Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1093/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz söküntü aparması nəticəsində ona dəymiş maddi ziyanın kompensasiyası qarşılığında 23 000 (iyirmi üç min manat) məbləğində vəsaitin ödənilməsi və daşınmaz əmlakın söküntüdən əvvəlki vəziyyətə gətirilməsi barədə Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, fərdi sahibkar İddiaçı Qubad qızı iaşə obyektinin sahibidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif strateji dövlət müəssislərində çalışmışdır. Ölkə başçısının qərarı ilə xidmətimə görə Tərəqqi medalı ilə də təltif olunmuşdur. Təqaüdə çıxdıqdan sonra iddiaçıya məxsus olan daşınmaz əmlakında kiçik bir kafe açaraq sahibkarlıq fəaliyyəti göstərməyə başlamışdır. Bu dövr ərzində kafenin ətrafını abadlaşdırmış, 30-dan çox ağac əkmişdir. Koronavirus pandemiyası dövründə onların suvarılmasını iddiaçı öz vəsaiti hesabına təmin etmişdir. Kafe yarı zirzəmi olduğu üçün müştərilərin çöldə oturması üçün şərait yaradaraq cam balkonla səliqəli, nə binanın nə də ətraf memarlıq görünüşünə təsir etməyən şüşədən sədd çəkmiş üstünə də dam örtüyü çəkdirmişdir. Bu işləri görməzdən əvvəl dəfələrlə icra hakimiyyəinə getmiş və razılıq almaq üçün ona prosedurun izah edilməsini xahiş etmişdir. İddiaçıya hər dəfə bildirilmişdir ki, o bina sökülməlidir odur ki, hər hansı sənədləşməyə ehtiyac görülmür. xx.xx.2023-cü il tarixində səhər 11.00-12.00 radələrində ona məxsus daşınmaz əmlaka (Həsən bəy Zərdabi küç, 73) bitişik hissədə ağlay dayaq divarları və damı bitişmiş olan cam balkon hissəsinin özünü Cavabdeh işçiləri olaraq təqdim edən bir qrup şəxs tərəfindən sökülmüşdür. Sözügedən əməkdaşlara özünü təqdim etmək və söküntünün hansı qərar əsasında aparıldığını məlumat verilməsi xahiş edilsə də, heç biri şəxsiyyətini identifikasiya məlumatlarını verməmiş aralarında soyismi və adını verməyən 2 şəxs özünü Cavabdeh təsərrüfat şöbəsinin rəisi digəri isə sahə üzrə mənzil təsərrüfat sahəsinin rəisi olaraq təqdim etmişdir. Şəxslərin video görüntülərindən alınmış şəkillər Sizə təqdim olunur.Bildiyiniz kimi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən istisnalar nəzərə alınmaqla "Şərəhsalma və Tikinti Məcəlləsi" 2013-cü ilin yanvar ayının 1dən qüvvəyə minmişdir. Həmin Qanunla "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16- 18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır.Yuxarıda da qeyd olunduğu kimi “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması", Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi"nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.İstinad olunan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.Buna dair Azərbaycan Respublikası Alı Məhkəməsinin bu qəbildən işlərə dair bir neçə Qərarı da mövcuddur.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sökülməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Tikinti obyektində bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən hallar mövcud olduqda, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs dərhal həmin ana olan vəziyyəti əks etdirən və texniki baxış aktının tərkib hissəsi olan müvafiq fotoşəkillər çəkərək, iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir və həmin fotoşəkilləri texniki baxış aktına əlavə edir. Texniki baxış aktının bir nüsxəsi onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilir, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza edir.Eyni zamanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü Maddəsinə əsasən Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.İcra hakimiyyətinin hər-hansı səlahiyyəti olmadığı halda söküntünün nə əsasında aparıldığı bizi məlum deyil. Əlavə olaraq qeyd edirik ki, bizə hərhansı sənəd, Akt, bildiriş, xəbərdarlıq təqdim edilməmişdir yəni qanunvericiliyin bu normaları da kobud formada pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma vətikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1093/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “Cavabdeh tərəfindən İddiaçı vurulmuş 23000 (iyirmi üç min) manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyinin Bakı Şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” 152.5. “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilənŞəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmçinin bildirirlər ki, İddiaçı iddia ərizəsində göstərdiyi (Həsən bəy Zərdabi küçəsi 73 ünvanında) bitişik hissədə aqlay dayaq divarları və damı bitmiş cam balkon hissəsi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməmişdir. Belə ki, tərəfimizdən araşdırılma aparılmış iddia ərizəsində qeyd olunan Cavabdeh Təsərrüfat Şöbəsinin müdiri iddiaçının qeyd etdiyi tarixdə həmin ərazidə olmamış və hər hansı söküntü işi aparmamışdır. Eyni zamanda nəzərinizə çatdırıram ki, Mənzil məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzil məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Mənzil məcəlləsinin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci bəndinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ” Lakin iddiaçı öz iddiasında konkret olaraq onun hansı hüququnun və nə dərəcədə pozulmasını bildirməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - poçt qaiməsindən və ərizənin surətindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona hər hansı cavab verilməmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nöməli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində söküntü işlərini aparan şəxslərin fotoşəkillərindən müəyyən edilir ki, həmin şəxslərdən bir neçəsinin üzərində olan iş geyimlərinin üzərində “Yasamal rayon MKTB” yazısı öz əksini tapmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qoşmada göndərilən sübutlardakı şəxslər Cavabdeh, Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin və Yasamal Rayon MKTB-nin 56 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşlarıdır. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərizində işləmiş şəxslər barədə məlumatı aşağıdakı qaydada təqdim edirik:
1. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X2- xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək,
2. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi-X4-xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək,
3. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi-X1 -xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək,
4. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi-X3-xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək. - 01/24-060 nömrəli xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən tikiliyə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində sözü gedən ünvanda yerləşən tikilidə aparılan söküntü işləri zamanı dəymiş zərərin 27 000 (iyirmi yeddi min) manat olduğu müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyula bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.masını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol (1 saylı protokol): Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusudur. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsində söküntü işləri aparılmışdır. Söküntü işləri aparılan zaman həmin şəxslər özlərini Cavabdeh işçiləri olaraq təqdim etmişlər. İddiaçı aparılan söküntü işləri nəticəsində ona dəymiş zərərin ödənilməsi tələbi ilə Cavabdehnə müraciət etsə də, ona hər hansı cavab verilməmişdir. Cavabdeh icra hakimiyyəti tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edimişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi (Həsən bəy Zərdabi küçəsi 73 ünvanında) bitişik hissədə aqlay dayaq divarları və damı bitmiş cam balkon hissəsi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməmişdir. Belə ki, araşdırılma aparılmış iddia ərizəsində qeyd olunan Cavabdeh Təsərrüfat Şöbəsinin müdiri iddiaçının qeyd etdiyi tarixdə həmin ərazidə olmamış və hər hansı söküntü işi aparmamışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərindən müəyyən edilir ki, həmin şəxslərdən bir neçəsinin üzərində olan iş geyimlərinin üzərində “Yasamal rayon MKTB” yazısı öz əksini tapmışdır. Həmin şəxslərin Cavabdeh işçiləri olub-olmamasını aydınlaşdırmaq məqsədilə, Cavabdehnə xx.xx.2023-cü il tarixli sorğu (fotoşəkillər və flaş kart) göndərilmişdir. Həmin sorğuya cavab olaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qoşmada göndərilən sübutlardakı (fotoşəkillər və flaş kart) şəxslər Cavabdeh, Cavabdeh başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin və Yasamal Rayon MKTB-nin 56 saylı Mənzil- Kommunal İstismar sahəsinin əməkdaşlarıdır. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən fotoşəkillərdə öz əksini tapmış şəxslərin Cavabdeh işçiləri olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarxli məktub ilə də öz təsdiqini tapmışdır. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər( bax: Kozacıoğlu Türkiyəyə qarşı [BP], № 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistiņš və Perepjolkins Latviyaya qarşı [BP], № 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun xüsusi mülkiyyətində olan qeyir-yaşayış sahəsi sökülmüşdür. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküntüsünə görə ödənilən kompensasiyanın məbləği ilə bağlı məhkəmə mütəxəssis rəyinin alınmasını qərara almış və mütəxəssis qarşısında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan söküntü işləri üzrə dəymiş ziyanın məbləğinin dəyərinin nə qədər təşkil edilməsi ilə bağlı sual qoyulmuşdur. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən tikiliyə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində sözügedən ünvanda yerləşən tikilidə aparılan söküntü işləri zamanı dəymiş zərərin 27 000 (iyirmi yeddi min) manat olduğu müəyyən edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 26.50 kv.m olan qeyri-yaşayış sahəsinə görə ümumilikdə 27 000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə, həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Qeyd edilməlidir ki, şəhər və yaxud da rayon ərazisində aparılan abadlaşdırma, yenidənqurma tədbirləri müvafiq şəhər və ya rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı mülkiyyətindən məhrum olmuş, cavabdeh inzibati orqanın təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sökülməsi belə ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; MorenoDiasPenya və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən və iddiaçı tərəfindən inşa edilən tikilinin sökülməsinə dair hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı məhkəmə mübahisəsi olduğuna dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı vurulmuş 23000 (iyirmi üç min) manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyi Bakı şəhər Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı vurulmuş 23000 (iyirmi üç min) manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyi Bakı şəhər Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev