Məhkəmə qərarları › İş №2-1(112)-10921/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10921/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10921/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi,ev 22 D ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X21 və X7, X41, X14, X22 cəlb olunmaqla) qarşı “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X21, 1950-ci il təvəllüdlü X7, X41, X14, X22, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2016-cı il təvəllüdlü X24, xx.xx.2013-cii il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2015-ci il təvəllüdlü X46, xx.xx.2009-cu il təvəllüdlü X32, xx.xx.1989-cu il təvəllüdlü X14 və xx.xx.1990-cı il təvəllüdlü X6 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi, 2 saylı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi miilkiyyətindədir. Azərbaycan Respublikası DİN-in xx.xx.2022-ci il tarixli arayışından iddiaçıya məlum olmuşdur ki, xx.xx.1949-cu il təvəllüdlü, X21, 1950-ci il təvəllüdlü, X7, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2016-cı il təvəllüdlü X24, xx.xx.2013cü il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2015-ci il təvəllüdlü, X46, xx.xx.2009-cu il təvəllüdlü X32, xx.xx.1989-cu il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X22 iddiaçının razılığı olmadan onun evində yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Qeyd olunan şəxslərin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün iddiaçı tərəfindən aidiyyəti üzrə Yasamal rayon polis idarəsinə rəsmi qaydada müraciət edilmiş, cavabdeh inzibati orqan tərəfindən həmin şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilərək imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X21 və X7, X41, X14, X22, xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, X24, X23, X46 və X32 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə, iddiaçıya isə iddia ərizəsindəki formal xətaların aradan qaldırılması ilə bağlı hüquq yardım məktubu göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə cəlb olunmuş üçüncü şəxslər isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iş üzrə üçüncü şəxsləri tanımadığını, onlarla hər hansı qohumluq münasibətlərində olmadığını və üçüncü şəxslərdən Mehrəliyev Bayramın ailə üzvləri ilə birlikdə onun evinə qonşuluqda yerləşən və eyni ünvanı olan evdə yaşadığını bildirdi. Həmçinin o, mülkiyyətində olan fərdi yaşayış evini X1 aldığını, sonuncunun qeyd olunan ünvandan qeydiyyatdan çıxdığını, lakin onun nəvələri olan X46, X32 və X25 hələ də ona məxsus evdə qeydiyyatda qaldıqlarını vurğulayaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli, AN-İ №0535230 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən yerləşən ümumi sahəsi 32.6 kv.metr, yaşayış sahəsi 18.2 kv.metr, yardımçı sahəsi 14.4 kv.metr olan 1 otaqlı fərdi yaşayış evini payçılar- Qanuni nümayəndə, X9, X16 və X1 almışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 091-38197B-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə müraciətinə baxılmış və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən iş üzrə üçüncü şəxslərin qeyd olunan ünvana dair məhdud əşya hüququnun (istifadə hüququnun) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 091-56294-1222 nömrəli məktubundan görünür ki, qeyd olunan üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi, 22 D saylı fərdi yaşayış evinə qeydiyyata alınma əsaslarının saxlanılma müddəti bitdiyindən məhv edilmişdir. X3 və X17 və X5 aid fərdi uçot kartoçkalarının surətləri məhkəməyə göndərilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsində iki evin ünvanının 22 D saylı olduğu bildirilərək, X21, X10, X17, X22, X18, X19, X11, digər evdə isə İddiaçı olu, X40, X2 yaşadığı qeyd olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bəkirov İddiaçı Dilarə Məcid qızı və X4 ilə birlikdə ünvan 5 ünvanda qeydiyyatdadır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda X21, X12, X17, X6 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqları və həmin şəxslərin yaşadığları evin İddiaçı məxsus evə heç bir aidiyyəti olmadığı və İddiaçı ailə tərkibinin İddiaçı, X4, X26, X33 olduğu, X25 həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2015-ci il təvəllüdlü X46 və xx.xx.2009-cu il təvəllüdlü X32 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin köhnə mülkiyyətçilərindən olan Qanuni nümayəndə övladlarıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Hazırkı işdən müəyyən olunur ki, ünvan 3 ünvanı altında iki ev mövcuddur. Evlərdən biri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Digər evdə isə iş üzrə üçüncü şəxslərdən- X21, X12, X17, X22 yaşayırlar. 3-cü şəxslərdən X46, X32 və X41 isə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin köhnə mülkiyyətçilərindən olan Qanuni nümayəndə övladlarıdır və onlar nə iddiaçının mülkiyyətində olan, nə də digər üçüncü şəslərin yaşadığı 2-ci Alatava yaşayış sahəsi, ev 22 D ünvanında faktiki olaraq yaşamırlar. Onların iddiaçıya məxsus fərdi yaşayış evinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Yuxarıda sadalanan iş materiallarından və həmçinin iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan və üçüncü şəxs Bayram Mehrəliyevin ailə üzvləri ilə yaşadığı evlər eyni ünvanda yerləşsələr də, birinin digəri ilə heç bir bağlılığı yoxdur. Digər tərəfdən isə üçüncü şəxslərdən X46, X32 və X25 iddiaçıya məxsus evə bağlılığı müəyyən edildiyindən və onlar iddiaçıya məxsus fərdi yaşayış evinə əmlak hüquqları olmayan şəxs olduqlarından iddiaçının həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olduğu, cavabdeh inzibati orqanın isə bununla bağlı imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal olduğu görünür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iş üzrə üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi X46, X32 və X27 münasibətdə əsaslıdır. Məhkəmə iddiaçının üçüncü şəxslərdən X21, X12, X17, X13 qeyd olunan ünvan üzrə qeydiyyatdan çıxarılmaları üçün tələb olunan şərtlərin ödənilmədiyi qənaətindədir. Belə ki, həmin şəxslərin faktiki olaraq özlərinə məxsus eyni ünvanlı fərqli evdə yaşadıqlarından iddiaçının mülkiyyətində olan evə dair onun hüquqlarına hansısa qaydada müdaxilə etməsi müəyyən edilmir. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər bir fərqli küçələrdə yerləşən iki ayrı yaşayış evlərində yaşayırlar, bu halda onlar vahid ünvan üzrə qeydiyyata alınmış hesab olunduqlarından vahid ünvana münasibətdə birinin digərini qeydiyyatdan çıxarmağı haqlı hesab edilə bilməz. Odur ki, bu əsasdan da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxsləri həmin ünvan üzrə qeydiyyatdan çıxarmaqdan imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərdən X21, X12, X17, X6 həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.9-cu bəndinə görə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. -3.12-ci bəndinə görə bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Yuxarıda adı çəkilən Qaydaların 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda, bu imkandan istifadə etməməsi və məhz ünvan 7 ünvanda qeydiyyatda olduqları üçün üçüncü şəxslərdən X21, X12, X17, X6 eyni ünvan üzrə yerləşən evdən qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, X46, X32 və X25 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi qismən təmin edilsin. Üçüncü şəxslərdən X46, X32 və X25 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar