına görə aparılmış yaraların İ-li cərrahi işlənməsindən sonrakıkafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi- metal qəlpələr” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə xəsarət almışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin “Həkim Psixiatr Komissiyasının” 606 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Ağayev X11 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz “üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, anamnezində suisidal cəhdlərlə F06.3” qoyulmuşdur; Ambulator kitabçadan şıxarışlara əsasən iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər , xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 5435 nömrəli Şəhadətnaməyə əsasən iddiaçıya “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalgik sindrom dağınıq üzvi nişanələr və davamlı vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin İV barmağın distal falanqasının bitişmiş sınığı. Sol əlin İV barmağının distal falanqasının yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri” diaqnozu qoyulmuşdur, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Cavabdehə göndərişlərə əsasən iddiaçıya tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə və xx.xx.2024-cü ildə əlilliyin təyin edilməsi üçün göndəriş verilmişdir, sonuncu göndərişdə diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi.İki tərəfli eşitmə sinirin nevriti” kimi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-8742/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və ptofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması müyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1784/2024 nörməli Qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 5435 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin İV barmağın distal falanqasının bitişmiş sınığı. Sol əlin İV barmağının distal falanqasının yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 606 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 7906/26 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pzountuları ilə, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla, Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 196 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla, Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxu pozulmasından, əsəbləşərkən boğulmadan, qıcıqlara qarşı həssas olmasından, səbirsizlikdən şikayətlənmişdir. Dərman içərək intihara cəhd etməsini bildirmiş, bu fakta dair tibbi sənəd soruşulduqda, evdəkilərin yardım etdiyini və tibb müəssisəsinə müraciət etmədiyini söyləmişdir. Müayinə zamanı zahirən səliqəli olmuş, düşüncəsi aydın, bələdliliyi tam saxlanılmışdır. Ünsiyyətə daxil olmuş, emosional labil, əhvalı qeyri-sabit, tənqidi tam qorunmuşdur. Medikamentoz preparatlardan Ketilept, Depakin-xrono, Stimulaton qəbul etdiyini bildirmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (qapalı kəllə-beyin travmasının uzadılmış fəsadları) mənşəli əhval-ruhiyyə pozuntusu. Fəlakət (müharibə) sonra yaranmış isterik tip şəxsiyyə dəyişikliyi” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 2707 saylı, xx.xx.2024-cü il tarixli “Ambulator məhkəmə psixiatrik Ekspertizasının rəyi”nə əsasən İddiaçı hal-hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu.Posstravmatik stress pozuntusu, intihar cəhdləri ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir.İddiaçı hal-hazırda müəyyən edilən psixi xəstəliyin onun özü və digər şəxslərə görə sosial təhlükəsi olması istisna edilmir.
İV. Məhkəmənin mövqeyi
9. ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 7.6.2.-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, 7.5.1-ci bəndinə əsasən posttravmatik stres pozuntusu əlilliyin təyinatına əsas verən xəstəliklər – meyarlardır; 12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 13.İşin faktiki hallarından göründüyü kimi iddiaçıya tibb müəssisələri tərəfindən “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi.İki tərəfli eşitmə sinirin nevriti” xəstəlikləri müəyyən edilmişdir.Məhkəmə tərəfindən təyin edilmiş ambulator tibbi ekspertizası ilə də iddiaçının “üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu.Posstravmatik stress pozuntusu, intihar cəhdləri ilə” xəstəliklərindən əziyyət çəkməsi müəyyən edilmişdir.
14. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərinin olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina etmiş və iddiaçıya əlillik təyin etməmişdir, halbuki həmin xəstəliklər zamanı əlilliyin təyinatı yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan qanunvericilik müddəalarına əsasən inzibati orqan olaraq cavabdeh inzibati icraat haqqında qanunun tələbləri baxımından öz xidməti mövqeyinə görə yalnız iddiaçının əlillik əlaməti təyin edilən xəstəlikdən əziyyət çəkmədiyi halda mübahisələndirilən məzmunda qərar qəbul edə bilərdi. Belə olan halda iddiaçının sağlam olmasına əsaslı sübutlar olmadığı halda, iddiaçının əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda cavabdeh iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair qərar vermişdir, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiаçı İddiaçı xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova