Məhkəmə qərarları › İş №2-1(112)-1094/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1094/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1094/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı N993-cü ilin mart ayında Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, 30 mart N993-cü il tarixdən N aprel N993-cü il tarixədək Daxili Qoşunların N nömrəli hərbi hissəsində, N aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək Müdafiə Nazirliyinin 706 nömrəli Hərbi hissəsində hərbi xidmət keçmişdir. Səhhəti ilə bağlı ordu sıralarından tərxis olunmuşdur. Hərbi xidmət müddətində Ağdam, Ağdərə, Laçın, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmiş və bir neçə dəfə ağır yaralanmışdır, lakin müvafiq əmrlərdən çıxarışların olmaması əsas gətirilərək, bugünə kimi ona veteran statusu verilməmişdir. Bununla bağlı müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılmış və 7 aprel 2023-cü il tarixli 4/3-3085 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin N4 iyun 2022-ci il tarixli 4/2-39N5 nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsaslanaraq mart N993 – dekabr N996-cı il tarixlərdə 706 nömrəli Hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında hərbi xidməti və yaralanmağı barədə məlumat olmadığına, bundan başqa Müdafiə Nazirliyinin tabeliyində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməyi barədə arxiv məlumatları aşkar edilmədiyinə görə, ona “müharibə veteranı” adın və vəsiqəsinin verilməsindən əsassız olaraq imtina olunmuşdur. Döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etməyinin və yaralanmağının hansısa vəzifəli şəxsin irdəsi ilə müvafiq sənədlərdə və kitablarda qeyd olunmaması, onun hüquqlarının kobud şəkildə pozularaq “müharibə veteranı” adı və vəsiqəsinin verilməməsinə səbəb ola bilməz. Halbuki, hərbi xidməti zamanı yaralanmağı Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 verilmiş N2 mart 20N8-ci il tarixli K/235-20N8 saylı komission məhkəmə-tibbi ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Komission məhkəmə-tibbi ekspertizasının rəyində iddiaçının (İddiaçı) məhkəmə-tibbi müayinəsi zamanı (N2 mart 20N8-ci il tarixdə) başın sağ gicgah nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin N barmağının tenor nahiyəsində bir ədəd, sol baldırın orta N/3-nin ön səthində üç ədəd köhnə çapıq toxumalar aşkar edilməsi, xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda fikir söyləməyin mümkün olmaması, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq N,5 – 2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izinin olması, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələrinin inkar edilməməsi, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, N994-cü ilin yanvar ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələrinin də mümkün olması göstərilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3448/20N8 saylı iş üzrə N aprel 20N8-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, onun (ərizəçi İddiaçı) döyüşən ordunun sıralarında N5 aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək 706 saylı Hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi və yanvar N994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı faktı müəyyən edilmişdir. Göründüyü kimi, hərbi hissə komandirinin və müvafiq vəzifəli şəxslərin onun xidmətini sənədləşdirməməsi onun iarədəsindən asılı hal deyildir. Ona görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə və İPM-in 2, 33, 45, 46 və 73-cü maddələrinin tələblərinə əsaslanaraq, məhkəmədən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəmə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X3 Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd edilməsi zəruridir ki, Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin N6 iyun 2023-cü il tarixli 4/2-325N nömrəli arxiv məktubundan da göründüyü kimi, iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı «Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N02)- NN6N/20N7 saylı iş üzrə 20 iyun 20N7-ci il tarixli qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Göstərilənlərə və «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə, İPM-in N4.3, 38, 47.2, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in N.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan SX seriyalı ******* nömrəli “hərbi bilet”in surətindən görünür ki, 8 mart N974-cü il tarixdə doğulmuş İddiaçı Saatlı rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 2N iyun N992-ci il tarixdə hərbi hissəyə göndərilmiş, N9 iyul N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N996-cı il üzrə N4N nömrəli əmri əsasənda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X6 “canlı şəxsin məhkəmə-tibbi ekspertizası” barədə k/235 nömrəli ekspert rəyində (rəyin nəticə hissəsində) qeyd olunmuşdur ki, vətəndaş N974-cü il təvəllüdlü Alşanov (soyadı “Alışanov” göstərilmişdir) Ramiz Zülfəli oğlunun məhkəmə-tibbi müayinəsinə (xx.xx.20N8) və MN MHP-nin mütəxəssis rəylərinə əsaslanaraq ekspert missiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.20N8) başın sağ gicgah nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin İ barmağının tenor nahiyəsində bir ədəd, sol baldırın orta N/3-nin ön səthində üç ədəd köhnə çapıq toxumalar aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar kı, həmin çapıqlar N,5 – 2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, N994-cü ilin yanvar ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3448/20N8 saylı iş üzrə N aprel 20N8-ci il tarixli qətnaməsi ilə ərizıçi İddiaçı döyüşən ordunun sıralarında N5 aprel N993-cü il tarixdən N9 iyul N996-cı il tarixədək 706 saylı Hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi və yanvar N994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası İddiaçı tibbi şəhadətləndirilməsi üzrə N625 nömrəli xx.xx.20N8-ci il tarixli qərar qəbul etmişdir. Qərarda qeyd olunmuşdur ki, Saatlı RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun N8 sentyabr 20N8-ci il tarixli N7/4N34 nömrəli məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında 706 saylı Hərbi hissənin tərkibində hərbi xidmət keçərkən N994-cü ilin yanvar ayında aldığı və N3 mart 20N8-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz “Odlu mərmi partlamasından sonrakı başın sağ gicgah nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol əlin İ barmağının tenor nayihəsində bir ədəd, sol baldırın orta N/3-nin ön səthində üç ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇD-nin Bakı şəhəri yasamal Rayon İdarəsinin 26 oktyabr 20N8-ci il tarixli N709 nömrəli göndərişi, 23 oktyabr 20N8-ci il tarixli 643 nömrəli arayışı, Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş N3 mart 20N8-ci il tarixli k/235 nömrəli canlı şəxsin məhkəmətibb müayinəsi aktı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3448/20N8 saylı iş üzrə N aprel 20N8-ci il tarixli qətnaməsi, hərbi biletdı olan qeydlər, MN MHHK-nın həkim mütəxəssisi – cərrahının rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin İddiaçı müvafq ərizəyə cavab olaraq ünvanlanmış N5 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim olunmuş sənədlərin surətinə əsasən onun (ərizəçi İddiaçı) sonuncu xidmət yeri Müdafiə Nazirliyinin tabeliyində olmuş hərbi hissə olduğundan (N993 – N996-cı illər, müharibə veteranı adının Daxili İşlər Nazirliyi tərəfindən verilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə görə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə icra hakimiyyəti orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd olunanları nəzərə alaraq, onun (ərizəçinin) müraciətinə baxılması dayandırılmışdır. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 20 fevral 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 8 mart N974-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarında olan Azərbaycan Respublikası Nüdafiə Nazirliyinin Katibliyinin İddiaçı müvafiq ərizəyə cavab olaraq ünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ərizəçiyə (İddiaçı) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın NN noyabr 2022-ci il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Nüdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin N4 iyun 2022-ci il tarixli 4/2-39N5 nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən N993-cü ilin mart ayından N996-cı ilin dekabr ayınadək olan dövrdə 706 saylı Hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında onun hərbi xidməti və yaralanması barədə məlumat olmadığından, bundan başqa, Müdafiə Nazirliyinin tabeliyində döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçməsi barədə atxiv məlumatları aşkar edilmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Göründüyü kimi, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə şərtləndirir. Hazırkı iş üzrə tədqiq edilmiş sübutlarla (o cümlədən məhkəmə qətnaməsi, ekspert rəyi, Müdafiə Nazirliyi MHHK-nın qərarı ilə) təsdiq olunur ki, İddiaçı N993-cü ilin mart ayından N994-cü il mayın N2-dək Azərbaycan Respublikasının ərazisində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus hərbi biletdə onun N9 iyul N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N996-cı il üzrə müvafiq əmri əsasənda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması da əks olunmuşdur. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, İddiaçı məhkumlunun olmaması barədə aidiyyəti orqanın arayışı mpvcuddur, eləcə də o, müvafiq dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində xidmət keçsə də, onun sonuncu xidmət yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki 706 saylı Hərbi hissə olmuşdur. «Veteranlar haqqında» Qanunun 3-cü maddısinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə məhkəmənin qənaətinə görə iddiaçı X5 N993-cü ilin mart ayından N994-cü il mayın N2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və bu döyüşlər zamanı yaralanması yetərli sütlarla təsdiqləndiyindən, eləcə də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi biletindəki qeydlər Müdafiə Nazirliyinin müvafiq əmrinə istinadən (əmr mövcuddur) aparıldığından və cavabdeh tərəfindən heç bir subutla təkzib olunmadığından (hərbi xidmətə çağırılması işin mübahisəli halı deyil), iddiaçıya “müharibə vetranı“ adı verilməlidir. Odur ki, məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasını qanuna zidd sayır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in N4, 23.N, 58.7, 75, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar