Məhkəmə qərarları › İş №2-1(112)-1094/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1094/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1094/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, fərdi sahibkar),iddiaçının vəkili Vəkil(Bakı şəhərində qeydiyyatdadır. ixtisası: hüquqşünas, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işə cəlb olunmaqla “istehsalat sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 1.477.500 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən istehsalat sahəsi iddiaçının mülkiyyətində olmuşdur.İddiaçının sahibi Şükürov İbrahim Mövsüm oğlu 1994-cü ildən həmin ərazidə kiçik mebel sexi işlətmişdir.Ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 35 sot torpaq sahəsi 1707 saylı, xx.xx.1994-cü il tarixli sərəncama əsasən və 98/307 saylı, xx.xx.1998-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə verilmişdir. Qeyri-yaşayış sahəsi özəlləşdirildikdən sonra xx.xx.2003-cü ildə İddiaçı MMC-yə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” və texniki pasport verilmişdir.2017-ci ilin may ayında 35 sot torpaq üzərində ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən iddiaçıya bildirilmişdir ki, obyekt söküldükdən sonra ən geci 1 ay müddətində iddiaçıya kompensasiya veriləcəkdir.Lakin həmin vaxtdan 3 ildən çox keçməsinə baxmayaraq kompensasiya ödənilməmişdir.İddiaçı hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsi söküldüyündən bir kvadrat metr sahə üçün 1000 manat olmaqla ******* manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya iddiaçının tələb etdiyi obyektin yerləşdiyi ərazini qiymətləndirmək məqsədilə sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar “xxxx” MMC-yə sorğu ilə müraciət etmiş və verilmiş sorğuya cavab olaraq 02/01 nömrəli, xx.xx.2017-ci il tarixli məktubla həmin ərazinin yaxınlığında yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respubliası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv metri üşün 20% əlavə hesablanmaqla birlikdə qeyri-yaşayış sahəsinin 1 kv metr qiyməti 300 manat müəyyən edilmişdir.İddiaçıya məxsus, ümumi sahəsi 1477.5 kv metr olan qeyri-yaşayış obyekti cəmi 443250 manat məbləğində qiymətləndirilmiş və hesablanmış kompensasiya məbləği üçün ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır.”Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar vəsait açılacağı təqdirdə ona hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi barədə iddiaçıya məlumat verilmişdir.Cavabdeh göstəriənlərə əsasən iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7.-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmxxxxa iddiaçı subyektiv hüquqa malik olmuşdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Xətai rayon İcra Hakimiyyəti, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi öz nümаyəndələrini məhkəməyə göndərməmişlər Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 və iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: İddiaçı MMC-nin nizamnaməsinə əsasən iddiaçı xx.xx.2002-ci ildə dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin verdiyi 000156 №li “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən istehsalat sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətidir. 004278 №li, xx.xx.2003-cü il tarixli “Müəssisə və obyektin texniki pasportu”na əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən 1477,5 kv metr qeyri-yaşayış sahəsi iddiaçının faktiki istifadəsində olmuşdur, həmin sahədə sənaye fəaliyyəti növü ilə məşğul olunması göstərilmişdir. İddiaçının Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə, həmin İcra Hakimiyyətinin başçısı aparatının Apelyasiya şurasına ünvanlanmış xx.xx.2018-ci il tarixl ərizəsinə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli iddiaçının direktoruna ünvanlanmış məktublarına əsasən İddiaçı dəfələrlə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə, habelə digər səlahiyyətli dövlət orqanlarına müraciət edərək ona məxsus olan sökülmüş əmlaka görə kompensasiyanın verilməsini xahiş etmiş, lakin edilən müraciətlər hal-hazıra qədər təmin edilməmişlər. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatının məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış obyekti “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən 443250 manat məbləğində qiymətləndirilmiş və İddiaçı MMC-nin rəhbərliyinin razılığı və iştirakı ilə sökülmüşdür, “Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi üçün vəsait açılacağı təqdirdə hesablanmış kompensasiya məbləği iddiaçının hesabına köçürüləcəkdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış obyekti İddiaçı mülkiyyətində olmuşdur, həmin obyekt “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən sökülmüşdür, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin bildirdiyinə görə iddiaçının söküntü ərazisində olan əmlakı 443250 manat qiymətləndirilmişdir, lakin vəsait açılmadığı üçün iddiaçıya ödənilməmişdir, eyni zamanda iddiaçının da cavabdehə ünvanlanmış müxtəlif tarixli müraciətlərindən göründüyü kimi iddiaçı sökülmüş əmlakına görə kompensasiyanın verilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də müraciəti vəsaitin ayrılmaması əsası ilə təmin edilməmişdir.Hazırda iddiaçı mülkiyyətində olmuş ümumi sahəsi 1477,5 kv metr olan qeyri-yaşayış sahəsinin bir kvadrat metrinə görə 1000 manat olmaqla cəmi 1.477.500 manat məbləğinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə İddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda Bakının təbii-iqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Bakı şəhərində rayon və qəsəbədaxili yolların, istirahət parklarının yenidən qurulması və yaşıllıq sahələrinin artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhərinin abadlaşdırılması məqsədilə icra edilən “Ağ şəhər” layihəsi çərçivəsində söküntüyə məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolxxxxa dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Xətai rayon ərazisində mülkiyyətində olan 1477,5 kv metr olan qeyri-yaşayış sahəsi Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparılması çərçivəsində sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə İddiaçı həmin əmlaka görə kompensasiya almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-118/2020 №li, xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən Bakı şəhərinin Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində aparılan işlər ilə bağlı sökülmüş əmlakların dəyərinin 1 kvadrat metri 400 manatdan hesablanaraq kompensasiya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçıya 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhələdə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə İddiaçınə 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar