Məhkəmə qərarları › İş №2-1(112)-10927/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10927/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10927/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “əmək haqqından tutulmanın qadağan edilməsi və tutulmanın dayandırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən 18 dekabr 2012-ci il tarixli 2(002)-1827/2012 saylı icra sənədi ilə borcun tam olaraq mənim əmək haqqıma yönəldilməklə 50 faizinn tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və borcumun əmək haqqımdan tutulmasının dayandırılması öhdəliyinin Qaradağ rayon icra şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon məhkəməsinin 18 dekabr 2012-ci il tarixli 2(002)-1827/2012 saylı icra sənədinə əsasən məndən cəmi 8285,11 ABŞ dolları məbləğində borc (Azərbaycan manatına məzənnəsi ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx"nın xeyrinə ödənilməsi, iddiaçının mülkiyyətində olan "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş “VAZ-21074” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və əldə olunacaq vəsait hesabına iddiaçının banka olan borcunun ödənilməsi, avtomobilin dəyəri banka olan borcu ödəmədikdə qalan hissənin iddiaçıdan tutularaq Bankın xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi 2012-ci ildə icra edilməsi üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, həmin avtomobilin tapılaraq açıq hərracda satılmadan icra şöbəsi tərəfndən borc iddiaçının əmək haqqına yönəldilərək hər ay əmək haqqının 50 faizi bankın hesabına tutulur. Bununla əlaqədar bildirilir ki, iddiaçı ipoteka ilə yüklü edilmiş “VAZ-21074" markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobilini bankın öz razılığı ilə xx.xx.2011-ci il tarixə etibarnamə əsasında X1 və aralarında olan razılığa əsasən banka olan kredit borcunun qalan hissəsini də o ödəməli idi. Lakin həmin şəxs pulu ödəyə bilmədiynə görə bank tərəfindən avtomobil geri alınmışdır. Məhkəmə qətnaməsinin icra ilə əlaqədar olaraq avtomobilin dəyəri müəyyən edilməklə açıq hərracda satıldıqdan sonra qalan məbləğ məndən tutulmalı idi. Bakı şəhəri Qaradağ rayonu İcra şöbəsinin icra məmurunun hərəkətləri tamamilə qanunsuzdur.

3. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-1827/2012 nömrəli Qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 6875 ABŞ dolları məbləğində əsas kredit borcu və 1410 ABŞ dolları 11 sent məbləğində faiz borcu olmaqla, cəmi 8285 (səkkiz min iki yüz səksən beş) ABŞ dolları 11 (on bir) sent məbləğində borc (Azərbaycan manatına məzənnəsi ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx"nın xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan, "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında ipoteka ilə yüklü edilmiş "VAZ-21074” markalı (BAN XTA210740B3095951, mühərrik-9800342, rəngi-qara metal), **-LC-*** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı minik avtomobili açıq hərracdan satılsın və əldə olunacaq vəsait hesabına cavabdehin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nə olan borcu ödənilsin. Avtomobilin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankının xeyrinə ödənilməsi qərara alınmışdır.

4. Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2(002)-1827/2012 nömrəli İcra Vərəqəsinə əsasən cavabdeh İddiaçı 6875 ABŞ dolları məbləğində əsas kredit borcu və 1410 ABŞ dolları 11 sent məbləğində faiz borcu olmaqla, cəmi 8285 (səkkiz min iki yüz səksən beş) ABŞ dolları 11 (on bir) sent məbləğində borc (Azərbaycan manatına məzənnəsi ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx"nın xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan, "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında ipoteka ilə yüklü edilmiş "VAZ- 21074” markalı (BAN XTA210740B3095951, mühərrik-9800342, rəngi-qara metal), **-LC- *** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı minik avtomobili açıq hərracdan satılsın və əldə olunacaq vəsait hesabına cavabdehin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nə olan borcu ödənilsin. Avtomobilin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankının xeyrinə ödənilməsi qərara alınmışdır.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

9. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

11. İddia ərizəsinin məzmunundan aydır olur ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-1827/2012 nömrəli İcra Vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən həyata keçirlən hərəkətlərin qanunsuz hesab edilməsini tələb edir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

14. Odur ki, iddia mümkün sayılmasın, İddiaçı müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

15. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar