Məhkəmə qərarları › İş №2-1(112)-10930/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10930/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10930/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün müraciət edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1995-ci ildə Rusiya Federasiyası Tumen vilayəti, Nyaqan şəhərində anadan olmuş, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək, ana qrafasında ana haqqında məlumat hissəsində “Rahimə" sözünün "Rahilə kimi düzəliş edilməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1995-ci ildə Rusiya Federasiyası Tümen vilayəti, Nyaqan şəhərində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə ilk dəfə Rusiya Federasiyası Tümen vilayəti, Nyaqan şəhəri ZAQS Şöbəsi tərəfindən verilmiş və doğum haqqında akt qeydi 06 oktyabr 1995-ci il tarixdə 548 saylı akt qeydi ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədə ata qrafasında X3, ana qrafasında isə X6 qeyd edilmişdir. İlkin olaraq verilmiş doğum haqqında şəhadətnamənin əsli itdiyindən, sonradan 2011-ci ildə yenidən doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün X10 vilayəti, Xantı-Mansiysk Muxtar dairəsi-Yuqra Nyaqan şəhəri Adminstrasiyasının VVAQ İdarəsi tərəfindən 29 noyabr 2011-ci il tarixdə verilmiş İ-PN 891554 saylı doğum haqqında təkrar şəhadətnamədə onun soyadı, adı, ata adı, ata qrafasında atasının adı düzgün qeyd olunsa da, ana qrafasında anasının adı "Rahilə əvəzinə "Rahimə" kimi göstərilmişdir. Lakin doğum haqqında ilkin verilmiş şəhadətnamədə, anasına məxsus doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, mülkiyyət hüququnu təsdiq edən çıxarışda, digər hüquqmüəyyənedici sənədlərdə adı "Rahilə" kimi qeyd edilmişdir. O, doğum haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi doğum akt qeydinin Azərbaycan Respublikası ərazisində qeydə alınmadığını, Rusiya Federasiyası Tümen vilayəti, Xantı- Mansiysk Muxtar dairəsi-Yuqra Nyaqan şəhəri Adminstrasiyasının VVAQ İdarəsi tərəfindən 29 noyabr 2011-ci il tarixdə verilmiş İ-PN 891554 saylı doğum haqqında təkrar şəhadətnamədə yalnız Rusiya Federasiyasında düzəliş edilməsinin mümkün olacağını bildirərək, sənədin şəxsə məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona anası X2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsində yerləşən 3 savlı evin 5 saylı mənzilinə dair notarial qaydada bağışlama müqaviləsi bağlanan zaman anasının şəxsiyyət vəsiqəsi, mənzilə dair çıxarışla onun doğum haqqında şəhadətnaməsi arasında uyğunsuzluq olması səbəbindən, bağışlama müqaviləsinin bağlanmasının mümkünsüzlüyü səbəbindən olmuşdur. Nizami rayon Məhkəməsinin 2(007)-1820/2023 savlı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunaraq, Bakı inzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək xx.xx.1995-ci ildə Rusiya Federasiyası Tumen vilayəti, Nyaqan şəhərində anadan olmuş, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək ana qrafasında ana haqqında məlumat hissəsində “Rahimə" sözünün "Rahilə kimi düzəliş edilməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Rusiya Federasiyasının müvafiq qeydiyyat orqanına müraciət edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İ- Ф № 274743 nömrəli Tümen vilayəti, Nyaqa şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə Tümen vilayəti, Nyaqa şəhərində anadan olmuş, atası X3, anası X4r. -İ-ПН 891554 nömrəli Tümen vilayəti, Xantı-Mansiysk Muxtar dairəsi-Yuqra Nyaqan şəhəri adminstrasiyasının VVAQ İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Tümen vilayəti, Nyaqa şəhərində anadan olmuş, bu barədə 1995-ci ilin oktyabr ayının 06-cı günündə 548 saylı doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X5r. -Yevlax şəhər VVAQ bürosu tərəfindən 30 yanvar 1968-ci il tarixdə verilmiş AЗ ******* №-li “Doğum haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. Bu barədə 83 № li doğum akt qeydi tərtib edilmişdir. -Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ T 233837 № li doğum haqqında təkrar Şəhadətnaməyə əsasən X7 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. -AA2874877 şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1967-ci il təvəllüdlü X6 Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. -AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P5435045 № li ümumvətəndaş pasportunda iddiaçının adı, soyadı və ata adı – X1 qeyd edilmişdir. -Rusiya Federasiyası, Tümen vilayəti, Nyaqan şəhəri VVAQ şöbəsi tərəfindən 5.11.1988-ci il tarixdə verilmiş İİ-ФР № 446898 “Nikahın bağlanması haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1959-cu il tarixdə Jdanov rayonunda doğulmuş X3 ilə xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuş X8 5 noyabr 1988-ci ildə nikahlarını bağlamışlar. Bu barədə 1988-ci ilin noyabr ayının 5-ci günündə 482 nömrə ilə nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlanandan sonra: ərə Babayev, arvada Babayeva soyadları verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya MH, ******* № li, xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakən dövlət reyestində qeydiyyata alınmışdır. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-1146/23 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh tərəfindən sizin doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki,sizin doğum haqqında akt qeydində “ana haqqında məlumat” qrafasının “ad” bəndində dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığına görə ərizənizin təmin edilməsi mümkün deyil.Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, iddia tələbindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1995ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı RF Tümen vilayəti, Nyaqa şəhərində doğulmuş, bu barədə xx.xx.1995-ci il tarixdə 548 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı barəsində tərtib olunmuş akt qeydinə əsasən Tümen vilayəti, Xantı-Mansiysk Muxtar dairəsi-Yuqra Nyaqan şəhəri adminstrasiyasının VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnamənin kserosurətində ana qrafasında anasının adı X6 qeyd olunmuş, xx.xx.2011-ci il tarixdə verilmiş təkrar doğum haqqında şəhadətnamədə isə anası X9 olaraq göstərilmişdir. İddiaçının anasının şəxsiyyəti ilə bağlı təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, X6 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuş, sonuncunun şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, adına verilmş təhsil sənədi, əmək ktabçasında adı “Rahilə” kimi qeyd edilmişdir. Eyni zamanda X6 xx.xx.1988-ci ildə Rusiya Federasiyasında X3 ilə nikaha daxil olması ilə əlaqədar nikah haqqında şəhadətnamədə adı “Rahimə” kimi qeyd edilmişdir. Qeyd edilən yalnışlığın aradan qaldırılması ilə əlaqədar X6 cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Rusiya Federasiyası, Tümen vilayəti, Nyaqan şəhəri VVAQ şöbəsi tərəfindən 5.11.1988-ci il tarixdə verilmiş İİ-FR 446898 saylı nikah haqqında akt qeydində “Rahimə" sözünün, "Rahilə" kimi düzəliş edilməklə yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Hazırda iddiaçı ona təkrar doğum haqqında şəhadətnamədə anasının adı Rahilə yerinə Rahimə kimi qeyd edilərək yalnışlığa yol verildiyini, bu yalnışlığın onun digər sənədləşmə işlərində çətinliklər yaratdığını, mövcud ictimai və özünün maddi-məişət vəziyyəti ilə əlaqədar akt qeydinin tərtib olunduğu ölkəyə gedə bilmədiyini nəzərə alaraq ana qarafasında anasının adının Rahimə yerinə Rahilə kimi qeyd edilməklə təkrar doğum haqqında şəhadətnamə ilə təmin edilməsni mübahisələndirir. Bununla əlaqədar iddiaçı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh qurum doğum haqqında akt qeydində “ana haqqında məlumat” qrafasının “ad” bəndində dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: -1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; - 1.12-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; -9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Konvensiyanın 6-cı maddəsinə görə razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edilən qanunvericilik aktlarını hazırkı işin hallarına tətbiq edərək iddiaçının anasına aid bütün hüquqmüəyyəndici sənədlərində, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportunda adının “Rahilə” kimi qeyd edildiyi, yalnız nikah haqqında şəhadətnamədə adının “Rahimə” kimi göstərildiyi, həmin qeydin yalnış olması və düzəliş edilməsi üçün müvafiq quruma müraciət edilməsi barədə məhkəmə qərarı qəbul edildiyi, iddiaçıya aid ilkin doğum şəhadətnaməsində anasının adı “Rahilə” kimi qeyd olunsa da təkrar doğum şəhadətnaməsində səhvən “Rahimə” kimi göstərildiyi, iddiaçının azərbaycan vətəndaşı olmaqla Bakı şəhərində pasport qeydiyyatında olduğu və hazırda Bakı şəhərində yaşadığı, yuxarıda qeyd edilən Qaydaların 9.8-ci bəndinə əsasən qeydiyyat şöbələrinin xarici ölkələrdən təkrar şəhadətnamələr və ya arayışlar tələb etmək səlahiyyətinin olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh orqandan iddiaçının doğum haqqında akt qeydində buraxılmış səhvin düzəldilərək ana qrafasında anasının adının Rahilə kimi qeyd edilməsi və təkrar şəhadətnamənin verilməsi ilə bağlı xarici ölkənin müvafiq qurumuna müraciət etməsi tələb edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1995-ci ildə Rusiya Federasiyası Tumen vilayəti, Nyaqan şəhərində anadan olmuş İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək ana qrafasında ana haqqında məlumat hissəsində “Rahimə" sözünün "Rahilə kimi düzəliş edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün Rusiya Federasiyasının müvafiq qeydiyyat orqanına müraciət edilməsi edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar