Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10929/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “tikilinin cavabdeh tərəfindən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X2 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Vəkilov Müşfiq İsa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “tikilinin cavabdeh tərəfindən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702.0 kvadrat metr olan qeyri-yaşayış binası üzərində İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyət, 0.0651 ha torpaq sahəsi üzərində istifadə hüququ qeydiyyata alınmış, torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərində çardaq (mansard) inşa edilmişdir. İddiaçı sökülmüş çardağa (mansarda) görə dəymiş 235000 manat maddi ziyanın ödənilməsi; sökülmüş çardağın (mansardın) cavabdehin vəsaiti hesabına bərpa olunması tələbi ilə Bakı Şəhər Cavabdehnə (bundan sonra cavabdeh) ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbaıl rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində iddiaçı tərəfindən inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəyən maddi ziyanın hesablanaraq kompensasiya ödənilməsi öhdəliyinin və ya Bakı şəhəri, Səbaıl rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin hesabına bərpa edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi və Bakı şəhəri, Səbaıl rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadratmetr olan qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq (mansard) sahəsinin bərpa edilməsinə cavabdeh inzibatı orqan tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nefitçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində tərəfindən əvvəllər inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki (sökülmədən əvvəl mövcud olan) vəziyyətinin bərpa edilməsi öhdəliyinin Bakı Şəhər Cavabdeh üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla iddiaçıya məxsusdur. Bir müddət əvvəl tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərində şəxsi vəsaiti hesabına çardaq (mansard) inşa edilmişdir. Qeyd edir ki, həmin çardaq sahəsi bütün tikinti-texniki normalara riayət edilməklə tam qanuni şəkildə inşa edilmişdir. Eyni zamanda sözügedən qeyri-yaşayış sahəsinin digər şəxslərə heç bir maneçiliyi olmamış, eyni zamanda çardaq sahəsinin heç bir hissəsi həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin sahəsindən kənara çıxmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Cavabdeh nümayəndələri mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gələrək, heç bir əsas olmadan həmin qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq sahəsinin qanunsuz tikili olduğunu bildirərək, qanunsuz olaraq çardaq sahəsini sökməyə başlamışdırlar. Onlara sözügedən çardaq sahəsini sökmələrinin qanunsuz olduğunu bildirilsə də, ona heç bir məhəl qoyulmamışdır. Hazırkı iddia ərizəsinin əsaslı və təmin edilməli olduğu üçün iki nüansa diqqət yetirilməsi vacibdir. Birinci nüans ondan ibarətdir ki, inzibati orqan Cavabdeh hərəkətlərinin qanuni və “İnzibati icraat” haqqında Qanun və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun olmasının müəyyən edilməsi və ikinci nüans isə ümumiyyətlə həmin çardağın sökülməsinin qanunun tələbindən irəli gəlməsinin müəyyən edilməsidir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95 1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti (AR Fövqəladə Hallar Nazirliyi) orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi həmin çardaq sahəsinin sökülməsi Cavabdeh tərəfindən yox, müvafiq məhkəmə qərarı əsasında yalnız AR Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində aydın müəyyən edilib ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hüquq normalarının məzmunlarından da görünür ki, cavabdeh inzibati orqanın söküntü ilə bağlı hərəkətlərinin qanuni və əsaslı olmasını müəyyən edilməsindən əlavə, həmin orqanın başa çatmış tikilini sökməklə bağlı heç bir səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh inzibati orqan işin bütün hallarını obyektiv araşdırmadan şifahi göstərişlə ona məxsus və gələcəkdə gözlənilən mülkiyyət hüququ olan əmlakını sökmüşdür. Bununla da cavabdeh həmçinin “İnzibati icraat'' haqqında Qanunun 24-cü maddəsinin tələblərini də pozaraq hərəkət etmişdir. Belə ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibatı icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, Cavabdeh tərəfindən həmin çardaq sahəsinin sökülməsi ilə bağlı əvvəlcədən iddiaçıya heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən həmin çardaq sahəsinin hansı əsaslarla sökülməsi, buna icazələrinin olub-olmaması ilə bağlı hər hansı bir təsdiqedici sənəd də təqdim olunmamışdır. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən tam mülkiyyət hüquqi ilə ona məxsus qeyri-yaşayış sahəsinin üzərində inşa etdiyi çardaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq özbaşına sökülməsi onun konstitusion hüquqlarını kobud şəkildə pzomuşdur. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, sözügedən çardağın istismara qəbul sənədlərinin alınması və bundan sonra yeni tikilmiş çardağa dair çıxarışın əldə edilməsi üçün müvafiq qurumlara müraciət etmək üçün sənədləri tərtib edən zaman cavabdeh inzibatı orqan çardağı özbaşına sökməyə başlamışdır. Halbuki, inzibati icraatın vəzifələrini yerinə yetirərək əvvəl iddiaçının həmin çardağa hüquqlarının olmasını və ya normativ hüquqi aktlarla onun həmin çardağa hüquqlarının qeydiyyata alınması üçün müddət müəyyən edilib-edilməməsini araşdırmalı idi. İnzibati orqan isə belə normativ hüquqi aktın olmasını araşdırmadan və ya görməzdən gələrək “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cu il tarixli Fərmanının olmasını nəzərə almamışdır. Belə ki, həmin Fərmanda 01 iyun 2023-cü il tarixədək tikintisi başa çatmış qeyri-yaşayış obyektlərinin istismara qəbulunun qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti X4 qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinın artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixdə Fərman imzalamışdır. Həmin Fərmana əsasən 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra - qeyri-yaşayış binası) istismarına icazə verilməsinin bir sıra qaydaları müəyyən edilmişdir. Sözügedən Fərmanın 1.1.3-cü bəndinin 1-cı yarım bəndinə əsasən AR Fövqəladə Hallar Nazirliyi daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndındə göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçun müraciət etdiyi tarixdən 15 (on beş) iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra - layihə) əsasında qeyriyaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra - rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir. Fərmandan göründüyü kimi qeyd edilən tarixədək tikintisi başa çatmış qeyri-yaşayış obyektlərinin istismara qəbulu uçun 2025-ci ilin 01 yanvarına kimi müraciət etmək barədə müddət nəzərdə tutulmuşdur. İddiaçının həmin müddət ərzində istismara qəbul üçün müddəti ola-ola ümumiyyətlə səlahiyyəti olmayan orqan tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi üzərində tikilmiş çardağın sökülməsi beynəlxalq hüququn hamılıqla qorunan norma və prinsiplərinə, cənab Prezidentin sahibkarlara dəstək və inkişaf yönümlü uğurlu daxili iqtisadi siyasəti ilə bir araya sığmır, həmçinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus binanın üzərində çardaq tikilməsi dolayısı ilə onun həmin çardaqdan istifadə huququnun olmasına dəlalət edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.1. şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; .... 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; ... 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə; ... 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət; Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 47. Tikinti obyektinin sifarişçisi ... 47.4.5. müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır ... Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı: Bənd 4.3. həmin Məcəllənin 4.3, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Bənd 4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları: 1.1. Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - Məcəllə) 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. 1.2. Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə), yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. 1.3. Bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.
2. Dövlət şəhərsalma nəzarətinin məqsədi
Dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil X1 (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə) (bundan sonra – Agentlik) və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir.
3. Yerli icra hakimiyyəti orqanları, Agentlik və bələdiyyələr tərəfindən həyata keçirilən şəhərsalma fəaliyyətinə nəzarət
3.1. Şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları, Agentlik və bələdiyyələr tərəfindən riayət edilməsinə nəzarət Komitə tərəfindən kameral və səyyar qaydada aparılır. ....
4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti ... 4.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanında göstərilmişdir: Bununla belə, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyriyaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: .... 1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyridövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: 1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmiş, nümayəndəsi iddia ərizəsinə əlavə edilmiş fotoşəkildəki tikinti sahəsində olan şəxslərin cavabdehin əməkdaşları olmasını bildirmişdir. Cavabdeh də iddaya münasibət bildirməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının bərpasını tələb etdiyi çardaq (mansard) onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində tikilsədə, sökülən çardaq (mansard) mərtəbəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmamış, tikintiyə icazə verilməmiş, inşa edilmiş tikili tikinti-quraşdırma işləri başa çatmış tikili olmamış (fotoşəkillərdən görünür), qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbinin əsası kimi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Fərmandan göründüyü kimi həmin Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilmiş; Fərmanda ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsindən; 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyriyaşayış binası) istismarına icazə verilməsindən; dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyriyaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; bəhs edilir. Bir sözlə iddiaçının iddiaya etdiyi kimi qanunvericiliyin heç bir tələbinə əməl edilmədən tikintiyə başla sonra Fərmana əsasən tikilinin istismara qəbul edilməsindən söhbət getmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tikintisi qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamış, yəni özbaşına tikintinin - çardağın (mansardın) bərpasını tələb etməkdə haqlı deyil.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X3